დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Kaxetidə, Gürcüstan və Basklar ölkəsinin mətbəx konqresi keçiriləcəkdir
Kaxetidə, 2024-cü ilin əsas kulinariya hadisəsi, Gürcüstan və Basklar ölkəsinin mətbəx konqresi – “Culinary Connection Euskadi-Georgia” keçiriləcəkdir. Konqresin çərçivəsində panel diskussiyalar, təqdimatlar və kulinariya şousu keçiriləcəkdir. Konqresə bask və gürcü şefləri rəhbərlik edəcəklər. Tədbir Gürcüstan İqtisadiyyatı və Dayanıqlı İnkişaf Nazirliyi, Milli Turizm Administrasiyası və Basklar ölkəsi Hökumətinin dəstəyilə, habelə Basklar ölkəsi Kulinariya Mərkəzi və Mantala-nın təşkilatçılığı ilə keçirilir. Basklar ölkəsi-Gürcüstanın qastronomiya konqresi, nəinki kulinariya üstadlığını, habelə enoqastroturizm və gürcü mətbəxini inkişaf etməyi hədəfləyir.
Qida obyektlərinə yeni öhdəlik – restoranların yekun qiymətinin göstərmək öhdəliyi olacaqdır
Gürcüstan Rəqabət və İstehlakçının Müdafiəsi Agentliyi, qida xidməti sektorunda, istehlakçının maraqlarını müdafiə etmək məqsədilə, yekun qiyməti göstərmək standartını müəyyənləşdirdi. İdarənin izahı ilə, Agentlik tərəfindən alınan qərara görə, hər bir subyekt – açıq və aydın şəkildə, menyuya dəyişikliklər daxil etməli və istehlakçıya əmtəənin yekun qiyməti haqqında məlumatı ÜDM və bütün başqa vergiləri göstərərək təqdim etməlidir. O cümlədən xidmət vergisini də.
“Agentlik standartı təyin etdi – MMC „Limon 2009“ (Restoran – Respublika) Agentliklə şərti öhdəliklər müqaviləsi bağladı. Konkret olaraq „istehlakçı hüquqların müdafiəsi“ qanunun təxmin edilən pozuntusunu aradan qaldırmaq üçün restoran – daxili fəaliyyət siyasətində dəyişikliklər aparılması ilə bağlı öhdəlik götürüb onu yerinə yetirdi. Məlumat üçün: 2024-cü ilin yanvar ayında, istehlakçıların hüquqlarını müdafiə etmək istiqamətində, Agentliyə 60 bəyənat daxil olmuşdur. Qeyd olunan müddətdə, Agentliyin qərarı ilə, istehlakçılar qrupunun hüquqlarının pozulması üzrə 1 fakt təsbit edilmişdir. Agentlik tərəfindən verilən öhdəliyi icra etmədiyi səbəbilə 2 obyekt 1200 lari miqdarında cərimələndi. İstehlakçı nəfinə, şəxsi öhdəliklərin götürülməsi haqqında 14 işlə bağlı – 13 razılaşma bağlanmışdır”, – Rəqabət Agentliyinin verdiyi məlumatında deyilir.
Otar Şamuqia – Ölkə miqyasında buzlaqlı dərələr və torpaq sürüşməsi müşahidə edilən məntəqələrin yoxlanılmasını planlaşdırırıq
3 avqust 2023-cü ildə Raçada, Şovidə, cari ilin 6 fevral tarixində isə Bağdat bələdiyyəsinin Nerqeeti kəndində inkişaf edən hadisələr barədə Ətraf mühit üzrə Mili Agentliyi mütəxəssisləri tərəfindən hazırlanmış rəyi və hesabatı Ətraf Mühitin Mühafizəsi və Kənd təsərrüfatı Nazirliyindəki görüşdə müzakirə etdilər. İdarə tərəfindən yayılan məlumatda deyildiyi kimi, təqdim edilən sənədlər fəlakətə səbəb olan əsas səbəblər, nəticələr və tövsiyyələrdən ibarətdir.
Ətraf Mühitin Mühafizəsi və Kənd təsərrüfatı Naziri Otar Şamuqia iqlim dəyişikliyindən irəli gələn fəlakət hadisələrinin çoxalması faktı haqqında danışdı.
