Efirdə azərbaycan dilində əftəlik icmaldır -დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal “Kaxetinin səsi” radiosunun efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və “Knews.ge” agentliyinin səhifəsindən izləyə bilərsiniz.
Bölgədə baş verən hadisələr haqqında qısa icmalı hər həftə sonu sizə təqdim edəcəyik. Meşədə arı kötüyünün yerləşdirilməsi üzrə təyin edilən vergilərə arıçılar etiraz edirlər.
Gürcüstan Hökumətinin “Meşədən faydalanmaq qaydası haqqında” 221-ci qərarına dəyişikliklər əlavə edilmişdir. Dəyişikliklərə əsaən, 1 il ərzində bir kötüyün yerləşdirilməsi üçün vergi 1 lari olacaqdır.
Kənd təsərrüfatı nazirliyində izah etdiklərinə əsasən, bu qərar balın mənşəyini bilməkdə və arıçılara ixrac üçün sertifikatlı bal çıxarmalarına kömək edəcəkdir.
Arıçılar birliyinin təsisçilərindən biri olan İrina Lortkipanidze bildirir ki, Birlik meşə departamentinin adına müvafiq məktub hazırlayıb və bu qərara yenidən baxılmasını tələb edib. Onun dediyinə əsasən, çoxlu sayda arı ailəsinə sahib olan arıçılar üçün, həmin qərar, əlavə maliyyə təzyiqinə çevriləcəkdir. “Biz birlikdə görüş keçirtdik. Gürcüstan Meşə Departamentinin adına məktub hazırladıq. Həmin departament arıların yerləşməli olduğu yerləri idarə edir. Çoxlu arı ailəsi olan arıçı əlavə xərclərlə üzləşir. Bu arıçılar arıların daşınması üçün də pul ödəyirlər. 1500-2000 bak kötüyü olan şəxs üçün bu əlavə xərcdir”, – İrina Lortkipanidze bildirir.
Sahibkarlıqla məşğul olan qaçqınların və ekomiqrantların genişlənməsi üçün qrantlar ayrılacaqdır
29 sahibkar qaçqına və ekomiqranta fəaliyyətlərini genişlətmək məqsədilə qrantlar veriləcəkdir.
Qaçqınlar, Ekomiqrantlar və Yaşamaq Qaynaqları ilə təminetmə Agentliyinin adı çəkilən proqramının məqsədi məcburi köçkün şəxslərin sahibkarlıq fəaliyyətinə dəstək və yeni iş yerlərinin yaradılmasıdır. Sahibkarlıqla məşğul olan qaçqınlar və ekomiqrantlar, öz fəaliyyətlərini genişlətmək üçün lazımlı texnika və avaddanlıqları almaq üçün 7500 lari miqdarında maliyyə aldılar və minimum bir köçkün şəxsi işlə təmin etmək öhdəliyini üzərlərinə götürdülər. Qalibləri komissiya əvvəlcədən müəyyənləşdirilimiş meyarlara müvafiq olaraq elan etmişdir.
“Meymun çiçəyinin” nə kimi simptomları var
İnfeksiyaçı Maia Butsaşvili Meymun çiçəyi adlandırılan xəstəliyinin nə kimi simptomları olduğunu izah edir. Sosial şəbəkədə özünün yazdığına əsasən, virus infeksiysı üçün qripə oxşar simptomlar xasdır – isitmə, üşütmə, baş və əzələlərin ağrısı, limfik düyünlərin böyüməsi, 1-3 gün ərzində səpilmələr aşkarlanır. O, üzdən başlayır və bədənin başqa yerlərinə də yayılır, o cümlədən, əl və ayaqlara da.
„Hazırkı yayılma 13 maydan etibarən başlamışdır. Xəstələnmə halları Avropada, ABŞ-da və Kanada təsbit edilir və Afrikaya səyahət etməklə və yaxud, Afrikadan idxal edilən heyvanlarla əlaqəli deyildir. Bu günə qədər 12 ölkədə 92 təsdiqlənmiş və 28 şübhəli hal təsbit edilmişdir. Xəstəlik uşaqlarda, hamilələrdə və imunosupresirləşdirilmiş şəxslərdə nisbətən ağır sürür. Simptomlar su çiçəyi simptomlarına bənzəsə də , daha yüngül sürür”,-Butsaşvili sosial şəbəkədə yazır.
