დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Ombudsman – 14 yaşlı qızın öldürülməsi dəhşətli bir hadisədir
Erkən nikah və femisid halları ilə bağlı Dövlətin atdığı addımlar kifayət deyildir. O, həm Mərkəzi, həm də yerli səviyyədə sistemli və koordinasiyalı yanaşamağı tələb edir, – bu haqda Gürcüstanın Xalq Müdafiəçisi, Levan İoseliani bəyənat yayır.
Bəyənatda bildirildiyi kimi, qadın qətlləri, qətlə cəhd və uşaqlıq yaşında nikah işləri ilə bağlı aidiyyatlı orqanların vaxtlı və effektli müdaxiləsi lazımdır, o cümlədən cinayət haqqında xəbər verməmək üzrə cəzalar da sərtləşdirilməlidir.
Saqarecoda çaxır istehsal edən şirkət istehsalını böyütməyi planlaşdırır
Saqareco bələdiyyəsinin Xaşmi kəndində fəaliyyət göstərən çaxır istehsal edən “Qida vain” şirkəti cari ildə ilk brend mağazasını açmağı planlaşdırır. Şirkətdə izah etdikləri kimi, mağaza Tbilisidə, Mtasminda rayonunda açılacaqdır.
Bu vaxt üçün isə şirkətdə qeyd olunan layihə üçün hazırlıq işləri aparılır. Onun verdiyi məlumata əsasən, “Qida vain”-in məhsulları hazırda “8000 məhsulda” satılır. Yaxın gələcəkdə isə satış arealının genişlənməsi planlaşdırılır.
Şirkətin öz üzüm bağları var ki, onlarla küp çaxırları hazırlayır. Şirkət 2018-ci ildən Xaşmi sapere kimi küp çaxırlarını istehsal edir. Habelə istehsal etdiyi Xixvi WINE EXPO çərçivəsində qızıl medal əldə etmişdir.
2024-cü ildən 6 yaşları dekabrın 1-də tamam olan uşaqlar da birinci sinfə gedə biləcəklər
Müvafiq qərar haqqında Təhsil naziri Qiorqi Amilaxvari Hökumət iclasından sonra bildirmişdir.
„Dəyişiklik növbəti tədris ili üçün daxil ediləcək və 1 dekabradək 6 yaşı tamam olan bütün uşaqlar birinci sinfə gedə biləcəklər. Bu könüllü qərar olacaqdır, əgər valideyn uşağının hələ məktəb üçün hazır olmadığını düşünürsə, uşaq bağçası onu saxlamalıdır”,- Qiorqi Amilaxvari bildirmişdir.
Onun sözlərinə görə, 2024-2025-ci tədris ilində əlavədən 5 min uşaq birinci sinifə gedəckdir.
Ölkə miqyasında, mövsumi qrip əleyhinə vaksinasiya oktyabrın ikinci yarısından başlayacaqdır
Bu haqda məlumatı Səhiyyə nazirliyi yayır. İdarənin məlumatına əsasən, Dövlət İmmunizasiya Proqramı çərçivəsində, Gürcüstan, 200 000 doza Abbott Biologicals B.V. istehsalı olan, dörd- komponentli vaksinanı artıq almışdır, vaksin Səhiyyə nazirliyi tərəfindən məsləhət görüləş vaksinlər arasındadır.
Polis Saqarecoda 14 yaşlı qızın qəsdən qətli faktı ilə bağlı 27 yaşlı kişini saxlayıb.
DİN-in məlumatına əsasə, cinayət 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutur. Bununla belə, onların məlumatına əsasən, 14 yaşlı qıza qarşı həyata keçirilmiş məcburi nikah faktı üzrə Kvemo kartli Polis Departamentində istintaq işləri aparılır.
İstintaqdan məlum olduğu kimi, ittiham edilən şəxs Saqareco bələdiyyəsinin kəndlərindən birində, 2009-cu ildə dünyaya gəlmiş A. Ş -nı odlu silahdan atəş açaraq öldürmüşdür. Aparılan istintaq-axtarış əməliyyatları nəticəsində hüquqmühafizəçiləri A. S-nı həbs etdilər. Polis cinayət silahını dəlil kimi götürdü.
