ბლოგები

Düşünülməmiş seçim- kimi və nə üçün seçdiyini əhali bilməyir

 Bundan əlavə seçdiyi namizədə nəzarət etməyə və onun verdiyi vədlərin yerinə yetirilməsini tələb etməyə haqqı vardır. Ancaq bu haqda az sayda vətəndaşın məlumatı var. Saqareco bələdiyyəsində, etnik azərbaycanlılarla məskunlaşmış kəndlərdə yaşayan əhali öz haqları və vəzifələri barədə bir şey bilməyirlərş deyirlər ki yalnız seçkilər günü fəallaşırlar, istədikləri namizədi seçirlər və ondan vədlərinin yerinə yetirilməsini necə tələb etməsini bilmirlər.

   Ekspertlətin dediyinə görə seçkilər günündə  Gürcüstanın hər bir vətəndaşı konkret şəxslərə ya deputatlara etibar mandatı verir. Bunun üçün, ölkə qarşısında aldığı qərara və etdiyi seçimə görə, öz payına düşən məsuliyyəti üzərinə götürür ki, bu da müqəddəratını həll edə bilər.

Saqareco bələdiyyəsinin  İor-muğanlı kəndinin əhalsinin əkasəriyyəti seçki məntəqəsində aldıqları qərarla özüərlərinə nə kimi məsuliyyət aldıqlarını bilmirlər. Dediklərinə görə bircə onu bilirlər ki hökumətin təklif etdiyi namizədə səs verməlidirlər. Kənd sakini Qurban qurbanova görə  o özünün  haqları barədə məlumatlandırılmayıb və deputatı necə nəzarəöt edəcəyini bilmir.

,,Biz həmişə hökumətdə olana səs veririk. Bizə tərəfdar olanı dəstəkləyirik. Yad biri gəlib mənə səs verin desə ona səs vermərik. İndi seçiləcək deputat xalqla tez-tez görüşməlidir ki problemlərimiz haqda bilə. Gəlməsə biz ona səs verən deyilik.” –deyir Qurban Qurbanov.

İor-muğanlılar deyirlər ki onların gələcək deputatlara inamları yoxdur. Ona görə ki namizədlər yalnız seçkilər ərəfəsində görmək  mümkün olur, seçkilərdə qalib gəldikdən sonra isə onların görüçünə heç kim gəlmir. İor-muğanlı sakini Suleyman Olcavatın dediyinə görə hökumətin və deputatın işlərinə nəzarət etmə haqqlna malik olduğunu bizdən öyrəndi. Ancaq istədiyi dəputatdan, əgər bu deputat  xalqla görüşmürsə, vədinin yerinə yetirməsi ilə bağlı tələbi necə edəcəyini bilmədiyini vurğuladı.   

,, Seçkilərdə gəlirlər ki bizə səs verin. Səs veririk, qalib gəlirlər, sonra da itib-batırlar. Heç nə etmək istəmirlər. Vərdiyi vədlərə əməl etməyi necə tələb edəcəyimi bilmirəm və bunu haradan bilə billəm ki? Deputat tez-tez xalqın yanına gəlməlidir ki görə nası çətinliyi necə həll edə bilər’’ – Süleyman Olcavat “Kaxetiya səsi” qəzeti ilə söhbətdə belə deyir.

 Kənd sakini Paşa Kazımovun deməyinə görə o və onun qonşuları deputatdan otlaqlar məsələsinin həllini xahiş edirdilər, ancaq bununla heç kim maraqlanmayıb.

,, iki ildən çoxdur ki otlaqlar və su probleminin həllini istəyirik, ancaq heç kim qulaq vermir. Yiyəsiz qalmışıq. Bu istidə susuz qırılırıq. Hər bir deputat bizə seçkilərdə gəlib görsənir’’ –  deyir Paşa Kazımov.

İor-muğanlılardan fərqli olaraq öz hüquqları haqda Saqareco bələdiyyəsinin Mzisquli kınd sakini Tamaz Qurqenişvili yaxşı bilir. Onun dediyinə görə seçici öz seçdiyi deputatı nəzarət eltında saxlamaq üçün, deputat xalqla görüşməli və məlumat almalıdır.

,, Deputat həftədə bir saat beə ayırmalı ki əhali ilə görüşə. Seçilərdən sonra gələn olmayıb. Məncə seçicinin deputatın işinə nəzarət etmək üçün heç bir rıçaqı yoxudur. Öz seçicisi ilə görüşməyən insandan nə tələb etmək olar? əgər deputat hakim partiyanın nümayəndəsidirsə onnun daha çox imkanları var”.

 

Gürcüstanın gənc hüquqşünaslar Asosiyasiyasının Telavi ofisinin rəhbəri Marex Mqaloblişvilinin dediyinə görə  Parlament üzcü əhali ilə müəyyən olunmuş qayda çərçivəsində vətəndaşlarla görüşməyə və onların şikayətlərinə, ərizələrinə baxmağa hüququ çatır.  Əhalinin də öz növbəsində öz seçdiyi namizədlə görüşmək və qarşıda duran məsələləri həll etməyi istəməyə haqqı vardır.

,,Parlament üzvünün qanunvericilik təşəbbüslərini qabağa sürməyə hüququ var. Onün həmçinin plenar iclasda müəyyən olunmuş qayda üzrə: müzakirə üçün konkret məsələni qaldırmağa, parlamenti vətəndaşların ümumdövlət əhəmiyyətli ərizələri və müraciətləri ilə tanış etməyə və problemlərin həllini tələb etməyə və s. haqqı çatır. Parlament üzvü: Gürcüstan Konstitusiyasını və qanunlarını qorumağa, reqlamentləşdirilmiş qaydada vətəndaşlarla görüşməyə, qanunvericiliklə müəyyən olunmuş qayda üzrə vətəndaşların ərizələrinin və şikayətlərinin həll olunma yollarını axtarmağa borcludur” –  Marex Mqaloblişvili dedi və davam etdi ki, Kaxetiya bələdyyələrində  hər bir deputatın öz bürosu varıdır və bu büroların xərcini dövlət qarşılayır. Seçicilər bu bürolara gedərək namizəddən verdiyi vədə əməl olunmasını tələb edə bilər.

 

,,Əhali ilə görüşün müddətlərini və mütəmadiliyini deputatın özü müəyyənləşdirməlidir. Əlimdə olan məlumata görə Kaxetiyada elə bürolar mövcuddur ki tamamilə bağlıdırlar və deputatlar xalqın görüşünə gəlmirlər. Ancaq bununla yanaşı açıq olan və seçicisi ilə sıx görüşən deputatlar da var. Bir büro fəal çalışdıqda camaat da ora gedir. Hər bir deputatın öz daimi nümayəndəliyi var. Onlar problemləri qeydə alırlar, məsələni yekunlaşdırırlar və deputat gəldikdə onları müzakirə edir və bu haqda xalqla danışır. Əhalinin deputatla görüşməsinin və ondan vədini yerinə yetirməyi tələb etməsinin başqa forması müəyyən olunmamışdır. Öz fəaliyyətindən irəli gələrək qanun ona xalqla ayda neçə dəfə görüşməli olduğunu göstərə bilməz, çünki ola bilər ki sessiya bir ay çəksin və vaxtlı-vaxtında seçicisi ilə görüşə gələ bilməsin” – dedi Marex Mqaloblişvili.