Azərbaycan dilində seçki məcmuəsi საარჩევნო დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə Azərbaycan dilində, “Kaxetis xma” onlayn radiosununcanlı efirində səslənən və regionda gedən seçki məsələlərinə dair seçki xülasəsidir.
2021-ci ilin 2 oktyabr tarixində yerli özünüidarəetmə seçkiləri keçiriləcək. Yerli özünüidarəetmə orqanlarıdır: bələdiyyə və bələdiyyə şurası.
Bələdiyyə, meriya inzibati orqandır. Mer vəzifəsinə seçim hüququ olan, ən azı 5 il Gürcüstanda yaşayan, 25 yaşından Gürcüstan vətəndaşı seçilə bilər. Bələdiyyə şurası nümayəndəlik orqanıdır. Bələdiyyəşurasına üzv kimi seçkilər günü üçün 21 yaşı tamam olmuş Gürcüstan vətəndaşı seçilə bilər. Bələdiyyə şurası üzvü olaraq Gürcüstanda ən azı son 5 il ərzində yaşayan vətəndaşın seçilməsi mümkündür. Bələdiyyə şurası və mer birbaşa, bərabərhüquqlu, gizli səsvermə yolu ilə 4 illik müddətinə seçilir.
Kaxeti regionunda seçki mühiti necədir
2 oktyabr yerli özünüidarəetmə seçkilərinədək çox az vaxt qalır. Hazırda Kaxeti regionunun munisipalitetlərinin bir hissəsində siyasi partiya “Lelo Gürcüstan üçün”, “Azad Gürcüstan” partiyası, “Patriotlar Alyansı” partiyasi,Qiorqi Qaxarianin “Gürcüstan naminə” partiyası, “Avropalı Gürcüstan”, “Gürcü Arzusu” partiyası və “Milli Hərəkat” namizədlərini təqdim etdi. Qeyd etmək lazımdır ki, son iki partiya başqalarından fərqli olaraq mer namizədlərini rayonun demək olar ki, hər munisipalitetində irəli sürdü. İnformasiya Agentliyi knews.ge-yə Kaxeti regionunun 8 munisipalitetinin seçki dairələrindən bildirildiyinə görə merliyə təqdim edilən 21 namizəddən yalnız biri qadındır. Onu, Saqareco seçki dairəsində “Lelo Gürcüstan üçün” partiyası təqdim edib.
Qaxarianın partiya nümayəndələri təzyiqdən danışırlar
Seçki öncəsi kampaniya zamanı müxalifət partiyalarının nümayəndələri öz majoritar deputatları və ya mer namizədlərinə qarşı təzyiq və qorxudulma haqqında danışırlar. Bir neçə gün əvvəl, Laqodexi münisipaliteti şurası, Qiorqi Qaxarianın komandasına keçdiyi üçün, sosial, mədəni, təhsil və gənclər işləri üzrə komisiyanın sədri Salome Ğonğadzeni vəzifəsindən kənarlaşdırdı.
Keçmiş baş nazir tərəfindən təsis edilən “Gürcüstan naminə” partiyasının Laqodexi munisipalitetində nümayəndəsi Salome Ğonğadze bildirir ki, təzyiq və qorxutma üzündən Matsim kəndində partiyanın majoritar namizədi Kaki Lobjanidze öz namizədliyini geri çəkdi. Onun bəyanatına əsasən 7 sentyabr tarixində partiya lideri Qiorqi Qaxaria Telavidə majoritar namizədləri rəsmi olaraq təqdim etməli idi və Laqodexidən Telaviyə tədbirdə iştirak etmək üçün gəlirdilər, Lobjanidze də həmçinin onlarla idi.
“Aydın olduğu kimi, Kaki benzin doldurma məntəqəsində idi. Oradan onu, kriminal aləmlə yaxın olan adamlar güc istifadə etməklə Dairə Seçki Komisiyasına apardılar və zorla ərizə yazdırdılar, majoritarlıqdan geri çəkdirdilər. Baş verənlərə görə cavabdehlik hakimiyyətə və güc strukturlarına aiddir”, – bildirdi Ğonğadze.
