ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge  informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz. 

Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.

NDI: Gürcüstan əhalisinin əksəriyyəti yenə də Avropa İttifaqını seçir

NDI-nin araşdırmasına əsasən, Avropa İttifaqına dəstəyin azacıq azalmasına baxmayaraq, Gürcüstan əhalisi yenə də Avropa-Atlantik kursuna sədaqət bəsləyir. Sorğu olunan əhalinin 75%-i Avropa İttifaqına  üzv olmağa dəstək verir. Üzv olmaq üçün əsas maneçilik törədən kimi isə Gürcüstan Hökumətinin siyasi iradəsinin olmadığını göstərir. Eyni tendensiya NATO məsələsində də təkrarlanır. Əhalinin 69%-i  NATO-ya üzvlüyü dəstəkləyir. Əksəriyyət isə əsas maneə kimi yenə də Rusiyanı və işğal altında olan əraziləri görür.

Sürücü tərəfindən səsli siqnaldan qanunsuz şəkildə istifadə etmək üzrə cərimə artır- qanunlayihəsi

Nəqliyyat vasitəsi üzərində xüsusi bərq vuran, səsli siqnal və səsi yüksəldən cihazı quraşdırmaq, operativ ya xüsusi xidmət nəqliyyat vasitələri üçün müəyyənləşdirilmiş rəngdən istifadə etmək 2 000 lari cəriməni nəzərdə tutur. Bu hal təkrarlandığı təqdirdə isə cərimə 2 500 lari olacaqdır.  İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavə edilir. Qanunlayihəsini İnsan Hüquqları Komitəsi ilk dinləmədə müzakirə etmişdir.

Sahibkar subyektlərin təhsil müəssisəsi statusu almağa imkanları olacaq

Təhsil müəssisəsi statusunu əldə etmək mümkün oldu. Hökumət statusun əldə edilmə qaydasını və şərtlərini təsdiq etdi. Qərar Qanunvericilik xəbərçisində dərc edilib. Qərarda yazıldığı kimi, təhsil müəssisəsi statusuna yiyələnməyin məqsədi, şəxs tərəfindən, təhsil müəssisəsi ilə birlikdə, proqramın dualistik tədrisi şəklində həyata keçirməkdir. Statusu əldə etmək hüququ sahibkar subiyektin/hüquqi şəxsin ya kiçik biznes statuslu/təsbit edilmiş vergi ödəyicisi olan şəxsdə olacaq. Müəssisə statusunu bir ya bir neçə şəxs birlikdə əldə edə bilər. Onlar birlikdə konsorsium yaradırlar. Statusun verilməsini Sahə üzrə Qabiliyyətlər Təşkilatı təmin edir, iqtisadi fəaliyyət sahəsində belə bir təşkilat olmazsa, həmin funksiyanı Peşə Qabiliyyətləri Agentliyi öz üzərinə götürəcəkdir.

Saqareco bələdiyyəsində qətl baş verdi

Saqareco bələdiyyəsinin İor-muğalı icmasının Keşəli kəndində bir nəfər kişi öldürülüb. Hadisə bir neçə gün əvvəl baş verib. Yerlilərin məlumatına əsasən, naməlum şəxs Qamzayevi avtomat odlu silahla, öz evində güllələyib.

İor-muğanlıların ehtimalına görə, qətl keçmişdəki pul tələbi faktı ilə bağlıdır. Bu məsələ ilə bağlı mərhum polisə xəbər veribmiş. Aydın Qamzayev, kiçik bizneslə, kənd-təsərrüfatı ilə məşğul idi. Öz kəndində kafe işlədir və gəncləri sürücülük imtahanlarının nəzəriyyə qismində hazırlayırdı. DİN məlumatına görə, istintaq qəsdən öldürmə maddəsilə Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır.

Şərab üzrə Milli Agentliyi – üzümü 13 000-dək uzum bağı sahibi tapşırmışdır

22-ci ilin sentyabr vəziyyəti ilə, Kaxeti bölgəsində, 142 min tona qədər üzüm emal edilib. Burdan 75 min tona qədər Rkatsiteli, 58 min tona qədər Saperavi, 4 min tona qədər Kaxuri mtsvane və digər sortdan olan üzümdür. Şərab müəssisələrinə üzüm 13000-dək üzüm bağı sahibi tapşırmışdır. Onların gəliri ümdə  141 miyon lariyə çatır. Emal edilən Rkatsitelidən 14 min ton üzümün 1 kiloqramının qiyməti 95 tetridən 1.10 lariyə qədər idi.

