ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

Saqarecoda 20 yanvar gecəsi yaralanan Valeri Matiaşviliyə kömək lazımdır

Bu haqda məlumatı, sosial şəbəkədə, ,,Sagarejo • საგარეჯო” səhifəsi yayır. Matiaşviliyə yardım məhz bu səhifə vasitəsilə toplanır.

,,20 yanvar gecəsi yaralanan Valeri Matiaşviliyə kömək lazımdır. Valerinin qıçı sındı, təxirəsalınmaz əməliyyat edildi. O dəhşətli gecə güllə sümüyü çatladıb əzələyə pərçim oldu. Çatlaq sümük indi sındı və metalla bərkidilməli oldu. Güllənin əzələdə qaldığı üçün infeksiya təhlükəsi var. Vəziyyət çox ağırdır və köməyiniz olduqca vacibdir. Yəqin zərərçəkən üçün pul toplamaq istədikdə o bundan imtina etmiş idi və həmin məbləği başqalarına vermiş idi. İndi isə onun yanında dayanmağımızın vaxtı gəlib çatıbdır. Müalicə və reabilitsiyası üçün pula ehtiyacı var”,- yayılmış məlumatda deyilir.

Xatırladaq ki, 20 yanvar gecəsi, keçmiş hərbi qulluqçu Saqarecoda 5 insanı öldürüb, beşini isə yaralayaraq özünə qəsd etdi. Matiaşviliyə kömək etmək üçün məbləği: #GE31BG0000000162583213 #GE86TB7984345061100075 hesablara köçürə bilərsiniz. Alıcısı Nazi Samunaşvili.

ABŞ-da fəaliyyət göstərən Telavili həkim, Davit Mrelaşvilinin yaratdığı dron Ginnes rekordlar kitabına daxil oldu

Davit Mrelaşvilinin yaratdığı dron bütün dronlardan daha çox havada qala bilir və bunun üçün Ginnes rekordlar kitabına düşmüşdür. Bu haqda məlumatı həkimin özü yayır.
Onun sözlərinə görə, uçan aparatlarla çoxdandır ki, maraqlanır. Pilot lisenziyasını almış və dünyada ən uzun müddətdə uça bilən dron yaratmışdır. Həkim tərəfindən yaradılan dronlar başqaları ilə müqayisədə böyükdür. Həkim dronu yaratmağın Ginnes rekordlar təşkilatına müraciət üçün keçdiyi bürokratiyadan çətin olmadığını deyir. Mrelaşvili Dronun ötən ilin iyununda artıq hazır olduğunu, lakin yarım ili bu proseslərə həsr etdiyini deyir.
„Biz gürcülər qalibiyyət “palasasındayıq” buna Ginnes rekordunu da əlavə etsək pis olmaz. Fotoşəkildə dünyada ən uzun müddət uçmaq qabiliyyəti olan elektrik helikopteri görürsünüz, onu yaradan isə sizin bəndənizdir” – Mrelavili yazır.

Davit Mrelaşvili qeyd edir ki, onun gələcək planları Gürcüstanda bu məhsuldan istifadə edərək kənd təsərrüfatı sahəsini inkişaf etdirməkdir.

Ukraynada Dedoplistsğarolu gənc həlak oldu
Ukraynada yenə bir gürcü 22 yaşlı Vano Çoxeli həlak oldu. O, əslən Dedoplistsğaro bələdiyyəsini Zemo Keda kəndindəndir. Yerlilərin məlumatına görəö, 16 martda, Xarkovda sürən hərbi əməliyyatlarda həlak olmuşdur. Onların məlumatına əsasən anası ukraynalı idi, son illər ərzində orda yaşayır və hərbi təhsili də orda almış idi.
„Atası buralıdır. Gürcüstana gəlirdilər. Məktəbə Zemo kedaya gedirdi. Anası rəhmətə gedəndən sonra yaşamaq üçün Xarkova köçdülər və hərbi təhsili də orda aldı. Burda yaşlı nənə-babası yaşayırlar”.

Rəqabət agentliyi tütün bazarında araşdırma aparmağa başladı

Rəqabət agentliyi konkret iqtisadi agentinin şikayəti əsasında tütün bazarında araşdırma aparmağa başladı. Agentliyin məlumatına görə, siqaretin müəyyən növləri istiqamətində rəqabət haqqında qanunun 6-cı və 7-ci maddələrin pozulmasının təxmin edilən faktlarla bağlı araşdırmalar aparılır. Adı çəkilən maddələr dominant vəziyyətdən sui-sitifadə etmək və rəqabətin məhdudlaşdırıcı razılaşmalarını pozmağı nəzərdə tutur.

„Rəqabətə dəstək, müvafiq Qanunvericiliyin təxmin edilən pozuntusu faktları üzrə vaxtlı rekasiya vermək və onu aradan qaldırmaq məqsədilə, sədrin əmri əsasında, agentlikdə araşdırıcı qrup yaradıldı və məsələnin öyrənilməsi həmin qrupa həvalə edildi“, – Milli Rəqabət Agentliyindən bildirirlər.

