დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Araşdırma – Gürcüstanda hər 4-cü qadın partnyoru tərəfindən zorakılığa məruz qalıb
Bu haqda Avropa İttifaqının dəstəyilə, BMT Qadın Təşkilatlarının keçirdiyi araşdırmada deyilir. Araşdırmaya əsasən, Gürcüstanda hər 2-ci qadın həyatı boyu zorakılığın formalarından ən azı birinə məruz qalmışdır, 24%-i – psixoloji zorakılığa; 8%-i – iqtisadi zorakılığa; 6%-i – fiziki zorakılığa; 4%-i – isə cinsi zorakılığa. Gürcüstanda cinsi zorakılığa 18 yaşına kimi qadınların 8.5%-i məruz qalmışdır. Araşdırmaya əsasən, partnyoru tərəfindən hər 5-ci qadın fiziki və cinsi zərərə məruz qalmış və travma almışdır. Hadisələrin 45.8%-i uşaqların gözü qarşısında baş verib. Bu qadınların 16.8%-i intihar və özünə xəsarət yetirmək barədə bir dəfə olsun belə düşünüb.
Rəqabət agentliyi əczaçılıq bazarda araşdırmaya başlaya bilər
İdarə tərəfindən yayılan bəyənatda bildirildiyi kimi, Milli Rəqabət Agentliyi Nazirlik tərəfindən ötürülən məlumatla detallı şəkildə tanış olacaq və ayrıca dərmanlarla bağlı mövcud faktiki hallar müzakirə ediləcəkdir.
“Ağlabatan şübhə olduqda, Agentlik bazarda mümkün ola biləcək razılaşdırılmış əməllər və dominant vəziyyətdən sui-istifadə istiqamətində, istehlakçılar üzərinə (pasientlər üçün) həddindən artıq qiymətlər qoymaq cəhtədən”,- bəyənatda bildirilir.
Məlumat üçün, Səhiyyə Nazirliyinin məlumatı ilə, əczaçılıq bazarında bəzi dərmanlar 2400-3000%-lə artıq qiymətə satılır.
Telavi “60+ Nənə–Babalar Klubu”-nun təqdimatı keçirildi
Təşəbbüskarlar klubu rəsmi şəkildə qeydiyyatdan keçirdi, gələcək aktivlikləri planlaşdırdılar və ictimaiyyətə gələcək planlar haqqında təqdimat keçirdilər. Klub rəhbəri, Qvantsa Keşikaşvili bildirir ki, onun bu ideyası, Telavi Bələdiyyəsi Meriyası tərəfindən elan edilmiş müsabiqədə qələbə çaldı. Qvantsa habelə qeyd edir ki, 60+ yaşlı vətəndaşlara bir çox aktivliklər təklif edəcəklər.
2024-cü ildən, Ümumi səhiyyəyə xərçəngin erkən diaqnostikası proqramı əlavə edilir
Bunun haqqında Səhiyyə Naziri Zurab Azaraşvili bildirmişdir. Onun sözlərinə əsasən, xərçəngin erkən diaqnostikası maliyyə cəhətdən də effektlidir.
“Xərçəng şişləri haqqında şübhələr yarandıqda konkret klinikdə, son nəticəni qoymaq üçün maliyyə ayıracağıq. Bu bizə onkoloji xəstəliyi erkən mərhələdə aşkarlamaq imkanı verəcəkdir. Bu vaxt müalicə şansı daha yüksəkdir. Bunu müxtəlif ölkə təcrübəsi də təsdiqləyir. Xərcləmələr də təxminən 40% azalır” – Nazir bildirmişdir.
İqlim dəyişiklikləri nəticələri– Tibaani kəndində, Dekabrda tut məhsulu topladılar.
Fotoşəkili və məlumatı yerli, “Nukriani” icma ittifaqı direktoru, Maya Bidzinaşvili yayır və qışda, dekabr ayında, tut ağacının bar verdiyini yazır.
,,Bu qlobal istiləşmənin nəticəsidir. Bunu dərc edəndə məlum oldu ki, Napareulidə alma məhsulu toplayıblar. Habelə Qurcaani və Laqodexidə alça məhsulu da alıblar”,- Maya Bidzinaşvili bildirir.
