Dövlət məmurlarına və seçicilərə güman edilən təzyiq
“Ədalətli seçkilər” Kaxeti regionu munisipalitetində seçkiöncəsi seçicilərə təsir və siyasi nişanla qarşıdurma faktlarına dair hesabat dərc etdi.
Üçüncü sektor yerli hakimiyyət nümayəndələri tərəfindən dövlət məmurlarına uşaq bağçaları və məktəblərin əməkdaşlarına, eləcə də digər seçicilərə, güman edilən təsir və təzyiq etmə faktlarını qeyd edir. Orta hesabata Qurcaani, Siğnaği və Saqareco munisipalitetlərində qeydə alınan təzyiq və pozuntular düşüb.
Təşkilatın hesabatına həmçinin Vejini uşaq bağçasının direktoru, Tamar Sibaşvilinin güman edilən siyasi nişana əsasən işdən azad edilməsi fakti da qeyd edilib. Bu məsələyə dair “Kaxetinin səsi” geniş məqalə hazırlamışdı.
Seçicilərin istəyinə belə kütləvi təsir haqqında müxalifət də danışır. “Milli hərəkat” üzvü Temur Bucashvili bildirir ki, Qurcaanidə “Gürcü Arzusu” nümayəndələri müəllimlərə, onların ailə üzvləri ilə birgə səs verməyi tapşırırlar.
“İkinci tur üçün müəllimlərə görülməyən təzyiq edilir. Məktəb və uşaq bağçasının müəllimlərini çağırırlar və açıq şəkildə xahiş edirlər ki, səs versinlər. Onların ailələrinə də təzyiq göstərilir. Müəllimlərə deyirlər ki, ailə üzvlərini seçkilərə gətirsinlər və onların namizədinə səs versinlər” – bildirir knews.ge- ilə söhbətdə Temur Bucaşvili.
Seçkiöncəsi müddətdə təzyiq faktları haqqında seçicilər də danışırlar. Onlar bildirirlər ki, “Gürcü Arzusu” aqitasiyaçıları onların evlərinə gəlirlər və dəstək olmağa məcbur edirlər.
“Seçkilərin birinci turuna qədər də iqtidar partiyasının aqitasiyaçıları gəlirdilər və səs verməmizi istəyirdilər. Yoxsa başqa namizədin qalib gəldiyi təqdirdə pis gundə olacaqdıq. İkinci tura qədər olan müdətdə də oxşar faktlar olur. Gəlirlər soruşurlar kimə səs veririk. Deyirlər ki, səs verək” – deyir knews.ge-yə adını demək istəməyən Siğnaği sakini.
Yerli özünüidarə etmə tərəfindən dövlət məmurlarına, müəllimlərə, uşaq bağçası əməkdaşlarına və vətəndaşlara təzyiq faktlarını Siğnaği munisipalitetinin vitse-meri istisna edir. Madonna Batiaşvili yayılan məlumatı yalan adlandırır və meriyanın diskreditasiyası cəhdi kimi qiymətləndirir.
“Dövlət məmurları tərəfindən seçki kampaniyasına hər hansı bir qoşulma, xüsusi ilə də qorxutma absurddur. Əgər kimsə dəstəkləyirsə və ona səs verirsə ona kimsə, nəyisə qadağan edə bilməs. Özünüidarənin dövlət məmurlarına, dövlət işində işləyənlərə, müəllimlərə təzyiq göstərməsi məsələsi həqiqət deyil. Biz bu proseslərə qarışmırıq və buna hüququmuz da yoxdur ” –