ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

 

Qrip əleyhinə vaksin oktyabrın ikinci yarısından əlçatan olacaqdır

Səhiyyə naziri müavininin, Tamar Qabunianın məlumatına əsasən, qrip əleyhinə vaksinin  200 000 dozu oktyabrın ikinci yarısından əlçatan olacaqdır. Risk qrupları qrip əleyhinə vaksinasiyanı dövlətdən ödənişsiz qəbul edəcəklər.  Qabuniaya əsasən,  Xəstəliklər üzrə Milli Nəzarət Mərkəzi əmr hazırlayaraq yaxın günlərdə dərc edəcəkdir.

„ Bu il 200 min doza qrip əleyhinə vaksinin gətirilməsi planlaşdırılır. Ötən il də  eyni miqdar idi və bu tamamilə kifayətdir. Vaksinlərin oktyabrın ikinci yarısından tibbi müəssisələrə dağıldılacaqlarını gözləyirik. Meyar eyndir, Xəstəliklə üzrə Milli Nəzarət Mərkəzi əmri hazırlayacaq və bu əmr yaxın günlərdə dərc ediləcəkdir“, – Qabunia qeyd etmişdir.

 Gürcüstan- Azərbaycan quru sərhədi 2024-cü ilədək qapalı olacaqdır

 Bunun haqqında məlumatı Civil.ge yayır. Onlara əsasən, Azərbaycan gələn ilin 2 yanvarınadək xüsusi karantin rejimini uzadır. Karantin rejiminin məqsədi “Koronavirus” infeksiyasının yayılmasının qarşısının alınması və onun mümkün ola biləcək nəticələrini yüngülləşdirmək üçün müvafiq ölçülərin qəbul edilməsidir.

Nəticədə, Gürcüstan və Azərbaycan arasında quru hərəkəti yenə də məhdud qalır.  Xatırladaq ki,  2023-cü ilin avqustunda, Gürcüstanda yaşayan azərbaycanlılar Prezident İlham Əliyevə quru sərhədlərinin açılması xahişi ilə müraciət etdilər. Karantin ölçüləri 2020-ci ilin baharından qüvvəyə minmişdir və xüsusilə də, öz ailələrinə baş çəkmək istəyən  Gürcüstanda yaşayan etnik azərbaycanlılar, habelə Azərbaycanda yaşayan etnik gürcülər üçün problemlidir.  Bu günədək uçuş yeganə, ancaq bir çox hallarda əl.atmaz vasitə olaraq qalır.

Telavi çaxır zirzəmisi  IWSC müsabiqəsinin kiçik siyahısına düşdü

Gürcü çaxırçı şirkəti “Telavi Çaxır Zirzəmisi”  IWSC tərəfindən təşkil etdilmiş şərab və alkoqollu içkilər üzrə beynəlxalq yarışmasının, qırmızı çaxır istehsal edənlər kateqoriyasının qısa siyahasına düşdü. Gürcü şirkəti ilə birlikdə bu prestijli mükafat üçün altı çaxırçılıq təsərrüfatı da mübarizə aparır. Onlardan ikisi Cənibi Afrikadandır, qalanları isə Yeni zellandiya, Arqentina, İtaliya və Avstraliyanı təmsil edirlər.

Beynəlxalq Çaxır və Alkoqollu İçkilərin Yarışmasının rəsmi səhifəsində oxuduğumuz kimi, qalib gələn şirkəti xüsusi münsiflər heyəti seçəcəkdir. Münsiflər heyəti bu prosesdə şirkətlər tərəfidfən verilən məlumata və 2023-cü ildə əldə etdikləri mükfatlara əsaslanacaqdır.  Qalib şirkətlər isə cari ilin 19 oktyabrında elan ediləcəkdir. Qırmızı çaxır istehsal edən şirkətlərdən savayı, IWSC-nin müsabiqəsində  bir neçə başqa kateqoriya da mövcuddur -saxlanılmış çaxır, yaşıl təşəbbüsü nəzərə alaraq yaradılmış şərab, şirin çaxır və ağ çaxır. “Telavi Çaxır Zirzəmisi”  bu siyahıya düşən yeganı gürcü şirkətidir.

 

2025– ci ildən yemək üçün yararlı qidalar atılan deyildir

Ölkədə yemək üçün yararlı qida məhsularının itkiləri azalacaq və o, daha çox insan üçün əlçatan olacaqdır. Qida bankları da yaradılacaqdır.  Aqrar Məsələləri Komitəsi „Qida itkiləri və qida tullantılarının azaldılması və qida ianəsi haqqında“ qanunlayihəsini üçüncü dinləmə ilə dəstəklədi.  Qanunlayihəsi həm biznessektora xeyriyyəyə qoşulmaq imkanı verir, ikinci tərəfdən isə yoxsulluq həddindən aşağı olan şəxslərə qida ilə təmin edilmələrinə kömək edir. Parlament üzvü və qeyd olunan qanunlyihəsinin müəlliflərindən biri olan Xatia Tsilosaninin bildirdiyi kimi, qanunlayihəsi 2025-ci ilin 1 yanvarınadək qüvvəyə minəcəkdir.

