დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.
Amiran Qamğrelidze – Peyvənd olunmayanlar peyvənd olmalıdırlar
Xəstəlikərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri, Amiran Qamğrelidzenin məlumatına görə, ölkədə mövcud olan kovidəqarşı vaksinlər Koronavisurun yeni ştammlarına (BA.4/ BA.5) qarşı effektli işləyir. Amiran Qamğrelidzenin bildirdiyi kimi, “Buster” dozalar xüsusilə effektlidir.
„Bizim əsas çağırışımız immunizasiyadır. Kim peyvənd olunmayıbsa, peyvənd olunmalıdır! Kim iki dəfə peyvənd olunubsa “buster” vurdurmalıdır, kimin “busteri” varsa, ikincisini də etdirsin. Vaksinlərin miqdarı kifayətdir, Fayzerimiz, “Sinofarmımız” və “Sinovakımız” var. Əlbəttə ki, vaksinlər effektlidir, xüsusilə də “Buster”,- Qamğrelidze izah edir.
Onun məlumatına görə, immunizasiyanın mövcud templəri ilə, Gürcüstanda immun təbəqəsinin göstəricisi, 85%-dən 60% -a qədər düşə bilər. Amiran Qamğrelidzenin izahına görə, payızın bəd ssenarisinin qarşısını yalnız yüksək immun təbəqə ala blər.
Aqrokimikatlar və pestisidlərin realizasiya obyektlərinin yoxlanması nəticəsində pozuntular üzə çıxıb
Ərzaq üzrə Milli Agentliyi müfəttişləri pestisidlər və aqrokimikatlar satan obyektləri bütün ölkə miqyasında yoxlayırlar. Ərza üzrə Milli Agentliyinin məlumatı ilə, laboratoriya araşdırmaları məqsədilə, müfəttişlər preparatlardan nümunələr də götürürlər.
,,Cari ildə, aqrokimikatlar və pestisidlərdən 190-dək nümunə götürülmüşdür. İlin sonuna kimi 380 nümunənin götürülməsi planlaşdırılmışdır. Aparılmış dövlət nəzarəti nəticəsində, 40-dək pozuntu aşkarlanmışdır – müddətini aşmış preparatların satışı, markerləşmə qaydası və satış şərtlərinin pozulması və s. bunlara qarşı qanunvericiliyin nəzərdə tutduğu ölçülər qəbul edilmişdir. Keyfiyyətsiz, müddəti ötmüş və falsifikasiya edilmiş preparatların aşkarlanması və bazardan çıxarılması məqsədilə, bütün realizasiya ibyektlərinin yoxlayışdan keçirilməsi planlaşdırılır”,- Ərzaq üzrə Milli Agentlikdən bildirirlər.
Kaxetidə yeni soyuducu təsərrüfat işə düşmüşdür
“Gürcüstanın qızıl əli” – Kaxetidə işə düşən soyuducu təsərrüfat belə adlandırılır. Təsərrüfat 1080 kv. metrlik sahədə inşa edilib və 5 soyuducu boksdan ibarətdir. Beynəlxalq standartlara uyğun olan təsərrüfatın 250 ton ərzağı saxlamaq imkanı var.
Şirkətin nümayəndələrinin bildirdiyi kimi, kəndlərdə indiyədək meyvə satışı problemli olurdu, çünki fermerlərin məhsulları tezliklə xarab olurdu. Soyuducu anbar isə onlara satış üçün daha çox imkan verir.
,,Soyuducu təsərrüfatı ideal şəkildə quraşdırılmışdır. Beynəlxalq standartlara tamamilə cavab verir. Artıq şövtəlini qəbul etməyə başlamışıq. Sonra, mövsuma görə, müxtəlif meyvələri qəbul edəcəyik. Giləmeyvələri qəbul edib, satmağı da planlaşdırırıq. Bölgədə soyuducu anbarlar fermerlər üçün böyük dəstəkdir. Meyvə tez xarab olduğu üçün, satış imkanlarını itirir, soyuducu təsərrüfatı xərcinə isə meyvə korlanmır”, –Şirkətdə deyirlər.
Qeyd etmək lazımdır ki, “Gürcüstanın qızıl əli” üçün” $74 000 həcmində investisiya həyata keçirilmişdir. layihə USAID və “TİBİSİ startaper” proqramının yardımı ilə həyata keçirilmişdir.