„ Təqdim edilən sənədlərə və planlarımıza bir neçə kəlmə ilə toxunmaq istəyirəm. İlk növbədə, Şovi faciəsi və orda baş vermiş hadisələrlə başlamaq istəyirəm. Bildiyiniz kimi bu hadisədən tezliklə Ətraf mühit Agentliyi ilkin hesabat hazırladı. Biz bunu mütəxəssislərə və ictimaiyyətə təqdim etdik. Hesabatda nə kimi proseslərlə qarşı-qarşıya olduğumuz əks olunubdur. Bu prosesə beynəlxalq ekspertləri cəlb etməyi məqsədəuyğun olduğunu lazım bildik. Ətraf mühit Milli Agentliyi isveçrə şirkəti ilə müqavilə bağlamışdır. Qeyd etmək lazımdır ki, Ətraf mühit Agentliyinin hazırladığı rəy, faktiki olaraq, isveçrə şirkətinin hazırladığı rəylə üst-üstə düşür – bu fəlakət hadisələrinin inkişafına, səbəbinə, prosesin hardan başlaması və bütün bunlar hansı müddət içində baş verməsinə və s. toxunur. Rəydə həmçinin əhəmiyyətli bir məsələyə də diqqət çəkilib – bu cür sürətlə inkişaf etməkdə olan prosesdə erkən həyəcan siqnalı sisteminin belə, təəssüf ki, işə yaramadığı vurğulanıb. Belə hallarda həll məkan planlaşdırılmasından keçir. Rəylərdə mövcud olan uzlaşmalar mütəxəssislərimizin yüksək səriştəli olduqlarına dəlalət edir və bunun üçün onlara təşəkkür etmək istəyirəm. “,- Otar Şamuqia bildirmişdir.
hobby- Saqarecoda yaşayan gənc sahibkarın biznes ideyası
Saqarecoda yaşayan gənc, Nika Qabaşvili, həyat yoldaşı Xatia Mtivlişvili ilə birlikdə həyət və ev üçün dekorativ əl işləri hazırlayır. Onun bildirdiyi kimi, bu işlərlə 5 il bundan əvvəl maraqlandı və kütləvi istehsal üçün lazım olan alətləri illər ərzində yavaş-yavaş almağa başladı. ,,Lazımlı alətləri topladıqdan sonra, sevdiyim işə daha çox vaxt ayırmaq üçün iş yerimi tərk etdim. Evdə kiçik bir emalatxana düzəltdim və orda həyət dekorasiyaları, gül dibçəkləri, quşlar üçün evlər düzəltməyə başlayaraq satmağa başladım. Əvvəl başdan quş evləri ilə başladıq, sonra gül dibçəklərini də əlavə etdik. Gördüyümüz işlərə tələbin olduğuna sevinirəm”,- knews.ge-yə Nika Qabaşvili bildirmişdir.
Nika deyir ki, hazırladığı əşyaları əsasən sosial şəbəkədə yaratdığı səhifə sayəsində bacarır. Bundan əlavə, yerində də satır. ,,Əsasən, səhifəmizin vasitəsilə onlayn satırıq. Bundan əlavə, tikinti mağazası da əlavə etdik və orda da satırıq. Gəlib həyətdən də alırlar. Tələbat kifayət qədər yüksəkdir. Qeyd etmək laızmdır ki, bu işlər əsasən dekorasiyadır, lakin quşların girib yuva qurduqları evlər də görmüşəm”,– Nika bildirir.
Laqodexi meriyasında vətəndaşlar üçün xidmət məkanı açıldı
Qeyd olunanla bağlı məlumatı Regional İnkişaf və İnfrastruktur Nazirliyi yayır. Onun məlumatına əsasən, vətəndaşlara xidmət məkanı tamamilə reabilitasiya edildi, mebellə, lazımlı avadanlıqlarla təchiz edildi. Məkan vətəndaşara “Bir pəncərə” prinsipi ilə xidmət edir. Vətəndaşların qəbul edilmə məkanının açılma tədbirində Nazir müavini Mzia Qiorqobiani, Kaxeti tərəfindən Dövlət səlahiyyətlisi Qiorqi Aladaşvili yerli bələdiyyə nümayəndələrilə birlikdə iştirak etmişdir.
„Yenə bir bələdiyyədə əhaliyə yönəlmiş xidmət məkanı açılşmışdır. Vətəndaşın xidmətləri bir məkandan alması olduqca əhəmiyyətlidir. Bu həm xidmətin keyfiyyətini yaxşılaşdıracaq, həm də vaxta qənaət etməkdə kömək edəcəkdir. Əhaliyə onların bələdiyyədəki həyatlarını yüngülləşdirəcək əlavə xidmətlər də təklif edilir”, – Mzia Qiorqobiani bildirmişdir.
Layihə BMT İnkişaf Proqramı (UNDP) çərçivəsində, Gürcüstan Regional və İnfrastruktur Nazirliyinin dəstəyilə həyata keçirildi. Layihənin ümdə dəyəri 47 550 lari təşkil etdi.
Hökumət Parlament üçün yaşlıların hüquqları barədə xüsusi qanunlayihəsini təqdim etməyi planlaşdırır
„Yaşlı şəxslərin hüquqları haqqında“ layihə təşəbbüsü bahar sessiyası çərçivəsində irəli sürüləcəkdir. Layihəni Ədliyyə Nazirliyi hazırlayır. Hökumətin izah etdiyi kimi, „Yaşlı şəxslərin hüquqları haqqında“ qanunun qəbulu yaşlı şəxslərin hüquqlarının daha effektli həyata keçirilməsini təmin edəcək, vahid qanunvericilik çərçivənin mövcudluğu yaşlı şəxslərin hüquqlarının müdafiəsinə, onlar üçün müvafiq proqram və servislərin hazırlanmasını təmin edəcəkdir.