დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Gürcüstanda ilk dəfə, Telavi Universitetinin Hüquqşünaslıq Klinikasında İnnovativ Proqram tətbiq ediləcəkdir
Yakob Qoqebaşvili adına Telavi Universitetinin Sosial Elmlər, Biznes və Hüquq Fakultetinin hüquq istiqamətli klinikası, sahibkarlığın başlanğıc mərhələsində olan vətəndaşlar üçün ödənişsiz məlumat xarakterli xidməti həyata keçirəcəkdir. USAID Qanunun Aliliyi Proqramı layihəsi çərçivəsində, klinika maraqlı şəxslərə biznes planı və hüquqi paketi hazırlamaqda kömək edəcəkdir. Telavi Dövlət Universitetindən bildirdikləri kimi, Hüquqşünaslıq Klinikası çərçivəsində əhali üçün ödənişsiz məsləhətlər, inzibati orqanlarda və məhkəmədə təmsil etmək də təklif ediləcəkdir; Tələbələr hüquqi məsələlərdə vətəndaşlar və bölgənin müxtəlif ictimai məktəbləri şagirdləri ilə məlumat xarakterli görüşlər keçirəcəklər. ,,Universitetin tələbələri ilə birlikdə, layihənin həyata keçirilməsi üzərində tanınmış hüquqşünaslar və iqtisadiyyatçılar işləyəcəklər. “Hüquqşünaslıq Klinikası Proqramı” çərçivəsində bu cür innovativ istiqamətin tətbiqi cəhətdən Telavi Dövlət Universiteti Gürcüstanda ilkdir. Bu isə öz növbəsində, kiçik və orta biznes üçün ödənişsiz yardım göstərməyi, ikinci tərəfdən isə, tələbələrin peşə bacarıqlarını inkişaf etmək yolu ilə, bölgədə onların işlə təmin edilmələrinə kömək edəcəkdir”,- Universitetdən bildirirlər.
Saqarecoda ,,Velinonun“ yenilənmiş dequstasiya və restoran məkanı fəaliyyətə başlayacaqdır
Saqareco bələdiyyəsinin Kakabeti kəndində fəaliyyət göstərən “Velino” çaxır dequstasiyası və restoran məkanı 2025-ci ildən fəaliyyətə başlayacaqdır. Təsisçi Beka Cimşeladzenin bildirdiyi kimi ora gedən qonağı gürcü çaxırının tarixi və mədəniyyətilə tanış edəcəklər. Onun sözlərinə görə, tikinti işləri 2025-ci ildə başa çatacaq və bununla cəmi 1.2 mln lari investisiya həyata keçiriləcəkdir. “Velino” bazara 2016-cı ildən çıxmışdır. Şirkətdə 7 növ, ildə 20 000 şüşə şərab istehsal edilir və tamamilə dünyanın 13 ölkəsinə ixrac edilir.
1 martdan etibarən arzuolunmaz SMS-lər telefonunuza gələn deyildir.
Cari ilin bir martından etibarən reklam bildirişləri razılıq vermədən sizə gələn deyildir. Qeyd olunan dəyişikliyi Şəxsi Məlumastların Mühafizəsi haqqında yeni qanun nəzərdə tutur. Qanuna daxil edilən əhəmiyyətli dəyişikliklər haqqında nəşri “Beynəlxalq cəmiyyət – Gürcüstan” (TI) yayır. Təşkilat hər bir reklam bildirişləri almağa rədd cavabı vermək hər bir şəxsin haqqı olduğunu qeyd edir. Tələbi aldıqdan 7 iş günü ərzində verilmişləri işləyən, şəxsin məlumatların işlənilməsinə xitam verməlidir. Dəyişiklik 1 mart 2024-cü ildən qüvvəyə minəcəkdir. Maqtikom şirkəti öz istehlakçılarına reklam təklifləri qaydalarının dəyişdiyi haqqında məlumat vermiş və marketinq məqsədilə məlumatlarının işlənməsinə razı olub olmamalı barədə soruşmuşdur.
2023 -cü ildə, Gürcüstanda, 56 uşaq övladlığa verildi, onların arasında 4 sağlamlıq imkanları məhdud şəxslərdir
Dövlət Qayğı və Trefinkinq Qurbanları, Zərərçəkənlər Yardım Agentliyi məlumatı ilə, ötən ilin verilmişlərinə əsasən, övladlığa verilməli uşaqların sayı 146 idi, onların arasında 113-ü xüsusi ehtiyacları olandır. Bununla belə övladlığa uşaq götürmək istəyənlərin sayı 1 975-i təşkil edir. O ki qaldı 2022-ci ilə, Agentliyin məlumatı ilə, ölkədə övladlığa verilmək statuslu 154 uşaqdan 60 övladlığa verilmişdir.
