დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Şarl Mişel – Avropa İttifaqı demokratik və azad ictimaiyyətlə bağlı arzularınızı tamamilə dəstəkləyir
Avropa günü Gürcüstan və onun gürcü xalqı üçün mənim sözlərim belədir – bunun haqqında Avropa Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkədə yazır. Onun sözlərinə görə, Avropa İttifaqı və onun gələcəyi üçün yol məhz elə bundadır.
“ Avropa günü Gürcüstan və onun gürcü xalqı üçün mənim sözüm belədir – Avropa İttifaqı sizin demokratik və azad ictimai arzularınızı tamamilə dəstəkləyir. Bu qanunun aliliyinə söykənir. Bu Avropa İttifaqına və bizim ümumi gələcəyimizə yönələn yoldur. Bu Avropa İttifaqının sizin ölkəni dəstəkləyəcəyi yoldur”,– Avropa Şurasının Prezidenti Şarl Mişel yazır.
Gürcüstan üçün vizanın liberallaşdırılmasını dayandırmaq heç də istisna deyildir – Rikard İozviak
„Azadlıq radiosu“-nun Avropa Bürosu Redaktoru Rikard İozviakın məlumatına əsasən, Gürcüstan üçün Avropa İttifaqı ilə vizasız rejimi dayandırmaq istisna edilmir. İozviyakın sosial şəbəkədə yazdığı kimi, 8 mayda Avropa İttifaqı Gürcüstan haqqında bir daha müzakirə etdi və agentlər haqqında qanunun qəbul edildiyi təqdirdə hansı addımların atılacağı danışıldı. “Avropa İttifaqı səfirləri Gürcüstan məsələlərini bir daha müzakirə etdi. O cümlədən xarici agentlər qanununun qəbulu haqqında atılacaq addımlar barədə. Vizanın liberallaşmasını dayandırmaq istisna edilmir. Hər şey müzakirə edilir”,– Rikard İozviyak yazır.
Məlumat üçün, 25 apreldə Avropa Parlamenti 425 səslə Gürcüstan haqqında qətnamə qəbul etdi. Qətnamədə, „Xarici Təsirin Şəffaflığı“ qanunlayihəsi Avropa İttifaqının prinsiplərinə ziddir olduğu deyildi. Qətnaməyə İvanişviliyə sanksiyalar tətbiq edilməsilə bağlı mətn daxil edildi. Bununla yanaşı Gürcüstan tərəfindən agentlər qanununun qəbul edilməsi vizanın liverallaşdırılması meyarları ilə nə qədər uyğun olub-olmamasını aydınlaşdırmaq da qeyd edildi.
Fermerlər 150 min ton taxıl məhsulu gözləyirlər
Taxıl və Un İstehsal edənlər Assosiasiyasının Direktoru Levan Silaqava bildirir ki, Gürcüstanda taxıl və un ehtiyatları sabit şəkildə verilmişdir, sektor yeni məhsulu gözləyir.
O ki qaldı məhsulun miqdarı ilə bağlı proqnozlara, Silaqava bildirir ki, hazırki mərhələdə 150 min ton taxıl məhsulu gözləyirlər.
„Fermerlər 150 min ton taxıl məhsul gözləyir, bu ümumi istifadənin 15-17%-ni təşkil edir.“– Silaqava qeyd edir.
Hüquqi Məsələlər Komitəsi „Xarici Təsirin Şəffaflığı haqqında“ qanunlayihəsinə üçüncü oxunuşla dəstək verdi
Hüquqi Məsələlər Komitəsi „Xarici Təsirin Şəffaflığı haqqında“ qanunlayihəsinə üçüncü oxunuşla dəstəklədi. Komitənin sədri, Anri Oxanaşvili iclas başlayarkən qeyd etdi ki, bu gün deputatlar qanunlayihəsində, üçüncü oxunma çərçivəsində, yalnız redaktə xarakterli qeydlər daxil edə bilərdilər. Komitə iclasında iştirak edən deputatların qanunlayihəsilə bağlı sualları, qeydləri, fikirləri olmadı və layihəni dəstəklədilər. Məlumat üçün, Komitə iclası, Rustaveli prospektində aparılan aksiya fonunda keçirildi.
USAID-in rəhbəri – Bu qanunlayihəsi vətəndaş cəmiyyətini və müstəqil medianı boğacaq
Gürcüstanda dinc nümayişçilər Gürcüstan və Avropa İttifaqı bayraqlarını gəzdirir. Bu isə Avropa ilə inteqrə edilmiş uğurlu və demokratik gələcək uğrunda onların ümidlərini əks etdirir , – bunun haqqında USAID-in rəhbəri, Samanta Pauer deyir.
