Efirdə azərbaycan dilində əftəlik icmaldır -დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Nyus.ge səhifəsində dinləyə bilərsiniz.
Hər həftəsonu bölgədə baş verən hadisələr haqda kiçik icmalı sizə təqdim edəcəyik.
Kaxetiyə 5700 zibil yeşiyi, 24 zibildaşıyıcı və 10 təmizləyici maşın gətiriləcəkdir
MMC „Gürcüstanda Bərk Tullantların İdarəetmə Şirkətinin” müdiri, Qiorqi Şuxoşvilinin bəyənatı ilə, bu il Kaxetiyə 5700 zibil yeşiyi, 24 zibildaşıyan və 10 təmizləyici maşın təhvil veriləcəkdir. Onun sözlərinə əsasən, 2021-ci ildə şirkət Kaxetidə, Telavidə zibilliklərdən birinin reabilitasiya-abadlaşdırma işlərini həyata keçirmişdir. Bu işlərə 2021-ci ildə təxminən 115 min lari sərf edilmişdir.
2022-ci ildə isə şirkət üç layihəni icra edir. Bunun üçün 800 minlariyə qədər vəsait sərf ediləcəkdir. „Hazırkı mərhələdə Kaxeti bələdiyyələri üçün texniki təchizat almaq işləri aparılır. Ümdə 5700-dən çox konteyner, 24 zibildaşıyan və 10 pikap tipli küçətəmizləyici maşının alınması üzrə tender elan edilmişdir. Qeyd edilənlər üçün təxminən 10,3 mln larini cəlb etmək nəzərdə tutulub. Kaxetidə həmçinin tullantıları yerləşdirmə obyektinin tikilməsi də planlaşdırılır. O, bütün bələdiyyələrə xidmət göstərəcəkdir”, – şirkətin müdiri bəyan etmişdir.
Baş nazir Avropa İttifaqının səfirinə Sorğu kitabının ikinci hissəsini də təqdim etdi
Baş-nazir İrakli Ğaribaşvili Avropa İttifaqına üzvlük bəyanatı ilə bağlı sorğu kitabçasının ikinci hissəsini Avropa İttifaqının səfirinə təqdim etmişdir.
Avropa Komissiyasının ikinci sektoral hissəsi 33 fəsildən ibarətdir. O, 2300-dək sualdan ibarətdir. Suallar bütün sektorları əhatə edir və çatdırılma tarixi kimi Avropa İttifaqı tərəfindən 13 may göstərilmiş idi.
Sorğu kitabçasının birinci doldurulmuş hissəsini Gürcüstan Hökumətinin başçısı Avropa İttifaqının səfirinə 2 mayda, Dövlət Administrasiyasında təhvil verib. Avropa Komissiyası öz qiymətləndirmə həsabatını hazırlamağa başlayacaqdır. Həmin hesabat Avropa İttifaqı Şurasına veriləcək və həmin Şura müvafiq qərarı, ehtimal ki, iyunun sonunda qəbul edəcəkdir. Gürcüstan Avropa İttifaqı blokuna üzv olmaq haqqında rəsmi bəyənatla 3 martda müraciət etmişdir.
11 apreldə isə ölkəyə Avropa İttifaqı namizədlik statusuna dair özünüqiymətləndirmə sorğu kitabçasını vermişdir. Onun əsasında Avropa Komissiyası ölkəyə namizədlik statusunun verilməsi ilə bağlı öz qiymətləndirmə hesabatını hazırlayacaqdır.
Tezləşdirilmiş xidmətlə sürücülük vəsiqəsi testinə çıxış 160 lari olacaqdır
Gürcüstan Daxili İşlər nazirliyinin Xidmət Agentliyi tərəfindən yayılan məlumata əsasən, Qanunvericilikdəki dəyişiklik nəticəsində, 26 apreldən etibarən sürücülük vəsiqəsinin praktiki hissəsi ikimərhələlidir və şəhər hərəkəti şəraitində verilir. Hazırkı Qanunvericiliyə görə, praktiki imtahanın ikinci mərhələsində namizədlər yalnız birinci mərhələni uğurla keçdikdə, 15 gün içində keçirilməlidir. Lakin, bunu tezləşdirmək proseduru da mövcuddur. Prosedur çərçivəsində 160 lari əvəzində vətəndaşlar 15 gündən əvvəl testin ikinci mərhələsindən keçə bilər.
