დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Gürcüstanda it üçün xüsusi vergi təyin edilə bilər
Xatırladaq ki, qanunblayihəsi üzərində Ətraf mühit və Təbii Resurslar Komitəsi işləyir. Parlamentdə layihənin müzakirəsi yaxın günlərdə baş tutacaqdır. Layihə həmçinin bütün itlərin çiplənməsini və eyniləşdirilməsini də nəzərdə tutur. O ki qaldı vergi məsələsinə, qanunlayihəsinin son versiyasını hazırlayana qədərki müzakirə prosesində verginin təxmini miqdarı da təklif edilib. Qanunlayihəsində xüsusi verginin təyin edilməsi nəzərdə tutularsa, o vaxt 1 it üçün vətəndaşlar 20 lari ödəyəcəklər, ikinci it üçünsə 200 lari, habelə hər növbəti it üçün 100 ilə çox ödəməli olacaqlar. Bununla belə, qanunla risk təşkil edən it cinsləri üçün vergilər nisbətən yüksək olacaqdır. 1-ci yüksək risk təşkil edən itə 200 lari, ikincisinə 2 000 və hər növbətisinə 1 000-1 000 lari ilə artıq.
Laqodexi bələdiyyəsinə “ Təmiz bələdiyyə” statusu verildi
“Təmiz bölgə” adlı illik müsabiqə çərçivəsində, Laqodexi bələdiyyəsinə Gürcüstan miqyasında “Təmiz bələdiyyə” statusu verildi.
,,Bələdiyyənin hər bir əməkdaşına təşəkkürümü bildirmək istəyirəm. Onlar hər gün tullantıların toplanması və çıxarılması; mərkəzi və daxili kənd yollarının yanlarını təmizlənməsi işlərini; təmizlik vergilərininin menecmentini; özbaşınalıqla salınmış zibil məskənlərini qapamağı; tullantıları çeşidlərə ayırmağı; beynəlxalq və yerli donorlarla ünsiyyəti yüksək səviyyədə həyata keçirirlər. Əhalimizə də minnətdarlığımı bildirirəm, çünki ictimai dəstək olmadan bu kimi uğura nail olmaq qeyri-mümkündür. Habelə hökumət və qeyri-hökumət təşkilatlarına, müsabiqənin münsiflər heyətinə dəstəkləri və Laqodexi bələdiyyəsinin gördüyü işləri obyektiv şəkildə qiymətləndirdikləri üçün minnətdarıq,”- Laqodexi bələdiyyəsi meri, Condo Mdivnişvili bildirmişdir.
Subsidiyarlıq fermerlərdə yanlış stimullar yaradır – Salome Deisadze
Mütəxəssislərin bir hissəsi Gürcüstan Hökuməti tərəfindən üzümün subsidiyarlığı praktikasını mənfi qiymətləndirir və hesab edir ki, bu istiqamətdə büdcədən ayrılan məbləğ məqsədə uyğun şəkildə istifadə edilmir. Ayset Tədqiqat İnstitunun tədqiqatçısı Salome Deisadzenin qeyd etdiyi kimi, Dövlətin subsidiyarlıqdan çıxması və bunun əvəzinə sektorda sistemli dəyişikliklər aparması vacibdir. Hər il həddindən artıq üzümün yetişdirildiyinin səbəbinin həmin proqramın olduğunu deyir. Artıq üzümün satılmasının yeganə yolu yenə də subsidiya tələb edir.
“Subsidiya mexanizminin mövcudluğu, fermerlərdə yanlış stimullar yaradır. Qiymətlərlə bağlı yanlış gözləntiləri yaradan da budur. Həmçinin subsidiya nəticəsində hər il məhsul həddindən artıq olur və satılması üçün də subsidiya tələb edir. Dövlətin subsidiya proqramından çıxması vacibdir, bunun əvəzinə sistemli islahatlar aparılmalıdır”, – Salome Deisadze bildirir.
Zərərli tüstülərə görə sürücülər 100, 300 və 600 lari ilə cərimələnəcəklər
Parlament nəqliyyat vasitələrinin tüstüsündə zərərli maddələtin tərkibini aşdığı üçün inzibati cərimələr məsələsini ilk dinləmədə dəstəklədi.
“İnzibati Xətalar Məcəlləsində“ planlaşdırılan dəyişikliklərə əsasən, tüstüdə zərərli maddələrin tərkibi normadan yüksək olarsa, nəqliyyat vasitəsi sürücüsü 100 lari miqdarında cərimələnəcəkdir. İlk cərimədən 30 gün sonra eyni şey təkrarlansa cərimə 300 lari olacaqdır və 60 gün sonra isə 600.
2022-ci ildə iş yerində 35 nəfər həyatını itirdi, 330 isə xəsarət aldı – Əmək Müfəttişliyi
2022-ci ilin hesabat dövründə iş yerində 35 nəfər həlak oldu, 330 nəfərsə xəsarət aldı. İş məkanında bədbəxt hadisə nəticəsində 35 mərhumun 35 də kişidir. Xəasarət alanlardan isə 69 qadın 261 kişidir. Bu məlumat Əmək müfəttişkiyinin 2022-c ilin hesbatında əks etdirilmişdir. Hesabatı idarə Parlamentə təqdim etmişdir. 2022-ci ildə iş məkanında baş verən bədbəxt hadisə əsasında 192 obyektdə təftiş-yoxlmaya işləri aparılmışdır.
Kaxetidə fermerlər taxılın satılması problemi ilə bağlı aksiya keçirtdilər
Kaxetidə fermerlərin aksiyası Tbilisi-Bakurtsixe maqistralında, Çalaubani kəndi yaxınlığında keçirildi. Taxılçılıq işləri ilə məşğul olan şəxslər, Dövlətdən geridə qalan taxıllarının satılması üçün kömək və Rusiyadan gətirilən taxılların vergiləndirilməsini istəyirlər. Fermerlərin dediyinə əsaəsn, məhsullarının qiyməti maya dəyərini belə qarşılamır. Rusiyadan gələn məhsul yerli ilə rəqabət aparır. Fermerlə Gürcüstanda yetişdirilən məhsulun ixracatının da mümkün olmadığını deyirlər. Aksiya iştirakçıları rəmzi olaraq bir kisə taxılı əraziyə tökdülər. Problemin vaxtlı həll edilmədiyi təqdirdə fermerlər etirazın miqyaslarını böyütməyi düşünürlər.
3 ayda Gürüstanda yol-nəqliyyat qəzası hadisələrində 1 480 nəfər xəsarət almışdır
Statistika üzrə Milli Agentliyinin rəsmi verilmişlərilə, 3 ayda qəzaların qurbanı 93 nəfər oldu. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, həlak olanların sayı 6%-lə azaaldı. Cari ilin yanvar-mart dövründə, ölkədə tam 1 153 qəza baş verdi. O cümlədən 48 sərxoşluqdan irəli gəlib. Bununla belə, Sakstata əsəsən, cari ilin birinci rübündə Gürcüstanda 3 254 yanğın təsbit edildi. Yanğın nəticəsində 21 nəfər həlak oldu və 63 vətəndaş xəsarət aldı. Yanğın nəticəsində 135 tikili məhv oldu. Trefikinq statistiksına gəldikdə isə, rəsmi verilmişlərə əsaəsən, 3 ayda trefikinq maddəsi ilə 3 cinayət törədilmişdir və hələki heç biri açılmayıb.