Seçki öncəsi dövrdə edilən təzyiqlər haqqında Qiorqi Qaxarianın partiyasının Telavi merliyinə namizədi Qiqa Orkodaşvili də söz edir. O, “Gürcü Arzusu”partiyasını və munisipalitet şurası sədri müavininin vəzifəsindən bir ay bundan əvvəl istefa verdi. Onun dediyinə əsasən, Qiorqi Qaxarianın komandasına qoşulduqdan sonra ona və onu dəstəkləyənlərə qarşı hakimiyyət güc idarələrin istifadəsi ilə təzyiqə başladı.
“Mənə və mənim ətrafıma, yaxınlarıma və ya partiyanın tərəfdaşlarına təzyiq etməyə başladılar.Təzyiqi müxtəlif metodlarla edirdilər. Bəzi hallarda tərəfdaşları saxlayırlar, səbəbsiz olaraq onların avtomobillərində axtarış aparırlar, bəzi hallarda feysbuk laykı üzündən işdən azad edirlər”, – bildirdi Qiqa Orkodaşvili keçirilən brifinqdə.
Oxşar məsələlər haqqında “Ədalətli Seçkilər”in 2021-ci ilin seçkiöncəsi dövrün monitorinqinin aralıq hesabatında da söz edilir. Seçkiöncəsi dövrün monitorinqinin aralıq hesabatına əsasən, siyasi səbəbdən işdən çıxarılmanın, işdən getməyə məcbur etmənin 15 faktı aşkar edildi.
Aralıq hesabatı təqdim edərkən təşkilatda bəyan etdilər ki, ehtimal edilənə görə siyasi səbəblə təzyiq, təhdid, mane olmanın -11, inzibati resursun ehtimal edilən istifadəsinin – 13, sosial şəbəkə ilə təbliğatın – 6, seçiciyə ehtimal edilən rüşvət təklifinin – 4, hazırkı vəzifəli şəxslərin kampaniyada iştirakının – 8 faktı aşkar edildi.
ISFED məlumatına əsasən, iqtidar partiyası tərəfindən həmçinin “Ədalətli seçkilər” nümayəndələrinə müşahidə etmələrində bütün Gürcüstan miqyasında mane olma tendensiyası da aşkar edildi. Eləcə də, təhsil müəssisələrində işlə təmin olunan şəxslərin “Gürcü Arzusu”nun kampaniyasına qoşulma və ya dolayı yolla məcbur halları aşkar edildi. Hesabata əsasən, Dairə və Məntəqə Seçki Komissiyaları monitorinq dövründə komplektləşdirildi.
Telavidə merliyə namizədlərin kimlər olduğunu tanıyın
Telavinin 17 saylı seçki dairəsində mer olmaq üçün 3 namizəd mübarizə aparacaq: “Milli Hərəkatdan” parlament üzvü, Kaxeti təşkilatının rəhbəri Qiorqi Botkoveli namizəddir. İqtidar partiyasından merliyə namizəd Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı Levan Andriaşvilidir. Üçüncü namizəd isə, Qaxarianın partiyasından, keçmiş dövlət qulluqçusu və Telavi bələdiyyə şurasının sədrinin keçmiş müavini Qiqa Orkodaşvilidir.
“Telavi seçki dairəsində partiyalar tərəfindən təqdim edilən majoritar deputatlığa 53 namizəddən 45 nəfəri kişidir, 8 nəfəri isə qadın. Telavi şəhərində qadın namizədi “Avropalı Gürcüstan” partiyasının var. Bir nəfər qadın “Gürcü Arzusu” namizədi və bir nəfər də “Milli Hərəkat” partiyasının namizədi var. İqtidar partiyası qadın namizədi yalnız Kurdğelauri kəndində təqdim etdi”.
Pankisi dərəsində müxalifətin vahid namizədi Malxaz Maçalikaşvilidir
Duisi kəndində birləşmiş müxalifətin majoritar namizədi Pankisidə, xüsusi əməliyyat zamanı öldürülən Tamirlan Maçalikaşvilinin atası, Malxaz Maçalikaşvili olacaq.
“Pankisi dərəsində nə problemlər var, bütün dərənin və əhalinin güc sistemi tərəfindən necə əla alındığını hamıdan yaxşı bilirəm. Əlbəttə çətin tərəfdir, lakin mən olduğum yerdə sövdələşmə, korrupsiya, ədalətsizlik mümkünsüzdür. Mən var-dövlət axtarıcısı da deyiləm, bu mənə lazım deyil”, – bildirdi Maçalikaşvili.