ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge  informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.  

Avropa komissiyası Gürcüstana vizasız rejimlə bağlı tövsiyyələr verir 

 Avropa komissiyası Şərq Avropa ölkələri ilə vizasız rejim haqda beşinci hesabatını dərc edir. Hesabatda Gürcüstan haqqında da məruzə vardır. Avropa komissiyasının qiymətləndirilməsi ilə, Gürcüstan viza liberallaşma tələblərini əksər hallarda yerinə yetirir və Avropa İttifaqı Qanunvericiliyi ilə uyğunluq təşkil edir. Lakin, üzərində işlənməli olan bir neçə problemli məsələ yenə də qalmaqdadır.  

Avropa Komissiyasının tövsiyyələri bunlardan ibarətdir: 1.  Gürcüstanın viza siyasəti  Aİ-nin viza tələb etdiyi başqa ölkələrlə bağlı  viza siyasəti ilə uzlaşdırılmalıdır.  Viza siyasətini təkmilləşdirmək, xüsusilə də, Avropa İttifaqı üçün miqrasiya və təhlükəsizliklə bağlı yüksək risk təşkil edən dövlətlərə qarşı vacibdir.  2. Sığınacaqla bağlı tələblərin əsassız bəyənatlarını yoxlamaq və müvafiq məlumatı çatdırmaq davam etdirilməlidir. 3. Korrupsiyanı aradan qaldırmaq üçün dövlətin səyləri artmalı, antikorrupsiya xidmətin müstəqilliyi, koordinasiyası və lazımlı qaynaqlarla təmin edilməlidir.  4.  Pulların yuyulması və terrorçuluğu maliyyələşdirməyə qarşı reqlamentlərin təyin edilməsi istiqamətində Gürcüstan və Avropa İttifaqı Qanunvericiliklərin uzlaşdırılması prosesi başa çatdırılmalıdır. 5. Təşkilatlanmış cinayətə, xüsusilə də Avropa İttifaqına təhlükə olan qruplara qarşı mübarizə gücləndirilməlidir.  6. Ali məhkəmədə hakimlərin təyin edilməsi prosesi Venesiya Komissiyasının tövsiyyələrinə uyğunlaşdırılmalıdır. Məhkəmənin fəaliyyətini və hakimlərin vicdanlılığını qiymətləndirən qanunvericilik qəbul edilsin 7. Məlumatların Mühafizə Xidmətinin tam müstəqilliyi təmin edilsin. 

Kaxetidə ukraynalı döyüşçülər üçün isti corablar toplama kampaniyası başladı 

Bu təşəbbüsün müəllifi QHT ,,Ədalətli seçkilər”-in bölgə üzrə nümayəndəsi Nana Devidzenin sözlərinə görə, kampaniya çərçivəsində corablar bütün bələdiyyələrdə toplanacaqdır.  

,,Ukraynalı döyüşçülər üçün isti corabları toplayıb yollamaq iki imkandan istifadə edərək həyata keçirilə bilər:  Qurcaani ş. Noneşvili k  #12, Ədalətli seçkilərin Kaxeti Bölgə Ofisinə gətirməklə və ya hesaba (GE09BG0000000539917295) istənilən sayda pul köçürməklə. Corabları Kaxetinin bütün bələdiyyələrindən nümayəndələrimizin vasitəsi ilə toplayacağıq.   #döyüşçülərüçüncorablar aksiyası 25 dekabradək davam edəcəkdir. Görək neçə corab toplayıb göndərə biləcəyik”,–  Nana Devidze knews.ge bildirmişdir. 

Araşdırma-  xidməti yerlərdə hər beş adamdan minimum biri zorakılıq və sıxışdırılmağa məruz qalır 

BMT Əmək üzrə Beynəlxalq Təşkilatı (ILO) tərəfindən 121 ölkədən  15 yaş üzərində təxminən 75 min əməkdaşın sorğusu əsasında hazırlanmış “ İş yerində zorakılıq və sıxışdırılma təcrübəsi: birinci qlobal araşdırma” adlı hesabatında namunasib davranışa məruz qalan insanlar haqda statistika verilmişdir.  

  Hesabatda hər 5 əməkdaşdan minimum birinin (təxminən 23 faiz) iş yerində fiziki, psixoloji və cinsi zorakılığa ya sıxışdırılmağa məruz qaldığı məlum olur. Sorğuda iştirak edən əməkdaşların 17,9 faizi isə,  psixoloji zorakılığa və sıxışdırılmağa məruz qaldığını bildirmişdir. İşlə təmin edilənlərin 8,5 faizi fiziki zorakılığa məruz qalmışlar və bu kişilər arasında daha çox baş vermişdir. Sorğu olunanların 6,3 faizi, xüsusilə isə qadınlar, cinsi zorakılıq və sıxışdırılmağa məruz qalıblar. Hesabata görə, iş yerində zırakılıq və sıxışdırılma ən çox ABŞ-da təsbit edilir, Afrika qitəsi isə ikinci yerdədir. 

