დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Avropa Parlamentinin 24 üzvü Avropanın ödənişsiz rouminq məkanına Gürcüstanı daxil etmək təşəbbüsü ilə çıxış edir
Bu haqda məlumatı Avropa Parlamentinin üzvü Teir Royten öz “Tvitter” hesabında paylaşır. Qeyd olunan təşəbbüslə Parlament üzvləri Avropa Komissiyası Prezidenti Ursula Fon der Layenə müraciət edirlər.
„Gürcü xalqı özünü Avropa yolunda Avropa İttifaqın tərəfindən ələ gələcək bir işarəyə layiqdir.Bu gün, beş siyasi partiyadan olan Avropa Parlamentariləri Fon der Layeni Gürcüstanı Avropa ödənişsiz Rouminq məkanına daxil etməyə çağırırlar. Biz 12 əsas prioriteti tezliklə yerinə yetirəcəyinə dair Gürcüstan Hökumətinə ümid bəsləyirik”, – Royten yazır.
Gürcüstanda orta maaş 1 595 lariyədək artdı – Sakstat
2022-ci ilin III rübündə Gürcüstanın orta aylıq nominal maaş ötən ilin müvafiq dövrü ilə müqayisədə16.5 faizlə (226.5 lari) artaraq, 1 595.0 lari təşkil etmişdir. Bu haqda məlumatı Gürcüstan Statistika üzrə Milli Xidməti yayır. Fəaliyyət növlərinə görə nisbətən yüksək maaş bu kimi sahələrdə təsbit edilmişdir: ⦁İnformasiya və kommunikasiya – 3 330.4 (ötən ilin müvafiq dövrü ilə amüqayisədə 51.8 faizlə artmışdır)⦁ Maliyyə və sığorta fəaliyyətləri – 2 474.7 lari ( 10.7 faizlə artmışdır); ⦁Tikinti – 2 304.9 lari (15.1 faizlə artmışdır); ⦁İxtisasi, elmi və texniki fəaliyyətlər – 2 229.1 lari (11.3 faizlə artmışdır).
Avtomobillərin texniki yoxlayışdan keçməməsi üzrə təkrar cərimə təyin ediləcəkdir
Müvafiq reqlamenti təyin etmək barədə Hüquqi Məsələlər Komitəsində müzakirələraparıldı. Parlament tərəfindən yayılmış məlumata əsasən, deputatlar “İnzibati Xətalar Məcəlləsinə” əlavə ediləcək dəyişikliyi ilk dinləmə ilə müzakirə etdilər. Dəyişiklik nəticəsində müəyyən edilmiş qayda üzrə texniki təftişdən keçməyən avtomobil vasitəsi üzrə məsuliyyət dəyişir.
Layihə əsasında, texniki yoxlamadan keçmək öhdəliyini yerinə yetirmmək ya belə bir nəqliyyat vasitəsini başqasına idarə etmək və istismar etmək üçün vermək halı təkrarlandıqda, bir dəfə cərimələnmiş şəxs 30 gündən sonra ikici dəfə də cərimələnəcəkdir: fiziki şəxs 150 lari; hüquqi şəxs/ya fərdi sahibkar 300 lari ilə.
Eyni prinsipə müvafiq olaraq, qeyd olunan qanunpozuntusunu təkrarlamaq fiziki şəxsi 300, hüquqi və/ya fərdi sahibkarı 500 lari ilə cərimələməyi nəzərdə tutur. Bundan sonra, texniki təftişdən keçməməyə görə kəsilən cərimədən 30 gün sonra qanunun hər posulması fiziki şəxs üçün 500; hüquqi şəxs və/ya fərdi sahibkarı 700 lari ilə cərimələnməsini nəzərdə tutur.
Məruzəçi, Ətraf mühiti və Təbii Sərvətlər Komitəsinin sədri Maya Bitadzenin açıqlamasına görə, bir halda ki qeyd olunan qanun pozuntusu, əsasən vide kameraların vasitəsi ilə təsbit edilir və cərimənin ödənilməsinə də müəyyən vaxt lazım olur, cərimənin 2 ay ərzində ödənməsi əvəzinə 6 ay veriləcəkdir. Bu DİN-ə prosesləri ləngitmədən həyata keçirməsinə imkan verəcəkdir.
Fişənglərdən istifadə etmə– CENN-nin əhaliyə verdiyi tövsiyyə
„Fişənglərdən istifadə etməklə sən havanı, suyu və torpağı çirkləyirsən,”- CENN tərəfindən yayılmış açıqlamada deyilir. Təşkilatın məlumatına əsasən, onlardan istifadə etdikdə əmələ gələn zərərli maddələr həm insanlar, həm quşlar, həm də heyvanlar üçün toksikdir.
