ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

 

Avropa məsələləri üzrə Britaniya Naziri – Gürcüstan Parlamentini  Prezidentin vetosunu ləğv etməməyə və bu qanunu geri çəkməyə çağırıram

Gürcüstan Parlamentini Prezidentin Vetosunu ləğv etməməyə və bu qanunu geri çəkməyə çağırıram, –  Böyük Britaniyanın Avropa məsələləri üzrə Naziri Nüsrət Qani bildirir. „Birləşmiş Krallıq Gürcüstan Prezidenti Zurabişvilinin  Xarici Təsir haqqındakı qanuna veto qoyma qərarını dəstəkləyir.  Həmin qanun Gürcüstan əhalisinin avroatlantik canatmalarına ziddir. Gürcüstan Parlamentini vetonu aşmamağa və həmin qanunu geri çəkməyə çağırıram”, – Nazir „X“-də yazır.

Siğnağidə bələdiyyədaxili nəqliyyat işə düşdü

Bu gündən etibarən sərnişinlər üç istiqamətdə daşımağa başlanıldı. Qədim Anaqa- Tsnori-Siğnaği marşrutunda ictimai nəqliyyatla Siğnaği bələdiyyəsinin meri Malxaz Beqiaşvili və onun birinci müavini başqa sərnişinlərlə birlikdə yolçuluq etdilər. Xatırladaq ki,  bələdiyyədaxili nəqliyyat 4 marşrut üzrə hərəkət edəcəkdir.  Avtobuslar hər gün saat 07:00-dan  saat 20:00-dək hərəkət edəcəklər.  Gediş haqqı 1 lari olaraq müəyyənləşdirildi.  Bununla belə,  Siğnaği bələdiyyəsi sakinləri pensionerlər, məcburi köçkünlər, müharibə və müdafiə qüvvələri veteranları, Sağlamlıq imkanları məhdud şəxslər, Vahid Məlumatlar Bazasında qeydiyyatda olan sosial  cəhətdən müdafiə edilməyən, reytinq xallarının 70 000 keçməyən ailələr, Sosial cəhətdən müdafiə edilməyən bazasında qeydiyyatda olan və xallarının 150 000-ni keçməyən çoxuşaqlı valideynlər,  Siğnaği bələdiyyəsinin qeyri-kommersial hüquqi şəxs statuslu „Siğnaği bələdiyyəsinin pulsuz yeməkxanası“ benefisiyarlarına güzəştlər tətbiq edilir. Yuxarıda adı çəkilən vətəndaşlar üçün gediş haqqı 50 tetri,  məktəb şagirdləri üçünsə pulsuz olacaqdır.

Aqrodron-  Gənclər tərəfindən Laqodexidə start verilmiş startap fermerlərə nədə kömək edir

Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi fermerlərin işini asandlaşdırır. Məhz bu səbəblə, Kaxetidə gənclər  “Ağıllı kənd təsərrüfatı” startapını başlatdılar. Həmin startap fermerlərə kömək etməyi hədəfləyir.Startapın təsisçisi Nikoloz Mesxinin bildirdiyi kimi, startap fermerlərin  fəaliyyətinə  və Gürcüstanda kənd-təsərrüfatı inkişafına dəstək verir.  Konkret olaraq, aqrodron həm birillik, həm də çoxillik mədəniyyətləri, meyvə, badam bağlarını, qarğıdalı, taxıl, qarpız və s. sahələri işləyə bilər.

O ki qaldı fərqə, standart mezanizasiyaya nisbətən, traktora 300 litrdə açılmış dərman lazımdırsa, Aqro dronun həcmi  30 litrədək azalmışdır. Bu isə həm su resursuna qənaət etmək deməkdir, həm də dərmanın dəqiq şəkildə dozalaşdırılması.  Bununla belə dərman vurmanın vaxtı çox azalır.  Aqrodron vasitəsilə gün ərzində təxminən 100 ha torpaq sahəsi üzərində salınmış birillik mədəniyyətləri dərmanlamaq mümkündür.

 Ğvareli bələdiyyəsində qanunsuz taxta-şalban sexi aşkarlandı

Ətraf mühit mühafizəsi və Kənd təsərrüfatı Nazirliyinin Ətraf mühitin Mühafizəsinə Nəzarət Departamentinin əməkdaşları, qanunsuz meşəqırmalara qarşı mübarizə çərçivəsində, Acarıstanda, sameqreloda, İmereti və Kaxetidə 4 qanunsuz taxta-şalban sexi aşkarladılar. Belə bir sex Ğvareli bələdiyyəsinin Axalsopeli Dövlət meşəsində də aşkarlanıb. Sexdən müxtəlif cinsli 8 şalban və  2,2 kub metr  taxta çıxarıldı. Fakt Cinayən Məcəlləsi əlamətlərini daşıyır. Materyallar yoxlanılması üçün aidiyyəti idarələrə göndərildi.

