დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Ləmbəli kəndində multifunksional təhsil məkanı– „İdeateka“ açıldı
„Sakartvelos Banki“-nin təşəbbüsü ilə, növbəti 16-cı “İdeateka” Saqareco bələdiyyəsinin Ləmbəli kəndində açıldı. Onların məlumatına əsasən “Gürcüstan Bankı” yüksək korporativ sosial məsuliyyəti olan bir şirkətdir. Şirkət təhsili dəstəkləməyi aktiv şəkildə davam etdirir və sərhədyanı, yüksək dağlıq və etnik azlıqlarla məskunlaşmış kəndlərdə formal və qeyri-formal təhsilə əlçatanlığın artmasına dəstək verir.
„Sakartvelos Banki” həyata keçirilmiş təşəbbüslər nəticəsində, artıq100 000-dək gənc üçün təhsil imkanı yaratmışdır. Lakin, Bankdan bildirdikləri kimi, bu yalnız başlanğıcdır. Ləmbəlidə açılmış mültifunksional təhsil məkan çeşidli kitabları olan kitabxanası ilə fərqlənir. O, kompüterlər, proyektorlar və müxtəlif təhsil və maarifləndirmə xarakterli resurslarla təchiz edilmişdir. Bu isə 1127 şagirdin elmi və bədii ədəbiyyata əlçatanlığı deməkdir. Hətta “İdeatekada” hər gün dərslər keçirilir və qrup şəklində təqdimatlar, müxtəlif sahə nümayəndələri ilə onlayn görüşlər aparılır.
Hökumətin qərarı ilə, həkimlərin minimum maaşı 1260, tibb bacıları/qardaşlarının isə – 792 lari olacaqdır
Müvafiq qərar haqqında Səhiyyə naziri Zirab Azaraşvili Hökumət İclasından sonra keçirilən mətbuat konfransında bildirmişdir. Onun izahına görə, maaşın bu qeyd olunan miqdarı minimal həddir, təsbit edilmiş deyil. „Təəssüf ki, olduqca az maaşa işləyən çoxlu sayda həkim və tibb bacılar/qardaşlar vardır. Biz bir neçə ay ərzində Dövlət klinikalarında bundan pilot layihə kimi istifadə edirdik. Həmçinin, prosesi müşahidə etdik və hesab edirik ki, dövlətin ümumi səhiyyədə xidmətlər üçün ayırdığı məbləğdən tibb işçilərinin minimum maaşı müəyyənləşdirilə bilər. Bu minimum miqdardır, təsbit olanı deyildir. Bundan yüksək maaş da kəsə bilərlər. Tibb bacılarına/qardaşlarına gəldikdə bu 792 laridir, həkimlərə gədlikdə isə 1260 lari. Təsbit edilmiş maaşlardır, tibb işçilərinin çəkdikləri zəhmətin müqabilində çox azdır deyə möhtəkirliklər də oldu. Əlbəttə ki azdır, ancaq bu minimumdur, təsbit edilmiş deyil“,- Zurab Azaraşvili açıqlamasında bildirmişdir.
2023-cü ildən etibarən dünyaya gələn hər üçüncü və növbəti uşağa bir dəfəlik 1000 lari veriləcəkdir.
Hökumətin qərarı ilə, 2023-cü ildə dünyaya gələn hər üçüncü və növbəti uşaq üçün bir dəfəlik müavinət qismində 1000 lari veriləcəkdir. Dekret məzuniyyətinin ödənilməsi qaydası da dəyişir. Özəl sektorda işləyənlər üçün dekret məzuniyyəti dövründə zəhmət haqqı iki qatına çıxacaq və 2000 lari olacaqdır. Həmçinin, növbəti ildən etibarən məktəb müəllimləri də dekret məzuniyyəti ilə faydalandıqda maaşlarını tam alacaqlar.
Ləmbəli kəndində uşaq bağçasını tikmək tələbi ilə imzalar toplandı
Saqareco Bələdiyyəsinin Yor-Muğanlı icmasının Ləmbəli kəndində yaşayan əhali, uşaq bağçası tikmək tələbilə Bələdiyyə meriasına və Şəhər şurasına müraciət etmişdir. Yerlilər, vətəndaş fəalı Tozu Gülməmmədovun yardımı ilə, imzalar da topladılar. Tozunun açıqlamasına görə, 550 yerlinin imzası toplanmışdır. ,,Saqareco Bələdiyyəsində 27 uşaq bağçası var. Bunlardan yalnız biri Düzəyrəm kəndindədir. Həmin bağçaya 27 uşaq sığışır. Əhalinin üçdə biri etnik azlıq nümayəndəsiyik. Yormuğanlı icmasının 9 kəndində, yalnız bircə uşaq bağçası var. Onun üçün də uşaq bağçası tələb edirik. İki Ləmbəli var – yuxarı və aşağı. Yuxarı Ləmbəlini onun üçün seçdik ki, ətarfdakı kəndlər də istifadə edə bilsinlər. Bundan əlavə, bizdəki məlumata əsasən, “Sokar” Yormuğanlıda bir uşaq bağçası tikməyi planlaşdırır və o yalnız tikildiyi kəndə xidmət edəcəkdir. Beləki, Ləmbəli kəndinin problemi bununla həll olunan deyildir. Onun üçün də imzaları toplayıb idarəyə verdik. Hazırda cavab gözləyirik”,-Tozu Gülməmmədli Knews.ge ilə müsahibəsində bildirmişdir.
