Efirdə azərbaycan dilində əftəlik icmaldır -დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn surətdə “Kaxetinin səsi” efirində veriləcək və bölgədə baş verən əhəmiyyətli, maraqlı məsələlərə toxunacaqdır. Verilişi azərbaycan dilində “Kaxetinin səsi”onlayn radiosunda və yaxud, knews.ge informasiya agentliyinin səhifəsində izləyə bilərsiniz.
Mən Oqtay Kazımovam və sizə “Kaxetinin səsi” jurnalistləri tərəfindən hazırlanan, bölgədə baş verən hadisələr haqqında qısa icmalı təqdim edirəm.
8 ildən sonra Xanım Ceyranovanın işi ilə bağlı üç şəxsə qarşı ittiham qaldırılıb.
8 ildən sonra Saqareco bələdiyyəsinin Ləmbəli kəndində yaşayan 30 yaşlı Xanım Ceyranovun işi ilə bağlı, Gürcüstan Baş Prokurorluğu üç şəxsə qarşı ittiham qaldırdı. Həmin şəxslər əvvəlcədən razılaşma əsasında qrup təşkil etməkdə, azadlıqdan qeyri-qanuni şəkildə məhrum və alçaldıcı şəkildə rəftar etməkdə ittiham olunurlar.
,,2014 cü ilin 16 sentyabrında Saqareco bələdiyyəsinin Ləmbəli kəndində müttəhimlər X.C. avtomobildən güc tətbiq edərək düşürüb, sözlə və fiziki cəhətdən təhqir ediblər. Bundan sonra ictimaiyyətin qarşısında alçatmaq niyyətilə azadlıqdan məhrum edib, onun iradəsinə zidd olaraq yenidən avtomobilə mindirərək kəndin mərkəzinə aparıblar. Kənd sakinlərinin gözü qabağında təhqiramiz sözlər deyərək, qadın üçün nalayiq davranışına görə cəzalandırılmalı olduğunu deyiblər”,-Baş prokurorluq tərəfindən yayılmış məlumatda deyilir.
İdarənin məlumatına əsasən, müttəhimlərin və qrupun digər üzvlərinin hərəkəti nəticəsində 2014-cü il 18 sentyabrda qadın intihar etmişdir.
May ayından etibarən çörək 10 tetri bahalaşa bilər
May ayından etibarən çörək bahalaşa bilər. Çörək Bişirənlər Assosiasiyasının ön proqnozlarına görə, çörəyin qiyməti ehtrimal ki, 10 tetri artacaqdır.
Onların deməyinə görə, bu bahalaşmaya səbəb taxıl və un bazarındakı qiymətlərdir. Xatırladaq ki, müxtəlif sort çörək üzrə qiymətlər bir neçə dəfə bahalaşmışdır.
Gürcüstan Aİ sorğu kitabçasının birinci hissəsini doldurmuşdur
Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə statusunu almaq üçün sorğunun birinci hissəsini hazırlamışdır. Xarici İşlər Naziri İlia Darçiaşvilinin bəyənatı ilə, gürcü tərəfi doldurulmuş sorğu kitabçasını avrokomissiyaya mayın ikisində göndərməlidir.
“Sorğu kitabçasının birinci hissəsi hər bir dövlət qurumunun fəaliştirakı ilə hazırlanmışdır. Gürcüstan hökuməti Avrokomissiyaya ilk hissəni bazarertəsi təqdim edəcəkdir”,- Darçiaşvili bəyan etmişdir. Məlum olduğu kimi Gürcüstan Avropa İttifaqına, həmin bloka üzv olmaq haqqında rəsmi şəkildə 3 martda müraciət etmişdir. 11 apreldə isə ölkəyə Aİ namizəd statusunun özünüqiymətləndirmə sorğu kitabçası verildi. Suallar əsasında Avro komissiyası ölkə üçün namizəd statusunun verilməsi ilə bağlı qiymətləndirmə hesabatını hazırlayacaqdır.
Ümumtəhsil müəssisələri binalarının üzərində Dövlət bayrağını asmaq icbari oldu
Ümumtəhsil müəssisələri binalarının üzərində Dövlət bayrağını asmaq icbari oldu. Dəyişikliyə 87 deputat tərəf çıxdı.
Dəyişikliyə əsasən, ümumtəhsil müəssisələri/məktəblər binalarından, həmçinin Gürcüstan qanunvericiliynə əsasən təsis edilən Hüquqi Şəxsin binalarından, hansılar ki məktəbəqədərki tərbiyə və təhsil xidməti göstərir, Gürcüstan Dövlət Bayrağını daimi şəkildə ucaltmaq icbari edildi. Bundan əlavə Dövlət himnini göz tutacaq yerə yerləşdirmək həmçinin icbari olmuşdur.
Ötən il Gürcüstandan 80 351 vətəndaş mühacirətə getmişdir
Statistika üzrə Milli Xidmətin verilmişlərinə əsasən, 2021-ci ildə Gürcüstanı 80 351 vətəndaş tərk etmişdir. Eyni dövrdə, Sakstata əsasən, ölkəyə mühacirətdə olan 39 526 vətəndaş da qayıtmışdır.
2021-ci ildə mühacirlərin ümumi sayı 99 974 nəfər təşkil etişdir və ötən illə müqayisədə 34.6 faizlə yüksəlmiş. İmmiqrantların sayı isə 17.8 faizlə azalıb və 74 008nəfər təşkil etmişdir.
Ola bilsin qırx yaşını keçmiş şəxslərə pensiya qənaətini Dövlət Fondundan Özəl fonda köçürməyə icazə verilsin
Gürcüstan Milli Bankının Vitse-prezidenti Nikoloz Qaquanın bəyənatı ilə, hazırda adıçəkilən qanunlayihəsi üzrə iş aparılır. Qanunlayihəsi təsdiq edildiyi təqdirdə 2023-cü ildən pensiya sisteminə könüllü qoşulmuş şəxslərə pensiya qənaətlərini Dövlət Fondundan aktivlərin idarəsi ilə məşğul olan Özəl Maliyyə Təşkilatlarına köçürmək imkanı veriləcəkdir.
„Beynəlxalq şəffaflıq -Gürcüstan“ təşkilatı üzümün toplanması subsidiarlığı prosesindəki korrupsiyadan danışır
„Beynəlxalq şəffaflıq- Gürcüstan“ təşkilatının məlumatına görə, 2021-ci ildə üzümün toplanması üçün ümdə 138 milyon lari subsidia ayrılrmışdır. Subsidiarlıq prosesində isə bir sıra korrupsiya tipli problemlər müşahidə olunur, o cümlədən, üstünlük hakim partiyanın ianəçisi və yüksək vəzifədə işləyən şəxslərlə əlaqədə olan şirkətlərə verilir. Bunun haqqında QHT tərəfindən yayılan məlumatda deyilir.
(პაუზა ხმა)
Efirdə “Kaxetinin səsi” jurnalistləri tərəfindən hazırlanan, azərbaycandilli “Bazar günü icmalı” verilişi idi.