დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Gürcüstan yeni Müdafiə məcəlləsi ilə, bütün dinlərin nümayəndəsi üçün hərbi qulluq icbari olacaqdır
Yeni Müdafiə Məcəlləsi ilə hərbi xidmətin təxirə salınmasından istifadə etmək hüququ heç bir dinə verilən deyildir. Qeyd olunan məsələ barədə Gürcüstan Müdafiə Nazirinin birinci müavini Qriqol Qiorqadze Dini Məsələlər üzrə Dövlət agentliyi və müxtəlif dini konfensiyaların nümayəndələrilə görüş keçirtdi. Nazir müavini ruhanilərə Müdafiə Məcəlləsi Layihəsi ilə nəzərdə tutulmuş yenilikləri təqdim edərək, planlaşdırılan islahatlar haqqında danışdı.
Qriqol Qiorqadze xüsusi diqqəti ayrıca şəxslərin fiktiv “Dini təşkilatların” köməyilə hərbi qulluqdan yayına bildikləri Qanunvericilik çatışmazlığına verdi. Nazir müavini yeni Məcəllə ilə diskretiv hüquqlardan heç bir dinin istifadə edə bilməyəcəyini qeyd etdi. Layihəyə uyğun olaraq, ruhanilik icbari hərbi qulluğun təxirəsalınmasına əsas yaradan deyildir. Ruhani şəxslər hərbi qulluq olmayan alternativ əmək xidmətindən keçə biləcəklər və o, müvafiq qanunvericiliklə tənzimlənəcəkdir.
Müdafiə idarəsinin məlumatına əsasən, dini konfesiya nümayəndələri öz fikirlərini və təkliflərini təqdim etdilər. Həmin təkliflər Qanunvericilikdə istifadə ediləcək mexanizmləri daha da təkmilləşdirəcəkdir. Müdafiə Nazirliyi 2022-ci ilin sonunda Müdafiə layihəsini təqdim etdi. Layihə Parlamentin bahar sessiyasında müzakirə edəcəkdir.
Polşada itkin düşmüş gənc tapıldı
Polşanın Sçetsin şəhərində itkin düşmüş 21 yaşlı Mişo Xaraşvilini tapdılar. Məlumatı gəncin anası təsdiq edir.
Anasının izahına görə, övladını 700 kilometrlə uzaqdakı şəhərdə tapdılar və polisə apardılar. Mişo Xaraşvili 6 ay bundan əvvəl Laqodexidən Polşaya yollandı. Ailə övladları ilə son dəfə yanvarın 12-də əlaqə saxlamışdı. Ondan sonra o evə qayıtmadı və yaxınları ilə dostları onunla əlaqə saxlaya bilmirdilər. Polşada olan gürcülər gəncin itkin düşməsi barədə yerli polisə xəbər verdilər.
Laqodexi Bələdiyyəsində əhali otlaqların qaytarılması tələbi ilə aksiya keçirdi
Laqodexi Bələdiyyəsində Qabal kəndi əhalisinin bir hissəsi etiraz aksiyası keçirdi. Onlar 9 hektarlıq örüşlərin özləşdirilməsinin dayandırılmasını tələb edirlər. Yerlilərin izahına görə, Qabal kəndimaldarlıqla yaşayır, örüşləri özəlləşdirməklə əhali gəlirini itirir.
,,Heç kəsi incitmirik, maldarlıqla məşğuluq, özümüzü bununla dolandırırıq. Otlağımız olmasa mal-qaramızı hara aparaq, ailələrimizi necə saxlayaq? Meriadan bizə İqtisadiyyat Nazirliyinə müraciət etməyimizi dedilər,- etiraz aksiyasının iştirakçıları bildirirlər.
Yaşayış minimumu 253 lari və 50 tetridir – Sakstat
Sakstatın məlumatlarına əsasən, 2022-ci ilin dekabrında əməkqabiliyyətli kişilərin yaşayış minimumu ötən illə müqayisədə 30 lari ilə artaraq 253.5 lari təşkil etdi. Bu Gürcüstanda yaşayış minimumu ilə təyin edilmiş məbləğdir və əməkqabiliyyətli kişi onunla bir ay ərzində kifayətlənməlidir. Göstərici noyabra nisbətən 1 lari və 60 tetri ilə azalmışdır. Bununla belə, dekabrda orta yaşayış minimumu 224.5 lari idi. Bu 2021-ci il dekabr göstəricisindən 26.5 lari iləyüksəkdir.
Məlumat üçün qeyd etmək lazımdır ki, yaşayış minimumu adam başı istehlakçı əmtəənin dəyər ifadəsidir. O, ölkənin sosial-iqtisadi inkişafı səviyyəsinə uyğun olaraq insanın minimal fizioloji və sosial tələblərini təmin edir.
ABŞ -da arıların ilk vaksinini təsdiqlədilər
ABŞ-ın Kənd təsərrüfatı Departamenti arılar üçün Amerika çürüməsinə (AFB) qarşı vaksini təsdiqlədi. Bunun haqqında məlimatı BBC yayır. Mediaya əsasən, bu dünya arıları üçün nəzərdə tutulan ilk vaksindir. Arının bakterial xəstəliyi arıçıların qarşısındakı ən mürəkkəb problemdir. Baxmayaraq ona ki, xəstəliyin müalicəsi qeyri-mümkündür, vaksinin vasitəsilə arıları qorumağa ümid bəsləyirlər. Vaksinayı Dalan Animal Health şirkəti hazırlamışdır.
