დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
2019 -cu ilə nisbətən, 2022-ci ildə texniki yoxlamadan keçmək üçün müraciət azaldı
Avtomobillər parkının artmasına baxmayaraq, 2022-ci ildə 2019 ilə nisbətən daha az maşın müraciət etmişdir. Ötən il texniki yoxlama mərkəzlərinə 785 039 avtomobil sürücüsü müraciət etmişdir. 2019-cu ildə isə bu göstərici 788 124 idi. Bununla belə, 241 172 avtomobil yoxlamadan ikinci dəfə keçməli oldu. Texniki yoxlayış mərkəzlər Assosiasiyası prezidenti Davit Mesxişvilinin məlumatına görə, ölkədə avtomobillər sayının 200 000 minlə artmasına baxmayaraq müraciətin azalması heç də yaxşı iş deyildir. O ki qaldı, 2020 və 2021-ci illərin verilmişlərinə, texniki yoxlayış mərkəzlərinə 2020-də 533 000-dək, 2021-ci ildə isə 741 000-ə qədər sürücü müraciət etmişdir.
Robin Daniqan – Gürcüstanda səfir kimi təsdiq edildiyim halda fəaliyyətim dörd prioritet üzərində olacaq
Bu barədə Gürcüstanda ABŞ səfiri vəzifəsinə Co Bayden tərəfindən təqdim edilən Robin Daniqan Senatın Xarici İşlər Komitəsi iclasında bildirdi.
„İlk növbədə, mənim başlıca öhdəliyim Tbilisidə ABŞ Səfirliyi komandası və Gürcüstanda olan ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. İkinci növbədə Gürcüstan Hökuməti və gürcü xalqı ilə birlikdə Avropa İttifaqına, NATO-ya və Qərbə inteqrasiya olmaları üçün işləyəcəyəm. Avropa Atlantik strukturlara Gürcüstanın inteqrasiyası nəinki Gürcüstan vətəndaşlarına kömək edəcək, habelə inanıram ki, bu ABŞ-ın milli maraqlarına da daxildir. Biz Gürcüstanın demokratik, Qərblə sıx inteqrasiya şəraitində olmasını, öz sərhədlərini müdafiə edə bilməsini və Rusiyanın zərərverici aktivliklərinə tab gətirə bilməsini istəyirik. Ötən 30 il ərzində Gürcüstan qeyd ediləcək tərəqqiyə nail oldu, ancaq müəyyən təşvişedici əlamətlər yenə çox iş görülməli olduğunu göstərir. Üçüncüsü, qarşılıqlı investisiyalar və ticarəti gücləndirəcəyəm, o cümlədən ABŞ ixracatı və Amerika şirkətləri üçün Gürcüstanda imkanları artıracağam. Dördüncü prioritet Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü sonuna kimi qoruyacağam, çünki Rusiya ölkə ərazilərinin 20%-i yenə də işğal altında saxlayır – Daniqan bildirmişdir.
Kaxeti Polis Departamenti direktoru – Bölgədə keçirilən xüsusi əməliyyat nəticəsində 4 narkotik realizatırunu həbs etdik
Kaxeti Polis Departamenti Direktoru, Teymuraz Kalandadzenin bildirdiyi kimi, hüquq mühafizəçilərinin bölgədə keçirdikləri xüsusi əməliyyat nəticəsində 4 narkotik realizatorunu həbs etdilər. Kalandadzeyə əsasən, Kaxeti bölgəsində xüsusi əməliyyat bütün gecə boyu həyata keçirilirdi.
„Kaxeti bölgəsində, hakimin qərarı əsasında, 4 narkotik realizatoru həbs edilmişdir. Xüsusi əməliyyat bütün gecə boyu davam edirdi. Qeyd olunan şəxslərə qarşı istintaq çərçivəsində yoxlamaq üçün alışlar baş tutdu. Cinayət işi üzrə intensiv istintaq aparılır“, – Kalandadze bildirmişdir. Saxlanılanlar polis şöbəsinə aparılıblar.
