დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
„Gürcüstan meliorasiyası“ Yuxarı Alazani suvarma sisteminin səhmana salınması işlərini həyata keçirir
Ətraf mühitin mühafizəsi və Kənd təsərrüfatı Nazirliyi MMC-si „Gürcüstan meliorasiyası” Yuxarı Alazani Suvarma Sisteminin səhmana salınması işlərini aparır. Kisisxevi kəndi ərazisində bitkilər və axıb gələn kütlədən maqistral arxın 2 kilometrlik hissəsi təmizlənir. İşlər arxda suyun maneəsiz axmasına imkan yaradacaq. Nəticədə Telavi və Qurcaani bələdiyyələrinin 10 kəndi (Kisisxevi, Tsinandali, Kvemo xodaşeni, Buşeti, Vanta, Akura, Kaxipari, Kalauri, Vaçnadziani və Şaşiani) təxminən 500 hektar kənd təsərrüfat torpaq sahəsinə suvarma suyunun çatdırılması asandlaşdırılacaqdır. Şirkət tərəfindən öz gücü ilə görülən işlər noyabrın sonunda başa çatacaqdır.
Quru yarpaqları yandırmaq karserogenlər buraxır
Kəndlərdə yaşayan əhalinin bir çoxu həyətlərində və bağlarında toplanmış quru və ya yaş yarpaqları yerində yandırır. Ətraf mühiti mühafizə edənlərin sözlərinə görə, ekologiya və insan səhhətinə bu böyük təhlükə yaradır. Bitki qalıqlarını, o cümlədən yarpaqların yandırılması havanı və torpağı çirkləyir. Ətraf mühit mühafizəçisi, ,,Təbiətsevərlər cəmiyyətinin“ direktoru, Kaxa Suxitaşvilinin sözlərinə görə, 1 ton bitki qalığının tüstüsü 9 kq mikrozərrəcik buraxır, onlar hava buxarı ilə əlaqəyə girərək insan səhhəti üçün təhlükəli “Smoq” əmələ gətirirlər; torpağın səthində isə ağır metalların tərkibi 1,5-2 dəfə artır.
Onun sözlərinə görə, yarpağı yandırmaq mövsumi bir prosesdir və o, yaşayış məntəqələrində əsasən baharda və payızda baş verir. Suxitaşvilinin izahına görə iqtisadi cəhətdən yarpaq əhəmiyyətli məhsuldur. Yarpaq minerallaşdırıldıqda olduqca faydalı kübrəyə çevrilir ki, fermerlər onlardan istifadə edə bilərlər
Ötən il, 1 136 yaşlıya qarşı zırakılıq tətbiq edildi – Statistika
2022-ci il ərzində, ailə zorakılığı statistikasına görə (məhdudlaşdırıcı orderlər), 61+ yaşlı 323 kişi və 813 qadın qurban təsbit edilmişdir. Bunun haqqında məlumat, Xalq müdafiəçisinin hesabatında verilmişdir.
„Ailə üzvləri tərəfindən yaşlılara qarşı zorakılıq aktları Gürcüstanda tez-tez baş verir. Ehtimal etməliyik ki ailə institutu əhəmiyyətindən irəli gələrək, yaşlılar tərəfindən zorakılıq halları bildirilmir. Zorakılığın ən yayılmış formaları təkzib etmək, fiziki və psixi təzyiqdir. O, habelə alçatmağı və başqa insanlarla əlaqəni qadağan etməyi və maliyyə zorakılığının başqa formalarını nəzərdə tutulur. Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aparılan ailə statistikasına görə (məhdudlaşdırıcı ordenlər), 2022-ci il ərzində, 61+ yaşlı 323 kişi və 813 qadın qurban üzərə çıxmışdır. Burdaca, zorakılıq növləri statistikasına əsasən, ailəzorakılığının psixoloji və fiziki növləri var “, – hesabatda qeyd olunur.
İrakli Şotadze 14 yaşlı qızın qətli işi ilə bağlı təqsirkarların sayının artacağını istisna etmir
Gürcüstan Baş Prokuroru İrakli Şotadzenin bildirdiyi kimi, 14 yaşlı Aytac Şahmarovanın qəsdən öldürülməsi işi ilə bağlı təqsirkarların sayı arta bilər. Onun izahına görə hər bir təqsirkara qarşı prokurorluğun yanaşması “çox sərt” olacaqdır“.