Gürcüstanda istehsal edilmiş alkoqqolu içkilər icbari sertifikasiyaya tabe tutuldu
Şərab üzrə Milli Agentliyin məlumatına əsasən, gürcü alkoqollu içkilərinin keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə, 1 yanvar 2023-cü ilədək daxili bazarda satılmağa aid olan alkoqollu işkilər icbari restifikasiyaya tabe tutuldular. Onların məlumatına görə, yerli bazarda indiyədək icbari olan sertifikasiya yalnız yerli istehsalı olan şərablara və cecə araqlarına şamil edilirdi.
Əczaçı şirkətlərə, dərmanları müəyyən edilmiş qiymətdən bahasına satmaq qadağan edilir
Referent qiymət ilk mərhələdə, 1300-dən çox xroniki və onkoloji dərmanlar üzərinə gətirildi. Bu yanaşma yavaş-yavaş başqa dərmanlara da şamil ediləcəkdir. Dərmanlar üzərində müəyyənləşdirilmiş refenert qiymət orijinal və analoqu olanlar üçün fərqlidir. Bu bazarda beynəlxalq brendlərin maraqlarını sığirtalayır. Qiymətlər həddi topdan və pərakəndə satış üzrə gətirildi. Dəyişiklikdə məqsəd əhalinin dərmanlara əlçatanlığını artırmaqdır.
Sakstatın məlumatlarına görə, ötən illə müqayisədə Kaxetidəki əhali 4 700 nəfərlə azalmışdır
Gürcüstan Statistika üzrə Milli Xidmətin məlumatına əsasən, 1 yanvar 2022-cü il vəziyyətilə. Kaxeti bölgəsində, ötən illə müqayisədə əhalinin sayı 4 700-lə azalmışdır. Sakstatın rəsmi səhifəsində, əhalinin sayı ilə bağlı məlumat 1994-cü ildə yerləşdirilmişdir. Araşdırmanın başlandığı tarixdən 2022-ci ilə qədər ölkədə yaşayan əhalinin sayı hiss ediləcək dərəcədə azalmışdır. Qeyd olunan xidmət tərəfindən dərc edilmiş məlumatda 1994 -cü ildə ölkədə 4 929 900 nəfərin yaşadığı qeyd olunur, 2022 -ci ildə isə bu say az qalsın 1 milyondan çox azalmış və hazırda 3 688 600 nəfərdir.
Sakstatın verilmişlərinə əsasən, 2022-ci il üçün Gürcüstanın 3 688 647 sakinindən, 1 769 995 kişi, 1 918 652 isə qadındır. Kaxeti bölgəsinə gəldikdə isə, 1994-cü ildə burda 456 300 sakin yaşayırdı, 2022-ci ildə isə 304 900 nəfər. Bu o vaxtkı verilmişlərlə müqayisədə 151 400 azdır.
Kaxeti bölgəsində əhalinin sayı son üç ilə əsasən belədir: 2020-ci il – 310 100 sakin; 2021-ci il- 309 600 sakin; 2022-ci il- 304 900 sakin. Qeyd olunan verilmişlərdən bəlli olduğu kimi, bölgədə yaşayan əhalinin sayı ilbəil azalmaqdadır.
Ötən ilə nisbətən bu il, Kaxetidə yaşayanların sayı 4 700 nəfərlə azalıb. Son üç ilin verilmişlərinə görə şəhər və kəndlərdə yaşayan əhalinin sayı da azalmışdır: 2020-ci ildə Kaxeti bölgəsinin şəhərlərində 70, 700 sakin yaşayırdı, kənd yerlərində isə 239 400. 2021-ci ildə bölgənin şəhər məntəqələrində 70 900 sakin, kəndlərdə isə 238 600.
2022-ci ilin yanvar verilmişlərinə görə, şəhərlərdə 69 900 sakin, kəndlərdə isə 235 000 nəfər yaşayır.
Kənd təsərrüfatı proqramları ilə heyvandarlığın maliyyələşdirilməsinə başlanacaq
Kənd təsərrüfatı proqramlarında heyvandarlıq istiqamətli prioritetli olacaqdır. Ətraf mühitin mühafizəsi və Kənd təsərrüfatı Nazirliyindən bu istiqamətrə yeni proqramların başlanacağı və vəsaitin ayrılacağını bildirirlər. Akvamədəniyyətin inkişafı istiqamətində də yeni istiqamətlər görünəcəkdir.
“ Kənd təsərrüfatına lazım olan bütün istiqamətlər prioritet səviyyəsinə qaldırılmışdır. Biz dənlilərin istehsalını, çoxillik mədəniyyətləri maliyyələşdiririk. İndiyə qədər maldarlığın inkişafına az vəsait ayırırdıq. Hesab edirəm ki, gələcək dövrlər maldarlığın daha intensiv inkişafına yönələcəkdir. Yeni proqramlar və vəsaitlər elan ediləcəkdir“-Ətraf mühit və Kənd təsərrüfatı Nazirinin müavini Qela Xanişvili bildirir. Nazirliyin verdiyi məlumata əsasən proqramlar dəyər zəncirini tamamilə əhatə edir. Müvafiq prioritetlər nazirliyin 2030-cu il fəaliyyət planında qeyd edilmişdir.