Həkimlər və tibb bacı/qardaşların saatlıq minimum əmək haqları üzrə elektron portalı yaradıldı
Bu haqda məlumatı İşğal altında olan ərazilərdən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi yayır. Onların məlumatına görə, aprelin birindən tibbi müəssisələr, həkimlər və tib bacısı/qardaşlarının işlədikləri saatları və verilən əmək haqqını elektron sistemdə əks etdirməli, verilmişləri isə Əmək Müfəttişliyi Xidməti işləyəcəkdir. ,,Elektron portal Səhiyyə Nazirliyind – „ Həkimlər və tibb bacı/qardaşların saatlıq minimum əmək haqları” – çərçivəsində yaradıldı. 2023-cü ilin yanvarın birindən etibarən, həkimlərin minimum əmək haqları saatda 7 lari ilə (ayda minimum 1260 lari), tibb bacısı/qardalşarının isə saatda 4.4 lari ilə (ayda minimum 792 lari) müəyyənləşmişdir. İslahat nəticəsində, ümumi səhiyyə proqramında stasionar komponenti ilə cəlb olunan bütün klinikalar həkim və tibb bacısı/qardaşlarının maaş haqqını, səhiyyə nazirliyi tərəfinfən təqdim edilən minimum həddi nəzərə alaraq təyin etməlidir. Yeni reqlamentlə, 9000-dək həkimin və 8000-dən çox tibb bacısı/qardaşının minimum maaş həddi müəyyənləşdirilmişdir“, – İdarə tərəfindən yayılan məlumatda bildirilir.
14 yaşlı Saqarecolu Valeri Kevlişvilinin ictimaiyyətin yardımına ehtiyacı var
Yeniyetmənin dostlarına əsasən, Limfoblastik B tipli leykemiyası var. O bir neçə il bundan əvvəl müalicə etmiş idi. Ancaq 4 ildən sonra analizlərə nəzarət edərkən xəstəlik yenə özünü büruzə vermişdir. Bunun üçün sümük iliyini köçürmıək lazımdır. Bu əməliyyat isə Gürcüstanda edilmir. Yeniyetmə tezliklə Fransada əməliyyat edilməlidir ki, bunun üçün 30.000 dollara ehtiyac var. Ailənin buna imkanı yoxdur.
,,Biz insane dəstək verə bildiyimizi dəfələrlə isbat etmişik. Onun üçün də Valeriyə də Fransaya getməsi, əməliyyatı və xəstəliyi yenərək sap-sağlam qayıtması üçün yardım etməliyik”,- Gəncin ailə üzvləri tərəfindən yayılan informasiyada bildirilir.
Valeriyə kömək etmək istəyənlər pulu bu hesablara köçürə bilərlər: qəbul edən: Anası – Nino Eloşvili Sakartvelos banki GE52BG0000000538311850 şəxsi nömrəsi: 36001047126 . Tel: 591 11-65-20 alan: Atası – Zakariya Kevlişvili Liberti bankı GE95LB0711134292291000
Laqodexidə, ictimai məktəblərin fərqlənən şagirdlərinə kompüterlər verildi
Portabel kompüterləri, Laqodexi bələdiyyəinin 28 məktəbinin, 55 şagirdi almışdır. Mükafatlanma Gürcüstan Təhsil və Elm Nazirliyinin dəstəyilə, “İlk kompüterim” layihəsi çərçivəsində həyata keçrilmişdir. Təntənəli tədbir, Laqodexinin müdafiə olunan ərazisində baş tutmuşdur.
Kənd təsərrüfatı torpaqlarını yandırmaq üçün şəxs hər hektar başı 1000 lari ilə cərimələnəcəkdir.
Kənd təsərrüfatı naziri Otar Şamuqianın bəyənatı ilə, torpaqlara od vuran fiziki şəxs hər hektar başı 1000 lari ilə cərimələnəcədir, hüquqi şəxs isə 2 000 lari ilə. Qeyd etmək lazımdır ki, Sanksiyaları Gürcüstanın İnzibati Xətalar Məcəlləsində planlaşdırılmış dəyişikliklər layihəsi nəzərdə tutur. Layihəni Hökumət bəyənərək Parlamentə göndərəcəkdir.
Hökumətin müzakirə apardığı bu məsələni hər payız müşahidə edirik. Təəssüflər olsun ki, kaxeti bölgəsində, fermerlər tərəfindən kənd təsərrüfatı sahələrinə od vurulur, bu isə əlbəttə ki, torpağa ciddi ziyan vurur və eyni zamanda odun yayılması istiqamətində böyük problemlərlə üzləşə bilərik. İndiyədək buna qarşı heç bir mexanizmimiz yox idi. Bu dəyişikliklərə əsasən, istifadə edənlərə və mülkiyyətçilərə qarşı sərt sanksiyalar tətbiq olunacaqdır. Bununla bu zərərli praktikanın qarşısını almağı düşünürük,“ – Otar Şamuqia Hökumət iclası bitdikdən sonra bildirmişdir.