დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.
Kaxeti bələdiyyələrinin meriyaları və əczaçılıq şirkətləri arasında əməkdaşlıq memorandumu bağlandı
Kaxeti Diyar Administrasiyasının iştirakı ilə, bölgə bələdiyyəsi və əczaçılıq şirkətləri arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum bağlandı. Kaxeti bölgəsində Dövlət Qubernatoru Administrasiyasının verdiyi məlumata görə, qarşılıqlı əməkdaşlıq memorandumu meriaların sosial proqramlarından faydalanan benefisiyarlar üçün apteklər şəbəkəsində medikamentlərin gündəlik güzəştli şərtlərə alınmasının təminini nəzərdə tutur. Memorandum bağlandıqdan sonra Kaxeti bələdiyyəsi meriliklərinin proqramından faydalanan əhali həftənin istənilən günü, medikamentləri endirimli şəkildə ala bilər.
Dövlət bioistehsala dəstək proqramına başlayır
Dövlət bioistehsala dəstək proqramına başlayır. Layihə Gürcüstan Hökuməti tərəfindən 11 iyulda rəsmi şəkildə təsdiqlənmişdir. Bioistehsalla maraqlanan sahibkarlara maddi dəstəyi Kəndin İnkişafı üzrə Agentlik verəcək və layihə hər bir bələdiyyə, habelə özünüidarəedən şəhərdə həyata keçiriləcəkdir. Proqramın həyata keçirilməsi üçün başlanğıc kapital 300 000 laridir.
Kənd təsərrüfatı idarəsi Agentliyinin sədri, İlia Tamaraşvilinin dediyi kimi, qeyd olunan proqram bioloji istehsala dəstəyi və qeyri-biotəsərrüfatdan biotəsərrüfata keçməyi nəzərdə tutur. Bu addım istehsal sertifikatı və məsləhət xidməti xərclərini də ehtiva edir.
Kaxetidə fermerlərin səhlənkarlığı səbəbindən baş verən yanğınlar
Hər il Şiraki və Alazani çəmənləri fermerlərin səhlənkarlıqları ucbatından yanğınlara qapılır. Qəsdən törədilmiş yanğın onlarla hektar torpağı korlayır.
Siğnaği bələdiyyəsində yaşayan sahibkar Nika Baqalişvili Knews.ge-lə söhbətində bildirir ki, hər il məhsulu götürdükdən sonra fermerlər yeri təmizləmək məqsədilə ona od vurur, sonra isə söndürə bilmirlər, belə ki, Alazani çöllərini od tamam ağuşuna alır.
Mütəxəssislərin dedikləri kimi, qeyd olunan mənfi praktika həm torpağı, həm də küləkdən qorunma xətləri və quşları məhv edir. Fermer Qadınlar Assosiasiyasının sədri İrine Pxovelişvilinin izah etdiyi kimi Dedoplistsğaro, Siğnaği və Saqareco bələdiyyələrinin bir hissəsi səhralaşma üzərədir. Torpağın yandırılması ilə qeyd olunan problemlər daha da kəskinləşir. Onun sözlərinə görə, torpağı yandırmaqdan irəli gələn zərərlər haqqında fermerlərin bir çoxu məlumatsızdır.
Kaxetidə qəbirlərin rəqəmsallaşdırılması xidməti qüvvəyə minəcəkdir
Sa-da – qəbirləri təmizləmək üçün sadə bir xidmət olacaqdır. O, hələ Kaxeti bölgəsində, sonra isə bütün Gürcüstan boyu tətbiq ediləcəkdir. Bu yaxınlarının qəbrlərinin həmişə səhmanlı olmasını istəyənlər, ancaq vaxt tapa bilməyənlər üçün rəqəmsal veb-platform olacaqdır. İdea müəllifləri Kaxetidə yaşayan gənclər: Natia Saakaşvili, Tinatin Maisuradze, Elene Maisuradze və Mariam Osiaşvilidir. Cavanlar İnnovasiya və Texnologiya Agentliyindən (GITA) 30 000 larilik qrant aldılar. Qrant fəaliyyətlərinə başlamağa yardım edəcəkdir.
Saqarecoda Satave qoruğuna gedən yollar abadlaşdırılır
Saqareco şəhərində, turistlər üçün əlçatan olsun deyə, Satave qoruğuna gedən yolların abadlaşdırılıma işləri aparılır. Saqareco bələdiyyəsinin meri Avtandil Qulikaşvilinin sözlərin görə, layihə yerli özünüidarəetməçilik büdcəsindən 369 999 lari ilə maliyyələşdiriləcəkdir.
„Gürcüstanın Müdafiə olunan Əraziləri Agentliyi paralel rejimdə, su mənsəbinin ətraf ərazilərində vizitorlar mərkəzi, turist cığırları piknik məkanının salınmasını nəzərdə tutulur. Yerli özünüidarəetməçilik tərəfindən infrastrukturunun səhmana salınması məqsədilə həyata keçirilmiş asfaltlama işləri isə əvvəllər start verilmiş layihənin bir növ davamı olacaqdır. Bu isə nəticədə turistik marşrut yaradacaq və Saqareco bələdiyyəsində vizitorlar üçün bəyənilən lokasiya olacaqdır – Avtandil Qulikaşvili eyd etmişdir.
İş məkanında tibbi yardım otağının yaradılması icbari oldu
1 iyuldan etibarən şirkətlər öz binalarında, iş məkanında, ilkin tibbi yardım üçün bir və ya iki otaq açmalı və yaxud, xüsusi bir yer ayırmalıdırlar. Hökumət tərəfindən təsdiq edilmiş qərara əsasən, ilkin tibbi yardım otaqları xüsusi avadanlıqlarla təchiz edilməlidir, bununla belə orda xərəklə hərəkət etmək də mümkün olmalıdır. Əmək Müfəttişliyi Xidməti rəisi, Beka Peradze bildirdi ki, qərar müxtəlif iş yerlərində müdafiə edilmiş məkan yaratmağı və əməkdaşların təhlükəsizliyini təmin etməyi nəzərdə tutur. Əmək Müfəttişliyində izah etdirlər ki, bu mərhələdə reqlament yalnız binalarda yerləşmiş iş yerlərinə şamil olunur. Mövcud şirkətlər isə 2 illik güzəştli şərtlərdən faydalanacaqlar. Xəbərdarlıq edilmələrinə baxmayaraq qərarla qəbul edilmiş şəraitləri yaratmayan şirkətlərin iş proseslərinə isə xitam veriləcəkdir.