Majoritar deputatdan tələb olunan nədir, özünüidarəetmədən tələb olunan nə?
Ancaq bu haqda əhali xəbərdar deyildir. Mürəxəssislərin dediyinə görə vətəndaşlar problemləri həll etmək üçün deputata yanlış olaraq müraciyət edir və ondan bələdiyyənin qamqeobasının səriştəsinə daxil olan məsələlərin aradan qaldırılmasını tələb edirlər.
Saqareco bələdiyyəsinin İor-muğanlı kəndinin sakinləri deputatdan məhəlləarası yolların və su probleminin səhmana salmasını istəyirlər. Kəndlilər bilmirlər ki, bu məsələyə görə deputatdan əvvəl qamqebeliyə müraciət etməlidirlər.
İor-muğanlı Alxan Quliyevin söylədiyinə görə içəcək suyu kəndin o başından gətirməli olur və yeni deputat məhz bu problemin həlli ilə məşğul olmalıdır.
,, Deputatdan ilk növbədə su probleminin həll olunmasını xahiş edirik. Buralıların bir qisminin suyu var, ancq kəndin girəcəyində yoxdur. İçməyə yararlı su iki kilometr uzaqlıqdadır və evə ordan gətirməyə məcburuq’’ – dedi Alxan Quliyev.
Kənd sakini Qurban Qurbanov deputatdan otlaqlar probleminin həllini xahiş edir.
,, Bir inəyi saxlamaq üçün otlaq belə yoxdur. Bundan əlavə əkin-səpin üçün də torpaqlar yoxdur, nəylə dolanaq? Qabaqlar otlaqlar vardı, sonrasa satdılar. Mal-qaranı hara aparaq? Deputat bu məsələləri həll etməlidir” – deyir Qurban Qurbanov
İor-muğanlı sakini Saman Cəlilov deyir ki kənd üçün prioritetli olan məsələlərdən biri kəndarası yollların yoxluğudur. Bunu deputat həll etməlidir, çünki qamqeoba onlara qulaq asmır.
,,Məhəlləarası yol problemi bizi çox narahat edir. Yağmurlu havada palçıq olur və hərəkət etməkdə çətinlik çəkirik. Gələcək deputatdan bu məsələni həll etməsini xahiş edirik. Əvvəlki deputat heç qeydimizə qalmırdı, görüşümüzə də gəlməyib. Çoxdandır ki bu problemin həllini tələbə edirik, ancaq nə deputat qulaq asır bizə, nədə ki qamqeoba”- deyir Saman Cəlilov.
Saqareco bələdiyyəsinin Mzisquli kənd sakini Nadejda Loladzenin deməyinə görə, deputatdan və ya pzünüidarəetmədən nəyi tələb edəcəyini o da bilmir. Hər iki idarə mövcud problemlərin qeydinə birlikdə qalmalıdırlar.
,,Mən nə bilim hansı problemin həlli üçün getməliyəm yanlarına. Heç kimin yanına indiyə kimi getməmişəm. Seçkilərdə səs istədikləri üçün yanımıza da tez-tez gəlməlidirlər. Bir dəfə bir deputatlıq namizədi gəlib sizə heç nə vəd etmirəm dedi, beləsindən nə ummaq olar? Istər vəd etsin yerinə yetirəcəkmi? Bizə baxan yoxdur, seçkilərdən öncə qabaqki deputat da çox şeylər vəd etdi, ancaq bir dəfə də olsun giləb demədi ki sizə əziyyət verən nədir? Qalmışıq çarəsiz, bun görə də mən seçkilərə gedən deyiləm -dedi Nadejda Loladze.
Gürcüstanın Gənc Hüquqşünaslar Assosiyasiyasının Telavi ofisinin rəhbəri Marex Mqaloblişvili deyir ki əhali özünüidareətmələrin və deputatların hüquq-vəzifləri haqda məlumatlandırılmayıb. Bəzən elə hallar da müşaiyət olunur ki deputatdan qamqeobanın səlahiyyətinə aid şeylərin həllini tələb edirlər.
,,Deputat Parlamentdə xalqı təmsil edir. O qanuncericidir və qanunla, həmçinin parlament relamenti ilə müəyyən olunmuş səlahiyyətlərə malikdir. O seçicilərinə xeyir verəcək yaxşı qanunlar qəbul etməlidir. Əlbəttə ki xalqla görüşməli və onların təkliflərini dinləməlidir. Məncə öz növbəsində xalq da bilməlidir ki deputatdan nəyi tələb edə bilər. Onunla görüşə sosial məsələlərə, şəxsi məsələlərə görə gedirlər ki, bu da digər dövlət orqanının səriştəsidir. Belə hallarda onlara büro məsləhət verə bilər. Məsələn belə də olub ki odunları olmayıb ya yardımlarını kəsiblər deyə deputata müraciət ediblər”.
Marex Mqaloblişvili deyir ki vətəndaş deputatla görüşdə onun həyatını daha da yaxşılaşdıracaq qanunun qəbul olunmasını tələb edə bilər.
“ Vətəndaş deputata konkret bir qanunda nöqsanların olduğunu və bu nöqsanın onların bəzi güzəştlərdən və vəziyyətlərinin yaxşılaşdırılmasından məhrum etdiyini deyə bilər. Deputat ona görə seçilir ki xalq və hakimiyyət arasında vasitəçi olsun, onların istəklərini dövlət səviyyəsində qaldırsın. Deputatın nəyə haqqı olduğunu və özünüidareətmənin nəyə hüququ çatdığını əhali bilmir”.