დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Gürcüstan universitetlərində bakalavrlıq 3 illik ola bilər
Təhsil Nazirliyindən bildirdikləri kimi, qeyd olunanla bağlı işlər aparılır. İdarədə əlavə detallar haqqında hazırda danışa bilmirlər. Lakin, təşəbbüs haqqında həm özəl, həm də dövlət universitetləri rektorları ilə müzakirələr aparılmışdır. Bununla belə Ali Təhsil Müəssisələrindən bildirdikləri kimi onlar Nazirliyin qərarını gözləyirlər. Qeyd etmək lazımdır ki, bəzi özəl universitet bəzi istiqamət üçün 4 il əvəzinə üç illik proqramı artıq tətbiq etməkdədir. Məlumat üçün, cari ilin 23 yanvarında Təhsil nazirinin iştirakı ilə, Qafqaz Universitetində Rektorlar Şurası keçirildi. Məhz bu görüşdə tərəflər tədris müddətinin 4-dən 3 ilədək azladılmasını müzakirə etmişlər.
14 yaşlı Aytacın qətli ilə bağlı, yetkinlik yaşına çatmamışın anası və dayısının məhkəmə prosesləri keçirilir
Rustavi Şəhər Məhkəməsində 14 yaşlı Aytac Şamarovanın qəsdən öldürülməsi işi ilə bağlı, Aytacın evlənməyə məcburedilmə və cinayət haqqında xəbər verməmək faktı üzrə saxlanılmış anası Yeganə Məhərrəmova və dayısı Natiq Məhərrəmovun məhkəmə prosesi keçirilir. Bu günkü iclasda tərəflərin dəlillərini araşdıracaqlar. Bu gün məhkəməyə Aytacın oxuduğu məktəb direktoru ifadə verəcəkdir. Habelə, qətldə ittiham edilən Alim Sadıqovun valideynləri və müstəntiqdən də ifadələr alınacaqdır. Öldürülmüş Aytac Şahmarovanın anası və dayısı, Prokurorluğun iddia etdiyi təqsiri etiraf etmirlər. Onların izahına əsasən qız öz istəyilə, heç bir məcburiyyətə lüzum görmədən evləndi. O ki qaldı Aytac Şahmirovanın qətlinə, qeyd olunan işlə bağlı Alim Sadıqov saxlanılıbdır. Prokurorluq onu Cinayət Məcəlləsinin 109-cü maddəsinin ,,E’’ ,,T’’ və ,,K’’ yarımbəndi (Yetkinlik yaşına çatmamış ailə üzvünə qarşı, gender əlamətli qəsdən öldürmə), 236-cı maddəsinin 4-cü hissəsilə (qanunsuz şəkildə üzərində odlu silah daşımaq) və 143-cü maddənin 3-cü hissəsinin ,,d’’ yarımbəndilə ( Yetkinlik yaşına çatmamışı azadləqdan qanunsuz şəkildə məhrum etmək) ittiham edir. Cəzanın müddəti 16-dan 20 il və ya müddətsiz həbsi nəzərdə tutur. Saqareconun Ləmbəli kəndində, 14 yaşlı Aytac Şahmarovanı 6 oktyabrda öldürdülər. Öldürülmüş qız Dmanisinin Məmişli kəndindən idi.
Ötən il baş vermiş avtomobil qəzaları nəticəsində 442 nəfər həlak oldu, 7 310 isə – xəsarət aldı.
DİN məlumatına əsasən, ötən il, Cinayət Məcəlləsinə uyğun olaraq, ölkədə 5 594 yol-nəqliyyat hadisəsi baş verdi, onlardan ən çox fakt Paytaxtda təsbit edildi. Avtomobil qəzaları hallarının ehtimal edilən səbəblər əsasən sürəti aşmaqdan, avtomobili sərxoş şəkildə idarə etməkdən, qarşı hərəkət zolağına keçməkdən və ya ötmə qaydalarını pozmaqdan, məsafəni qorumamaqdan ibarətdir. O ki qaldı yol-nəqliyyat hadisələrinin növlərinə – DİN-in statistik verilmişlərinə əsasən, ən çox – 1 855 hadisə hərəkət edən nəqliyyat vasitələrinin iştirakı ilə baş vermişdir. Bu vaxt 104 insan həlak olmuş, 2 898 isə xəsarət almışdır. Bununla belə, eyni dövrdə, piyadələrlə toqquşmağın 1 638 faktı qeydə alındı, nəticədə isə 95 insan həlak oldu, 1 665 isə xəsarət aldı.