“Dəyişikliklərə əsəsən, sürücülük namizədi praktiki imtahanın ikinci mərhələsinə birinci mərhələni verdikdən 15dən sonra buraxılacaqdır. Bununla belə, sürücülük namizədinin tezləşdirilmiş xidmətdən istifadə imkanı da vardır. Praktiki imtahanın ikinci mərhələsinə keçmək üçün, maraqlı şəxs növbə tutmalıdır. Növbəni həm agentliyin struktur vahidliyində, həm də veb-səhifədən, mobil yükləməsindən və ya sürətli ödəniş terminalı vasitəsilə bron edə bilər. Sürücülüyə namizəd praktiki imtahanın ikinci mərhələsində növbə ilə nəzərdə tutulmuş vaxtdan 15 dəqiqə əvvəl gəlməyə borcludur,”–DİN Xidmət Agentliyinin bəyənatında deyilir.
Tənha ana/tənha ata statusunu daşıyan şəxslərin dairəsi genişlənir
Tənha valideyn statusilə əlaqədar “Mülki Məcəlləyə“ dəyişikliklər əlavə edilir, hansı ki öz növbəsində, Konstitusiya məhkəməsinin verdiyi qərarla bağlıdır.
Layihəyə əsasən, tənha ana/tənha ata elə bir şəxsdir, hansı ki: 18 yaşınadək övlad sahibidi olsa da uşağın doğum şəhadətnaməsində ikinci valideyn haqqında qeydi yoxdursa; bir zamanlar övladlığa götürdüyü 18 yaşadək uşağı var və əgər həmin uşağın doğum şəhadətnaməsində ikinci valdeyn qeyd edilməyibsə; Əgər yetkinlik yaşına çatmmamış uşağın ikinci valideyni vəfat edib, vəfat etmiş elan edilib və ya itkin düşmüş hgesab edilibsə;Əgər yetkinlik yaşına çatmamış uşağın ikinci valideyni valideynlikdən məhrum edilibsə. Ən yaxın zamanda büroya təqdim ediləcək qanun layihəsini “Gürcü arzusu” deputatları hazırlayıblar.
Kiçik torpaq sahəli fermerlər üçün aqroxallar köçməyə başladı
Ətraf mühitin Müdafiəsi və Kənd-təsərrüfatı nazirliyinin verdiyi məlumata əsasən, potensial benefisiyarlar üçün “Liberti bankın” aqrokartlarına xallar mərhələvi şəkildə köçür.
İdarənin məlumatına əsasən, qeyd ediləndən irəli gələrək, banka, kartı aktivləşdirmək və yaxud, yeni kart almaq üçün, getməmişdən əvvəl şəxs “Liberti bankın” veb-səhifəsində öz kartına xalların köçürülməsi haqqında məlumatı əvvəlcədən yoxlasın və bankın onun üçün əlverişli filialına müraciət etsin. Proqramda iştirak etmək və köçürülən xallar haqqında məlumatı yoxlamaq “Liberti bankın” qaynar xətti (2 55 55 00) vasitəsi ilə də mümkündür. Fermerlər proqramın detalları haqda məlumat əldə etmək üçün və yaxud, proqrama qoşulmaqla/proqramdan istifadə etməklə bağlı istənilən məsələdə nazirliyin müvafiq qaynar xəttinə (1510) zəng vura bilərlər. Qeyd etmək lazımdır ki, proqramla kənd-təsərrüfat torpaq sahəsi üzrə subsidiyanın həcmi 1 h-ya 300 lari olacaqdır, (Aqrokarta köçürülən 300 xalla) proqram çərçivəsində subsuduyanı 0.25 ha-dan – 1.25 ha hesaba alınmaqla mülkiyyətçilər/ortaqlar alacaqlar. Xallardan xüsusi mağazalarda kənd-təsərrüfatı mallarının – herbisidlər, pestisidlər, toxumlar, kənd-təsərrüfatı alətləri və s. – almaq üçün istifadə ediləcəkdir.