ახალი ამბებიპოდკასტებიღია სტუდია

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge  informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.  Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.

Qaraldılmış şüşəli avtomobillə hərəkət etmək üzrə cirəmələr 10 qat artacaqdır

Qeyd olunanla bağlı DİN tərəfindən hazırlanan qanun layihəsi artıq Parlamentə göndərilmişdir. Həmin dəyişikliklə qaraldımış şüşələr ya işığın ötürülməsini məhdudlaşdıran nəqliyyat vasitəsinin idarəsi üzrə məsuliyyət sərtləşir – sanksiya olaraq 500 lari təyin edilir, halbuki, indiyədək cərimə 50 lari idi.

Bununla belə, qeyd olunana təkrar yol verildiyi təqdirdə cərimə 1000 lari olacaqdır. Bundan əlavə, qeyd olunan əməl üçüncü və növbəti dəfə təkrarlandıqda 300 lari cərimə nəzərdə tutulurdu və artıq o da, 1000 lari olacaqdır.

Yeni tədris ilindən etibarən, tarix müstəqil fənn olacaq, şahmat isə birinci sinfdən icbari elan ediləcəkdir

Gürcüstan Təhsil və Elm Naziri Mixeil Çxenkelinin təşəbbüsü ilə, 2022-2023-cü illərdən etibarən ümumi təhsil müəssisələrində, “Gürcüstan tarixi” müstəqil fənn kimi tədris ediləcəkdir.

Təhsil və Elm Nazirliyinin məlumatına görə, bu məqsədlə, tarixçilərdən ibarət qrup tərəfindən orta pillə sinflərində Gürcüstan tarixi fənninin standartına göz gəzdirildi və yeni dərslik qrifləşdirildi. „Nəticədə, gənclər Gürcüstan tarixini ən qədim çağlardan bu günə kimi fasiləsiz, dərin şəkildə öyrənəcəklər“, – İdarədən bildirirlər.

Onların məlumatına görə, yeni tədris ilindən etibarən Mixeil Çxenkelinin qərarı ilə, şahmat ibtidai siniflərdə icbari olacaqdır.

Yay ərzində, nazirlik və şahmat federasiyası ilə əməkdaşlıqla, şahmat üzrə beynəlxalq qrandmeysterlər və qrosmeysterlərdən təşkil edilmiş təlimçilər qrupu 4000 pedaqoqu yenidən hazırlanışdır. Bununla belə, tədris üçün müvafiq dərs resursları da hazırlanmışdır“, – idarə tərəfindən yayılmış məlumatda deyilir.

 

Saqareco şəhərinin mərkəzi küçəsində yerləşən 22 binanın, meydanın və parkın reabilitasiyası başa çatmışdır.

“Yenilənmiş bölgələr” proqramı çərçivəsində, Saqareco şəhərinin mərkəzi küçəsində yerləşən 22 binanın, meydanın və parkın reabilitasiyası başa çatmışdır. Şəhərin mərkəzi hissəsində binalar yenilənmiş, qapı- pəncərələr dəyişdirilmiş, səkilər və hasarlar səhmana salınmış, ətrafdakı park abadlaşdırılmışdır. Baş- nazirin təşəbbüsü ilə başladımış proqramın birinci etapı ilə maliyyələşdirilmiş layihələrin bir qismi artıq yekunlanmışdır. Proqramla nəzərdə tutulnmuş ikinci işlərə də artıq start verilib.

 

Sentyabrın sonundan otlaqların icarədarları olacaqdır

Otlaqların əlçatanlığı proqramının, sentyabrın sonundan, proqram təsdiq edildikdən sonra, benefisiyarları olacaqdır. Hazırda Dövlət mülkiyyətində olan otlaqları icarəyə götürmək istəyən 300 fermer və kənd təsərrüfatı kooperativi bildirmişdir. Torpağın Dayanıqlı İdarəsi və Torpaqdan Faydalanmaq üzrə Mi8lli Monitoprinq Agentliyinin verdiyim məlumata əsasən, hərraca çıxarmaq üçün bütün gürcüstan miqyasında 136 min hektar otlaq sahə mövcuddur.

„Qeyd etmək gərəkdir ki, 7 min hektardan artığına bir təlkəbkar qeyd edilməmişdir və beləliklə hərrac leçirməyə lüzum yoxdur, yerdə qalanlar üçün isə Əmlak üzrə Mİlli Agentlik hərrac keçirəcəkdir. Otlaq üçşün yararlı sahənin hərraca çıxarılması və fermer tərəfindən icarə ilə götürülməsi üçün bir çox mərhələdən keçilməlidir. İlk növbədə otlaqlar identifikasiya edilməli, sonra isə onu kateqoriyası müəyyənləşdirilməlidir. Torpaq hərraca yalnız bu prosedurlardan keçdikdən sonra çıxarılır. Nəzərə almaq lazımdır ki, bir növ bağlayıcı meüxanizm dəə düşmüşdür yəni iri ya kiçikbaş heyvanı olmayan fermer bu proqramda iştirak edə bilməyəcəkdir,“ – Qiorqi Mişeladze qeyd edir.

