ახალი ამბები

Marneuli və Bolnisi bələdiyyələrinə giriş-çıxış qadağan edildi

Marneuli və Bolnisi bələdiyyələrində sərt karantin rejimi tətbiq olunur.

Bu isə o deməkdir ki, bu bələdiyyələrə giriş-çıxış qadağan olunur. Sabahdan bu iki bələdiyyədə səhiyyə işçiləri evləri gəzəcək və bütün sakinləri yoxlayacaqlar.

Bu barədə baş nazir Qiorqi Qaxaria xüsusi brifinqdə məlumat verib.