Qaracalarda yaşayan əhali seçkilərdən nə gözləyir

Gürcüstan prezidenti seçkilərinin ikinci turuna qədər tam bir həftə qaldı. Əhalinin bir hissəsi ümidsiz yanaşır və yeni prezidentin seçilməsindən sonra da vacib dəyişikliklər gözləmir. Vətəndaşların müəyyən hissəsi isə düşünür ki, ölkənin yeni prezidenti mövcud problemlərin həlli üzərində inzibati hakimiyyət ilə birgə fəal şəkildə işləsə vəziyyət dəyişəcək.

Gənclərin problemlərinin həlli, kəndlərdə iş yerlərinin yaradılması, kəndlərin inkişafının qeydinə qalınması, əhalinin rivahına yönəldilmiş təşşəbüslərin irəli sürülməsi – bu Qaracalar kənd sakinlərinin yeni prezidentdən həllini gözlədikləri məsələlərdir. Elşən Düniyev bildirir ki, yeni prezident hökumətə elə təşəbbüslər və layihələr təqdim etməlidir ki, milli azlıqların nümayəndələri olan gənclərin bilik səviyyəsinin artırılması və kəndin inkişafına yardımçı olsun.

“Yeni prezident kəndlərin inkişafı üzərində işləməlidir. Onun təşəbbüsü ilə, kəndlərdə, xüsusi ilə də, milli azlıqlar yaşayan yerlərdə idman kompleksləri, təhsil və mədəniyyət mərkəzləri açılmalıdır ki, gənclər yerində iş tapsınlar və xaricə yaşamağa heç kim getməsin” – bildirdi knews.ge-yə Elşən Düniyev.

Yerli sakin Qoça Çiqiyev isə bildirir ki, hakimiyyət milli azlıqların məsələləri və problemlərin həlli üzərində az işləyir.

“Bizə tatar deyillər. Bu bizim üçün çox ürək ağrıdıcıdır. Həmçinin bizim problemlərin həllinin qeydinə heç kim qalmır. Kimisə seçənə qədər, gəlirlər və görüşlər keçirirlər bizimlə. Seçkilərdən sonra isə heçkimi gözümüzlə görmürük. Milli azlıqların nümayəndələrini heç kim dinləmir. Yeni prezidentdən gözləmimiz var ki, bizim problemlərimizlə daha çox maraqlanacaq və onların həlli üzərində işləyəcək” – deyir Qoça Çiqiyev.

Gənclər kənddən əhalinin miqrasiyası və işlə təmin olunması problemlərinə diqqət yönəldirlər. Levan Əlləzov bildirir ki, kəndi əsasən gənclər tərk edirlər və ailələrini saxlamaq üçün başqa ölkələrə gedirlər.

“Nə kənddə, nə də şəhərdə gənclər üçün iş yerləri yoxdur. Buna görə də başqa ölkəyə getməli və ailəmizi belə saxlamalı oluruq. Məni kimi bir çox gənc var. Məcburuq ki, bilik və imkanlarımızı başqa ölkədə istifadə edək. Buna gərə də istəyirik ki, yeni prezident hökumətlə birlikdə, gənclərin problemləri ilə maraqlansın və bu problemlərin həlli üzərində işləsin”– bildirdi knews.ge-yə Levan Əlləzov.

Yerli sakin Cohara Yadigarqızı ağır sosial problemlər haqqında danışır. Onun dediyinə görə, sosial cəhətdən kasıbçılığın həll edilməsi üzərində yeni prezident hökumətlə bərabər işləməlidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *