დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
iyundan etibarən, 1 tipli diabeti idarə etmək üçün lazım olan materyallar uşaqlara ödənişsiz veriləcəkdir- Nazirlik
Səhiyyə naziri şəkərli diabet 1-ci tipi olan uşaqların valideynləri ilə görüşdü. Zurab Azaraşvili onlara proqram yenilikləri və gələcək planlarla bağlı məlumat verdi. Səhiyyə nazirinin bəyənatı ilə, iyulun birindən etibarən, insulin və diabeti idarə etmək üçün lazımlı materyal – test çubuqları və qan götürmə iynələrinin 3 aylıq ehtiyatları veriləcəkdir. Bununla belə, valideynlər və benefisiyarlar, xərc materyallarını da, insulinlə birlikdə, eyni lokasiyadan alacaqlar və fərqli ünvanlara gedən deyillər. Zurab Azaraşvilinin qeyd etdiyi kimi, verilmə tarixinə də düzəliş verildi – benefisiyarların ehtiyatları onlar üçün müəyyənləşdirilmiş konkret tarixə qədər, 10 gün əvvəl, istənilən vaxt qəbul edə bilərlər. Qeyd etmək lazımdır ki, diabetin idarəsi üzrə proqramın coğrafi əlçatımlılığı da artmışdır. Səhiyyə naizirinin bildirdiyi kimi, bütün ölkə miqyasında ehtiyatlar artıq 60 aptekdə verilir. Planlaşdırılmış ambulatoriya xidmətini isə benefisiyarlar, Tbilisi və bölgələrdə 10 fərqli müəssisədə ala bilərlər.
Siğnağidə ilbizlər ferması tikildi
Siğnaği bələdiyyəsinin Erisimedi kəndində “Sneyl qarden” şirkəti, Sakartvelos bankın maliyyə dəstəyilə, ilbizlər ferması qurdu. Məhsulu bu il ilk dəfə götürdülər və ixraca, İtaliyaya göndərdilər.
„Sneyl qarden” şirkəti 2021-ci ildə yaradıldı. O, startap şirkəti iti. İlbizlər ferması biznesi İtaliyada çox məşhurdur. Gürcüstanda belə bir fermanı qurmaq ideyası da məhz elə İtaliyada gördüyümüz fermadan sonra yarandı. İdeyanı həyata keçirmək üçün Sakartvelos banka müraciət etdik. Bankın maliyyə dəstəyilə, Siğnağidə ferma qurduq. Gürcüstan bazarında bu məhsula marağın az olduğunu nəzərə alaraq məhsul tamamilə xaricə İtaliyaya ixrac edilir“, – “Senyl qarden” müdiri, Akaki Paksadze bildirir.
Kiçikbsaş və iribaş heyvanları nəzarətsiz buraxmaq üzrə cərimlər sərtləşdirilir
Ətraf mühit və təbii resurslar komitəsi “ Gürcüstan İnzibati Xətalar Məcəlləsinə” əlavə ediləcək dəyişikliklər barədə müzakirə apardı. Komitə sədri, Maia Bitadzenin izahına səasən, inzibati cərimələrin sərtləşdirilməsi bu istiqamətdə arzuolunmaz vəziyyətin yaxşılaşdırılmasını, heyvanların və insanların xəsarət almasının, onların sağlamlıq və həyatlarına təhlükənin qarşısının alınmasını təmin edir. Nəzarətsiz qalmış kiçik və iribaş heyvanın ictimai yerləri korlamağın qarşısını almaq da nəzərdə tutulub.
„Ev heyvanının bələdiyyə tərəfindən abadlaşdırılmış infrastruktura zərər verməsi halları da çoxdur, o cümlədən yaşıl infrastrukturu və praktikanın göstərdiyi kimi mövcud olan cərimə həç də bir fayda vermir“, – Maia Bitadze bildirir.
