დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.
Memarların sertifikasiyaları üzrə icbari qayda 2024-cü ilin martında qüvvəyə minəcəkdir
Ətraf mühit və təbii resurslar komitəsi birinci dinləmədə, tezləşdirilmiş qaydada “Gürcüstan Məkan Planlaşdırma, Memari və Tikinti Fəaliyyəti Məcəlləsində” və “Memarlıq Fəaliyyəti Haqqında” Gürcüstan Qanununa daxil ediləcək dəyişiklikləri müzakirə etmişdir. Qanunvericilik dəyişikliklərini deputatlarla Sahə üzrə İqtisadiyyat və İqtisadi Siyasət Komitəsi sədrinin birinci müavini Eka Sepiaşvili tanış etmişdir.
Məruzəçinin izahına görə, Məcəllənin hazırkı redaksiyası ilə, tikinti üzrə texniki nəzarət həm akreditasiya keçmiş təftiş orqanlarının, həmçinin sertifikasiyalı müfəttişlərin səlahiyyətindədir. Halbuki, tikintiyə nəzarəti müxtəlif sahə mütəxəssislər komandası həuyata keçirməlidir. Beləliklə, təqdim edilən qanunvericilik dəyişikliyi ilə, tikintinin texniki nəzarətinə III-IV sinif obyektləri üzrə yalnız akreditasiyadan keçmiş təftişlik orqanları həyata keçirəcəklər.
Deputatın qeyd etdiyi kimi, dəyişikliklər həmçinin “Memarlıq Fəaliyyəti Haqda” Gürcüstan qanunundakı memarlar və mühəndis-inşaatçıların sertifikasiyasının fəaliyyət müddətini requlyasiya edir. Dəyişikliklərə əsasən, 2024-cü ilin 1 martadək memarlar və mühəndis-inşaatçılara sertifikasiya gərək deyildir, beləki, memarlıq layihələrini sertifikatsız da yoxlaya bilərlər.
Tikinti icazəsini almaq məqsədilə, yaşıllaşdırma layihəsini təqdim etmək ölkə miqyasında icbari olacaqdır
İstisna yalnız fərdi yaşayış evlər olacaqdır. “Gürcüstanda Məkan Planlaşdırma, Memarlıq və İnşaat Fəaliyyəti Məcəlləsində” ediləcək dəyişikliklər barədə qanunlayihəsi bunu nəzərdə tutur. Qanunlayihəsini Sahə üzrə İqtisadiyyat və İqtisadi Siyasət Komitəsi birinci dinləmə ilə müzakirə etmişdir. Komitə iclasında Parlament üzvü, Maia Bitadze Qanunlayihəsinin mahiyyəti və onun qəbulunun vacibliyi haqda danışdı.
Qanunlayihəsini Sahə üzrə İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin iclasında “Gürcüstanda Məkan Planlaşdırma, Memarlıq və İnşaat Fəaliyyəti Məcəlləsində” ediləcək dəyişikliklər barədə yenə bir qanunlayihəsi müzakirə etdi.
Prokurorluq yetkinlik yaşına çatmayan ailə üzvünə qarşı cinsi zorakılıqda ittiham olunanlara bəraət qazandıran məhkəmə qərarını apellyasiya qaydası ilə şikayət edəcəkdir
Gürcüstan Baş Prokurorluğu Siğnaği Rayon Məhkəməsinin qərarı ilə razılaşmır. Qərar yetkinlik yaşına çatmamış, Məhdud imkanlı ailə üzvünə qarşı cinsi zorakılıqda təqsirləndirilən şəxsin təqsirsiz olduqları barədədir. Hüquqmühafizəçilər müttəhimləri 2022-ci ilin 27 yanvarında həbs etdilər. Onlar məhdud imkanlı, yetkinlik yaşına çatmamış şəxsi təcavüz etməkdə, cinsi xarakterli müxtəlif davranış və pozğunluq faktları üzrə ittiham olunurdular.
