ახალი ამბებიპოდკასტებიღია სტუდია

Efirdə azərbaycan dilində əftəlik icmaldır -დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn  radio “Kaxetinin səsi” efirində  verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur.  Verilişi azərbaycan dilində onlayn radio və  Knews.ge səhifəsindən dinləyə bilərsiniz.

 Hər həftəsonu bölgədə baş verən hadisələr haqda kiçik icmalı sizə təqdim edəcəyik.

 

 Səhiyyə Nazirliyi –  Tsnorinin yaşlılar evi benefisiyarlarını alternativ xidmətə keçirəcəklər

Səhiyyə Nazirliyinin bəyənatı ilə, Tsnori   „Betel Yaşlılar Evi“barədə Xalq Müdafiəçisinin monitorinq qrupunun verdiyi rəyi ilə bağlı  PHHŞ Dövlət Qayğı və Trefikinq Qurbanları, Zərərdidələrə Yardım üzrə  Agentliyi tərəfindən dərhal reaksiya verildi.

Onların verdiyi məlumata görə,  İşğal altında qalmış ərazilərdən qaçqınlar, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin, həmçinin Agentliyin monitorinq qrupu  mövcud vəziyyəti və yaşlıların ehtiyaclarını yerində öyrənirlər. İdarənin bildirdiyinə görə, benefisiyarların hüquqi vəziyyətini müdafiə etməyi nəzərə alaraq, onların qısa müddətdə alternativ xidmətə keçirilmələri ilə əlaqədar qərar verilmişdir.

Xatırladaq ki, 17 iyunda, Gürcüstan Xalq Müdafiəçisinin Monitorinq Qrupu Kaxetidə, Siğnaği rayonunda yerləşən Tsnori “Beteli Yaşlılar Evində” monitorinq keçirmişdir. Xalq Müdafiəçisi aparatının məlumatı ilə, monitorinq idarədə mövcud olan vəziyyətin təşvişdoğurucu olduğunu və yaşlıların da ləyaqətini tapdalayan şəraitdə yaşadıqlarını göstərmişdir.

Avropa Parlamenti  Gürcüstan üçün perspektivin, Moldova və Ukraynaya isə namizədliyin verilməsini dəstəklədi

Avropa Parlamenti  529 səslə 45-ə qarşı Ukrayna və Moldovaya namizəd ölkə statusunun verilməsini, Gürcüstan üçün isə  Avropa perspektivini dəstəklədi.

Qətnaməyə görə, Gürcüstan namizəd ölkə statusunu almaq üçün Avropa Komissiyasının 2022-ci ilin 17 iyununda verilən tövsiyyələri təmin etməlidir.

Saqarecoda Revaz İnanişvilinin ev-muzeyinin bərpa işlərinə start verildi

Saqareco Bələdiyyəsinin Xaşmi kəndində yazıçı Revaz İnanişvilinin ev-muzeyinin reabilitasiya işləri başladı. Saqreco Bələdiyyəsi merisi, Avtandil Qulikaşviliyə görə, ev-muzeyinin rekonstruksiyası – bərpası işləri yerli özünüidarəetmə büdcəsindən 165 243 lari ilə maliyyələşdirilir.

„Bura böyük yazıçının erkən uşaqlığını keçirdiyi yerdir. Nəsrin məşhur ustadı Xaşmi kəndinə bir neçə əsər həsr etmişdir. Bu ev-muzeyi Rezo İnanişvilinin evinin ilkin konstruksiyasına maksimum yaxındır, keçmişi diriltməliyik,“-Avtandil Qulikaşvili bildirdi.

Tuşeti Milli Parkının Qonaqlar Mərkəzi turistlər üçün açıqdır

Tuşetidə turist mövsumu açıq elan edilmişdir. Milli park ilk qonaqlarını gözləyir. Qeyd etməliyik ki, Milli Parkın Vizitorlar mərkəzi Omaloda yerləşir. Mərkəzdə arzuolunan turları planlaşdırmaq, yerləşmək və bütün mövcud xidmətlər haqqında məlumat almaq mümkündür. Tuşeti Milli Parkının 11 piyadalar və at marşrutu vizitorlara unikal təbii və tarixi-mədəni landşaftlardan həzz almaq imkanını verir. Milli parkı gəzmək Gürcüstan Hökuməti və Dünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan reqlamentləri  nəzərə alaraq mümkündür.