Özünüidarə etən şəhərin təmsilçilik orqanı tərəfindən təyin edilmiş qaydalar pozulduqda, özünüidarəedən şəhərin inzibati sərhədlərində nəzarətsiz qalan heyvanın, sahibkarın mülkiyyətində və/ya istifadəsində mövcud olan kənd-təsərrüfat təyinatlı torpaq sahəsi istisna olmaqla – kiçikbaş və iribaş heyvan sahibinin 20 lari əvəzinə 50 lari ilə cərilənməsini nəzərdə tutur. Bulvarda, parkda və ya çimərlikdə kiçik və ya iribaş heyvanın nəzarətsiz qaldığı təqdirdə sahibi 50 lari əvəzinə 100 lari ilə cərimələnəcəkdir.
16 sentyabrdan 1 noyabra qədər dünyaya gələn uşaqlar, məktəbəqədər tərbiyə müəssisələrində qala bilər və ya təhsillərini davam etdirə bilərlər
Gürcüstan Təhsil və Elm Nazirliyi və Parlamentin Təhsil və Elm Komitəsinin ortaq qərarı ilə, „Ümumi təhsil haqqında qanunundakı” dəyişikliklərə əsasən, 2023-2024-cü tədris ilində birinci sinfə qeydiyyatdan 6 yaşları noyabrın birinə kimi tamamlanan keçə bilərlər.
Nazirliyin informasiyası ilə, qeyd olunanlardan irəli gələrək, 2023-2024 tədris ili üçün məktəbdə birincisiniflilərin qeydiyyat müddətləri dəyişdi: ikinci mərhələdə qeydiyyat 2023-cü ilin 19 may hesaba alınmaqla mümkün olacaq və məktəbə o uşaqlar qeydiyyatdan keçə biləcəklər, hansılar ki: a) bacı-qardaşları arzuolunan məktəbdə oxuyurlar; b) valideyn/qəyyum/qayğıkeşi arzuolunan ictimai məktəbin əməkdaşıdır; c) ailədən eyni zaman iki və ya daha çox uşaq birinci sinifə gedirsə. 22-23 may 2023-cü ildə, qediyyattın birinci mərhələsində, müəyyənləşdirilmiş müddətlərdə məktəblərdə qeydiyyatdan keçə bilməyən, xüsusi təhsilə ehtiyacları olan uşaqlar üçün əlavə qeydiyyat həyata keçiriləcəkdir. III mərhələ – ümumi qeydiyyat 8 iyunda başlayacaq və 23 iyun hesaba almaqla davam edəcəkdir. IV mərhələ – 17 iyuldan 28 iyul hesaba almaqla məktəblərdə həyata keçiriləcəkdir. Hazırkı mərhələdə azad yerlərdə və ya əvvəlki mərhələrdə azad edilmiş yerlərə, I,II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən və ya qeydiyyat yerlərini dəyişdirmək istəyən şagirdlərin qeydiyyatı keçiriləcəkdir.
Kaxetidə iki psixiyatrlıq xəstəxanası tikilir
Səhiyyə naziri, Zurab Azaraşvili Parlamentdə, „Nazir saatı“ formatında sözlə çıxış edərkən kaxetidə tezlikdə iki psixiyatrlıq xəstəxanası tikiləcəyini bildirdi.
Nazirinin bəyənatı ilə, Bedianidə olan benefisiyarlar yeni müəssisələrə bölüşdürüləcəklər.
“Ölkə miqyası ilə mövcud olan psixiyatrlıq servisini çatdıranların qeydinə başladıq. Hazırda, ölkə miqyasında, təxminən, 1 500 yatağımız var, lakin bu yatağın sayı minimum iki qatına qaldırılmalıdır. Vəziyyətin pis olduğu Bedianidə 3-4 aya 4 kiçik ölçülü psixiyatr müəssisəmiz olacaq və benefisiyarlar ora köçürüləcəklər“, – Azaraşvili bildirdi.
Nazirin bildiriyi kimi, cari ildə, kaxetidə, iki psixiyatr müəssisəsi tikiləcək.
„Kaxetidə iki psixiyatriya müəssisəsi layihəsi çinlilərlə birlikdə planlaşdırılmışdı. Təəssüflər olsun, 2019-21 -ci illərdə kovidlə bağlı problemlərə görə, onlarla aktiv kommunikasiya yox idi. Cari ildə kommunikasiyanı bərpa etdik və onlarla birlikdə yerinə yetiriləcək və Kaxetidə iki psixiyatr binası tikiləcəkdir“,- Azaraşvili bildirmişdir.