 Gürcüstanda ləyaqətlə yaşamaq üçün  lazım olan əmək haqqı 1 858 laridir

Yeni verilmişlərə görə, Gürcüstanda yaşamaq üçün maaş 1 858 lari təşkil edir. Yaşamaq maaşını Wage Indicator Foundation  ötən ilin verilmişlərinə söykənərək hesabladı. Bu haqda məlumatı „Ləyaqətli əmək platformu“ yayır.  Onların izahına əsasən,  yaşamaq üçün maaş əməkçilərin ləyəqtli yaşamaları üçün zəruri və əsas ehtiyaclarını qarşılayır. Yaşamaq üçün lazım olan maaş qida, paltar, yaşamaq üçün yer, təhsil, səhiyyə, nəqliyyat və s. kimi əhəmiyyətli ehtiyacları qarşılaya bilməlidir. Yaşamaq üçün maaş gözlənilməz xərcləri qarşılamalı və ən əsası, onu əldə etmək üçün işçilər iş müddətindən artıq işləməməlidirlər – yaşamaq maaşını almaq  bir işdə işləyərkən də mümkün olmalıdır.

 Ciddi şəkildə məsləhət görülür ki, qanunu onun mövcud şəklilə ləğv edəsəiniz – Venesiya komissiyasının rəyi

  Venesiya komissiyası rus qanunu ilə bağlı rəy dərc edir.  Komissiya Gürcü arzusunun qanunu üçüncü oxunuşla qəbulu ilə bağlı məyusluğunu bildirir. Venesiya Komissiyası Gürcü arzusunu qanunu, onun mövcud şəkilə qəbul edilməsi qərarını ləğv etməyə çağırır.  Komissiya öz rəyində altına xətt çəkərək bildirir ki, mövcud şəklilə qanun fundamental nöqsanlara yol açır, toplanma və ifadə azadlığına əhəmiyyətli zərər vurur, şəxsi həyatın toxunulmazlığını pozur, ayrı-seçkiliyi qadağan edir və ictimai fəaliyyətdə iştiraka imkan vermir.  Rəydə bildirilir ki, bu açıq, məlumatlı debatlara, plüralizm və demokratiyaya  mənfi təsir bağışlayacaqdır. Komissiyanın rəyində qeyd edildiyi kimi  Qanunvericilik təşkilatları, maliyyə qaynaqlarından göstərməyi onsuz da  tələb edir və bunun şəffaflığa niyə kifayət etməməsi aydın deyildir.

 Telavidən Amerikaya, emiqrasiyaya gedən vətəndaşlar, başqa emiqrantlarla birlikdə partiya təsis etdilər

Telavidən Amerikaya, emiqrasiyaya gedən vətəndaşlar, başqa emiqrantlarla birlikdə „Emiqrantlar gələcək uğrunda“ adlı partiya təsis etdilər.  “Emiqrantlar gələcək uğrunda”  partiya sədri Vani Qalaxvaridzenin bildirdiyi kimi partiya cari ilin 24 martda, ABŞ-da təsis edilmişdir. Onun sözlərinə görə,  üç yüz dəstəkçi toplandı və artıq qurultay da keçirildi. Qurultayda partiya sədri və Siyasi Şura da seçildi.

,,Partiyanın təsisçiləri və Siyasi şuranın üzvləri biz, dünyanın fərqli ölkələrində yaşayan gürcü emiqrantlarıyıq. Məqsədimiz bütün emiqrantları bir siyasi platforma ətrafında birləşdirmək və Gürcüstanda hazırda hökm sürən dəhşətli siyasi reallığı dəyişməkdir. Ədliyyə Nazirliyində partiyanın qeydiyyatdan keçirilməsinə, gözləmədiyimiz səbəbdən, rədd cavab gəldi və onun üçün bir qurultay da Gürcüstanda keçiriləcəkdir. Ümid edirik ki, bu dəfə nöqsan tapa biləyəcəklər. Ona qədər emiqrantlarla işləməyə davam edəcəyik.  Gələcəkdə isə seçkilərdə iştirak etməyi planlaşdırırıq”,-  Vano Qalaxvaridze Knews.ge-yə bildirmişdir.

