დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Avropa İttifaqı mühacirlərin qəbul qaydasını sərtləşdirərək deportasiyanı asandlaşdırır
Avropa İttifaqı sığınacaq tələblərinə rədd cavab alan mühacirləri deportasiya etməyi planlaşdırır. Miqrasiya siyasəti haqqında üzv ölkələrin DİN nazirləri cümə axşamı günü Stokholmda keçirilən görüşdə müzakirə apardılar. Növbəti qeyri-formal görüş 10 fevralda İttifaqın 27 ölkə başçısının toplanmasından əvvəl keçiriləcəkdir. Görüşün gündəliyində mühacirlik məsələsidə olacaqdır. Görüşün sonunda Avropa İttifaqı DİN Naziri İlva Yohanson jurnalistlərlə müsahibəsində ötən il Avropa İttifaqına qeyri-qanuni yollarla 300 000 nəfərin daxil olduğunu bildirmişdir, sığınacaq tələbilə isə 924 000 daxil olmuşdur.
”Bu isə o deməkdir ki, qeyri-qanuni şəkildə daxil olanların sayından sığınacaq axtaranların sayı üç dəfə böyükdür”, – Yohanson həmin mühacirlərin əksəriyyətinə beynəlxalq müdafiənin lazım olmadığını vurğuladı.
Kaxetidə, heyvanların bələdiyyələrarası agentliyində, ötən il boyu 3922 it sterilizasiya edildi
Qeyd etmək lazımdır ki, Gürcüstanda küçə heyvanlarının müalicəsi və müvəqqəti saxlanan iki bələdiyyələrarası agentlik mövcuddur. Bunlardan biri Kaxetidə, Qurcaanidə yerləşir. Agentlik Kaxeti bölgəsinin səkkiz bələdiyyəsində işləyir və küçə heyvanlarına xidmət götərir. Heyvanların bələdiyyələrarası agentliyinin müdiri Temur Zavraşvilinin bildirdiyi kimi, 2022-ci ildə 3922 itə və 196 pişiyəsterilizasiya və kastrasiya edildi.
„2022-ci ilinplanı 3000 küçəheyvanınınsterilizasiyası/kastrasiyasıvəquduzpeyvəndiediləcəyiplanlaşdırılırdı. Bu ilisəplandahəminrəqəmiikiyəqaldırmağıdüşünürük”,-AgentliyindirektoruTemurZavraşvilibildirmişdir.
Onundediyinəəsasən, bələdiyyələrarasıagentlikdəsahibiolanitlərüçünxidməthaqqıtəyinedildi.
„Agentlikdəsahibliitlərinxidmətqaydalarıdəyişdi. 2022-ci ildəonlarüçünxidmətödənişsizidi, indiisəödənişliolduvəitinölçüsünəgörəmaksimumqiymət 80 laritəşkiletdi”,–Agentliyindirektorubildirdi.
1 iyuldan bu ailələrdə yaşayan uşaqlar üçün müavinət 50 lari artacaqdır
2022-ci ildə sosial cəhətdən müdafiə olunmayan ailələrdə yaşayan uşaqların müavinəti 150 lari təşkil etdi, 2023-cü ilin 1 iyulundan isə qeyd olunan müavinət 50 lari ilə artacaq və ümdə 200 lari təşkil edəcəkdir. Bunun haqqında Səhiyyə Naziri müavini Tamar Barkalaia bildirmişdir. Bununla belə hamiləlik və uşağa baxmağa görə məzuniyyət haqqı 1000 lari əvəzinə, 2000 lari ilə müəyyənləşdirildi. Cari ildə isə 70 yaşınadək yaş təqaüdçüləri üçün təqaüdün miqdarı – 295 lari, 70-dən yuxarı olanlar üçünsə 365 lari olaraq müəyyənləşdirildi.
Saqarecoda yol infranstrukturu və sel sisteminin quraşdırılması işləri aparılır
Saqareco Bələdiyyəsi miqyasında, yol infrastrukturu və sel sisteminin quraşdırılma işləri mərhələvi şəkildə irəriləyir. Saqareco bələdiyyəsi meri, Avtandil Qulikaşvili, birinci müavini, Emzar Kuçuaşvili ilə birlikdə Saqarecoda, Kostava küçəsində sel sistemi işlərini ziyarət etdi. İdarənin verdiyi məlumata görə, qeyd olunan işlər bu istiqamətdə mövcud olan problemləri həll edəcəkdir.