Gürcüstanda daha bir tətil günü təyin edilə bilər
Gürcüstanda daha bir tətil günü təyin edilə bilər. Parlamentə təqdim edilən qanunvericilik təklifi 1 iyunu, Uşaqlrın müdafiə gününün rəsmi tətil günü elan edilməsini nəzərdə tutur. Təklif Telavi Bələdiyyəsinin Gender Bərabərliyi üzrə Şurasına məxsusdur.
Parlament Bürosunun qərarına əsasən, bu məsələnin müzakirəsi Səhiyyə və Sosial Məsələlər Komitəyə tapşırılmışdır. Alınan qərarı isə Komitə yenə büroya bildirməlidir.
Sakrebulonun ara seçkilərində qalib gəlmiş namizədin səlahiyyətinin icrasına başlamaq müddətinin müəyyənləşdirilməsinin qaydası dəyişir.
Hüquqi Məsələlər üzrə Komitə Seçki Məcəlləsində və Yerli özünüidarəetmə Məcəlləsinə əlavə ediləsi dəyişiklər haqqında ilk dinləmə üçün müzakirə etdi. Həmin dəyişiklik Sakrebulonun ara seçkilərində qalib gəlmiş namizədin səlahiyyətinə başlama müddətinin müəyyənləşdirilməsi məsələsinə aiddir.
Parlamentin yaydığı məlumata əsasən, layihəyə görə, bələdiyyə sakrebulosunun ara seçkilərində qalib gəlmiş namizəd müvafiq sakrebulonun majoritarlıq seçki sistemi ilə seçilmiş üzvünün yerini qeyd olunan ara seçkilərinin son nəticələrini yekunlaşdıran protokol MSK-nın rəsmi veb-səhifəsində dərc edilməsindən 11 gün sonra tutur.
Coğolo kəndində, Vizual Təhsil Mərkəzi – Pankisi Mediatekası açıldı
Pankisi vdisinin Coğolo kəndində, Vizual Təhsil Mərkəzi – Pankisi mediatekası açıldı. Mərkəz Pankisi vadisinin sakinləri üçün alternativ və innovativ təhsil imkanlarını yaratmağı güdür.
Mərkəz təhsil proqramının ilk sessiyalarına artıq ev sahibliyi etmişdir. Quram Tsibaxaşvili və Qiorqi Şenqelianın mentorluğu ilə “Təsvir fabrikası” adlı nəzəri və praktiki vorkşoplar keçirilmişdir. Pankisi videotekası, Coğolo kəndində yerləşən “Nazinin ailə mehmanxanası” bazasında yaradılmışdır. Mediateka foto kitablar kitabxanasını və multimedia arxivini birləşdirir, o istənilən şəxs üçün əlçatandır. Layihəni Tbilisi Fotofestivalı, Tbilisi Fotoqrafiya və Multimedia muzeyi ilə əməkdaşlıqlar həyata keçirir.
Layihənin maliyyə dəstəkçisi Gürcüstan Strategiya və İnkişaf Agentliyi Mərkəzidir. Layihənin yerli tərəfdaşı Nazy’s Guest House-dir.
,,Ukrayna üçün qaçış” adlı xeyriyyə marafonu Telavidə baş tutacaqdır.
Kaxetidə iyunun beşində xeyriyyə marafonu keçiriləcəkdir. Ukraynanı dəstəkləyən ən böyük idmani qaçış Telavidə baş tutacaqdır. Qaçış 10 kilometrlik bir məsafədə Lopotanın yanında keçiriləcəkdir. Marafona qoşulan hər kəs Ukrayna simvollu maykanı yerində alacaqdır. Qaçışın kişi və qadınla arasında ayrı-ayrı qalibləri olacaqdır.
Ukraynaya dəstək üçün keçirilən marafondan sonra, “Mqzavrebi” qrupu konsert verəcəkdir. Qaçış nəticəsində toplanan məbləğ Ukraynanı dəstək fonduna köçürüləcəkdir. Marafonun təşkilatçısı İdman, Turizm və Gənclik üzrə Beynəlxalq fonddur.