Məhkəmə Saqarecoda öldürülmüş 14 yaşlı qızın anası haqqında həbs qərarı verdi
Rustavi Şəhər Məhkəməsi 14 yaşlı qızı qəsdən öldürmək, məcburi nikah və cinayət haqqında polisə məlumat ötürməmək faktı üzrə, öldürülmüş qızın anası və dayısının həbsinə qərar verdi.
İstintaqa əsasən, 2023-cü ilin yayında, yetkinlik yaşına çatmamış şəxslə evlənmək məqsədilə, qaçıran qanunsuz şəkildə onu azadlıqda məhrum etmiş və Saqareco bələdiyyəsinin Ləmbəli kəndinə aparmışdır. Buna baxmayaraq, yetkinlik yaşına çatmayan şəxs qaça bilmiş və yad bir şəxsin telefonundan anası ilə əlaqə saxlamağa nail olmuşdur. Bu məsələ qaçırılan qızın dayısına da məlum idi.
Buna baxmayaraq həm anası, həm də dayısı qızın azad iradə göstərmək və seçim etmək kimi hüququ olmadığını düşünürdülər. Beləki, qeyd olunanı hüquqmühafizə orqanlarına bildirmədilər və uşağı onu qaçıranla yaşamağa məcbur etdilər. Hüquqmühafizəçilər zərərçəkənin dayısını, hakimin verdiyi qərara əsasən 11 oktyabrda həbs etdilər.
Vətəndaşın qeydiyyatdan keçirə bilmədiyi torpaq sahəsi Dövlətin və ya bələdiyyənin üzərinə yazılacaqdır
Aqrar Məsələləri üzrə Komitə yanında mövcud olan „Dövlət mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq resursunun effektli idarəsinin monitorinqi üzrə işçi qrup”-u növbəti görüş keçirtdi. Qrup üzvlərinə torpaq qeydiyyatı üzrə Dövlət ishalatı çərçivəsində sistemli qeydiyyat prosesinin həyata keçirilməsi gedişatı haqqında məlumatı İctimai Reyestrin Milli Agentliyi Sədri Davit Devidze vermişdir.
„Məqsədimiz, ilk növbədə, özəl torpaq sahələrinin identifikasiyasıdır, sonra isə yerdə qalan torpaq sahələri Dövlətin və ya bələdiyyənin üzərinə yazılacaqdır. İş bitdikdən sonra mülkiyyəti təsdiqlənməyən, ölçülməyən, sahəsi, yeri, koordinatları və başqa verilmişləri qeyd olunmayan torpaq qalan deyildir. Bu onun üçün edilir ki, Dövlətin əlində olan konkret torpaq sahələri haqqında məlumatı olsun. Bundan sonra həmin torpaqlar məqsədi üzrə layihələrə təhvil veriləcəkdir“, – Davit Devidze bildirmişdir.
ABŞ-ın yeni səfiri Robin Daniqan Gürcüstandadır
Bunun haqqında məlumatı Gürcüstanda ABŞ səfirliyi yayır. „Səfirlik səfir Robin Daniqanın Gürcüstana gəlişini alqışlayır“, – Səfirliyin rəsmi saytında yazılır. Dövlət Departamentinin saytında yazıldığı kimi, Robin Daniqan özünün Departamentdəki fəaliyyətini iyunda tamamlayıb. O, Dövlət Departamentində Avropa və Asiya Məsələləri Bürosunda, Mərkəzi və Şərqi Avropa Məsələlərində Dövlət katibi köməkçisi vəzifəsini tuturdu. Ona qədər Robin Daniqan 2018-2021-ci illərdə Avstriyada ABŞ səfirliyində işləyirdi. Robin Daniqan Viyetnam, Çili, Türkiyə və Kubada, El Salvadorda ABŞ səfirliklərində işləyib. Robin Daniqan 30 illi təcrübəyə malik bir diplomatdır, o Dövlət Departamentində 1992 ildən işləyir. O ki qaldı, təhsilə, Daniqan Corctaun universitetindən maqist dərəcəsi var, bakalavrlığı isə Berklidən alıb. Protokola görə, rəsmi şəkildə vəzifəsinə başlamazdan əvvəl, yeni səfir Gürcüstan Prezidentinə etimadnaməsini təqdim etməlidir. Daniqan vəzifədə Kelli Deqnanı əvəz etmişdir.