 

İslahat çərçivəsində Dövlət avtovağzallarına maliyyə dəstəyi göstərilə bilər – deputat

Gürcüstan miqyasında yerləşin avtovağzallar və sərnişindaşıyan operatorlar  yeni reqlamentləri təmin etməli olacaqlar –  Gürcüstan Parlamentin “Avtomobil Nəqliyyatı Haqqında” Gürcüstan Qanununa dəyişikliklər daxil etməsi barədə” qanunlayihəsi müzakirə edilir.  Dünən qanunlayihəsinin komitə dinləməsi Bölgə Siyasəti və Özünüidarəetmə komitəsində baş tutdu. Qanunlayihəsini İqtisadiyyat Nazirliyi təqdim edir və o, Gürcüstanda yerləşən avtovağzallar, sərnişindaşıyan operatorlar üçün müvafiq reqlamentlərin təyin edilməsini nəzərdə tutur.   Qanunlayihəsinə görə, avtovağzalların təsnifatı aparılacaq. Beləliklə, biznessubyektlər infrastrukturlarını yeniləməli və texniki tələblərə uyğunlaşmaq məqsədilə avtovağzalın sinfini dəyişməli olacaqlar. Təqdim olunan sənədə görə, avtovağzal yalnız icazəsi olan nəqliyyatçıya xidmət etməlidir. Bununla yanaşı avtovağzalın nəqliyyatçı kimi fəaliyyəti də məhdudlaşdırılacaqdır.

Telavi Universiteti tələbələrin maliyyə borclarını sıfırlamaq təşəbbüsünə qoşuldu

Yakob Qoqebaşvili adına Telavi Dövlət Universiteti, 2023-cü ilin bir avqustunadək statusunu dayandırmış tələbələr üçün,  Dövlət tərəfindən maliyyə borcu sıfırlamaq təşəbbüsünü alqışlayır-  qeyd olunan bəyənatı universitet sosial şəbəkədən bildirmişdir. Bəyənatda qeyd olunur ki, rektor və administrasiyanın qərarı ilə, universitet təşəbbüsün icraetmə prosesinə qoşulub və bununla bağlı, imzalanmış memorandum çərçivəsində, Gürcüstan Təhsil və Elm Nazirliyi ilə fəal şəkildə əməkdaşlıq edir.

,, Maliyyə borclarına görə statuslarını dayandıran tələbələrə müraciət edirik. Buyurun Telavi Dövlət Universitetinə, ixtisasınıza müvafiq fakultələrə gəlin. Orda sizə statusunuzun bərpası və  tədris prosesinə qoşulmaq məsələsi üzrə detallı informasiya verəcəklər. Tələbələr statuslarını cari ilin 15 oktyabrnadək bərpa edə bilərlər”,- Universitetin administrasiyasından bildirirlər.

 

Gürcüstanda gələn ildən pensiyalar artır

Gürcüstan Baş-naziri İrakli Ğaribaşvilinin bildirdiyi kimi,  Gürcüstanda gələn ildən etibarən pensiyalar artacaqdır.

„2024-cü ildən Səhiyyə və Sosial Müdafiə Proqramları büdcəsi  870 mln lari ilə artır.  70  və daha çox yaşlı şəxslərin pensiyası 50 lari artaraq, 415 olacaqdır.  Eyni kateqoriyadan olan, ancaq yüksəkdağlıq bölgələrdə yaşayanların pesiyası 500 lari olacaqdır. Müqayisə üçün deyim ki,  2012-ci ildə pensiya  110 lari və 125 lari idi. İndi isə 415 laridir, yüksəkdağlıq bölgələrdə isə 500 lari olacaq.  Bu bizim hakimiyyətin fəaliyyətinin real nəticəsidir. 70 yaşınadək şəxslərin pensiyası 20 lari ilə artaraq  315 lari olacaqdır, yüksəkdağlıq bölgələrdə yaşayanlar üçünsə  380 lari“, – Ğaribaşvili bildirmişdir.

Gənclərin 46%  valideynlərin xərcinə yaşayır

Fridrix Ebbert fondu Gürcüstan Gənclərinin Sosial Tədqiqat Nəticələrini dərc etdi. Tədqiqat gənclərin iqtisadi vəziyyətinə, onların siyasi və ictimai baxışlarına toxundu. Tədqiqatda 14-29 yaş arası 1,200 şəxs iştirak etdi, onlardan yalnız 35% işlə təmin olunduqlarını deyir. 46% isə valideynlərin xərcinə yaşadıqlarını deyir. Hər ondan təxminən bir gənc maliyyə cəhətdən tərəf müqabilindən asılıdır, eyni sayda gənclər isə maliyyə köməyini valideynlərindən və /ya qohumlarından alır. Sorğu edilənlərin kiçik hissəsi dövlət yardımı  (7%)  və ailə pensiyası (5%) alır, bir faizdən azı üçün isə  gəlir məndəbi daşınmaz əmlakın kirayəsi, qrant və tələbə kreditidir.