Dəyərinə gəldikdə isə, hərracsız icarənin qiyməti hektar başına 15 lari təşkil edir. Axmeta və Dedoplistsğaro bələdiyyəsində səkkiz laridir. Hərrac keçirildikdə isə qiymət 15 laridən başlayır və son həddi hərrac iştirakçıları müəyyənləşdirirlər. Otlaqların əlçatılma Dövlət proqramı 2021-ci ilin oktyabrında təsdiq edildi.

 

2025 ci ildən etibarən avtomobillərdə katalizator icbari olacaqdır

Avtomobillərində katalizator olmayan sürücülər, bu problem haqda düşünməyə indidən başlamalıdırlar, çünki katalizatorsuz avtomobil texniki yoxlamadan keçə bilməyəcək və bu müddət də böyük ehtimalla artıq uzadılan deyildir.

„Avtomobili Təftiş edən Orqanlar Assosiasiyası“ sədri Vaja İordanişvilinin bildirdiyi kimi, tüstüdə toksik maddələrin azaldılmasına xidmət edən katalizator, Gürcüstandakı maşınların bir çoxunda çıxarılmış və qiymətli metal tərkibli olduğu üçün bazarda kifayət qədər bahaya satılmışdır. Katalizatorun qiyməti 200 dollardan 1000 dollara kimidir. Yeni öhdəlik avtomobil sahibləri üçün xüsusilə çşətin olacaqdır, çünki onlar katalizator almalı olacaqlar. İordanişvilinin dediyinə əsasən nisbətən ucuz alternativi –universal, 300 larilik katalizatorlar mövcud olsa da, onlar bir ildə sırdan çıxa bilərlər.

 

Dövlət hansı sosial kateqoriyadan olan tələbələrin təhsilini maliyyələşdirəcəkdir

Gürcüstan Təhsil və Elm nazirliyinin məlumatına görə, sosial proqramı çərçivəsində, dövlət tədris qrantı ilə tələbələrin maliyyələşdirilməsi bu il də davam edir. Gürcüstan Təhsil və Elm Nazirinin müavini Nunu Mitskeviçinin deməsinə görə, proqram da bu il ali təhsilin ilk pilləsini tam miqdarla maliyyələşdirməsini nəzərdə tutur. Nazirliyin məlumatı ilə, cari ildə sosial proqramı çərçivəsində qüvvədə olan kateqoriylarına yeni kateqoriya da əlavə edilmişdir.

“2022-ci ildə sosial proqramı çərçivəsində 13 kateqoriyaya biri də əlavə edildi – „Beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və bərpası əməliyyatlarında ya digər sülh fəaliyyətini həyata keçirərkən həlak olanın, ya həmin missiyalarda aldığı zədələr nəticəsində xəsarət aldıqdan sonra vəfat edən hərbi qulluqçuların övladları, sülh fəaliyyətini həyata keçirmə nəticəsində kəskin şəkildə/əhəmiyyətli dərəcədə ifadə edilən məhdud imkanlı şəxslər ya onların övladları”, – məlumatda qeyd edilir.

O ki qaldı, Dövlət tərəfindən maliyyələşdiriləcək sosial kateqoriyalara, onlar bundan ibarətdir: – yüksəkdağlıq kənd statusu olan kənd məktəbi şagirdlərindən; işğal altındakı ərazilərdən olan tələbələrdən; Ərazi bütövlüyü üçün hərbi əməliyyatlarında həlak olanların övladlarından; Bu müharibələrdən əlliliklə qayıdan veteranlar ya onların övladlarından; Yetim (Ana-atasız) tələbələrdən; – çoxuşaqlı (4 və daha çox) ailə üzvlərindən; – Sosial cəhətdən müdafiə olunmayan tələbələrdən (ailə reytinq xallarının70000 və daha aşağı olanlar); – Dövlət qayğısında olan tələbələrdən; – Azərbaycandilli məktəblərin məzunlarından; – Ermənidilli məktəblərin məzunlarından; – Repatriant statuslu tələbələrdən; – İşğal altında olan ərazilərin ayrıcı xətti ətafında yerləşən məktəblərin məzunlarından – Əlillikləri olan tələbələrdən; -Autizm spektrli pozuntusu olan şəxslər.

Bəyənatlar 2022-ci ilin 12 sentyabrdan 30 sentyabr saat 18:00 qədər elektron qeydiyyat əsasında qəbul edilir. Proqram haqqında detallı məlimat Gürcüstan Təhsil və Elm Nazirliyinin rəsmi veb-səhifəsində yazılıb.