დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.
İlia gölündə çimməyə icazə verilirmi?
Ğvareli bələdiyyəsində, İlia gölünə seyrə çıxanların axını günbəgün artır. Yerlilər istiyə qarşı süni göldə çimərək mübarizə aparır, lakin qeyd olunan yerdə çiməyyin nə qədər doğru olub-olmaması hələ də dəqiqləşdiriləsidir.
Ğvareli bələdiyyəsinin Mədəni İrs, İdman-Sağlamlaşdırıcı və İstirahət Obyektlərinin Mühafizəsi və İnkişafı Mərkəzinin direktoru Avtandil Toçilaşvilinin sözlərinə görə, göldəki suyun səhhət üçün təhlükəli olub-olmaması məsələsi bu günlərdə məlum olacaqdır. Onun verdiyi məlumata görə, hazırda, gölün ətrafında, infrastruktur işləri aparılır.
Fövqəladə Situasiyaların İdarəsi üzrə Xidmət bəyənat yayır
Fövqəladə Situasiyaların İdarəsi üzrə Xidmət bəyənat yayır və əhalini ehtiyatkarlığa çağırır. Xidmətin məlumatına görə, növbəti günlərdə hava isti olacaq və nəticədə, yanğınların baş vermə riski də artacaqdır.
,,Bildiririk ki, Şərqi Gürcüstandaqarşıdakı günlər isti keçəcək və havalar yağıntısız olacaqdır, onun üçündə meşə və çəməndə yanğınlar riski artacaqdır. Fövqəladə Situasiyaların İdarəsi üzrə Xidməti, mümkün ola biləcək risklərdən yayınmaq üçün yüksək vətəndaşlıq məsuliyyətini nümayiş etdirməyi məsləhət görür və kənd təsərrefatı sahələrdə, meşə və yaxud düzənlikdə ocaq qalamamağı, ocağı diqqətsiz qoymamağı xahiş edir. Onu da nəzərə almaq lazımdır ki, iaşə əşyaları özündən odlana bilir, belə ki, ətrafı zibilləməyin. Tüstü və od gördükdə isə dərhal DİN-in İctimai Təhlükəsizlik Mərkəzinə “112”-yə” zəng vurun,– Fövqəladə Situasiyaların İdarəsi üzrə Xidmətdən bildirirlər.
Meşədə 1 kqqeyri-oduncaq resurslarının əldə etməsi üzrə vergi 1 tetri olacaqdır
Təbii resurslardan faydalanmaq üçün vergilər haqda Gürcüstan Qanunvericiliyinə əsasən, meşə məhsullarını əldə edən biznessubyekt Milli Meşə Agentliyinin balansında mövcud olan ərazilərdə meşənin qeyri-oduncaq resurslarını, o cümlədən, moruğu, böyürtkəni, göbələyi, göyəmi, giləmeyvəni və başqa növ resursları əldə etmək üçün, hər ilin sonunda 1 kq əldə edilmiş xammala 1 tetri ödəməlidir.
Meşə məhsulları Assosiasiyasının rəhbəri Qiorqi Qucaraidze qeyd edir ki, vergilərin miqdarı əvvəllər 30 tetriyə qədər idi, lakin Kənd təsərrüfatı nazirliyi ilə məsləhətləşmələr nəticəsində vergilər ən aşağı miqdarda təyin edildi. Qucaraidzenin sözlərinə görə, yeni qaydanın gətirilməsi konkret qeyri-oduncaq sortların mühafizəsi məqsədilə həyata keçirilir. Hazırda Assosiasiyaya 30-dan çox şirkət üzv olmuşdur və ilin sonunadək hamısı icazə almalıdır. İcazəsi olmayan şirkətlər cərimələnəcəklər.
Kənd-təsərrüfat sahəsində bitki qalıqlarını yandırmaq 500-dən 1300 lariyə kimi cərimə ilə cəzalandırılır
Ətraf mühitin qorunması və Kənd təsərrüfatı nazirliyinin Ətraf mühit üzrə Nəzarət Departamenti əhalini xəbərdar edir. Departamentin məlumatı ilə, Kənd-təsərrüfatı sahələrində bitki qalıqlarına od vurmaq kimi zərərverici praktika, küləkdən qorunma zonalarına, ətrafdakı infrastruktura zərər verir, torpağın xüsusiyyətlərini korlayır, məhsuldarlığı azaldır və sonunda, torpağın deqradasiyasına səbəb olur; fermerlər tərəfindən süni şəkildə törədilən yanğınlar ətrafa, bioçeşidliliyə ciddi zərər vurur, habelə səhralaşmaya imkan yaradır.
