დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
İsraf detektoru- Dedoplistğaro su təchizatı layihəsinin müddəti 7 dəfə uzadıldı və bunun üçün heç kəs cərimələnməyib
İsraf detektoru, Dedoplistğaroda, su təchizatı layihəsinin həyata keçirilməsi ilə bağı məlumat yayır. Onun sözlərinə görə, Dedoplistsğaro su təchizatı layihəsi 2022-ci ildə başa çatdırılmalı idi və ora artıq 9 milyon lari sərf edildi, lakin heç bir nəticə vermədi. Müddət 7 dəfə çəkildi və bunun üçün heç kəs cərimələnməmişdir.
,,Sabatlo, Samtatsğaro və Pirosmani hələ də kamil su təchizatı ilə faydalana bilmirlər, halbuki, şirkətə büdcədən artıq 8.6 mln lari köçürüldü. Müqavilənin başa çatdırılması müddəti yeddi dəfə uzadıldı, lakin bunun üçün icraçı şirkətə heç bir cərimə kəsilməyib. Yerlilərə görə, şirkət işləri 2024-cü ilin Parlament seçkilərinə qədər qəsdən ləngidir. İşləri yerinə yetirən şirkətin, MMC Sabanın sahibləri Rusiya-Gürcüstanın ikili vətəndaşlarıdırlar. 2021-2022-ci illərdə bu şirkət ümdə 90 milyon larilik 13 tenderdə qalib oldu, burdan 7-də – rəqibsiz şəraitdə”,– İsraf detektoru tərəfindən yayılan məlumatda deyilir.
Metyu Miller „Xarici təsirin şəffaflığı haqqında” qanunlayihəsi barədə – Bu qanun Gürcüstanı Avropaya gedən yoldan ayıracaqdır.
Əgər„Xarici təsirin şəffaflığı haqqında“ qanunu qəbul etsələr, o vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcək və Gürcüstanı avropaya gedən yolundan uzaqlaşdıracaqdır, – bunun haqqında Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirmişdir.
„Biz açıq şəkildə dərin təşviş keçirdiyimizi bildirdik. Bu qanunu qəbul etdikləri halda onun Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün işləyən vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcəyini dedik. Həmin qanun Gürcüstanı avropa yolundan sapdıracaq və Gürcüstan vətəndaşlarının yüksək keyfiyyətli informasiyaya əllərinin çatması üçün fəaliyyət göstərən müstəqil mədia təşkilatlarına mane olacaqdır“, – Miller qeyd etmişdir.
Avropa parlamentinin 22 üzvü – Gürcüstan tənəzzül etsə Avropa Komissiyası genişlənmə prosesinin əvvəlki mərhələsinə qayıda bilər.
Bunun haqqında Avropa Prlamentinin 22 üzvü ümumi məktubunda bildirir.
„Biz, imza atan Avropa Parlamenti Üzvləri, hakim “Gürcü arzusu” partiyası tərəfindən “Xarici agentlər” qanununun yenidən qaytarıldığına görə dərin təəssüf hissi keçiririk. Həmin qanuna ötən il gürcü cəmiyyəti kütləvi etirazlar etmişdi. Gürcüstana Avropa İttifaqı Namizədi statusu 2023-cü ilin dekabrında, Avropa Komissiyası tərəfindən müəyyənləşdirilmiş addımların yerinə yetiriləcəyi şərti ilə verildi. “Xarici təsirin şəffaflığı” qanunu adı ilə təklif edilən “Xarici agentlər” qanunu atılası addımlardan ən azı ikisini pozur: 9-cunu – o, vətəndaş cəmiyyətinin azad fəaliyyət göstərməsinə, qanunvericilik və siyasi qərarların alınma prosesinə cəlb olunmalarını nəzərdə tutur, və 1-cini, hansı ki Avropa İttifaqı və onun dəyərlərinə qarşı yönəlmiş deziformasiya ilə mübarizəyə çağırır. “Xarici agentlər” və ya “Xarici təsirin şəffaflığı” haqqında qanun Avropa İttifaqı dəyərləri və demokratik prinsiplərə ziddir, o, Gürcüstanın Avropa İttifaqına üzvlük ambisiyasına qarşı çıxır. Gürcüstanın rəsmi şəxslərini vətəndaş cəmiyyəti təşkilatlarını, o cümlədən media, şəffaflıq və hesabatlılıq üzrə Avropa İttifaqı təcrübələrini izləməyi məsləhət görürük, vətəndaş cəmiyyəti və azad medianı nəzarət altında saxlayan, təqiblərə məruz qoyan Rusiya və başqa avtoritar ölkələrin deyil… Biz habelə Avropa Komissiyasını Gürcüstanın rəsmi şəxslərinin bu kimi qərarlarının namizəd ölkə statusuna müvafiq olub-olmamasına nəzarət etməyə çağırırıq. Avropa İttifaqı yolunda Gürcüstanın tənəzzül etdiyi halda Avropa Komissiyası genişlənmə prosesinin əvvəlki mərhələsinə qayıtmalı olacağını anlayır və dəstəkləyirik – bəyənatda bildirilir.
