არჩევნებიარჩევნები 2020ახალი ამბები

Azərbaycan dilində seçki məcmuəsi საარჩევნო დაიჯესტი აზერბაიჯანულ ენაზე

Seçki xülasəsi

“Kaxetinin Səsi” onlayn radio vasitəsi ilə canlı yayımlanan və bölgədəki cari seçki məsələlərini əhatə edən Azərbaycan dilində seçki xülasəsi efirdədir. Onlayn radio və knews.ge informasiya agentliyinin səhifəsində verlişi Azərbaycan dilində dinləyə bilərsiniz.

Yerli özünüidarəetmə seçkilərinə 2 həftə qalıb. Siyasi partiyaların nümayəndələri isə seçkiqabağı təşviqatı davam etdirirlər. Namizədlərdən başqa, siyasi partiyaların liderləri Kaxeti bölgəsində görüşləri aktiv şəkildə davam etdirirlər, merliyə və ya majoritar deputatlığa namizədləri seçicilərə təqdim edirlər.

“Lelo” Ğvarelidə majoritar deputatlığa namizədləri təqdim edib

“Lelo”-nun liderlərindən biri, Pikria Çixradze Ğvarelidə majoritar deputatlığa namizədləri təqdim edib, eyni zamanda, əhali ilə görüşüb və namizədlərlə birlikdə seçkiyə getməyin vacibliyi və bölgədəki çağırışlar haqqında danışıb. Pikria Çixradzenin sözlərinə görə, Ğvarelidə təqdim etdikləri namizədlər öz işlərinin peşəkarıdırlar və Ğvareliyə necə dəstək verəcəklərini bilirlər. “Bu seçki mahiyyətcə çox mühümdür. Təəssüf ki, indiyə qədər heç kim şəhər və bölgələrdə real özünüidarəetməni mümkün qıla bilmədi, lakin hər şey irəlidədir, biz öz bölgəsi ilə bağı olan, yerli problemlərin həlli ilə bağlı fikirləşməyi, bu problemin həlli yollarını axtarmağı, müxalifliyi və cəmiyyəti öz fəaliyyətinə qoşa bilməyi bacaran komandanı təqdim etməliyik. Ğvarelidə məhz belə bir komanda təqdim etmişik” – deyə Çixradze bildirib. Partiya tərəfindən majoritarlığa təqdim olunan 6 namizəddən 4-ü kişi, 2-si qadındır.
“Üçüncü Qüvvə-Quruculuq Strategiyası”-nın liderləri Kaxetinin majoritarlığa namizədlərini təqdim ediblər
“Üçüncü Qüvvə-Quruculuq Strategiyası”-nın liderləri Qiorqi Vaşadze və Serqo Çixladze, Laqodexidə, Kaxetinin majoritarlığa namizədlərini və komandanın üzvlərini təqdim ediblər. “Üçüncü Qüvvə-Quruculuq Strategiyası”-nın Laqodexidə merliyə namizədi Malxaz Nozadze olacaq. Siyasi platforma adından seçkilərdə majoritarlığa təqdim olunan 10 namizəddən 8 -i kişi, 2 -si qadındır.

Desentralizasiyanın mənası nədir? Merliyə və majoritarlığa namizədlər nə düşünürlər?

Siyasi partiyaların nümayəndələri və müxalifətdən Telavi merliyinə namizədlərin sözlərinə görə, hökumətin özünüidarəetməyə daha çox desentralizasiya, daha çox maliyyə resursu və yerində qərar qəbul etmək hüququ verməsi vacibdir.
“Desentralizasiya mühümdür və vədlərimizdən biri də Telaviyə əsl özünüidarəetmənin qaytarılmasıdır. Telavi munisipaliteti ilə bağlı vacib qərarlar Telavi sakinlərinin iştirakı ilə yerindəcə verilməlidir” – bu barədə “Gürcüstan Naminə” partiyasının Telavi merliyinə namizədi Qiqa Orkodaşvili knows.ge -yə bildirib.
“Milli Hərəkat”-dan Telavi merliyinə namizəd Qiorqi Botkoveli bildirir ki, Telavinin inkişaf üçün əsl özünüidarəetmə və müstəqilliyə ehtiyyacı var. “Nümunə üçün, 2010 -cu ildə kənd yardım proqramı layihəsi təsis edildi və bu proqram çərçivəsində də kənd həmin maliyyə resursu ilə hansı layihəni həyata keçirəcəyinə qərar verirdi. Hazırkı hökumətin dövründə bu proqram uğursuzluğa düçar olub. Özünüidarəetmə istənilən qərarı ya mərkəzi hökumətin göstərişi ilə, ya da əhalinin iştirakı olmadan qəbul edir” – deyə Qiorqi Botkoveli bildirir. Leyborist partiyasının sakrebulo majoritarlığına namizədi Nika Vardoşvili isə izah edir ki, mərkəzi hökumət özünüidarəetməyə yerindəcə qərar qəbul etmək hüququ vermir. “Yerli özünüidarəetmə faktiki olaraq mövcud deyil. Səkkiz munisipalitetin hamısı tərəfindən sakrebulo iclasında müzakirə ediləcək məsələlər quberniya və DTX ilə razılaşdırılır. Hazırda da, DTX tərəfindən merliyə və majoritarlığa təqdim olunan namizədlər var. Bu gün ölkəmizdə baş verənlər artıq normal deyil”, – deyə Nikoloz Vardoşvili Knews.ge -yə bildirib.