დაიჯესტი აზერბაიჯანულ ენაზე
İctimai məktəblər müəllimləri və mandaturların maaşı 125-125 lari artacaqdır
Gürcüstan Maliyyə Nazirinin, Laşa Xutsişvilinin məlumatına əsasən, 2023-cü ildən etibarən ictimai məktəb müəllimləri və mandaturlarının maaşı 125 lari artır. Hökumət iclasından sonra izah etdiyi kimi, bələdiyyələrin artırılmış mədaxilləri çərçivəsində uşaq bağçası əməkdaşlarının maaşları 100 lari artacaqdır. „Təhsil və Elm Nazirlyinin maliyyələşdirilməsi 290 milyon lari miqdarında artmışdır. Bunun sayəsində ictimai məktəblər müəllimlərinin və mandaturların maaşları 125 lari ilə artacaqdır. Məktəb administrasiyasının maaşları, başqa idarələrdə olduğu kimi 10% artacaq. Bununla yanaşı peşə təhsil ocaqları pedaqoqlarının saat başı əmək haqqı da 15 laridən 18 lariyə qədər yüksələcəkdir. 500-dən çox ictimai məktəbin reabilitasiysına və tikintisinə başlayırıq ki, bunun üçün 2023-cü ildə maliyyələşdirmə 300 milyon lari ilə artacaqdır. Həmçinin, bələdiyyələrin artmış mədaxilləri çərçivəsində uşaq bağçaları əməkdaşlarının maaşları 100 lari miqdarında artacaqdır“, – Laşa Xutsişvili qeyd edib.
70 və daha çox yaşı olan pensiyaçıların pensiyaları yüksəkdağlıq bölgələrdə 440, başqa yerlərdə isə 365 lari olacaqdır
Baş-Nazir İrakli Ğaribaşvilinin bəyənatı ilə, 70 və daha çox yaşı olan pensiyaçıların pensiyası yüksəkdağlıq bölgələrdə 440, başqa yerlərdə isə 365 lari olacaqdır.
„O ki qaldı sosial istiqamətə, səhiyyə və sosial proqramların maliyyələşdirilməsi 770 milyon lari olacaq, 70 və 70-dən yuxarı yaşı olan pensiyaçıların pensiyası yüksəkdağlıq bölgələrdə 440, başqa yerlərdə isə 360 olacaqdır. 70 yaşadək olan pensiyaçılar isə 300 lariyədək alacaqlar. Yüksəkdağlıq bölgələrdə yaşı 70-ə çatmamış pensiyaçılar isə 355 lari alacaqlar. Pensiyadan əlavə, demək istəyirik ki, kəskin şəkildə əlilliyi olanların sosial müavniəti 65 lari ilə artırılacaqdır. Yerdə qalan kateqoriya fiziki məhdudiyyətli şəxslər müavinəti də artacaqdır. Xatırlatmaq istəyirəm ki, uşaqların müavinətini demək olar ki, 3 qatına çıxarmışıq, 50 lari idi, artıq 150 laridir. Ötən il 100 lari idi, bu ilsə 150 etdik və bu yenə də davam edəcəkdir. “, – Baş Nazir bildirib.
Dövlət qulluqçularının maaşı 10%, polislərin, əsgərlərin və təhlükəsizlik əməkdaşlarının maaşı isə 20% artırılacaqdır
2023-cü ilin yanvarından etibarən bütün dövlət qulluqçularının maaşları 10% artırılır. Artış növbəti illərdə də davam edəcəkdir. Bu istiqamətdə biz polisləri, əsgərləri, təhlükəsizliyin əməkdaşlarını irəli çəkdik. Onların maaşları 20% artacaqdır, – bunun haqqında Baş-Nazir İrakli Ğaribaşvili Hökumət iclasında demişdir.
Baş-Nazirin bildirdiyi kimi, Müdafiə Nazirliyinin, DİN və DTX-nın maliyyələşdirilməsi 490 mln lari artır. Maaşlar üçünsə 290 milyon lari nəzərdə tutulmuşdu.
Tuşeti qoruğunda leopard yenə də göründü
Bəbir/Leopard Tuşeti qoruğunda göründü. Nakresi Koservasiya Araşdırma Qrupu, fədakarcasına işləmə nəticəsində, Bəbir/Leopardı (Pantera pardus) Gürcüstanda təsbit etməyi bacardı. Tuşeti qoruğunda quraşdırılmış foto-tələ bəbiri avqustda təsbit etsə də, qrup üzvləri onu payızda kameraları topladıqda kəşf etdilər. Gürcüstanda bəbirlərin araşdırması Dünya Təbiəti Müdafiə Fondunun (WWF) Qafqaz proqramı ofisinin təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilir. Tuşeti bəbirini təkrar qeyd etmək leopardın Gürcüstana qayıdıb törəməsi ümidini verir. Xatırladaq ki, 2021-ci ilin avqustunda bəbir həmin ərazidə ilk dəfə təsbit edilmişdi. Nakres Gürcüstanda bəbirin araşdırma proqramını 2020-ci ildən Dünya Təbiətin Müdafiəsi Fondunun (WWF) təşəbbüsü və maliyyə dəstəyi ilə yeniləmişdir.
