დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Qurcaani meriyası yeni zibildaşıyan maşın aldı
Qeyri-sahibkar Hüquqi Şəxs “Qurcaani təmizlik xidməti”-nə yeni zibildaşıyan maşın verildi. Qurcaani Bələdiyyəsi meriyası yeni maşını konsolidasiyalı tender çərçivəsində aldı. IVECO markalı, 10 kub tutumlu, tullantılar toplayan maşınlar almaq üçün, yerli büdcədən 344 500 lari ayrıldı.
Tuşetidə turist mövsümü açıldı
Tuşeti avtomobil yolu qardan tamamilə təmizlənib və nəqliyyat vasitələri azad şəkildə hərəkət edirlər. Avtomobil yollarının qar kütləsindən təmizlənmə işləri təxminən iki ay ərzində, intensiv rejimdə aparılırdı. Tuşeti bu ilki turist mövsümünü bir yeniliklə qarşılayır, indiyə qədər maşınla gedilə bilməyən kəndlərə də getmək mümkün olacaqdır. Məlumat üçün, Tuşetilə əlaqələndirici avtomobil yolunun adı dünyada ən təhlükəli yollar arasında çəkilir. Tuşeti kəndləri bir neçə ay ərzində kənar aləmdən təcrid qalır və ora yalnız helikopterlə getmək olur. Avtomobil yolundan istifadə etməyə isə mayın sonundan oktyabradək müddətdə icazə verilir.
Mirzaani kəndində Niko Pirosmanaşvili muzeyinin reabilitasiya işlərinin ikinci mərhələsi başlayır
Dedoplistsğaro bələdiyyəsinin Mirzaani kəndində yerləşən Niko Pirosmanaşvili Dövlət Muzeyinin reabilitasiya işlərinin ikinci mərhələsinə start verildi. Gürcüstan Mədəniyyət İrsinin Mühafizəsi üzrə Milli Agentliyin məlumatına əsasən, muzeyin bu günkü vəziyyəti müasir muzey tələblərini təmin etmir, ekspozisiya məkanında iqlimnəzarəti və rütubəti qorumaq olmur, habelə muzeyin fond anbarları yoxudur və ekspozisiyanın müasir tələblərinə uyğun deyildir. ,,Muzeyin kamil surətdə fəaliyyəti, kolleksiyaların mühafizəsi və baxılması üçün tikilinin müasir mühəndis-texniki sistemləri və qurğuları ilə təchiz etmək vacibdir. Planlaşdırılmış işlər isitmə-soyutma, ventilasiya, su təchizatı-kanalizasiya və yanğınaqarşı sistemlərin montajını nəzərdə tutur. Bundan əlavə, tikilinin daxili elektrik şəbəkəsi və küçə işıqlandırılması quraşdırılacaqdır. İşləri elektron tenderdə qalib gələn MMC “Dubeks” şirkəti yerinə yetirir. Muzeyin mühəndis kommunikasiyalarını quraşdırmaq üçün Agentlik tərəfindən 2 242 800 lari ayrılmışdır. Qeyd etmək lazımdır ki, ikinci mərhələdə satınalmalar məqsədilə 2023-2024-ci illərdə elektron tender üç dəfə elan edilsə də baş tutmamışdı.
Məlumat üçün: muzey və onun ərazisində mövcud olan tikililərin reabilitasiya işləri mərhələvi şəkildə aparılır. 2021-2022-ci ildə muzeyin zirzəmi mərtəbəsi, ikinci mərtəbənin fond anbarı, tikilinin ətrafındakı teras, parapet və pilləkəni bu il yeniləndi. Habelə parkinq salındı. Qeyd olunan işləri PHHŞ Bələdiyyə İnkişafı Fondu tərəfindən ayrılan qrantla – 483 820 lari ilə maliyyələşdirildi. Niko Pirosmanaşvili Dövlət Muzeyi 1979-cu ildə tikilmiş binada yerləşir. Burda 11 000-dən çox eksponat var. Onların arasında N. Pirosmanaşvilinin unikal rəsm tabloları, XX əsrin gürcü rəssamlarının işləri, etnoqrafik kolleksia, ağac və keramika nümunələri var”,- Gürcüstan Milli Mədəniyyət Mühafizəsi Agentliyindən bildirirlər.
Salome Zurabişvili gənclərə – Sizin prezidentliyə namizədiniz olmaqdan fəxr edərəm
Nəticəni müdafiə edəcək, bunu Brüsselə aparacaq və ordan, bizimlə danışıqların açılması ilə bağlı təsdiq alacaq bir şəxs olmaq istəyirəm. Bunu Prezident rolunda, yoxsa başqa bir rolda edəcəyimi gələcək göstərəcəkdir. Mən hər şey üçün hazıram və hazır olacağam, – Gənclərlə görüşən Gürcüstan Prezidenti Salome Zurabişvili “Namizədliyinizin ətrafında konsensus olduğu təqdirdə Prezident seçkilərində iştirak edəciyini düşünürsünüzmü?” sualına belə cavab verdi.