,,Kənd-təsərrüfatı sahəsində bitki qalıqlarının yandırılması qanunla qadağan olunmuş əməldir. Qanun pozuntusu, vəziyyətdən irəli gələrək, 500-dən 1300 lariyədək cəriməni nəzərdə tutur, buna ətraf mühitə vurulan zərərin məbləği də əlavə edilir. Ətraf mühit üzrə Nəzarət Departamentinin müvafiq əməkdaşları belə risklərin mövcud olduğu ərazilərə ciddi nəzarət edəcəklər”,- Ətrafmühit üzrə Nəzarət Departamentindən bildirirlər.
Karl Hartsel– Avropa İttifaqı Gürcüstanı gələcək potensial üzv kimi rəsmən tanıdı
Qabaqda bir çox mübarizələrin olmasına baxmayaraq, bu tarixi anın şahidi olduğumuz üçün fəxr edir və bu imkanlardan Gürcüstanın uğurla istifadə edəcəyinə inanırıq, – bunu Gürcüstanda Avropa İttifaqı səfiri, Karl Hartsel özünün vida müraciətində demişdir.
„Avropa İttifaqı Gürcüstanı özünün gələcək üzvü kimi rəsmən tanımasını qiymətləndirməmək olmaz. Qarşıda bir çox mübarizəyə baxmayaraq, bu tarixi anın şahidləri olduğumuza və həmin anla yaradılmış imkanlardan Gürcüstanın uğurla istifadə edəcəyinə inanırıq. Bu, yalnız tarix boyu geri çəkilməklə barışmadığınızı dəfələrlə sübut etdiyiniz üçün deyil, Gürcüstanın Avropa əsaslarına söykəndiyi üçün belədir. Avropa dəyərləri adlandırılan dəyərlərin formalaşmasında Gürcüstan da iştirak edirdi, onun üçün də Avropanın güclənməsinə töhfə vermək imkanınız vardır“, –Karl Hartsel öz vida müraciətində belə demişdir.
Nikah ritualının qiyməti artır
Avqustun birindən nikah ritualının qiyməti artır. Daha konkret, xüsusi ritual xidməti ( nikah ritualının təntənəli şəkildə keçirilməsi) Ədliyyə evinin filialında və yaxud, İctimai mərkəzdə 50 lari əvəzinə 75 lari olacaqdır. Gürcüstan Hökumətinin qərarı ilə, nikahın təntənəli şəkildə keçirilməsi Nikah evində şənbə və bazar günləri -225 lari, başqa günlərdə isə 135 lari olacaqdır. Hazırda həmin xidmət şənbə və bazar günləri üçün 150 lari, adi günlərdə isə 90 laridir. Xidmətlər Agentliyi filialından kənarda nikahın qeydiyyatdan keçirilməsi 170 laridir. Avqustdan isə bu xidmətin qiyməti 255 lari olacaqdır.
Hökumət bu il, guman ki, yalnız ağ üzümə subsidiya qoyacaqdır
Hökumət bu il, guman ki, yalnız ağ üzümə subsidiya qoyacaqdır.Şərab üzrə Milli Agentliyin rəhbəri subsidiyanın sahənin inkişafına xidmət etmədiyini etiraf edir. Onun sözlərinə görə, Ukrayna müharibəsi fonunda ağ çaxırın ixracatı ləngimişdir və bu sahəyə kömək etmək lazımdır. Biznesin bir hissəsi isə subsidiya kimi zərərli praktikanın bir dəfəlik aradan qaldırılmasını, tərəflərin bazarın şaxələndirilməsi üzrə işləmələrini istəyir.
Velosipedlər və onların hissələrinin idxalı üzrə liberal vergiqoyma rejimi qüvvəyə minə bilər.
Gürcüstanda velosipedlər və onların ehtiyat hissələri üzrə liberal vergiqoyma rejimi qüvvəyə minə bilər. Layihənin təşəbbüskarı “Yol təhlükəsizliyi üçün Tərəfdaşlıq” fondunun təsisçisi Qela Kvaşilavadır. O qanun layihəsi üzrə özəl sektorla, velosipedsevərlərlə və ekspertlərlə birlikdə (o cümlədən beynəlxalqekspertlərlə) işləyir. Onun sözlərinə görə, işçi qrupu qanunvericilik təşəbbüsünü Parlamentə payızda təqdim edəcək ki, müzakirəsi payız sessiyalarında mümkün olsun.