დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Tibb işçiləri əhaliyə qrip virusu vaksinasiyasını etdirməyi məsləhət görürlər
Xəstəliklərə nəzarət və ictimai sağlamlıq üzrə milli mərkəzin Kaxeti şöbəsi rəisinin, Nelli Xizanişvilinin bəyənatı ilə, əhalinin qrip virusuna qarşı peyvənd olunması vacbidir. Həkimlər virus epidemiyasının ikinci zirvəsini fevralın sonunda gözlənilir.
,,Cari ildə mövsumi viruslara qarşı peyvənd etmək istəyənlərin sayı artsa da, yenə də kifayət etmir. Çətinliklərdən qorunmaq üçün daha çox insanın peyvənd olunması zəruridir. Vaksinasiyanın virusun sirkulasiyaya başlamazdan əvvəl aparılması daha effektlidir, lakin indi də gec deyildir. Vaksinasiya edilməmiş insanlar xüsusilə yüksək risk altındadırlar, onun üçün də peyvənd olunmalarını xahiş edirəm. Mövsum virusları bahara qədər sirkulasiyada olacaqdır“.
Onun sözlərinə görə, belə hallarda xəstədə viruslar çətinləşsə, ailə həkiminə vaxtlı müraciət edilməlidir.
10-cu, 12-ci siniflərdə şagirdlər profilli tədrisə keçə bilərlər
Müvafiq dəyişikliklərin ümumi təhsil sistemin standartında aparılması planlaşdırılır. Təhsil, Elm və Gənclik Naziri məsləhətçisi Qiya Murğuliyanın bidirdiyi kimi, istiqamət üçün üç əsas profil götürülür: təbiətşünaslıq, humanitar və riyazi. Onun sözlərinə görə, profil tədrisi, əvvəlcə, 50-dək məktəbdə, pilotaj rejimində, ola bilsin ki növbəti tədris ilindən başlasın.
2023-cü ildə yoxlanılan 5492 şəxsdən 4023-ündə narkotik sərxoşluğu təsdiq edildi
2023-cü ildə DİN Ekspert-Kriminalistik Departamentinin Narkoloji Yoxlama Xidməti, ölkə miqyasında, narkotik təsiri altında olması ilə bağlı 5492 nəfər yoxlanıldı, bundan narkotik sərxoşluğu 4023-cü şəxsdə təsdiqləndi. DİN-in veb-səhifəsində dərc edilən statistik verilmişlərdə əks olunan kimi, narkotik təsiri ilə bağlı 5 338 kişi yoxlanılşmışdı, onlardan 3970-inin analizində narkotik vasitəsi çıxdı; 154 qadından 53-ündə təsdiqləndi.
Ötən ildə narkotik təsiri haqqında yoxlanılan şəxslərdən 17 yetkinlik yaşına çatmamış şəxsdir, onlardan 10-da narkotik sərxoşluq təsdiq edildi. Statistikaya əsasən, narkologiya yoxlanmasından keçmişlər arasında ən çoxu, 3278 nəfər 25-44 yaş kateqoriyasında idi – onlardan 2 393 kişi və 34 qadında aşkarlandı. Qeyd olunan dövrdəcə yoxlanmadan 60 yaşdan yuxarı 155 vətəndaş keçmişdir – onlardan 72-də narkotik təsir aşkarlanmışdır.
Azərbaycan sərhədi nə vaxt açılacaqdır
Gürcüstanla Azərbaycanın quru sərhədi mülki şəxslər üçün yenə də bağlıdır. Nazirlər kabineti dekabrın sonunda koronapandemiyasının karantin rejimini bir daha, bu dəfə 2024-cü ilin 2 aprelinə qədər uzatmışdır. Ölkənin quru sərhədləri 2020-ci ilin baharından etibarən bağlıdır. Bakının bildirdiyi kimi, Koronapandemiya karantin rejimi “ lazım olana qədər” qalacaqdır.
Azərbaycana yalnız hava yolu ilə daxil olmaq mümkündür. Bununla belə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər respublikanı quru yolla tərk edə bilərlər. Avqustda Gürcüstanda yaşayan etnik azərbaycanlılar Azərbaycan Prezidenti İlham Əliyevdən quru sərhədlərin açılmasını xahiş etdilər.