„Dəfələrlə demişəm və yenə də təkrar edim ki, mən lazım olduğum yerdə olacağam. Bu işi sonuna kimi aparmalıyıq. Mənim üçün işi sona kimi aparmaq bir tərəfdən hələ seçkilərdə (parlament seçkilərində) qalib gəlməkdir və sonra „Gürcü xartiyasını” olduqca qısa müddətdə yerinə yetirməkdir, baxmayaraq ona ki, bəziləri – „Buna çox vaxt gərəkdir“ deyirlər. Bu yoxlanıb və buna çox vaxt gərək deyil. Nəticəni müdafiə edəcək, bunu Brüsselə aparacaq və ordan, bizimlə danışıqların açılması ilə bağlı təsdiq alan bir şəxs olmaq istəyirəm“, – Salome Zurabişvili bildirmişdir.
Tuşeti mühafizə edilən ərazinin sahəsi 2245 ha-la artır
Ətraf mühit mühafizəsi və Kənd təsərrüfatı Nazirliyi, Tuşeti, Batsara-Babaneuri, Laqodexi və Vaşlovani mühafizə edilən ərazilərin yaradılması və idarəsi haqqında qanunda dəyişiklikləri təqdim etdi. Dəyişikliklərə əsasən, Tuşeti Mühafizə ərazələrinin sahəsi 2245 Ha-la artır. Dəyişikliyin izahat kartına əsasən, Tbatani kəndi və ətraf ərazisi üçün mühafizə edilən landşaft statusunun verilməsi məsələsi „Tuşeti İcma Şurasının“ təşəbbüsünə əsaslanaraq yerli özünüidarəetməçiliklə razılaşdırılmışdır. Tuşeti mühafizə landşaftının genişlənmə imkanı və onun Tbatani kəndinin sərhədlərinə daxil edilməsi, 2021-ci ildə çex ekspertləri tərəfindən „Qafqaz Təbiət Fondu“-nun (CNF) maliyyə dəstəyilə aparılan araşdırma çərçivəsində müsbət qiymətləndirildi. Nazirlik, genişlənmə ilə ekoloji proseslərin fasiləsizliyinin Batsara dövlət qoruğu, İlto və Tuşeti mühafizə olunan əraziləri arasında əlaqələrin yaradılmasını gözləyir. Qanun 1 yanvar 2025-ci ildən qüvvəyə minəcəkdir, çünki Axmeta bələdiyyəsi üçün mühafizə ərazisinin idarəsi məqsədilə Dövlət büdcəsindən əlavə vəsaitlər ayrılacaqdır.
Müəllimlərin maaşı iyuldan ortalama 500 lari artacaqdır
Təhsil Naziri tərəfindən Parlamentə təqdim edilən hesabata əsasən, 1 iyuldan müəllimlərin əmək haqları yeni maaş sisteminə keçir. Tam ştatda işləyən müəllimlərin 70%-inin maaşı ortalama 500 lari ilə artacaq.
„Yeni maaş sistemilə bütün müəllimlərin maaşları artacaq. Təbii ki, yüksək saat yükü üçün artım daha böyük olacaq və tam ştatlı müəllimlərin 70%-nin əmək haqqı ortalama 500 lari ilə artacaqdır. Yeni maaş sisteminin əsas prinsipi keyfiyyətli təhsili təmin etmək üçün ədalətli, şəffaf əmək haqqı sistemini yaratmaqdır. Keyfiyyətli təhsili təmin etmək məqsədilə, təbii ki, sistem dəstək mexanizmlər hazırlayır ki, müəllimlər ixtisasi cəhətdən inkişaf etməyi və karyeralarında irəliləməyi bacarsınlar“, – Nazirliyin hesabatında bildirilir.
Kaxetində Narkotik cinayəti üçün 2 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi Kaxeti Polis Departamentinin əməkdaşları, keçirilmiş kompleksiv operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, narkotik cinayəti ittihamı ilə 2 şəxsi həbs etdilər. Əvvəl razılaşma ilə qrup tərəfindən xüsusilə böyük miqdarda narkotik vasitələrindən bir neçə dəfə qanunsuz alış və saxlamaq ittihamı ilə: 1982-ci il təvəllüdlü Ş.D. və 1984-cü il təvəllüdlü, eyni cinayət üçün keçmişdə dəfələrlə məhkumluğu olan T.S-nı hüquqmühafizəçiləri saxladılar. Saxlanılanın üstünü, avtomobilini və yaşayış mənzillərini axtarılması nəticəsində, dəlil kimi satmaq üçün hazırlanmış “Alfa PVP” və “Metadon” narkotik vasitəsi çıxardı. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü və 6-cı hissələrilə aparılır, bu isə qabaqcadan razılaşma ilə qrup şəkildə xüsusilə böyük miqdarda narkotik vasitələrinin dəfələrlə qanunsuz alınma-saxlanmasını nəzərdə tutur. Cinayət 20 ilədək və ya müddətsiz azadlıqdan məhrum etməyi nəzərdə tutur.
Cüdo üzrə Avropa çempionatında telavili idmançı ikinci yerə çıxdı
Bosniya və Hersoqovinada, Sarayevoda baş tutan cüdo üzrə avropa çempionatında, telavili Davit Udzilauri ikinci yerə çıxdı. O, gümüş medala sahib oldu.