„Gürcüstanda dinc nümayişçilər Gürcüstan və Avropa İttifaqı bayrağını gəzdirir, bu isə Avropa ilə inteqrə edilmiş uğurlu və demokratik gələcək uğrunda onların ümidlərini əks etdirir. Bu qanunlayihəsi vətəndaş cəmiyyətini və müstəqil medianı boğacaq və nəticədə Gürcüstanın Avropa İttifaqına namizədliyini kökündən qazıyacaqdır“, – Samanta Pauer X-də yazır.
Rus qanununun əleyhdarlarına, Kaxetidə, yad nömrələrdən zəng edir, söyür və təhdid edirlər
Təhdid, təhqir, ailə üzvlərilə qorxutmaq və şəxsi məlumatların yayılması barədə xəbərdarlıq – son bir neçə gündür ki, Gürcüstanda, rus qanunu əleyhinə olan vətəndaşlara, media və QHT nümayəndələrinə, siyasətçilərə, yad nömrələrdən zəng etmək və təhdidlər yaratmaq müntəzəm şəkil aldı.
Qeyd edilən məsələ barədə məlumatı vətəndaşlar bir neçə gündür ki yayır və yad nömrələrdən onlara zəng etdiklərini, rus qanunu ilə bağlı fikirlərini öyrəndiklərini, sonra söydüklərini və təhdid etdiklərini deyirlər.
Müxtəlif ölkə və Gürcüstanda qeydiyyatdan keçmiş nömrələrdən Kaxeti bölgəsində fəaliyyət göstərərn jurnalistlərə, QHT nümayəndələrinə, müxtəlif layihəyə qoşulmuş şəxslərə, vətəndaş fəallarına və rus qanununun qəbuluna qarşı çıxan vətənadaşlara da zəng etdilər. Yerlilər bununla heç kəsi qorxuda bilməyəcəklərini, əksinə, xalqın buna görə daha da hiddətlənəcəyini və aksiyaya gedənlərin sayının iki qata çıxacağını deyir.
Prezident – Veto qoyaraq saxta, süni, yalançı danışıqlara daxil olan deyiləm
Dost ölkə nümayəndələrinə izah etdim ki, veto qoymaqla saxta, süni, yalançı danışıqlara daxil olan deyiləm – bu gün ölkədə mövcud olan əhval-ruhiyyəyə xəyanət edən deyiləm, – Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Latviya, Estoniya, İslandiya və Litvanın Xarici İşlər Nazirlərilə görüşdükdən sonra, birlikdə keçirilən mətbuat konfransında bildirdi. Zurabişvilinin qeyd etdiyi kimi, heç kəs Gürcüstan Prezidentini bu hakimiyyətin simasını qorumaq üçün istifadə etməyi ağlına belə gətirməməlidir.
İcbari baza təhsili 9 sinif əvəzinə, 10 siniflə müəyyənləşdiriləcəkdir
Ümumi təhsil pilləsində dəyişiklik aparılır. Dəyişikliyə görə, icbari baza təhsil 9 sinif əvəzinə, 10 siniflə müəyyənləşdiriləcəkdir. Parlamentdə „Ümumi təhsil haqqında“ qanundakı dəyişikliklər, Gürcüstanda ümumi təhsilin üç pilləsilə bu cür müəyyənləşəcəkdir: – ibtidai (6 il – I-VI siniflər), baza (4 il – VII-X siniflər) və orta (2 il – XI-XII siniflər). Qeyd olunan dəyişiklərə müvafiq olaraq, baza pilləsi 1 illə artır və 4 illik olur, üç illik orta təhsil isə 2 ilədək azalır, ancaq 12 illik ümumi təhsil eyni qalır.
Rus qanununa yox- Telavidə gənclər aksiya keçirdilər
Telavidə gənclər aksiya keçirdilər. Onlar vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə Telavi teatrı yanında toplaşdılar və Hökumət tərəfindən rus qanununun qəbuluna etiraz etdilər. Aksiya iştirakçılarının dediyinə görə, qeyd olunan qanun ölkəyə avropaya inteqrasiyası yolunda mane olur.
Rus qanununa görə, Ədliyyə Nazirliyi fiziki şəxsləri də cərimələyə biləcək
Rus qanununun, Gürcü arzusunun 84 deputatı tərəfindən dəstəklənən üçüncü redaktəsinə görə, Ədliyyə Nazirliyi hüquqi şəxslərlə birlikdə fiziki şəxsləri də cərimələyə biləcəkdir. Məsələ oldur ki, qanunun qeyd olunan redəktəsi qüvvəyə mindikdə Ədliyyə Nazirliyi konkret təşkilatlar və fiziki şəxslər haqqında monitorinq çərçivəsində məlumat tələb edə bilər. Həmin məlumatı 10 iş günündə təqdim etmədiyi təqdirdə isə fiziki şəxsi cərimələyə biləcəkdir. Qeyd olunan qeyd Rus qanununa üçüncü oxunuşda əlavə edildi.