Kaxetidə çəyirtkələrə qarşı tədbirlər həyata keçirilir
Ərzaq üzrə Milli Agentlik, Şərqi Gürcüstanda, çəyirtkələrə qarşı tədbirlər aparır. Onların verdiyi məlumata görə, “Bitkilərin müdafiəsi və fitosanitariya etibarlılığı” proqramı çərçivəsində, Kvemo kartli, Şida kartli, Mtsxeda-Mtianeti və Kaxeti bölgələrində, ixtisaslaşdırılmış texnikadan istifadə edərək artıq 25 min hektaradək bir sahə dərmanlarla işlənmişdir.
„Monitorinqin nəticələri əsasında, zərərvericilərin yayılma arealı və təbii şəraitlərini nəzərə alaraq planlaşdırılan dərmanlama, bütün mövsum boyu, bütün ehtiyacları nəzərə alaraq davam etdiriləcəkdir. Ərzaq üzrə Milli Agentlik çəyirtkələrə qarşı tədbirlər hər il həyata keçirir. Nəticədə, zərərvericilərin sayı azalır və beləliklə, kənd təsərrüfatı mədəniyyətləri və yaşıllıqların korlanma faktları azalır. Şərqi Gürcüstanda, əsasən, İtaliya çəyirtkəsi yayılıb, o kənd təsərrüfatı mədəniyyətləri, yaşıllıqlar və səpinlər üçün çox təhlükəlidir“, – Ərzaq üzrə Milli Agentlikdə belə deyirlər.
İvane Çxaidze qapalı məkanda maskalardan istifadənin yenə icbari olacağını düşünür
İmmunizasiya üzrə Texniki Müşavirlərin Milli Qrupunun rəhbəri, İaşvili adına Mərkəzi Uşaq Xətəxanasının tibb doktoru, İvane Çxaidzenin bəyənatı ilə, ölkədə Koronavirusa yoluxanların sayı ikiqatına çıxdığı təqdirdə, qapalı məkanda maskadan istifadə etmək hökmü geri qayıda bilər.
„əgər yoluxmatendensiyası ikiqatına çıxarsa, növbəti həftələr ərzində bu məsələnin İmmunizasiya Şurasında müzakirə olunacağını düşünürəm. Növbəti həftənin verilmişlərinin stabilləşməsi də imkansız deyil, lakin yoluxma halları bu templə davam edərsə, yəqin ki, yaxın gələcəkdə qapalı məkanda maskadan istifadə etmək zərurəti müzakirə olunacaqdır“,- Çxaidze bildirmişdir.
Onun sözlərinə görə, əgər iki həftə öncəki statistika ilə müqayisə aparsaq, Gürcüstanda Koronavirusa yoluxanların sayı 5 dəfə artmışdır.
Donatti- Qurcaanidən avropa sortlu şövtəli
Qurcaani bələdiyyəsində yaşayan iş adamı Nika Qetiaşvili öz təsərrüfatında avropa sortlu şövtəli əkmişdir. Yarım hektara əkilmiş, fərqli şəkilli, ölçülü və dad xüsusiyyətləri olan bu şövtəlinin Avropa da və Gürcüstanda müxtəlif adları var. Avropada onu Donatti adı ilə tanıyırlar, Gürcüstanda isə xəngəlvari şövtəli və yaxud əncir şövtəlisi deyirlər.
Nikanın verdiyi məlumata əsasən, O, bu şövtəlini gürcü bazarına 5 il bundan əvvəl gətirmişdir. Onun sözlərinə görə, əvvəllər bu şövtəlini almaq istəyənlər çox az idi, lakin hazırda tələbat günbəgün artır.
,,5-6 ildir ki, bu sortla maraqlanıram. Gürcüstana əvvəllər amerikalılar gətirmişdilər və bir neçə yerli əkmişdi. Lakin bunu satmaq üçün düşünməmişdilər. Bunun haqqında eşitdikdə bəyəndim və Kaxetiyə gətirib artırmaq qərarına gəldim. 5 il bundan əvvəl məhsulu götürdüm. Get-gedə tələb olunması çox xoşdur. Gürcü bazarı bəzən yeniliyi tez qəbul edir, bəzənsə gec. Misal üçün bu sort şövtəlini bazara çıxardıqda xalqın tanış olması üçün müəyyən vaxta ehtiyac oldu. Beləki, məşhurlaşdı və satış qiyməti də artdı. Əvvəllər qiyməti 1 lari idisə, indi on qatına çıxıb’’,– Nika Qetiaşvili Knews.ge-yə bildirib.