Andlı hakimlər məhkəməsi, Ləmbəli kəndində qrup şəkildə törədilən alçaldıcı rəftar faktı üzrə müttəhimləri təqsirkar saydı
Prokurorluq tərəfindən təqdim edilən dəlillər əsasında, andlı hakimlər məhkəməsi cinsi əlamətlə insanın bərabərhüquqluğunu pozulması, alçaldıcı rəftar və azadlıqdan qanunsuz şəkildə məhrum etmək faktı üzrə ittiham edilənləri təqsirkar elan etdi. Prokurorluğun mətbuat katibinin məlumatına əsasən, andlı hakimlər ittiham qaldıran tərəfin təqdim etdiyi dəlilləri tamamilə qəbul edərək, ittiham edələn öz həmfikirləri ilə birlikdə zərər çəkənin qadın üçün yaraşmaz iş tutduğunu hesab edirdi. Bunun nəticəsində 2014-cü il 16 sentyabrda, ləmbəli kəndində zərər çəkəni maşına mindirərək kəndin mərkəzinə apardılar. Yol boyu qurban; sözlə və fiziki toxunuşla təhqir edirdilər. Prokurorluqdan bildirdikləri kimi onlar kənd əhalisinin gözü qabağında qadını təhqir edirdilər.
Telavidən Batumi və Mestia istiqamətində daxili uçuşların alınması üzrə tender ən yaxın zamanda elan ediləcəkdir.
Gürcüstan Hava limanları Birləşməsinin rəhbəri İrakli Karkaşadzenin bildirdiyi kimi, hazırda bazar tədqiq edilir və tədqiqat başa çatdıqdan sonra tender elan ediləcəkdir.
„Əminəm ki, yeni qiymətlər kalkulasiyalar üçün bizə imkan verəcəkdir. Başlıca prioritetimiz biletlərin sərnişinlər üçün əlçatan olmasıdır“,- İrakli karkaşadze bildirmişdir.
Rusiya və Belorusiyanın 20 000 vətəndaşı Gürcüstanda fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir.
2022-ci il ərzində Gürcüstanda, fərdi sahibkar kimi Rusiya və Belorusiyanın 19,506 vətəndaşı qeydiyyatdan keçmişdir. BMG-nin məlumatına əsaən, Rusiya və Belorusiya vətəndaşları ötən il 20,757 hüquqi şəxs təsis etdilər. Həmin hüquqi şəxslərin əksəriyyəti – 94% fərdi sahibkar qeydiyyatını təşkil edir. Beləki, Rusiya və Belorusiya vətəndaşları Gürcüstanda ötən il əsasən kiçik biznesləri təsis etdilər. O cümlədən 15,186 hüquqi şəxs Rusiya vətəndaşlarının, 5,571 isə hüquqi şəxs isə Belorusiya vətəndaşları tərəfindən təsis edilmişdir.
Tbilisi-Saqareco maqistral yolunun tikinti prosesi davam edir
Tbilisi-Saqareconun 35 km hissəsində işlər aktiv şəkildə davam edir. Avtomobil Yolları Departamentinin məlumatına əsasən, hazırda dolayı yolda, Vaziani-Saqareco hissəsi və Saqareco dolayı yolunda dəmiryolu üzərindəki körpülər və başqa işlər yerinə yetirilir. Layihə ilə 4 zolaqlı sement-beton yolu çəkilir. Yol, beynəlxalq təhlükəsizlik normalarını qorumaqla, satda 110 kilomter hərəkət etmək imkanını verəcəkdir. Tbilisi-Saqareconun 35 kilometrlik yolun tərkib hissələrindən vaziani dolayı yolunun çəkilməsi 2023-cü ildə başa çatacaqdır, yerdə qalan hissələr isə 2024-cü ildə. Layihə Dövlət Büdcəsindən maliyyələşdirilir və onun ümdə dəyəri 527 169 937 laridir.