Hamiləlik və doğuş məzuniyyəti dövlət büdcəsindən qarşılanacaqdır 

Səhiyyə və Sosial Məsələlər Komitəsi iclasında hazırlanan yeni qanunvericilik təşəbbüsü haqda müzakirələr aparıldı. Gürcüstan Parlamentinin verdiyi məlumata əsasən, Səhiyyə və Sosial Məsələlər Komitəsi “Gürcüstan Əmək Məcəlləsində” dəyişiklikləri dəstəklədi. Təşəbbüs dekret məzuniyyəti müavinətini nəzərdə tutur.  

Səhiyyə və Sosial Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimer Kaxadzenin izahına görə, dəyişiklik 39-cu maddəyə əlavə edilir. Maddəyə görə hamiləlik dövrü və doğuşa, habelə uşağa və körpənin övladlığa götürülməsinə görə məzuniyyət Gürcüstan Dövlət Büdcəsindən Gürcüstan Qanunvericiliyinin nəzərdə tutduğu qaydada qarşılanacaqdır.  

hamiləlik dövrü və doğuşa, habelə uşağa və körpənin övladlığa götürülməsinə görə ödənişli məzuniyyət dövrü üçün verilən müavinətin miqdarı Gürcüstan Hökumətinin qərarı ilə müəyyənləşdiriləcəkdir. Vladimir Kaxadzenin izahına görə,  işə götürənlə işlə təmin edilən arasında qeyd olunan məzuniyyətin əlavədən ödənməsi barəsində razılaşmalar son dərəcə əhəmiyyətlidir. 

Kaxetidə, 1300 hektar kənd təsərrüfatı torpaq sahəsində suvarma suyun çatdırılması yaxşılaşdırılacaqdır 

Gürcüstan Meliorasiyası Kaxetidə Kvemo Samqori suvarma sisteminin reabilitasiyasını həyata keçirir. Saqareco Bələdiyyəsində sol maqistral kanalın birinci və ikinci sıra suayırıcılarının reabilitasiyası aparılır. Bu ümdə 20,7 km uzunlu1da qapalı  kəmərin hazırlanmasını və  11,8 km uzunluqda dəmir-beton kanalının inşa edilməsini nəzərdə tutur. Bütün suayırıcılarına hidrantlar və boşaldıcı quyular, boru-körpülər və suqəbuledicilər quraşdırılacaqdır. Keçirilmiş işlər nəticəsində, Manavi kəndi və Toxliaurinin 1300 hektar kənd-təsərrüfat torpaq sahəsində sutəminatı yaxşılaşdırılacaq. 9,2 mln lari dəyərində olan layihənin başa çatdırılması 2024-cü il üçün planlaşdırılır.

2023 -cü il 1 yanvarda etibarən,  tüstü üzərində avtomobilin yoxlanılması meyarı sərtləşir 

2023-cü ilin 1 yanvardan etibarən, avtomobili tüstüsünü yoxlanaq meyarı sərtləşdirilir. 2020-ci ilin 1 aprelə qədər qeydiyyatdan keçən, benzinlə işləyən avtomobillər üçün tüstü (CO) norması 0.6%-dan 0.55%-dək azalır.  

Qeyd olunan haqda texniki yoxlama mərkəzləri ittifaqı sədri Qiorqi Şiolaşvili bildirdi. Ona əsasən  texniki reqlamentə müvafiq dəyişiklik əlavə ediləcəkdir.  

„Dəyişiklik 2020-ci ilin aprelin birinə qədər qeydiyyatdan keçən  benzin mühərriki ilə işləyən avtomobillərə aiddir. İndiyədək norma 0.6% idi,  indi sərtləşərək 0.55% olur“, – Qiorqi Şiolaşvili bildirmişdir. 

Ola bilsin ki, sürücülər şəhərlərarası sərnişinləri qeydiyyatsız apara bilməsinlər 

Gürcüstanda avtomobil vağzalları və sərnişinlərin daşınmasını səhmanlaşdırma 2023-cü ildən etibarən başlayacaqdır. Bu şərti çoxillik cəhdlərdən sonra bu dəfə iqtisadiyyat naziri Levan Davitaşvili səsləndirdi. Onun sözlərinə görə, Gürcüstandakı avtostansiyalar müasir standartları təmin edə bilmir və yeni reqlamentlərə uymalı olacaqlar.  

Avto vağzallar və sərnişinləri daşıyan operatorların nə kimi konkret detalları təmin etməli olmaları hələ ki məlum deyil. Lakin Təhlükəsiz Yollar üçün Gürcüstan Alyansı sədri Eka Laliaşvili bildirir ki, qanun ilk növbədə bazarda yolçuların tənzimlənmədən daşınmasının qarşısını alacaqdır. Sürücülər avtovağzallarla kommunikasiya qurmadan sərnişinləri özbaşınalıqla apara bilməyəcəklər. Bununla bazarda mövcud olan risklər azalacaq, sürücülər arasındakı ədalətsiz rəqabəti bir çərçivəyə salacaqdır. 

 

Listen to azerbaijanul enaze daijesti.MP3 by Makakhaziuri Makaxazi on #SoundCloud