ახალი ამბები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

 

Torpağın sistemli qeydiyyatının islahatı ilə Gürcüstanda 825 000-dən çox torpaq sahəsi qeydiyyatdan keçmişdir

Torpağın sistemli qeydiyyatının islahatı ilə Gürcüstanda hal-hazırda 825 244-dən çox torpaq sahəsi qeydiyyatdan keçmişdir. Torpaq sahələrin ümumi sahəsi 523 689  hektardır.

Mövcud məlumatla, artıq 1 177 023 torpaq sahəsi ölçülüb və ümumi sahə 602 855 hektardır. Eyni məlumatla, gündə orta hesabla 3500-4000 torpaq sahəsi ölçülür və  27 000 qeydiyyatdan keçirilir. Agentlikdə qeyd etdikləri kimi, torpağın sistemli qeydiyyatı islahatı plana və cədvələ uyğun şəkildə aparılır. Vaxtaşırı, güclü yağışlara görə, ölçmə işləri müvəqqəti dayandırılır, lakin, bu hal prosesin plana uyğun şəkildə aparılmasını əhəmiyyətli dərəcədə ləngitmir. Xatırladaq ki,  Torpağın Sistemli Qeydiyyatı islahatı Gürcüstanda  1 yanvar 2022-ci ildə başladı. Torpaq sahələrini ölçmək-qeydiyyatdan keçirmək 59 bələdiyyədə (işğal altında qalan ərazilər və özünüidarəedən şəhərlər: Tbilisi, Batumi, Kutaisi, Rustavi, Poti xaric), ödənişsiz aparılır. İslahatın başa çatma müddəti kimi 1 yanvar 2025-ci il götürülmüşdür.

Kaxetidə taxıl məhsulunun götürülməsi prosesi aktiv fazadadır

Kaxeti bölgəsində taxıl məhsulunun götürülmə prosesi aktiv fazadadır. Ətraf mühit və kənd təsərrüfatı Naziri Otar Şamuqia, özünüidarətmə nümayəndələri ilə birlikdə,  taxıl məhsulunu götürmə prosesilə tanış oldu və yerli fermerlərlə görüşdü.

„Bu il ötən ilə nisbətən məhsul daha yaxşıdır. Hektarbaşı, 2024-cü ildə rekord həddə, 3 tondan çox məhsul götürüləcəkdir. Son illərdə belə məhsul götürməmişdik və bu çox yaxşıdır.  Taxıl istehsal edən fermerlərə bir neçə istiqamətdə kömək edirik. Bu, o cümlədən texnika ilə təmin etməyə də aiddir.  Dövlətin dəstəyi ilə ölkəyə 60 yeni kombayn gətirdilib. Bu istiqamətdə fermerlərin problemləri olan deyildir, fermerlər xidmətləri vaxtlı aldılar“, – Otar Şamuqia qeyd etdi.

Qurcaanidə, Lakbe su anbarının reabilitasiyası işləri aparılır

Lakbe su anbarında reabilitasiya işləri aparılır. Ətraf mühit və Kənd təsərrüfatı naziri Otar Şamuqianın bildirdiyi kimi, su anbarı üzərində aparılan işlər su anbarının təhlükəsizliyini təmin edəcəkdir. Onun sözlərinə görə, layihə çərçivəsində, su anbarının həcmi təxminən 600 min kubla artmışdır. Bu isə, xüsusilə quraqlıq dövrdə, su anbarına bağlı torpaq sahələrinin  su ilə təmin etmək üçün kifayətdir.  Ətraf mühit və Kənd təsərrüfatı Nazirliyinin bəyənatına əsasən, Lakbe su anbarında aparılan işlər Kvemo samqori suvarma sisteminin sol maqistral kanalında suyun çatdırılmasını yaxşılaşdıracaqdır. Nəticədə,  2755 hektar kənd təsərrüfatı torpaq sahəsi su ilə təmin ediləcəkdir, bu isə məhsuldarlığı əhəmiyyətli dərəcədə artıracaqdır. Lakbe su anbarının reabbilitasiyası işləri 2023-cü ilin payızında başladı və cari ilin sonunda başa çatdırılır.

15 iyuldan 4 avqustadək Qombor yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır

Gürcüstan Regional İnkişafı və İnfrastrukturu Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, dövlətdaxili əhəmiyyətli Vaziani-Qombori-Telavi avtomobil yolunun 27-60 kilometrindəki (Sasadilo-Şuamta kəndi) hissəsinin reabilitasiyası işlərinin həyata keçirilməsinə görə,  15 iyuldan 4 avqustadək hərəkət məhdudlaşdırılmışdır. Vaxtın qeyd olunan hissəsində, hər cümə gününün 15:00 dən bazarertəsinin  10:00 saatınadək yüngül maşının hərəkəti azad olacaqdır.  Məhdudiyyət dövründə, nəqliyyat vasitəsinin hərəkəti beynəlxalq əhəmiyyətli Tbilisi-Bakurtsixe-Laqodexi avtomobil yolundan istifadə etməklə mümükdünr.  İkinci ildir ki, dövlətdaxili əhəmiyyətli Vaziani-Qombori-Telavi avtomobil yolunun 33.6 km-lıq hissəsinin reabilitasiyası aparılır.  Avtomobil yolları Departamentinin məlumatına əsasən, layihə ümdə  35 torpaq sürüşmə diarələrində qabaqlayıcı xarakterli işlər aparılmasını nəzərdə tutur.