Laqodexi bələdiyyəsinin Şroma kəndində tədris emalatxanası açıldı

Laqodexi bələdiyyəsinin Şroma kəndində fəaliyyət göstərən “Aisi” kolleci ərazisində tədris emalatxanası tikildi. PHHŞ Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyinin məlumatına əsasən, kollec bələdiyyədə tələb olunan ixtisaslar – təbaşir-karton konstruksiyaları və döşəmə plitələr montajı, həmçinin arıçılığın praktiki tədris kursunu keçirlər. Emalatın tipik layihəsi 600 min lariyə qədərdir, o birmərtəbəli binanı əhatə edir. Bina öz növbəsində ayrıca dayanan bloka bağlıdır və tədris məkanları beləcə vitraj dəhlizlərlə bir-birilərilə bağlıdır. Layihə Gürcüstanda fəaliyyət göstərən tikinti normaları və təhlükəsizlik qaydalarına riayət edlərək, avropa standartlarına uyğun olaraq, ekoloji cəhətdən təmiz materyallardan istifadə edilərək həyata keçirildi. Emalatxananın fəaliyyəti tələbələrə bölgənin ehtiyaclarına uyğunlaşdırılmış peşələri mənimsəməkdə, müvafiq praktikanı keçməkdə və sonra işlə təmin edilməkdə kömək edir.

Kaxeti bölgəsindən vətəndaş təhsili üzrə iki ən yaxşı pedaqoqu mükafatlandırdılar

Tbilisidə, Ekspocorciada keçirilən Vətəndaş təhsili pedaqoqları konfransı –sərgisidə ilin ən yaxşı müəllimləri, nailiyyətli pedaqoqları və məktəb vətəndaş təhsili klublarını adlandırdılar. USAID vətəndaş təhsili proqramı / USAID Civic Education Program tşəbbüsü ilə 25 martda, vətəndaş təhsili pedaqoqların növbəti illik konfrans-sərgisi keçirildi. Konfransda Gürcüstan bölgələrindən 200 yaxın vətəndaş təhsili pedaqoqu iştirak edirdi. Qaliblərə mükafatları ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və başqa dəvət olunan qonaqlar verdilər. Münsiflər heyəti tərəfindən ölkə miqyasında ilin ən yaxşı vətəndaş təhsili pedaqoqları və məktəb vətəndaş təhsili klublarının ən yaxşı qəyyumları seçildilər. Forumda mükafatlananlar arasında Kaxetidən iki müəllim də vardır: Maia Lapiaşvili – Dedoplistsğaro şəhərinin N1 ictimai məktəbinin vətəndaş təhsili pedaqoqu və Dodona Çğonia – Siğnaği bələdiyyəsinin Bekobi kəndinin ictimai məktəbinin vətəndaş təhsili pedaqoqu.

Saqareco meriası 706 300 lari dəyərində xüsusi texnika aldı
Saqareco bələdiyyəsi meriyası elektron tender vasitəsilə, 706 300 lari dəyərindəki xüsusi texnika – . Ekskavator-yükləyici almışdır. Merianın məlumatına əsasən, qeyd olunan texnika inzibati vahidliklərdə, müxtəlif işləri yerinə yetirmək üçün içməli suyun tənzimlənməsi və laboratoriya təhqiqatı xidmətinə verildi.

Kənd təsərrüfatı sahələrinin yandırılması cərimələndiriləcəkdir

Kənd təsərrüfatı naziri Otar Şamuqianın bəyənatı ilə, kənd təsərrüfatı sahələrinə od vuran bütün fiziki şəxslər bir hektara 1000 lari ilə cərimələnəcəklər, hüquqi şəxslər isə 2000 lari ilə.
„ Hökumətin müzakirə apardığı bu məsələni hər payız müşahidə edirik. Təəssüflər olsun ki, kaxeti bölgəsində, fermerlər tərəfindən kənd təsərrüfatı sahələrinə od vurulur, bu isə əlbəttə ki, torpağa ciddi ziyan vurur və eyni zamanda odun yayılması istiqamətində böyük problemlərlə üzləşə bilərik. İndiyədək buna qarşı heç bir mexanizmimiz yox idi. Bu dəyişikliklərə əsasən, istifadə edənlərə və mülkiyyətçilərə qarşı sərt sanksiyalar tətbiq olunacaqdır. Bununla bu zərərli praktikanın qarşısını almağı düşünürük,“ – Otar Şamuqia Hökumət iclası bitdikdən sonra bildirmişdir.

 

<iframe width=”100%” height=”300″ scrolling=”no” frameborder=”no” allow=”autoplay” src=”https://w.soundcloud.com/player/?url=https%3A//api.soundcloud.com/tracks/1480948978&color=%23ff5500&auto_play=false&hide_related=false&show_comments=true&show_user=true&show_reposts=false&show_teaser=true&visual=true”></iframe><div style=”font-size: 10px; color: #cccccc;line-break: anywhere;word-break: normal;overflow: hidden;white-space: nowrap;text-overflow: ellipsis; font-family: Interstate,Lucida Grande,Lucida Sans Unicode,Lucida Sans,Garuda,Verdana,Tahoma,sans-serif;font-weight: 100;”><a href=”https://soundcloud.com/makakhaziuri-makaxazi” title=”Makakhaziuri Makaxazi” target=”_blank” style=”color: #cccccc; text-decoration: none;”>Makakhaziuri Makaxazi</a> · <a href=”https://soundcloud.com/makakhaziuri-makaxazi/isvytjft0sxy” title=”დაიჯესტი აზერბაიჯანულ ენაზე” target=”_blank” style=”color: #cccccc; text-decoration: none;”>დაიჯესტი აზერბაიჯანულ ენაზე</a></div>