Kaxetidə yaşayanların sözlərinə əsasən, havaların isti keçməsindən irəli gələrək, müxtəlif bələdiyyələrdə çiyələk məhsulu və adətən baharda çiçəklənən güllər açmışdır. Yerlilərin sölərinə görə, bu qlobal istiləşmənin nəticəsidir və o, müxtəlif istiqamətdə çox problem gətirəcəkdir.
Kovidin yeni ştammı sürətlə yayılır
Koronavirus omikron variantının yarım ştammı JN. 1-ə Dünya Səhiyyə Təşkilatı diqqət verməyə başladı. Həmin ştamma get-gedə daha çox insan yoluxur. Yarımştamm dünyanın bir çox ölkəsində təsbit edildi, o cümlədən Hindistanda, Çində, Böyük Britaniyada və ABŞ-da. DST-nin bildirdiyi kimi yeni ştamm sağlamlıq üçün bir o qədər də təhlükəli deyildir və kovidə qarşı vaksinlar bizi bundan da qoruyur.Lakin qışda kovid və başqa infeksiyaların göstəricilərinin yüksək olacağını da deyirlər.
Cuanşer Burçuladze – Hərbi qulluqçuların maaşları yanvardan etibarən 10%-lə artacaqdır
„ Əmək haqqı 900 lari idisə, 1500 lari oldu. Yanvardan bütün hərbi qulluqçuların 10% əmək haqları artacaqdır. Bizdə minimal maaş 1700 lari olacaqdır. Biz bu prosesi dayandırmağı düşünmürük. Ölkənin inkişafına paralel olaraq bu proses irəli gedəcəkdir“, – Müdafiə Naziri qeyd etmişdir.
Cuanşer Burçuladze müdafiə büdcəsi ilə bağlı məsələlər haqqında danışaraq Gürcüstanın artıq NATO-nun maliyyə cəhətdən tələb etdiyi standarları tətbiq etdiyini vurğuladı.
Levan Mexuzla – Xaricə yoxlanılmadan bir damcı belə şərab göndərilmir
Milli Şərab Agentliyi sədrinin sözlərinə görə, şərabın keyfiyyətini yaxşılaşdırmaq cəhətdən bir neçə istiqamətdə iş gedir.
„Sonunda bütün bu istiqamətləri keyfiyyətə bağlaya bilərik. Keyfiyyətə nəzarət proqramımız olmasa da, laboratoriya yarımproqramımız var. Proqram vasitəsilə dequstasiya komissiyası hər gün işləyir. Kiçik çaxır zirzəmilərindən savayı xaricə yoxlanılmadan bir damcı belə çaxır ixrac edilmir.“– Levan Mexuzla qeyd etmişdir.
Onun sözlərinə əsasən üzüm bağları kadastrı məhsulun izlənilməsi imkanını verir və onu tətbiq etmək sənayenin uğuru üçün olduqca əhəmiyyətlidir.
Gürcüstanda 20-24 yaşdakı 36 200 gənc işsizdir – Sakstat
Gürcüstan Statistika Xidmətinin nəşrinə əsasən, 2022-ci ilin verilmişlərinə görə, Gürcüstanda 20-24 yaşdakı gənclər arasında işsizlik səviyyəsi 37.3% idi. Qeyd olunan dövrdə həmin yaş qrupundan olan əhali 189 500 idi. Burdan işləyənləri sayı 60 900, işsizlərin isə 36 200 idi. Sakstatın verilmişlərinə əsasən, 15-24 yaşdakı gənclər arasında,kişilərdə işsizlik səviyyəsi 39.8%-dir, qadınlarda isə 38.8%. Kənddə yaşayan 15-24 yaşındakı gənclərin işsizlik səviyyəsi 40.6%, şəhərdə isə nisbətən aşağı, 38.6% idi. Məlumat üçün, Beynəlxalq Resublika İnstitutu (IRI) araşdırmasına əsasən, Gürcüstanda əhalinin yarısından çoxu – 55%-i ölkə üçün ən əhəmiyyətli problemin məhz işsizlik olduğunu hesab edir.