Şirkətlər tərəfindən  alınan Saperavi sortu üzümün ümumi həcmindən 35 min tonadək saferavinin 1 kiloqramına 1.55-dən 1.75 lariyədək pul ödənmişdir. Üzüm dərilmə Kaxetidə aktiv fazaya keçmişdir. Saqareco Bələdiyyəsi ənənəvi olaraq bu prosesə sonradan qoşulur.

NDI: Əhali, çox vaxtı qida almaq üçün pullarının olmadığını deyir

NDI tərəfindən sorğulanan əhalinin əksəriyyəti ölkənin iqtisadi vəziyyətini pis qiymətləndirir.  2022-ci ildə sorğulanan  əhalinin 55% qənaətincə, ölkədə iqtisadi vəziyyət çox pisdir, 38%-i üçün ortadır, yalnız  4% ölkədəki vəziyyətin yaxşı olduğunu deyir.Sorğu olunanların 45% -i hazırda 5 il bundan əvvəlkindən  daha az maliyyə imkanlara malik olduqdlarını vurğulayır. 34% hazırda da maliyyə vəziyyətinin 5 il əvvəlki kimi olduğunu deyir. 20%-ə görə isə  maliyyə vəziyyəti yaxşılaşıb. Təşkilatda bildirdikləri kimi, sorğu olunan hər üçüncü  vətəndaş, bir çox vaxtlarda qida almaq  üçün ümumiyyətlə pulunun olmadığını bildirir.

Semek (Gürcüstanın Enerji və Su tədarükünü Tənzimləyən Komissiyası) : Kəndlərdə isinmək üçün yenə də odundan istifadə edirlər

Məişət istehlakçısı tərəfindən təbii qazdan istifadə etmək şəhərlə kənd arasında olduğu kimi, bölgələrə görə də fərqlidir. Semeki hesabatına əsasən, kiçik şəhərlərdə, qəsəbələrdə və xüsusilə də kəndlərdə, təbii qazın orta sərfiyyatı şəhərin analoji göstəricisindən xeyli aşağıdır. Bunun səbəbi odundan aktiv şəkildə istifadə etməkdir. Təbii qaz əhali və müəssisələrin əksəriyyəti tərəfindən yemək bişirmək, sunu işistmək  üçün istifadə edilir.Yeni məskunlaşmış məntəqələrin qazlaşdırılması və şəbəkəyə qoşulması yeməyi qazla hazırlayanlar arasında artmaqdadır.

Kaxeti Polis Departamentin Müdiri vəzifəsinə Teimuraz Kalandadze təyin edildi

DİN-in Kaxeti Polis Departamentinin Müdiri vəzifəsinə polis polkovniki Teimuraz Kalandadze təyin edildi. DİN-in məlumatına görə, bu vaxta qədər o Şida Kartli Polis Departamenti Müdiri vəzifəsində işləyirdi. Şida Kartli Polis Departamentinin Müdiri vəzifəsinə isə Polkovnik Valeri Telia təyin edildi. Valeri Teliya ona qədər Qeyd olunan  Departamentin müdiri idi. İdarənin verdiyi məlumata əsasən, Teimuraz Kalandadze və Valeri Telia uzun illərdir ki, Hüquqmühafizə sistemində işləyirlər.  Müxtəlif illərdə DİN-in bölmələrində hər ikisi rəhbər vəzifələr tuturdu.

İş məkanında təhlükəsizlik nişanlarının minimum tələbləri təsdiq edildi

Bu haqda Əmək Müfəttişliyi Xidməti bildirir. Onların məlumatına görə,  yeni reqlamentə əsasən, iş məkanında qadağanedici və xəbərdaredici nişanları yerləşdirilməlidir.  Bununla birlikdə, iş məkanı təxliyyə çıxışı, ilkin tibbi yardım və yanğına qarşı təchizatı göstərən nişanlarla təmin edilməlidir.

Gürcüstan Avropa İttifaqı Namizədi Statusuna layiqdir – Ğaribaşvili

Gürcüstan Avropa İttifaqı Namizədi Statusuna layiqdir. Həmin status bizim üzv olmağımıza səbəb olacaq və bununla nəsillərin arzusu gerçəkləşəcəkdir – Bunu Gürcüstanın Baş-Naziri İrakli Ğaribaşvili, BMT-nin 77-ci sessiyasının Baş depatlarında çıxış edərkən demişdir. Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan Avropa və Avro-Atlantik inteqrasiyası yolunda irəliləməkdədir.