 Yeni  dolayı yol Alazani düzü tərəfində salınacaqdır – Layihənin dəyəri  87.8 mln laridir

Bakursixe-Tsnorinin dolayı 16.6 kilometrlik yolunun salınması fəal şəkildə davam etdirilir. Hazırkı mərhələdə qeyd edilən yolun 13 km-dən çoxunda asfalt-beton örtüyü çəkilmişdir. Qeyd olunan hissə Kaxeti əsas yolunun (Tbilisi-Bakurtsixe- Laqodexi) bir hissəsidir. O, sıx məskunlaşmış ərazidən keçir və yüksək tranzit hərəkəti ilə fərqlənir.  Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Bakurtsixe-Tsnori yolu layihəsi 2 zolaqlı asfalt-beton örtüklü yolu və 6 körpünü nəzərdə tutur.

Cozef Borel – Rəsmi şəxsləri Venesiya Komissiyasının tövsiyyələrini nəzərə almağa çağırıram.

Avropa İttifaqının Ali nümayəndəsi Cozef Borel Gürcüstanın  rəsmi şəxslərini Venesiya Komissiyasının tövsiyyələrini nəzərə almağa çağırır. “Avropa Şurası Venesiya Kommisiyası Gürcüstanı „Xarici təsirin şəffaflığı qanununun hazırkı formasını geri çəkməyə çağırdı. [Gürcüstanın] rəsmi şəxslərini, Gürcüstan demokratiyasının fundamental elementlərini qorumaq baxımından tövsiyyələrini nəzərə almağa çağırır”, – Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel “X”-in şəxsi səhifəsində yazır.  Xatırladaq ki, Venesiya Komissiyası „Xarici təsirin şəffaflığı“ haqqında qanunlayihəsi barədə təxirəsalınmaz fikrini dərc etdi.

Gürcüstanda az qalsın hər altıncı adam kasıbdır

Sosial xidmət agentliyinin rəsmi məlumatlarına əsasən,  2024-cü ilin aprelində yaşayış müavinətini alan, sosial cəhətdən müdafiə edilməyən statuslu şəxslərin sayı 659 189 nəfərdir,  bu isə ölkə əhalisinin 17.8 faizini tşkil edir. burdan 439 347 nəfər yalnız yaşayış minimumu müavinəti alır, 219 842 nəfərsə Dövlət işlə təmin etmə üzrə dəstək proqramına qoşulmuşdur. Bu sonuncuların sosial cəhətdən müdafiə edilməyənlər statusu 4 il uzadılacaqdır. İdarənin məlumatına görə,  yanvar 2024-cü ildə minimum yaşayış müavinətini alan, sosial cəhətdən müdafiə edilməyən statuslu şəxslərin sayı 647 479 nəfər idi,  bu isə o deməkdir ki,  müavinət alanların sayı bu müddətdə 11 710 minlə artmışdır.

Şəxsi məlumatların mühafizə Xidməti təhdid və hədə-qorxu zənglərinin işini Prokurorluğa ötürdü

Şəxsi Məlumatların Mühafizə Xidmətinin məlumatına əsasən,  yad telefon nömrələrinin əsas hissəsi, konkret şəxslər üzərinə qeyd olunmayıb  və aktiv deyildir. Beləki, elektron kommunikasiya şirkətləri üçün  zəng vuranların kimliyi və onların demoqrafik məlumatları məlum deyildir.   Onların məlumatına əsasən, bir halda ki telefon zənglərinin məzmunu hədələmək və təhqiramiz, vətəndaşları, o cümlədən, yetkin yaşına çatmamışları qorxutmaqdı, habelə cinayət əlamətləri də göründüyü üçün, Xidmətin səriştələrini aşır, buna görə də , xidmət bu məsələ ilə bağlı bütün müraciətləri Gürcüstan Prokurorluğuna  göndərdi.

 Dedoplistsğarolu idmançı,  Qiorqi Sardalaşavili dünya çempionu oldu

Abu-dabi Cudo üzrə dünya çempionatlığına ev sahibliyi edir. Turnirdə 20 yaşlı gürcü idmançısı Qiorqi Sardalaşvili uğurla çıxış etdi (60 kq), o dünya çempionu titutulunu əldə etdi. Final görüşdə, Yanq Yanq Veyi yenərək Gürcüstan yığmasına cari çempionatda ilk medal gətirdi. Final qarşılaşmasınadək gürcü cüdoçu üst-üstə dörd görüşdə qalib gəldi. Xatırladaq ki, ötən il Dohada keçirilən dünya çempionluğunda Qiorqi Sardalaşvili bürünc medal qazanmışdı. Qeyd edək ki, Qiorqi Sardalaşvili müstəqil Gürcüstan tarixində ən gənc dünya çempionudur.