,,Fişənglərin bayram rəngləri təhlükəli kimyəvi və fiziki proseslərin nəticəsidir. O metal birləşmələri (duzları) və kimyəvi partlayıcıların yüksək dərəcədə isinməsi deməkdir. Bərk hissəciklərin bu miqdarda havaya ifraz edilməsi, uzunmüddətli perspektivdə sağlamlığımıza pis təsir edir. İfraz olunan bərk hissəciklər uzun müddət ərzində atmosferə yayılır və respirasiya problemləri yaradır. Bundan əlavə, partlayış üçün lazımlı oksigeni hasil etmək üçün bir çox fişəng perkloratları ehtiva edir – içməli, çay və göllərin çirklənməsinə səbəb olur. Perklorat duzları həm insanın səhhətinə, həmdə suda yaşayan orqanizmlərə mənfi təsir göstərir“ – yayılmış məlumatda bildirirlir.
Erisimedi kəndində multifunksional təhsil məkanı – “İdeateka” açıldı
Sakartvelos bank-ın “İdeateka” layihəsi çərçivəsində, yeni bir, ondördüncü multifunksional təhsil mərkəzi, Erisimedi açıldı. Sakartvelos Banki, yüksək sosial məsuliyyəti olan bir qurum kimi, təhsili aktiv şəkildə dətəkləməyi davam edir və dənizkənarı, yüksəkdağlıq və etnik azlıqlarla məskunlaşmış kəndlərdə formal və qeyri-formal təhsilə əlçatanlığı artırmağı güdür. Məhz bunun üçün “İdeateka” layihəsi, bir tərəfdən multifunksional məkan yaradır harda ki, gənclər və maraqlanan şəxslərin kitabxanaya, müxtəlif elmi resurslara, internetə, kompüter və proektorlara əlçatanlığı var, ikinci tərəfdən isə, diskussiyalar, görüşlər və müxtəlif tədbirlər üçün məkan formalaşdırır və bu da gənclər arasında təhsil səviyyəsinin artmasına, gələcək ixtisaslarını seçmələrinə kömək edir. Bu gün qeyd olunan təşəbbüs nəticəsində, Gürcüstanın 6 bölgəsində 7 000-dən çox şagirdin həm formal, həm də qeyri-formal təhsil almaq üçün lazımlı resursları vardır. Lakin, bu Sakartvelos Banki tərəfindən həyata keçirilmiş təşəbbüslərin yalnız bir qismidir. Korporativ Sosial Məsuliyyəti çərçivəsində həyata keçirilmiş layihələr nəticəsində Sakartvelos Banki 100 000-dək gənc üçün təhsil imkanları yaratmışdır.
„Sakartvelos Bankinin əsas dəyəri insanlara yüksək keyfiyyətli təhsil almaları üçün imkanlar yaratmaqdır. Məhz bunun üçün, gənclər üçün formal və qeyri-formal təhsilə, müasir qaynaqlara, alətlərə əlçatanlılığı artırmağı qarşımıza bir hədəf kimi qoyduq . Bu nəinki gənclərin fərdi inkişafına və ixtisas cəhətdən böyümələrinə imkan yaradacaq, habelə uzunmüddətli dövrdə Gürcüstan üçün daha yaxşı gələcəyin ön şərtlərinə çevriləcəkdir“, – Sakartvelos Bankinin Baş Direktoru Arçil Qaçeçiladze bildirmişdir
Block Energy – Patardzeuliyə yaxın yeni neft yataqları kəşf edilib
Patardzeuli, Norio və Satsxenisi yataqlarından neft və təbii qaz əldə edən Britaniyanın Block Energy şirkətiyeni neft ehtiytlarını kəşf etmişdir, – bunun ha qqında London Fond Birjasında yerləşən şirkətin yaydığı pressrelidən öyrənirik. Məlum olduğu kimi, Patardzeulidə mövcud olan burğulardan biri JSR-01-ə nisbətən daha dərin olan burğu 470 metrlə daha dərindir. Bununla belə o müəyyən bucaqla vurulduğu üçün şirkətə müxtəlif layların öyrənmə imkanı verdi. Xatırladaq ki, Patardzeuli yatağını Block Energy 2020-ci ildə alsa da burda nefti sovet dövründə belə hasil edirdilər – 1975-1985-ci illərdə, 98 milyon barel neft hasil edilmişdi. Qeyd olunan burğudan neftin hasil edilmə perspektivləriniBlock Energy oktyabrın sonunadək öyrənirdi – son yoxlayışdan sonra, burğunun gündəlik hasilatı 45 barel idi.
Tbilisi-Bakurtsixe-Laqodexinin 18 km-lıq yolunun tikintisi nə vaxt başa çatacaqdır
Tbilisi-Bakurtsixe-Laqodexinin 18 km-lıq (km36-km54) hissəsinin planlı təmiri işləri aktiv şəkildə icra edir. Layihə çərçivəsində mövcud örtüyün yenilənməsi, yol nişanların və yola məxsus olan yerlərin düzəldilməsi işləri aparılır. İşin başa çatdırılması cari ilin sonunadək planlaşdırılır. Bundan sonra avtomobilin maneəsiz və komfortlu hərəkəti şəraitləri təmin ediləcəkdir. Qeyd olunan layihə Dövlət büdcəsindən maliyyələşdirilir və onun ehtimal edilən dəyəri 7,764, 495,58 lari təşkil edir.