Bölgələrdəki çörək istehsalçıları qazı fərqli tariflə alacaqlar

2022-ci ilin 1 iyuldan etibarən,  qeyri-iaşə istehlakçıları üçün, təbii qazın dəyəri həm Tbilisidə, həm də bölgələrdə artır. Paytaxtda 1 kub metr təbii qaz biznes üçün 1.35 lari, bölgələrdə isə 1.38 lari olacaqdır. Qazla bölgələri təmin edən ,,Sokarda“ çörəyi kütləvi şəkildə istehsalçılar üçün tariflər güzəştli olacağını bildirirlər. Onlar üçün qazın qiyməti 1.15 tetri olacaqdır.

Abituriyentlərin imtaham məkanında maskadan istifadə etmək kimi öhdəlikləri olan deyil

Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz rəhbəri, Sopo Qorqodzenin məlumatına əsasən, abituriyentlər imtahan məkanında maskadan istifadə etməyə bilərlər. Qorqodze jurnalistlərlə söhbətində aplikantın maskadan özünün arzu etdiyi kimi istifadə edə biləcəyini dedi.

Koronavirsula  bağlı reqlamentlərə gəldikdə isə, maskadan istifadə etmək artıq icbari deyildir. Beləki, indi də icbari olan deyil.  İstədiyi təqdirdə abituriyent maskanı  su butulkası, müvafiq parametrli qələmlə birlikdə yanında gətirə bilər”, – Qorqodze qeyd edir.

Xatırladaq ki,  2022-ci ilin imtahanları 4  iyulda başlayır.  2022-ci ilin imtahanları üçün  90 000-dək imtahan ediləcək şəxs qeydiyyatdan keçmişdir, o cümlədən, 41000-dən çox abituriyent, 2500-dən çox tələbə, 9500 – maqistrant, 34500-dən çox müəllim və müəllimlik arzusunda olanlar.

Kaxetidə hərrac yolu ilə veriləcək otlaqlar haqqında məlumat dərc edildi

„Dövlət mülkiyyətində mövcud olan otlaqların əlçatanlığı” proqramı çərçivəsində  ikinci mərhələdə seçilmiş, hərrac üslubu ilə veriləcək otlaq kateqoriyalı kənt təsərrüfatı təyinatlı torpaq hissələri verilmişləri dərc edildi.

Ətraf mühiti və Kənd təsərrüfatı nazirliyinin məlumatı ilə, Kaxeti , Samtsxe-Cavaxeti, Msxeta-Mtianeti və Şida Kartli bölgələri otlaqlarının verilmişləri dərc edildi. Siğnaği bələdiyyəsindən – 21, Axmetadan – 4, Dedoplistsğarodan – 64, Saqarecodan – 12, Ğvarelidən – 3, Axaltsixedən – 4, Ninotsmindadan – 2, Borcomidən – 2, Mtsxetadan – 3, Qori bələdiyyəsindən isə – 1, ümdə – 116  vahid.  İkinci mərhələdə dərc edilmiş otlaqların icarəyə götürməyi arzulayanların bəyənatları iyunun 22-dən etibarən qəbul edilməyə başladı və 5 avqusta qədər davam edəcəkdir. Otlaqlar haqqında detallı məlumat PHHŞ Torpağın Dayanıqlı İdarəsi və Torpaqdan istifadə etmək üzrə Monitorinqin Milli Agentliyi və Ətraf mühit və Kənd Təsərrüfatı Nazirliyinin veb-səhifəsində (www.land.gov.ge www.mepa.gov.ge), həmçinin Agentliyin rəsmi Fb səhifəsində yerləşdirilmişdir.

Texniki yoxlayışdan keçməmək üzrə cərimələr nə qədər yüksələcək

Texniki Yoxlayış Mərkəzləri İttifaqının icraçı direktoru, Qiorqi Şiolaşvilinin verdiyi məlumata görə,  Gürcüstan Parlamentində qanunlayihəsi təşəbbüsü qaldırılmışdır. Qanunlayihəsinə görə,  cərimə ödənilmədiyi təqdirdə mərhələvi şəkildə artacaqdır – ilk dəfəsində cərimə 50 lari olacaq, ödənilmədiyi halda 1 aydan sonra 150 lari, sonrakı ayda isə 300 lari. Bundan sonra cərimənin miqdarı üç qatına çıxacaqdır.

Şiolaşvilinin sözlərinə görə, bu dəyişiklik payızda həyata keçiriləcəkdir. Bundan əlavə texniki yoxlayışdan keçmək qiymətinə və təkrar yoxlayış haqqına da yenidən baxılacaqdır.