2023-cü ildə, Gürcüstanda, 56 uşaq övladlığa verildi, onların arasında 4-ü sağlamlıq imkanları məhdud olanlardır
Dövlət Qayğı və Trefinkinq qurbanları, Zərər çəkənlər Yardımı Agentliyinin məlumatına əsasən, ötən 2023-cü ilin verilmişlərinə görə, övladlığa verilmək statuslu 146 uşaq vardır, bunlardan fərqli ehtiyacları olanlar 113-dür. Bununla belə övladlığa uşaq götürmək istəyənlərin sayı 1 975-i təşkil edir. O ki qaldı 2022-ci ilə, Agentliyin məlumatına əsasən, ölkədə övladlığa verilməli uşaqların sayı 154 idi və burdan 60 övladlığa götürülmüşdür
Kaxetidə qadını öldürməklə təhdid edən zorakını saxladılar
29 yanvarda, Sapari Kaxeti ofisinə yardım üçün bir qadın müraciət etdi. Qadını tanış bir kişi öldürməklə təhdid edirdi. Saparinin məlumatına görə, 5 yanvarda kişiyə qarşı məhdudlaşdırıcı orden hökmü çıxarılsa da o, ikinci gündən etibarən həmin ordeni pozurdu. Təhdidin səbəbi isə qadından münasibətin davam edilməsilə bağlı rədd cavab alması idi.
,,İşə cəlb olunan kimi, Sapari Kaxeti Bölgəsi hüquqşünası Mari Zurabaşvili qadınla birlikdə 30 yanvarda Polis idarəsinə müraciət etdi. Polisə qadın tərəfindən toplanılan dəlillər təqdim edildi. Təhdid, məhdudlaşdırıcı ordenin pozulması və psixoloji zorakılıq faktı ilə bağlı dərhal istintaq başladıldı və kişini həmin gecə saxladılar. Yaxın gələcəkdə Prokurorluq qadını zərər çəkən kimi tanıyacaq, zorakıya isə rəsmi şəkildə ittiham qaldırılacaqdır”,- təşkilatdan bildirirlər.
200 mindən çox insan kredit borclarını ödəyə bilmir
Gürcüstanda kredit borcu olanlardan 10,4%-nin ödəmə müddəti aşılmışdır. Bu isə kredit borclarını ödəyə bilməməkləri deməkdir. „Kreditinfonun“ 2023-cü il dekabr statistikasına görə, 30 gündən 3 ilədək müddəti aşmaq, 201 047 problemidir. Həcmə gəldikdə isə, söhbət 2 042 932 474l. Lakin, qeyd etmək gərəkdir ki, bu statistika aylara görə yavaş-yavaş azalmaqdadır. Qeyd etmək lazımdır ki, kredit borcu olanların 82.1%-i bank sektoru üzərinə düşür, daha konkret, banklardan 40 249 353 715 lari həcmində krediti tam 1 583 704 nəfər almışdır. Müddətləri isə 6.4% aşmışdır, bu isə rəqəmlərdə 101 758-dir. Bununla belə Gürcüstan Milli Bankı tərəfindən başqa tənzimlənən maliyyə institutlarının (mikro maliyyə, borc verən subyekt) kreditoru 751 073 nəfərdir, verilən kreditlərin həcmi isə 3 323 100 481 lari təkil edir. Həmin maliyyə təsisatları üçün borcun ödənmə müddətinin aşılması 118 777 borcluda təsbit edilir. Yenə 20 379 insan isə lizinq, tikinti və başqa növ şirkətdən 1 870 286 lari kredit almışdır. Burda 30 gündən 3 ilədək müddətaşma 4 537 nəfər üçün təsbit edilir.
Saqarecoda istehsal edilən şərab Cənubi Koreyada satılacaqdır
Saqarecoda, Kakabeti kəndində yerləşən “Velino” çaxır müəssisəsi ixracat bazarlarının genişlənməsi üzərində işləyir. Şirkətdən izah edirlər ki, bu il şərabın Cənubi Koreyaya ixracatı planlaşdırılır. Çaxırçılıq müəssisəsinin təsisçisi, Beka Cimşeladzenin bildirdiyi kimi, hazırda məhsulları 13 ölkədə təqdim edilir – ABŞ-da, Kanadada, Yaponiyada, Avstraliyada, Norvegiyada, Almaniyada və s. “Artıq Cənubi Koreya ilə də fəal şəkildə danışıqlar aparırıq. Dequstasiya üçün nümunələri də göndərmişik. İlin sonuna kimi 1200 şüşə ixrac etməyi planlaşdırırıq”,-şirkətdən bildirilir. „Velino” Gürcüstan bazarında 2016-cı ildən görünməyə başladı və o istehlakçıya yeddi növ şərab təklif edir. Brend ixracata 2019-cu ildən etibarən çıxmağa başladı və o müddətdən bəri yalnız ixracata yönəlmişdir.