არჩევნებიარჩევნები 2020ახალი ამბებივიდეორეპორტაჟი

Azərbaycan dilində seçki məcmuəsi საარჩევნო დაიჯესტი აზერბაიჯანულ ენაზე

“Kaxetinin səsi” onlayn radionun canlı efirində yayımlanan və bölgədəki cari seçki məsələlərinə şamil olunan Azərbaycan dilində seçki xülasəsi efirdədir. Verlişi onlayn radio və informasiya agentliyi knews.ge-nin səhifəsində Azərbaycan dilində dinləyə bilərsiniz.
Oktyabrın 30-da Gürcüstanın 20 munisipalitetində, o cümlədən Kaxetinin 3 seçki dairəsində, yerli özünüidarəetmə seçkilərinin ikinci turu keçiriləcək.

Telavi merinin seçilməsi üçün ikinci tur

Telavinin 55 seçki məntəqəsində şəhər merinin seçilməsi üçün ikinci tur keçiriləcək. Seçici iki namizəd arasında seçim edəsi olacaq : ,,Gürcü Arzusu”-ndan Levan Andriaşvili və ,,Milli Hərəkat”-dan Qiorqi Botkoveli namizədlərdir. Telavinin 17 saylı dairə seçki komissiyasının sədri, Revaz Qaiparaşvilinin sözlərinə görə, ikinci turda seçki səddi olmayacaq və qalib səs çoxluğu ilə müəyyən olunacaq.

Gürcü Arzusu partiyasının merliyə namizədi Levan Andriaşvili səslərin- 46,75%-ni toplayıb, ,,Milli Hərəkat”-ın Telavi merliyinə namizədi, Qiorqi Botkoveli birinci turda səslərin- 45,42%-ni toplayıb.
Qanunvericiliyə əsasən, qalib gəlmiş namizəd səslərin 50%-dən çoxunu toplamalıdır və Telavinin mer seçkilərində ikinci tur keçiriləcək, ikinci turda sadəcə 2 namizəd iştirak edəcək. Hakim partiyanın namizədi Levan Andriaşvili və ,, Milli Hərəkat”-ın merliyə namizədi Qiorqi Botkoveli. Bu iki namizəd tərəfindən toplanmış səslər demək olar ki bərabərdir. Buna görə ikinci tur qalibi müəyyənləşdirəcək. Telavi merliyinə namizədlərin kimlər olduğunu və onların hansı təcrübəyə malik olduğunu tanıyaq.

Levan Andriaşvili ,,Gürcü Arzusu”-nun Telavi merliyinə namizədi:
39 yaşlı Levan Andriaşvili əslən Telavidəndir. O, bu vaxtadək DİN-nin əməkdaşı olub və Rustavinin Mərkəzi İdarəsində rəis müavini vəzifəsini icra edirdi. 2020-ci ildə doldurulmuş deklarasiyaya əsasən, Levan Andriaşvilinin həyat yoldaşı Tea Maisuradze Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfirdir. Onun bir övladı var.

Qiorqi Botkoveli-,, Milli Hərəkat”-ın Telavi merliyinə namizədi:
Qiorqi Botkoveli Telavi sakinidir. 1979-cu ilin iyunun 2-də dünyaya göz açıb. 2004-cü ildə Qldani-Nadzaladevi Rayonunun Rüsumlar Xidmətinin rəisi təyin edilib; 2006-cı ildə Ətraf Mühitin Mühafizəsi Nazirliyində, Ətraf Mühitin Müdafiəsi İnspeksiyasının Kaxeti Bürosunun qrupunun rəhbəri kimi fəaliyyətini davam etdirib. 2008-ci ildə Kaxeti bölgəsində dövlət nümayəndəsinin-qubernatorun müavini olub. 2008-ci ildə Gürcüstanın Nəzarət Palatası Administrasiyasının (İnzibati Departamentinin) rəhbəri vəzifəsində fəaliyyətini davam etdirib, 2012-ci ilə qədər burada işləyib. 2012-2013-cü illərdə Kaxetidə qubernatorun birinci müavini olub. Qiorqi Botkoveli 2020-ci ilin çağırış parlamentinə partiya siyahısı ilə daxil olub və məşhur siyasi hadisələr zamanı oranı tərk edib, „Milli Hərəkat” partiyasının üzvüdür. Bundan əvvəl o, Kaxetinin Telavi Seçki Dairəsinin majoritar deputatlığı üçün mübarizə aparırdı. Hazırda o, „Vahid Milli Hərəkat”-ın Kaxeti bölgəsi üzrə Katibliyinin nümayəndəsi və Telavi təşkilatının sədridir. Həyat yoldaşı və dörd övladı var.

Seçkilərin ikinci turu Axmetanın Duisi-Tsinubani seçki dairəsində keçiriləcək
Seçkilərin ikinci turu Axmeta Munisipalitetinin Duisi-Tsinubani seçki dairəsində keçiriləcək. İkinci tur Birləşmiş Müxalifətin namizədi Malxaz Maçalikaşvili ilə hakim partiyanın nümayəndəsi Eldar Bağakaşvili arasında keçiriləcək.
MSK-nın məlumatlarına əsasən, üçüncü majoritar seçki dairəsində namizədlərdən heç biri zəruri 40%-lik səddi keçə bilməyib. İki seçki məntəqəsində toplanmış səslərə əsasən, Duisi-Tsinubani majoritar dairəsində hər iki məntəqədə Malxaz Maçalikaşvili səslərin 30,89%-ni toplayıb, ,,Gürcü arzusu”-nun namizədi isə səslərin 37,5 %-ni toplayıb. Müstəqil namizəd İslam Marqoşvili səslərin 29,86%-ni toplayıb; ,,Vətənpərvərlər Alyansı”-ndan Şamil Qaurqaşvili 1,76% səs toplayıb.

Ğvareli Munisipalitetinin Sabue-Almati dairəsində ikinci tur təyin olunub.

,,Gürcü Arzusu”-nun namizədi Mamuka Beriaşvili və ,,Gürcüstan Naminə” partiyasının namizədi Rati Turiaşvili bir-birləri ilə mübarizə aparacaqlar.
Xatırladaq ki, 7 seçki dairəsində merliyə namizəd səs çoxluğu ilə birinci turdaca müəyyənləşib. Majoritar dairələrə gəlincə, əksəriyyətində səslərin böyük hissəsi hakim partiyanın nümayəndələri tərəfindən toplanılıb.