Funksiyasız qalmış Kaxeti dəmiryolu
Kaxeti dəmiryolu 1915-ci ildə açılmışdır, ötən əsrin 90-cı illərində sərnişin daşımaları dayandı. Hazırda dəmiryolu xəttində boş lokomotivlər və nadir hallarda yük tərkibləri hərəkət edirlər. Kaxetidə hazırda yalnız köhnə, sovet dövrünün lokomotivləri hərəkət edir. Dəmir yolunun bərpası ilə bağlı istəklər tez-tez dilə gətirilsə də, Kaxeti dəmir yolu bərpa edilməmişdir. Son vaxtlarda Kaxetidə dəmir yolunun bərpası və reabilitasiyası məsələsi aktiv şəkildə müzakirə edilir. ,,Samokalako darbazi“ Kaxeti dəmir yolu xəttinin bərpası tələbi ilə kampaniyaya başladı. Kampaniya çərçivəsində müxtəlif növ aktivlikləri həyata keçirməyi planlaşdırırlar. Kaxeti üçün bölgənin paytaxtla və ölkənin başqa bölgələrilə əlaqələnməsi olduqca əhəmiyyətlidir.
Dünya Səhiyyə Təşkilatı avropada məxmərəyin artmaqda olan halları fonunda sürətli vaksinasiyaya çağırış edir
Bunun haqqında məlumatı Dünya Səhiyyə Təşkilatının (WHO) Avropa Ofisi yayır. Məlumata əsasən, 2023-cü ilin ilk 10 ayda, avropada, məxmərəyin 30 dan çox halı təsbit edilmişdir. Bəyənatda onlar Avropa ölkələrinə, təcili immunizasiya təşviqatlarına başlamağı məsləhət görürlər. Konkret olaraq, Dünya Səhiyyə Təşkilatının Avropa Ofisi 2023-cü ilin yanvar-oktyabr dövründə məxmərəyin 30 000-dən çox halını təsbit etdi, 2022-ci ildə yalnız 941 hal təsbit edildi. Onların verdiyi məlumata əsasən, hallar son aylarda artmışdır, beləki təcili ölçülər qəbul edilmədikdə bu tendensiya davam edəcəkdir. Dünya Səhiyyə Təşkilatına əsasən, məxmərək hallarının artması vaksinasiya səviyyəsinin aşağı düşməsindən irəli gəlmişdir.
Axalsopelinin təsisinin 172-ci ili ilə bağlı tədbirlər keçiriləcəkdir
9 fevralda, ənənəvi olaraq Axalsopelinin təsisi günü qeyd edilir. Həmin günün çərçivəsində müxtəlif tədbirlər həyata keçiriləcəkdir, habelə Axalsopeli Gənclər Mərkəzinin məlumatı ilə, 5 müxtəlif nominasiyada fəxri sakinlər mükafatlanacaqlar.
,, 9 fevral yaxınlaşır – Axalsopelinin təsisi günü yaxınlaşır. Kəndimiz 172-ci ilini qeyd edir. Axalsopeli Gənclər mərkəzinin təşəbbüsü ilə kəndimizin fəxri sakinlərini bir daha mükafatlandırmaq imkanımız olacaqdır. Xatırladaq ki, 2016-cı ildən Axalsopelinin Gənclər Mərkəzi kəndin təsisilə bağlı tədbirləri fəal şəkildə keçirir (esselər mesabiqəsi, fotoşəkil müsabiqəsi, yaradıcılıq gecələri, məlumat xarakterli görüşlər). 2020-ci ildən etibarən isə ,„Fəxri Axalsopelili mükafatının“ təşəbbüskarı və həyata keçiricisidir. Bu il fəxri Axalsopelililər 5 müxtəlif nominasiyada mükafatlanacaqlar. Bunu detallı şəkildə sonra bildirəcəyik. Qalibləri 10-12 adamlıq münsiflər heyəti elan edəcəkdir. Münsiflər heyətinin nümayəndələri ötən illərdə mükafatlandırılan Axalsopelililər olacaqlar”,– Axalsopeli Gənclər Mərkəzi tərəfindən yayılan məlumatda deyilir.
Yanvarın sonunda elektrik enerjisi istehlakçıları ödəmə qəbzini azaldılmış tariflə alacaqlar
Gürcüstan Energetika və Su təchizatını Tənzimləyən Milli Komissiyanın qərarı ilə, cari yanvarın birindən elektrik enerjisinin bütün kateqoriyadan olan istehlakçıları üçün elektrik enerjisi vergisi 1 kilovat saata 3 tetri ilə azaldı. Beləki, yanvarın sonunda əhali, habelə kommersial istehlakçılar elektrik enerjisi qəbzini azaldılmış tariflə alacaqlar. Gürcüstan Energetika və Su təchizatını Tənzimləyən Milli Komissiyanına əsasən tarifin azaldılması istehlakçılara müsbət təsir bağışlayacaqdır. SC„Telasi“ şəbəkəsinə qoşulmuş kommersial istehlakçıların orta aylıq qənaəti 5,500 laridir, SC “Enerqo Pro Corcia” şəbəkəsinə qoşulmuş kommersial abonentlərin isə ortalama 12,838 lari.