დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Sosial cəhətdən müdafiə olunmayan uşaqların müavinəti 200 lari oldu
Hökumətin qərarı ilə, 2023-cü ilin iyulundan etibarən sosial cəhətdən müdafiə edilməyən uşaqlar 150 əvəzinə 200 larilik müavinət alacaqlar. Səhiyyə naziri Zurab Azaraşvilinin açıqlaması ilə, həmin proqram üçün cari ilin büdcəsinə 70 mln lari əlavə ediləcəkdir. Ümdə sosial cəhətdən müdafiə olunmayan uşaqlar üçün 200 larilik müvainəti ödəməkdən ötrü il ərzində yarım milyard lariyə qədər vəsait ayrılacaqdır. Qeyd olunan dəyişiklik təxminən 233 000 uşağa şamil ediləcəkdir.
Laqodexi tarix muzeyi rəsmi olaraq açıldı
Muzeyin tam reabilitasiyası, Pilot Bölgələrin İnteqrəli İnkişafı Proqramı çərçivəsində, Avropa İttifaqı və yerli bələdiyyə tərəfindən maliyəlləşdirilmişdir. Layihənin ümdə dəyəri 724,999 lari təşkil edir.
Reabilitasiya çərçivəsində binanın interyeri və hasarı yeniləndi, muzeyin həyəti abadlaşdırıldı və oxu məkanları, habelə açıq səhnə quraşdırıldı. İllər ərzində qutularda qalmış artefaktlar sərgiləndi. Laqodexi tarix muzeyi binasının inkinci mərtəbəsində, müasir tipli gənclər mərkəzi – Mediateka açıldı. O, BMT inkişaf və Polşa Respublikasının Xarici İşlər Nazirliyinin „İştirakçılıq Akademiyası 2022“ qrantı çərçivəsində maliyyələşdirildi. Mediatekanın təchizatı donorların dəstəyilə həyata keçirildi. Tarix muzeyinin açılışından sonra, Laqodexi, Laqodexi bələdiyyəsi yeni bir cazibə mərkəzinə malik oldu. Müasir texnologiyalarla təchiz edilmiş tarix muzeyinin rahatlığı gənclərə mədəni, əyləncə, elmi və maarifləndirici tərbirlərlə birlikdə, qeyri-formal təhsil almaq imkanı da verəcəkdir.
Klassik avtomobillər haqqında yeni qanunvericilik qüvvəyə mindi
Gürcüstan Parlamenti tərəfindən qəbul edilən klassik avtomobillər haqqında yeni qanunvericilik iyulun birindən etibarən qüvvəyə minmişdir. Yeni qanunvericiliklə, klassik avtomobillər (40+ yaşlı) ayrıca kateqoriya kimi müəyyənləşdirildi, klassik avtomobillərin rəsmiləşdirilməsi vergisi 1 sm. kub 1 lari ilə müəyyənləşdirildi. Bundan əlavə, klassik avtomobillərin texniki nəzarətilə bağlı, həddi tüstüləmə məsələsi də dəqiqləşdirildi.
Xatıraladaq ki, „Avtomobil nəqliyyatı haqqında“ qanunda dəyişikliyi parlament 2023-cü ilin aprelində müzakirə etdi və dəstəklədi. Dəyişiklik həmçinin „Gürcüstan vergi məcəlləsində“ də aparıldı. Qeyd olunan layihələrlə qanunvericilikdə klassik avtomobillərin hansılarının olduğu müəyyənləşdirilməkdən savayı, hökumət sahəni elə tənzimləyəcəkdir ki, sahibi avtomobildən asand istifadə edə bilsin. Həmçinin, rəsmiləşdirmə avropada olduğu kimi azaldılacaqdır.
2020-ci ildən 2023-cü ilin martını hesaba almaqla, soyuq silah daşımağın 10625 faktı qeydə alınıb
2020 -ci ildən 2023-cü ilin martı hesaba alınmaqla, yetkinlik yaşına çatmayanlar üçün soyuq silah satmağın yalnız bir faktı təsbit edilib, üzərində soyuq silah daşımağın isə 10625 faktı qeydə alınıb.
