არჩევნებიარჩევნები 2020ახალი ამბებივიდეორეპორტაჟითვითმმართველობა

Azərbaycan dilində seçki məcmuəsi საარჩევნო დაიჯესტი აზერბაიჯანულ ენაზე

Seçki xülasəsi

“Kaxetinin Səsi” onlayn radio vasitəsi ilə canlı yayımlanan və bölgədəki cari seçki məsələlərini əhatə edən Azərbaycan dilində seçki xülasəsi efirdədir. 2 oktyabr yerli özünüidarəetmə seçkilərinə az vaxt qalıb. Siyasi partiyalar  tərəfindən merliyə və sakrebulo majoritar deputatlığına təqdim olunan namizədlər isə seçkiqabağı təşviqat çərçivəsində əhali ilə görüşləri  davam etdirirlər, onlara öz proqram və fəaliyyət planları barədə məlumat verirlər. Merliyə namizədlərin sözlərinə əsasən, onlar təşviqat zamanı özlərini və ətrafdakıları koronavirusdan qorumaq üçün mövcud tənzimləmələrə ciddi əməl edirlər.

 

Kaxetinin seçki dairələrinə əsasən merliyə namizədləri təqdim edirik :

  • Laqodexinin 15 saylı seçki dairəsində mer postu uğrunda 2 namizəd mübarizə aparacaq. Seçki dairəsinin sədri, Qiorqi Darbaidzenin sözlərinə görə, “Gürcü Arzusu”- dan hazırkı mer Condo Mdivnişvili, “Üçüncü Qüvvə” partiyasından isə Malxaz Nozadze merliyə namizəd olacaq. Onun sözlərinə görə, 11 partiya sakrebulonun majoritar deputatlığına namizədi və partiya siyahısını təqdim edib.

 

  • Qurcaaninin 12 saylı Dairə Seçki Komissiyasının sədri Maia Çutlaşvilinin verdiyi məlumata görə, yerli özünüidarəetmə seçkilərində iki namizəd mer postu uğrunda mübarizə aparır. İki partiya namizəd irəli sürüb.”Gürcü Arzusu”-dan Zura Utiaşvili, “Milli Hərəkat”-dan isə Serqi Kakalaşvili mübarizə aparır. Sakrebulonun partiya siyahısına gəlincə, Maia Çutlaşvilinin sözlərinə görə, 12 siyasi subyekt siyahını təqdim edib.

 

  • Saqareco munisipalitetinin merliyi uğrunda, yerli özünüidarəetmə seçkilərində üç namizəd iştirak edir. “Lelo” partiyasından Ekaterine Kvlividze, “Gürcü Arzusu”-dan Avtandil Qulikaşvili, “Milli Hərəkat”-dan isə Davit Cavaxişvili mübarizə aparır. Ekaterine Kvlividze ilk qadın hərbi pilotdur. O, Saqarejo munisipalitetinin sakinidir. “O, müstəqil Gürcüstan tarixində ilk qadın hərbi pilotdur. 12 il Gürcüstan Silahlı Qüvvələrində xidmət edib, son vaxtlar mülki aviasiyada fəallıq göstərir və gələcək aviatorların təhsili və tərbiyəsi ilə məşğuldur ”, – deyə Mamuka Xazaradze namizədin təqdimatında bildirib.

 

Telavidə özünüidarəetmə seçkilərində iştirak edən subyektlərin seçki proqramlarının təqdimatı keçirilib  

 

Şərqi Avropanın Çoxpartiyalı Demokratiya Naminə və Regional İnkişaf Mərkəzinin təşəbbüsü ilə özünüidarəetmə seçkilərində iştirak edən seçki subyektləri ilə görüş keçirilib. Birləşmiş formatda siyasi partiyaların nümayəndələrinin iştirak etdiyi ilk iclas keçirilib.

Telavinin merliyə və sakrebulo majoritar deputatlığa namizədləri görüş iştirakçılarına seçki proqramını təqdim ediblər. Onlar qələbə qazanacaqları təqdirdə həyata keçirəcəkləri gələcək planlara dair də danışıblar.

Namizədlər, həmçinin görüş iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırıblar. Görüşdə həmçinin DRIVE Democracy layihəsi çərçivəsində hazırlanan “Telavi şəhərində ictimai yaşıl sahələrin inkişafı” adlı vətəndaşların baxışı sənədinin təqdimatı olub. “Görüşün məqsədi siyasətçilər və  seçicilər arasında ünsiyyəti yaxşılaşdırmaqdır. Bu, bütün siyasətçiləri birlikdə dinləmək, onların fikirlərini müqayisə etmək istədiyimiz, suallara cavab vermək və bunun əsasında seçicilərin seçkilərlə bağlı düşünülmüş qərar qəbul etmələri üçün bir məkandır”– deyə Regional İnkişaf Mərkəzinin rəhbəri Lizi Sopromadze bildirib.  Partiyaların nümayəndələri bildiriblər ki, bu cür görüşlər  partiyalarla seçicilər arasında əlaqələrin dərinləşməsinə kömək edir. EECMD və RDC, görüşlər və treninqlər vasitəsilə siyasi partiyalar və vətəndaş cəmiyyəti arasında tematik müzakirələri təşviq etməyə çalışır.

Özünüidaetmə nədir və bizə niyə lazımdır ?

Özünüidaetmə – bu biz, Gürcüstan vətəndaşlarının yerli, mühüm məsələləri həll etməyimiz üçün imkandır. Özünüidarəetmə yolu ilə su təchizatı, təmizlik, yollar, kanalizasiya, işıqlandırma, abadlıq və digər yerli, mühüm məsələləri həll edə bilərik. Gürcüstanda özünüidarəetmədən başqa qeyd olunan problemləri həll edəcək başqa inzibati qurum yoxdur; Üstəlik, dövlət orqanlarının buna haqqı yoxdur. Bundan başqa, həm müharibə, həm də sülh zamanı effektiv özünüidarəetmə lazımdır.

Yerli özünüidarəetmə, özünüidarəetmə vahidinin ərazisində yaşayan vətəndaşların, seçdikləri yerli özünüidarəetmə orqanları vasitəsi ilə yerli, mühüm məsələləri həll etmək hüququ və imkanıdır.

Seçkilərdə iştirak hər bir vətəndaşın borcudur!

Oktyabrın 2-də biz yerli özünüidarəetməni, mer və ya sakrebulo üzvünü seçirik. Səsvermə gizlidir.