,,DİN tərəfindən aparılan istintaqdan bəlli olduğu kimi, müttəhimlərdən biri məhdud imkanlı yetkinlik yaşına çatmamış ögey övladını müntəzəm şəkildə təcavüz edirdi. Müttəhimin atası isə həmin yetkinlik yaşına çatmamış zərərçəkənə qarşı cinsi xarakterli hərəkətlər edirdi. Şikayətçi tərəfin əldə etdiyi dəlillər Siğnaği Rayon Məhkəməsində tamamilə öyrənilmişdir və nəticədə zərərçəkənlə şahidlər cinsi zırakılıq faktını təsdiq etdilər. Ekspertizanın rəyi ilə zərərçəkənin ona qarşı tətbiq edilən zorakılıq nəticəsində psixoloji əzab çəkdiyi müəyyənləşdirildi. Zərərçəkənin ona qaşrı tətbiq edilən cinsi zorakılıq faktları barədə danışdığı audiomaterial tədqiq edildi. Buna baxmayaraq, məhkəmə şikayətçi tərəfin araşdırdığı dəlilləri nəzərə almadı, hər iki müttəhimi təqsirsiz elan edərək məhbusluqdan azad etdi. Gürcüstan prokurorluğu Siğnaği Rayon məhkəməsinin qərarını Tbilisi Apellyasiya məkəməsində şikayət edəcəkdir. Gürcüstan Baş Prokurorluğu bu cür işlərlə bağlı sərt siyasət güdür və gələcəkdə də belə edəcəkdir”,- Baş prokurorluqda bildirirlər.
Konkret cinsdən olan itlərin artırılması qadağan edilə bilər, aqressiv cins iti gəzdirmək hüququ isə 16 yaşınadək şəxs üçün məhdudlaşdırıla bilər.
Heyvanlara Monitorinq Agentliyinin baş hüquqşünasının, Kaxaber İoselianinin bəyənatı ilə, konkret olaraq hansı cins itlərin çoxaldılmasının qadağan edilməsi, habelə 16 yaşınadək şəxsin aqressiv cinsdən olan iti gəzdirməsinin məhdudlaşdırılması barədə müzakirələr aparılır. Qanunlayihəsi üzrə işləməyə artıq başlanmşdır. Onun çərçivəsində aqressiv cinsdən olan itlər siyahısı da yaradılacaq və Parlament qəbul etsə, ölkədə həmin cinsdən itlərin artırılması və gətirilməsi qadağan ediləcəkdir.
Onun sözlərinə görə, Parlament qanunlahiyəsini təsdiqləsə, ölkə miqyasında aqressiv cinsdən olan itlərin müəyyən saatlarda noxta və iplə gəzdirilməsi icbari olacaqdır.
Aviasiya universiteti-Telavi Hava Limanı uçuşlar qəbul etməyə hazırdır
Gürcüstan Aviasiya Universitetin”-dən Davit Tepnadzenin bildirdiyi kimi, “Mimino” Telavi Hava Limanı uçuşları qəbul etmək üçün hazırdır. Müəssisə “AK Ear Corcia” və Dövlətin razılaşmasını gözləyir. Hazırda şirkət və dövlət arasında danışıqlar uçuşların qiyməti və subsidiya məsələləri üzrə aparılır.
Uçuşlar Telavi-Batumi, Telavi-Mestia istiqamətində yerinə yetiriləcəkdir. Telavi Hava Limanı Gürcüstan Aviasiya Universitetinin mülkiyyətindədir. Orda tədris proqramları ilə nəzərdə tutulmuş təcrübələr həyata keçirilir. Hava limanı müasir tədris maddi-texniki bazası və hava gəmiləri ilə təchiz edilib. Hava limanı ərazisində təyyarələrin texniki xidmət müəssisəsi, naviqasiya köşkü, sərnişinlər bina və pilot-instruktorlar üçün, habelə mühəndis-texniki personal üçün yaşayış məntəqəsi tikildi. Hazırda burda uçuş və mühəndis fakultəsinin tələbələri praktiki hazırlıq keçirlər. Telavi Hava Limanı Gürcüstan Qanunvericiliyinin tələblərinə uyğundur. Bunu Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin PHHŞ Mülki Aviasiya Agentliyi tərəfindən verilmiş sertifikat da təsdiqləyir. Hava limanından turistlər üçün Gürcüstan miqyasında hava turlarını təşkil etmək də mümkündür.
Kaxeti məktəblərindən birində şagirdə qarşı zorakılıq faktı ilə bağlı istintaq işləri başlayıb
Məlumatı DİN-də təsdiqləyərək izah edirlər ki, baş verən faktl bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsilə istintaq aparılır. Maddə zorakılığı nəzərdə tutur. Əldə olan məlumata görə, yetkinlik yaşına çatmamış şəxsin özü və anası polisə sorğulanmaq üçün çağırılmışdılar. Hüquqmühafizəçilər məktəb direktorunu da dinlədilər. Direktor hələlik mediaya müsahibə vermir. Xatırladaq ki, Kaxeti bələdiyyələrindən birində ictimai məktəbin ikinci sinif şagirdinin anası, övladının sinif yoldaşlarını, sinif rəhbərini və məktəb direktorunu, bulinq və zorakılıqda ittiham edir. Ananın sözlərinə görə fakt, tədris prosesinin başlamasından iki həftə sonra, 29 sentyabrda baş vermişdir.