Yetkinlik yaşına soyuq silah satmağın bir faktı yalnız 2022-ci ildə təsbit edildi. 2020, 2021-ci illərdə və 2023-cü ilin yanvarından -mart ayına qədər müddətdə isə heç bir fakt qeydə alınmayıb. Bununla belə, rəsmi məlumata əsasən, 2020-ci ildən 2023-cü ilin martına kimi ümdə soyuq silahı daşımağın 10 625 faktı qeydə alınıb, onların arasında 2020-ci ildə 2307; 2021-ci ildə 3418; 2022-ci ildə 4082, 2023-cü ilin mart ayı hesaba alınmaqla isə 818 belə hal təsbit edilib. O ki qaldı odlu silahın qeydiyyatı müddətlərinə və ya onu qeydə almaq qaydalarını pozmaq faktlarına, göstərilən müddətdə, DİN 33 belə halı qeydə almışdır.
İcbari hərbi xidməti bir illik təxirə salımasının vergisi 5 min lari olacaqdır
Hazırda hərbi xidmətin 18 aylığına təxirə salmaq üçün 2 000 lari gərəkdir. „Müdafiə Məcəlləsinin“ layihəsinin ilkin variantının vergi miqdarı 10 min lari olaraq müəyyənləşdirilmiş idi və onu qanunvericilik təşəbbüsünün komitə müzakirəsində layihədən çıxardılar. „Müdafiə məcəlləsinin“ ikinci müzakirəsi davam edir.
Hökumət 70 min ton üzümü almağı planlaşdırır – üzümün subsidiyası 60 milyon laridir
2023 -cü ilin mövsumunun yaxınlaşması ilə birlikdə, Gürcüstan hökuməti növbəti subsidiya proqramına başlamaq üçün hazırlaşır. Dövlət Satınalmaları Agentliyinin vebsəhifəsində artıq 60 milyon larilik satınalmalar haqqında bəyənat dərc edilib. Həmin bulla 70 min ton üzümün alınması planlaşdırılır.
“MMC “Məhsulun idarəsi şirkəti” tərəfindən ötən illərin praktikasından irəli gələrək, 60-70 min ton üzümün qəbul edilməsi və emalı müxtəlif özəl zavodlarda baş tutacaqdır. Onların hazırlanması üçünsə əvvəlcədən avans olaraq vəsaitlər ayrılmalıdır. Verilmiş tədbir çərçivəsində əsas satınalınmalı olan obyekt üzümdür. Beləki, emalı üçün lazımlı taranın, köməkçi materyalların, texniki təchizatların və ehtiyat hissələrin habelə
Xidmətlərin (üzümün emalının xidməti, alınan mayelərin daşınmasının xidməti, spirt əşkmək üçün lazımlı maşın-qurğuların kirayələnməsi və bank xidmətləri) satınalmalarının miqdarı və həcmlərin müəyyənləşdirilməsi üzümün miqdarından asılıdır,”- sadələşdirilmiş satınalmaların bəyənatında deyilir.
Həkimlərdən sonra klinikalar başqa xidmətçi personalın da minimum əmək haqlarını müəyyənləşdirməli olacaqlar
Səhiyyə Nazirliyinin təşəbbüsü ilə, dəyişikliklər üzrə yeni paket hazırlandı. O, sanitarın, kiçik həkimin, tibb bacısı köməkçisinin, həkim köməkçisinin və xadimənin minimum əmək haqqını müəyyənlşdirməyi nəzərdə tutur. Nazirlik tərəfindən yayılan məlumata əsasən, yeni təşəbbüsü klinika rəhbərlərinə nazirliyin nümayəndələri təklif etdilər.
Görüşdə qeyd edildiyi kimi, bu islahat işlə təmin edilənlərin motivasiyalarına, məhsuldarlıqlarına müsbət təsir göstərəcək və onların iş şəraitlərini yaxşılaşdıracaqdır. Dəyişikliklə bağlı, sahə nümayəndələri bir həftə ərzində öz düşüncələri və arqumentlərini təqdim etməlidirlər.
“ İslahat nəticəsində, ümumi səhiyyə proqramına stasionar komponenti ilə qoşulmuş bütün klinikalar tibbi personalın əmək haqqını Səhiyyə nazirliyi tərəfindən təqdim edilən minimum həddi nəzərə alaraq təyin etməlidir. Əks təqdirdə tibbi müəssisə ümumi səhiyyə proqramından kənarlaşdırılacaqdır. Tibbi personalın icbari minimum saatbaşı haqqı islahatnın ilk mərhələsi 2023-cü ilin yanvarından qüvvəyə minmişdir. İslahata əsasən həkimlərin minimum saatbaşı haqqı 7 lari (ayda minimum 1260 lari), tibb bacılarının isə 4.4 lari ilə (ayda minimum 792 lari) müəyyənləşdirilmişdir“,- Nazirliyin yaydığı məlumatda deyilir.