2011– ci ilədək verilmiş laminasiyalı şəxsiyyət vəsiqələri ödənişsiz dəyişdiriləcəkdir
Ədliyyə Naziri Rati Breqadze Qnunvericilik orqanda, Komitələrin birləşmiş iclasında sözlə çıxış edərkən, 2011-ci ilədək verilmiş şəxsiyyət vəsiqələrinin ödənişsiz dəyişdiriləcəyini dedi.
,, 2011– ci ilədək verilmiş laminasiyalı şəxsiyyət vəsiqələri ödənişsiz şəkildə yeni elektron vəsiqələrilə əvəz ediləcəkdir. Nəticədə, vətəndaşlar Dövlət xidmətlərindən cəld və məhdudiyyətsiz istifadə edə biləcəklər”, – Breqadze bildirmişdir.
Məktəblərdə qida proqramının tətbiqi üzərində işlər aparılır
Gürcüstan Təhsil, Elm və Gənclik Naziri Qiorqi Amilaxvarinin bildirdiyi kimi, Nazirlik məsələni fəal şəkildə öyrənməkdədir.
“2023-cü ildə biz Nazirlikdə xüsusi proqram yaratdıq. Bütün məktəbləri detallı şəkildə təsvir etməyə başladıq. Məsələn, Kaxeti bölgəsini artıq bitirdik və beləcə də davam etməyi düşünürük. 2024-cü ilin sentyabrına qədər, Gürcüstanın 2084 məktəbinin təsvirini başa çatdırıb ortaya bir mənzərə qoymaq istəyirik. Nəticədə, Qida layihəsini hansı məktbədə, hansı şəkildə, hansı vaxt tətbiq edəcəyimizi biləcəyik”, – Amilaxvari bildirmişdir.
Ötən il 158 qəza səexoşluqdan irəli gəlirdi – Sakstat
Ötən il, Cinayət Məcəlləsinə müvafiq olaraq, ölkədə 5 594 yol-qəza hadisəsi baş verdi. Bunun barəsində məlumatı Milli Statistika Xidməti yayır. Onun məlumatına əsasən, burdan 158 hadisə yəni ümdə qəzaların 2.8% sərxoşluqdan irəli gəlirdi. Bununla belə, Sakstatın məlumatları ilə, avtomobil hadisələri nəticəsində, ötən il 7 310 nəfər xəsarət almış və 442 həlak olmuşdur.
Laqodexi qoruğu çaylarına „Qırmızı nüsxə“-də yer alan çay qızıl balığının 80 000 kürüsü töküldü.
Çaylarda balıqların çoxaldılması proqramı çərçivəsində, Laqodexinin mühafizə olunan ərazilərinin çaylarına qızıl balığın 80 000 kürüsü töküldü. Milliu Vəhşi Təbiət Agentliyinin məlumatına əsasən, növlərin çoxaldılmasına göstərilən bu cür dəstək Dünyanın bir çox ölkəsində baş tutur. Çaylara kürü tökmək prosesində Laqodexi mühafizə edilən ərazilərinin reyncerləri ilə birlikdə, Laqodexi bələdiyyəsinin Şəhər şurasının sədri Kaxa Camburiya, onun müavini İvane Xaçidze və təmsilçilik orqanın üzvləri iştirak etdilər.
Nino Çxobadze– Bütün yüksəkdağlıq kəndlər risk altındadır
„Yaşıllar hərəkatı” sədrinin qeyd etdiyi kimi, Ətraf mühit mühafizəsi Nazirliyinin sifarişi ilə, konkret bir təşkilat risklər baxımından, müvafiq sxemlər hazırlayır, lakin layihə hələ başa çatdırılmamışdır.
„Faktiki olaraq, bütün yüksəkdağlıq kəndlər risk altındadır. İqlim dəyişikliyi fonunda, torpaq erroziyası şəraitində, torpaq sürüşmələrinin gözlənilmədiyi yerlərdə də torpaq sürüşməsi baş verə bilər. Təəssüflər olsun ki, adaptasiyalı tədbirləri planımız yoxdur və bu bələdiyyələr üçün də əhəmiyyətli məsələlərdən deyildir. Biz həmişə post fakum reaksiya veririk. Faciə baş verdikdən sonra onun səbəblərini araşdırırıq. Səbəb isə odur ki, sistemlər daima işləmir, sistemlər tam qurulmayıb. Artıq baş vermiş hadisənin arxasınca qaçır və prevensiya etmirik. Əhalini ehtiyatlı olmağa çağırmırıq, yamacları bərkitmirik. Erroziya prosesləri özbaşına olmur, bir qayda olaraq bunun səbəbi iqlim dəyişikliyi, insanların fəaliyyəti, torpaq sahələrindən düzgün istifadə etməməkdir. Belə hallarda bu cür torpaq sürüşmələri baş verir. Biz ətraf mühit mühafizəçiləri bu risklərin daha da artacağını gözləyirik“,- Nino Çxobadze deyir.
Nino Çxobadze habelə bələdiyyələrdə geoloqların və başqa mütəxəssislərin daxil olduğu xüsusi xidmətlər və ya komissiyaların yaradılmasını tələb edir.