Azərbaycan dilində seçki məcmuəsi საარჩევნო დაიჯესტი აზერბაიჯანულ ენაზე
Seçki xülasəsi
“Kaxetinin səsi” onlayn radionun canlı efirində yayımlanan vəregionda gedənseçkilərlə əlaqəli məsələlərə dair Azərbaycan dilində seçki xülasəsi efirdədir. Verlişi onlayn radio və informasiya agentliyi knews.ge-nin efirində dinləyə bilərsiniz.
Kaxeti regionunun 8 seçki dairəsində partiyalar tərəfindən sakrebuloya üzv namizədləri olaraq 305 namizəd irəli sürülüb. Regionun 8 seçki dairəsində irəli sürülən 305 namizəddən 47 nəfəri qadın, 258 nəfəri isə kişidir.
Merliyə namizədlərə gəldikdə isə, 8 munisipalitet seçki dairələrində təqdim edilən merliyə 21 namizəddən yalnız bir nəfəri qadındır. Onu Saqareco seçki dairəsində “Gürcüstan üçün Lelo” partiyası təqdim etdi.
Kaxeti regionunda təzyiq və təhdid halları
Seçkilərdən bir-neçə gün əvvəl siyasi partiyaların nümayəndələri bir-birlərini təşviqat aparmada mane olmaları ilə ittiham edirlər. Onlar həmçinin fəal şəkildə əhali ilə görüşlərə davam edirlər, seçkilərə getmələrini və dəstəyə çağırırlar.
Telavidə “Milli Hərəkat”ın merliyə namizədinin seşki banerinə ziyan vuruldu. Telavi munisipalitetinin Ruispiri kəndində “Milli Hərəkat”ın Telavi merliyinə namizədinin baneri və plakatlarını zədələdilər. Qeyd edilən məlumatı merliyə namizəd özü yayır. Onun dediyinə əsasən, seçki materiallarına qara boya tökülüb.
“Məqsədyönlü olaraq bizim namizədlərin banerləri və plakatların zədələnməsi baş verir. Bilirlər ki, qalib gəlirik və buna görə də bu gündədilər. Telavidə, Kaxeti Regional Polis Departamentinın qarşı tərəfində və Ruispiri kəndində də plakatlar və banerləri zədələnmiş gördük”, – bəyan edir Qiorqi Botkoveli. Baner və plakatların zədələnməsinə faktlarına dair digər müxalifət, eləcə də itidar partiyası nümayəndələri də danışırlar.
“Bizim plakatları bir çox kənddə zədələdələyiblər. Plakatda bizim namizədlərin üzlərini cırırlar, kifirləşdirirlər. Bizim üçün bu metodlar qəbul edilməzdir və biz çox düzgün, sivil olaraq və demokratik seçki kampaniyası çərçivəsində işləyirik. Kimsə əgər deyirsə ki, pozuntulara dair hər hansı bir fakt var, müvafiq idarələrə istintaq üçün müraciət etsin”, – bildirdi knews.ge ilə söhbətdə “Gürcü Arzusu”partiyasının Telavi seçki ştabının rəhbəri Platon Kalmaxelidze.
Müxalifət partiyalarının nümayəndələri hakim partiyanı, təşviqat aparmağa mane olmaqda ittiham edir.
Müxalifət namizədlərinin tərəfdaşlarının qorxudulması, onlara təzyiq etmə və administrasiya resursunun istifadə edilməsi – hakimiyyət nümayəndələrini ittiham etdikləri pazuntulardır.
“Seçkiöncəsi təşviqat bərabər olmayan şəraitdə gedir. Banerləri yerləşdirmək imkanı vermirlər. İqtidar komandası bütün stendləri tutdu. Bundan başqa məlumatımız var ki, şəxsi mülkiyyətçilərə təzyiq edirlər və müvafiq olaraq onların ərazisində bizim banerlərimizi yerləşdirmək məsələsində xeyr cavabını alırıq. Eləcə də məktəb və uşaq bağçası pedaqoqlarına da təzyiq edilir. Onlardan bir-başa hakim partiya namizədlərini dəstəkləmələrini və seçki kabinəsindən onların istədiklərini məntəqədə “Gürcü Arzu”su nümayəndələrinə göstərmələrini istəyirlər. Banerlerimiz yoxdur, plakatları isə isterik şəkildə cırırlar”, – bildirdi “Milli Hərəkat” partoyasının Qurcaanı rayon təşkilatının rəhbəri Temur Butsaşvili.
Digər siyasi partiyaların numayəndələri kimi seçkiöncəsi dövrdə aşkar olunan pozuntular haqqında “Leyboristlər” partiyasınınTelavi sakrebulo üzvülüyünə namizdə Nikoloz Vardoşvili də danışır.
“Hakimiyyət administrativ resursdan istifadə edir. İşlə təmin olunan hər kəsə tapşırıq verilib ki, dəstəkləyənlər siyahısı gətirsin. İnsanların yanına getsin, şəxsiyyət vəsiqələrinin kopyasını və identifikasiya edici sənədləri alsın”