Prezident “Rus qanununu”  Konstitusiya məhkəməsində şikayət etdi

Qeyd olunan haqqında Salome Zurabişvilinin Parlament katibi Qiorqi Msxiladze Prezident sarayında xüsusi şəkildə keçirilmiş brifinqdə bildirdi. Konstitusiya məhkəməsinə təqdim edilmiş şikayətə əsasən, Salome Zurabişvili qanunun dayandırılmasını və ləğvini tələb edir.

Gürcüstan Hökuməti  “Xarici təsirinin şəffaflığı haqqında” qannlayihəsini , 2023-cü ilin martında geri çəkdikdən sonra, dəyişdirərək geri gətirdi. Əhalinin kütləvi etirazı, habelə qərbli tərəfdaşlar tərəfindən dəfələrlə çağırışlara baxmayaraq, Parlament Qanunu üç oxunuşla 14 mayda qəbul etdi. Bundan sonra Gürcüstan Prezidenti Qanuna veto qoydu. Qanunvericilər Prezidentin qeydlərini plenar sessiyada nəzərə almayaraq, vetonu aşaraq Qanunu qəbul etdilər.

İcbari bazis təhsili 9 sinif əvəzinə, 10 siniflə müəyyənləşdi

Ümumi təhsil pillələrində dəyişikliklər baş verdi – icbari bazis təhsili 9 sinif əvəzinə, 10 siniflə müəyyənləşdi və şagirdlər icbari təhsillərini 10 sinif hesaba alınmaqla alacaqlar. Bunu  “Ümumi təhsil haqqında“ qanunda dəyişikliklər nəzərdə tutur, onu Parlament növbədənkənar iclasda üçüncü oxunuşla təsdiq etdi. Alınan qanuna əsasən,   Gürcüstanda ümumi təhsilin üç pilləsi bu cür müəyyənləşdiriləcəkdir:– ibtidai (6 il – I-VI siniflər), Bazis (4 il – VII-X siniflər) və orta (2 il – XI-XII siniflər). Qeyd olunan dəyişikliklərə əsasən,  bazis pilləsi 1 illə artır və 4 illik olar, üçillik orta təhsil isə 2 ilədək elə azalır ki, nəticədə tam ümumi təhsil yenə də 12 illik olaraq qalır.  Təhsil və Elm Nazirliyinin məlumatı ilə, məktəbi 9-cu sinifdən sonra tərk edən şagirdlərin sayı kifayət qədər yüksəkdir (2023-cü ildə 3 200-dək şagird) halbuki əmək bazarında onların işlə təmin etmə perspektivi olduqca aşağıdır – 9-cu sinfi bitirməklə alınan bilikdən irəli gələrək və yaşdan irəli gələrək, bir halda ki məktəbə daxil olmaq yaşı 6 ildir, “Əmək Məcəlləsinə” əsasən, fiziki şəxsin əmək qabiliyyətliliyi 16 yaşından etibarən irəli gəlir.

Gürcü çaxırı ixracatçıları Dövlətdən 300 000 lariyədək maliyyə alacaqlar

Gürcü çaxırını məhşurlarşdırma üzrə Dövlət Proqramı çərçivəsində,  Milli Şərab İxravatçılarının marketinq xərclərini 300 000 lariyədək maliyyələşdirəcəklər.  Proqramda iştirak etmək üçün, çaxır ixracatının həcmi və marketinq xərci, bütün başqa bölgədə birgə (Asiya regionu, Avropa regioni və s. Gürcüstan, Guam və MDB ölkələrindən əlavə) və ya benefisiyarın təsadüfi seçilməsi əsasında, ötən ildəkindən çox olmalıdır.  Əgər ötən təqvimi ilin hesabat dövründə marketinq xərci olmayıb və çaxır ixrac edilməyibsə, ötən 3 il rəzində çəkilən son marketinq xərc və ixrac edilmiş şərabın həcmi nəzərə alınacaqdır. Gürcü şərabının məhşurlaşdırılması üzrə Dövlət proqramı bu məqsədlə həyata keçirilmiş marketinq aktivliklərinin şərikli maliyyələşdirilməsini nəzərdə tutur: – şəbəkəvi obyektlərdə marketinq tədbirləri; – şərab mağazalarında rəflərin brendləşdirilməsi, ticarət obyektlərinin kataloqda yerləşdirilməsi, dequstasiyaları; – şərab mağazalarında məhsulun düzgün yerləşməsi üçün beynəlxalq şirkətləri kirayələmək; – mediaşirkətlər, mediavasitələrdə və şərab satışlarının onlayn platformalarında məhsulu reklamlaşdırmaq;- gürcü şərabının populyarlaşdırma tədbirlərində iştirak; – sosial şəbəkələrdə reklam. Proqramda iştirak etmək üçün,  gürcü şərabı ixracatçıları bəyənatlarını 30 avqustadək elektron (info@wine.gov.ge) şəkildə və ya Milli Şərab Agentliyinə təqdim etməlidirlər.