Xaşmi kəndində, gürcü yazıçısı Revaz İnanişvilinin ev-muzeyi təntənəli şəkildə açılmışdır.
Saqareco Bələdiyyəsinin Xaşmi kəndində, tanınmış gürcü yazıçısı Revaz İnanişvilinin ev-muzeyi təntənəli şəkildə açıldı. Bələdiyyə merinin təşəbbüsü ilə, ev-muzeyinin bərpa işləri yerli özünüidarəetmə büdcəsindən 165 243 lari ilə maliyyələşdirildi. Bina təmir edilmiş avadanlıqlarla təchiz edildi. Bura böyük yazıçının erkən uşaqlıq yaşlarını qayğısızca keçirdiyi yerdir. Tanınmış nəsr ustadı Xaşmi kəndinə və gənclik xatirələrinə bir çox əsər həsr etmişdir. Bu gündən etibarən, qonaqların yazıçının yaradıcılığı ilə daha yaxından tanımaq və onun şəxsi əşyalarına baxmaq imkanları olacaqdır.
Saqarecoda sutəminatı sistemlərinin reabilitasiyası hansı mərhələdədir.
Saqareco Bələdiyyəsinin Manavi kəndində sutəminatı işlərinin 70%-i başa çatıb. Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Birləşmiş Sutəminatı Şirkətinin məlumatı ilə, Manavi kəndində 8 mln. laridən çox dəyəri olan işlər aparılır.
“Hazırkı mərhələdə, fiziki işlərin 70% başa çatdırılıb. Layihə çərçivəsində bunlar nəzərə alınmışdır: maqistral boru xətti, nasos stansiyaları və rezervuarların tikintisi/reabilitasiyası. Yerində burğular və fasiləsiz sutəminatı üçün zəruri olan bütün lazımlı infrastruktur quraşdırılacaqdır. Cari layihə 2023-cü ilin əvvəlində başa çatacaqdır. Bunun nəticəsində manavi kəndinin 4 000-dən çox benefisiyarı 24-saatlıq, müasir standartlara uyğun olan su ilə təmin ediləcəkdir. Manavi kəndindən əlavə, Birləşmiş Sutəminatı Şirkətinin sifarişi ilə Saqareco Bələdiyyəsində işlər altı layihə çərçivəsində aparılır və onlar 2023-2024 illəri üçün mərhələvi şəkildə başa çatdırılacaqdır. Qeyd olunan layihələrin ümdə dəyəri 48 mln lari təşkil edir. Cari layihələr Saqareco şəhərində və Bələdiyyənin 9 kəndində sutəminatı sisteminin reabilitasiyası-tikintisini nəzərdə tutur. Bunun nəticəsində Saqareconun 24 000-dək benefisiyarı yaxşılaşdırılmış infrastruktur və 24 saatlıq sutəminatından istifadə edə biləcəkdir”, –sutəminatı şirkəntindən bildirirlər.
Kaxetidə cari olan yol hissələrinin tikinti-reabilitasiyası üzrə 26 layihədən 8 başa çatdırılacaqdır.
2022-ci ildə Kaxeti bölgəsində maqistral yolların tikintisindən əlavə, 140 mln-a qədər dəyərində olan layihələr həyata keçirilirdi. Burdan yalnız səkkizi başa çatdırılmışdır. Avtomobil Yolları Departamentinin məlumatına görə, ümdə, 60 km-ə qədər avtomobil yolunun reabilitasiyası keçirilmişdir, 1 körpü bərpa edilmiş və 1 sahilbərkitmə layihəsi gerçəkləşdirilmişdir (1.2 km uzunluqda).
Qeyd olunan layihələr çərçivəsində Qumbati-Xirsa-Enamta-Samtatsğaro- Sabatlo yolunun 26 km-lıq, Tianeti-Axmeta-Ğvareli- Niniqori yolunun 11 km-lıq, Zemo Xodaşeni-Alaverdini birləşdirən yolun 12 km-lıq, Pşaveli-Abano-Omalo yolunun yol hərəkətinin yaxşılaşdırılması layihəsi və s. kimi əhəmiyyətli hissələrin reabilitasiyası həyata keçirilir.
Departamentin məlumatına əsasən, adıkeçən layihələr Kaxeti bölgəsində turist potensialını artıracaq, iqtisadiyyatın daha da çox inkişafına dəstək verəcək və yerli əhali təhlükəsiz, komfortlu, müasir standartlarla təchiz edilmiş yollardan istifadə edə biləcəkdir.