Məlumat üçün 14 yaşlı Aytac Şahmarovanın qəsdən öldürülməsi ittihamı ilə əri 27 yaşlı Alim Aslanov saxlanılıb və onu 16-20 il arası və ya ömürlük həbs gözləyir. Hüquq mühafizəçiləri nikaha məcbur etmə və cinayəti bildirməmək faktları üzrə qətlə yetirilənin anasını və dayısını həbs etdilər.
Levan Davitaşvili – Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etməyi müzakirə edir
Davitaşvilinin sözlərinə görə, qeyd olunan barədə Pekində, Gürcüstan-Çin İqtisadi Komissiyası iclasında deyilib.
“Gürcüstan vətəndaşları üçün də vizaların ləğvi aynavari şəkildə düşünülür. Bu ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcəkdir. Buna görə komissiyanın fəaliyyəti olduqca müsbət idi və növbəti illərdə də, mütəmadi şəkildə komissiyalar təşkil etməyi planlaşdırırıq ki, eyniləşdirilmiş aktual məsələləri real şəkildə həyata keçirilsin,”- Levan Davitaşvili bildirdi. Gürcüstan Çin vətəndaşları üçün vizasız rejimi cari ilin 11 sentyabrından etibarən tətbiq etməyə başladı.
Baş nazir – Avropadan ədalətli qərar gözləyirik – Gürcüstan Avropa İttifaqı namizədi statusuna layiqdir
Baş-nazirin sözlərinə görə, Avropalı millətlər ailəsinə üzv olmaq Gürcüstan üçün həmişə əhəmiyyətlidir.
„ Hökumətin nailiyyətləri həqiqətən də təqdirə layiqdir. Biz Avropa İttifaqı ilə assosialaşdırılma haqqındakı razılaşmaya və əhatəli azad ticarətə, Avropa İttifaqı ilə vizasız rejimə nail olduq. Əlbəttə bütün bunlar Avropaya olan geosiyasi prioritetimizi yaxşı göstərir. İndi isə Avropadan ədalətli qərar gösləyirik. Altına xəttə çəkərək bildirmək istəyirəm ki, Gürcüstanın Avropada həqiqətən də ləyaqətli yeri var, Gürcüstan Avropa İttifaqı namizədi statusuna layiqdir. Biz nikbin bir ruhiyyədəyik ki, Avropa Komissiyası tərəfindən Gürcüstanın tərəqqisi müsbət qiymətləndiriləcəkdir”, – İrakli Ğaribaşvili bildirmişdir.
Elza Aşirova–Qaracala kənd məktəbinin gürcü dili müəlliməsilə tanış olun
Təhsil və Elm Nazirliyi müxtəlif istiqamətlərdə şagirdlərin, məktəb cəmiyyətinin və icmanın inkişafı işinə töhfə verən müəllimlərin tarixçələrini dərc edir. Belə müəllimlərdən biri Telavi bələdiyyəsinin Qaracala kənd ictimai məktəbinin gürcü dili müəlliməsi Elza Aşirovadır. ,, Şagirdlərimizdə biliyə məhəbbət oyadan və onların ləyaqətli vətəndaşlar kimi formalaşmasına töhfə verən müəllimimizlə tanış olun. Müəllimlik ən fəxri və ən fərqlənən peşədir, beləliklə Gürcüstan Təhsil və Elm nazirliyinin başlıca prioriteti müəllimləri qiymətləndirmək və onları dəstəkləməkdir. Gürcüstanın ən yaxın tarixində Milli Müəllim günü olan 27 oktyabrda xidmətləri olan pedaqoqlara milli müəllim mükafatı verilir”,- Nazirlikdən bildirirlər.
Elza Aşirova on illərdir ki, Qaracala kənd məktəbinə rəhbərlik edir. O habelə gürcü dili və ədəbiyyatı müəlliməsidir.
“Nailiyyətli pedaqoqu müəyyənləşdirən başlıca amil daxili motivasiyasıdır. Müəllim daxilən motivasilayıdırsa uşaqlarda da motivasiya yaradacaqdır” – Elza Aşirova bildirir.