Gürcüstanda yaşayış müavinətini 660 833 vətəndaş alır
Sosial Xidmət Agentliyinin verilmişlərinə görə, cari ildə yaşayış müavinətini ümdə 660 833 sosial cəhətdən müdafiə olunmayan şəxs almışdır. Bu rəqəm Gürcüstanın ümumi əhalisinin 17.7%-dir. Sentyabrda avqusta nisbətən yaşayış müavinətini alanların sayı 9 208 nəfərlə azaldı. O ki qaldı sosial cəhətdə müdafiə olunmayan vətəndaşlara köçürülən məbləğin həcminə, büdcədən bunun üçün 56 milyon 451 min lariyə kimi pul xərclənmişdir. Agentliyin verilmişlərinə əsasən, 2019-cu ilin dekabrından 2022-ci ilin avqustu hesaba alınmaqla ölkədə bu müavinəti alanların sayı aybaay artmaqda idi. Yalnız cari ilin yanvar-avqust dövründə onların sayı 21 865-lə artdı. Xatırladaq ki, PMCG-in araşdırmasına əsasən, 2019-dan 202-ci ilədək, Gürcüstanda, yaşayış müvainətini alan ailələrin sayı 46%-lə artmış 174 min təşkil etmişdir. Eyni dövrdə Sosial Xidmət Agentliyinin platformasında qeydiyyatdan keçmiş ailələrin 351 minlə artmışdır (14%).
Mariamcvari qoruğuna gedən yolun və müvafiq infrastrukturun abadlaşdırılması işləri başa çatdı
Saqareco Bələdiyyəsində, Mariamcvari qoruğunun turistlər üçün əçlatanlığını artırmaq məqsədilə, yolu və ifrastruktur səhmana salındı. Layihə bölgələrin inteqrasiyalı inkişafı üzrə pilotaj proqramını çərçivəsində, yerli büdcənin iştiraklı maliyyələşdirməsi ilə həyata keçirildi. Lahiyənin strateji məqsədi Saqareco bələdiyyəsində turistlərə edilən təklifləri yaxşılaşdırmaq, ziyarətçilərin sayının artması və yerli biznesin inkişafına dəstək verməkdir.
Mtvralaşvili: 10 gün içində yanacaq 10-15 tetri ucuzlaşacaqdır
Qlobal Ticarət Qrupunun Baş müdiri Vano Mtvralaşvili bildirir ki 10 gün içərisində yanacağın qiyməti 10-15 tetri ucuzlaşacaqdır. Mtvralaşvilinin deməyinə görə, ucuzlaşma gözləntisi neft qiymətlərinin azalması və larinin məzənnəsinin sabitliyindən irəli gəlir.
“Yanacağın ucuzlaşması gözləməliyik. Neftin qiyməti əhəmiyyətli dərəcədə düşüb, habelə larinin məzənnəsi də sabitləşibdir. Bununla belə, dizel və benzinin topdan satışı da enibdir ki, qioymətlərin korreksiyasına bunun da təsiri vardır. Məsələn, 1 litr benzinin dəyəri topdan satış bazarında bu gün təxminən 2.70 tetri idi, 1 litr dizelin isə – 3.30. Bunun nəticəsində cari ayda yanacaq təxminən 10-20 tetri ilə ucuzlaşmışdır. Neftin bu gün üçün mövcud olan beynəlxalq qiymətləri şəraitində isə, ən yaxın 10 gündə yanacaq əlavədən 10-15 tetri ilə ucuzlaşacaqdır”,- Vano Mtvralişvili deyir.
COVID-19-a yoluxmuşlarla kontakt olanlar artıq təcridə tabe tutulan deyillər
Bununla bağlı qərarı Hökumət vermiş və o Qanunvericilik xəbərçisində dərc edildi. ,Kontakt olan şəxslərdən Hökumət maskla gəzdirməyi, 10 təqvimi gün ərzində gəzdirməyiu tələb edir. Həmçinin kontakt olan şəxs, buster doza ilə peyvənd olunduğu təqdirdə, təcrid edilmir; ilkin peyvəndin 2-ci dozasını qəbul etdikdən 14-90 gün ərzində; kovid infeksiyasını keçirdikdən 60 gün ərzində“, – Baş-Nazirin imzaladığı qərarda belə yazılır.