Laqodexidə Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün erkən intervensiya mərkəzi açıldı
0-7 yaşınadək sağlamlıq imkanları məhdud olan uşaqların psixi reabilitasiyası mərkəzi, bələdiyyədə yaşayan yetkinlik yaşına çatmayanlar üçün inklüziv xidmətlərin çatdırılmasını, imkanların inkişaf etdirilməsini, advokatlaşdırılmasını və onların ailələrini dəstəkləməyi təmin edir.
Hazırda mərkəzdə 25 benefisiyar var. Psixi reabilitasiya mərkəzi xüsusi ehtiyacı olan uşaqların, müstəqil həyat üçün lazım olan qabiliyyətlərin və sosial inklüziyanın inkişafını, məişət bacarıqlarının inkişafını, onun qorunmasını nəzərdə tutur. Layihə Laqodexi bələdiyyəsi meriyası və Gürcüstan Samariyalılar ittifaqının dəstəyilə həyata keçirilir.
Hökumət fiziki şəxslər üçün vergi amnistiyasını elan edilmə qərarını aldı
Hökumət fiziki şəxslər üçün vergi amnistiyası elan etmə qərarını aldı. Baş-nazir İrakli Kobaxidzenin Hökumət İclasında bildirdiyi kimi, müvafiq qanun qəbul edildikdən sonra 145 min fiziki şəxsin ümdə, 590 milyon lari miqdarında vergi borcu silinəcəkdir. Kobaxidze qərarın hazırlanması üçün Maliyyə nazirinə təşəkkür etdi.
„Fiziki şəxslər üçün vergi borclanmaların silinməsi qərarını İqtisadi Şura iclasında qəbul etdik. Vergi borcları olan çox sayda fiziki şəxs var. Bundan irəli gələrək, onlar iqtisadi fəaliyyət göstərməkdən məhrumdurlar. Onun üçün də borclanmaları silmək qərarını aldıq. Bütün fiziki şəxslərin, o cümlədən fərdi sahibkarların 1 yanvar 2021-ci ilədək yarandıqları və ödəmədikləri vergi borcları cərimələrilə birlikdə silinəcəkdir. 145 min vətəndaşımızın iqtisadi həyata fəal şəkildə qoşulmaq imkanı olacaqdır, bu isə iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərəcəkdir“, – İrakli Kobaxidze bildirir.
11-dən 25 aperlədək, Qombori yolunda, nəqliyyat vsitəsinin hərəkəti qadağandır
11 apreldən 25 aprel hesaba alınmaqla, dövlətdaxili əhəmiyyətli Vaziani-Qombori-Telavi nəqliyyat yolunun 27-33 km hissəsində icra edilən işlər çərçivəsində, bütün növ avtomobil nəqliyyatının hərəkəti qadağan edilir. Avtomobil yolları Departamentinin məlumatına əsasən, qeyd olunan dövrdə, avtomobillər beynəlxalq əhəmiyyətli Tbilis-Bakurtsixe-Laqodexi yollarında hərəkət edəcəkdir. Avtomobillərin hərəkəti patrul polisinin bilavasitə nəzarəti altında həyata keçiriləcəkdir. Reabilitasiyaya tabe tutulan hissə 8 torpaq sürüşməsinə məruz qalmış hissəni əhatə edir. Qombori aşırımında torpaq sürüşməsi müşahidə edilən hissələrdə drenaj sistemləri düzəldiləcək və zəif qruntlar dəyişdiriləcəkdir. İşlərin xüsusiyyətindən irəli gələrək, avtomobil yolu 3-4 metrədək qazılmalıdır. Bu isə avtomobillərin onu aşmasını qeyri-mümkün edir. Layihə çərçivəsində Vaziani-Qombori-Telavi avtomobil yolunda, ümdə, 33.6 km-lıq hissə reabilitasiya edilir. İşlər dövlət büdcəsindən 66 700 000 lari ilə maliyyələşdirilir.
Gürcüstanda 860 918 nəfərin şəxsiyyət vəsiqəsi yoxdur
Gürcüstanda 860 918 nəfərin şəxsiyyət vəsiqəsi yoxdur. Bunun haqqında Dövlət Xidmətləri İnkişafı Agentliyi tərəfindən Prlament üzcü Tina Bokuçavanın deputatlıq sualına cavab olaraq göndərilən informasiyadan məlum olur. Agentliyin məlumatı ilə, 18 mart 2024-cü il vəziyyəti ilə nə Gürcüstan pasportu, nə də qeyri-elektron şəxsiyyət vəsiqəsi olmayan vətəndaşların sayı, ümdə, 860 918-dır. Burdan, 691 387 yetkinlik yaşına çatmayanlar, 169 531 isə yetkinlik yaşına çatmış şəxsdir. Bununla belə, Agentliyin verilmişlərinə əsasən, 18 mart 2024-cü il vəziyyətilə, Gürcüstanda ümdə 3 138 447 vətəndaşın aktiv şəxsiyyət elektron vəsiqəsi vardır, 402 347 şəxs isə yalnız Gürcüstan vətəndaşı pasportuna malikdir və şəxsiyyətini təsdiqləyən başqa sənədi yoxdur. Bundan əlavə, idarənin məlumatına əsasən, Gürcüstanın 210 153 vətəndaşının qeyri-elektron şəxsiyyət vəsiqəsi var və onlar Gürcüstan vətəndaşı pasportunu almayıblar.