ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

 

 2024-cü ilin üzüm məhsul yığması üçün koordinasiya qərargahı yaradılır

Milli Şərab Agentliyinə üzüm məhsulu toplaması üçün Koordinasiyalı qərargahı yaratmaq tapşırıldı. Qərarı Baş-nazir İrakli Kobaxidze imzaladı. Bununla belə,  Ətraf mühit mühafizəsi və Kənd təsərrüfatı Nazirliyinin idarələrinə, DİN və üzüm bağçılığı zonalarında Dövlət qubernatorlarına Agentlik üçün Qərargah üzvlüyünə namizədlərin təqdim edilməsi tapşırıldı.  Sərəncamdan məlum olduğu kimi çaxır şirkətlərində üzüm qəbuletmə prosesində ictimai asayişi DİN təmin etməlidir.

„Üzüm qəbul edib -emal edən çaxır şirkətləri üzüm məhsulu toplama koordinasiya qərargahında elektron şəkildə qeydiyyatdan keçməlidirlər“, –  sərəncamda oxuyuruq.

Qeyd etmək lazımdır ki,  üzüm toplama müddətində üzüm qəbuletmə-emalı üçün zəruri tədbirlərin keçirilməsi və lazım gəldikdə maliyyə təsisatlarından kredit resurslarını axtarmaq öhdəliyi olacaq. O ki qaldı  subsidiyarlığa, 2024-cü ilin büdcəsində üzümün subsidiyarlığı üçün pul ayrılmamışdır. Üzümə subsidiyanın ayrılması hələ məlum deyildir.

 İş axtaranlar üçün “Bodbe mehmanxanası” vakansia elan edir

Siğnaği yanında yerləşən „Bodbe mehmanxanası“ beynəlxalq standartları olan yeni gürcü brendidir,  tamamilə yeni  təcrübə tətbiq edir və  yüksək keyfiyyətli xidmətə yönəlmişdir. Siğnağinin yeni „Vizit kartı“ payızdan qonaqlara müxtəlif kateqoriyalı  132 otaq,  fərqli konsepsiyalı qida obyektləri, spa, fitness mərkəzi, görüşlər üçün ayrılmış məkanları təklif edəcək.  „Bodbe mehmanxanası“ əməkdaşların rifahına və onların peşə inkişafına böyük əhəmiyyət verir.  Layihə 300-dək əməkdaşın işə götürülməsini nəzərdə tutur. İşləmək istəsəniz administrasiya sizə bu imkanı verəcək. Maraqlandığınız təqdirdə, rezyume / CV el. Poçta göndərin: recruiters@bodbehotel.ge və ya aşağıda verilmiş bənd vasitəsilə sadə tətbiq şəklini doldurun. https://docs.google.com/forms/d/e/1FAIpQLSeZ_rZ1tX2BLtsGHb-ycnWqIont1JFeroLe__Y1vjeutcaN9g/viewform detallı informasiya üçün, +995 555 977 211 telefon nömrəsinə zəng vurun.

3 ayda yoxlanılan 1 416 nəfərdən,   1 071 nəfərdə narkotik sərxoşluğu çıxdı

 2024-cü ilin ilk üç ayında DİN Ekspert-kriminalistika Departamentinin Narkologiya Yoxlama Xidməti, ölkə miqyasında, narkotik təsirindən 1 416 nəfəri yoxladı, burdan 1 071 şəxsdə narkotik sərxoşluğu çıxdı. DİN tərəfindən dərc edilmiş statistik verilmişlərə əsasən,  narkotik təsirindən yoxlanılanlardan 1397 nəfəri kişidir. Onların arasında 1 057 -ndə müsbət nəticə çıxdı; 19 qadından isə 14-də belə bir nəticə çıxmışdır. Cari ilin ilk rübündə, narkotik təsiri üzrə yoxlanılanlardan  5 yetkinlik yaşına çatmamış şəxsdir, onlardan 2-də narkotik sərxoşluğu çıxdı.  Statistika üzrə, narkotik yoxlamasından keçən arasında ən çox, 831 nəfər 25-44 yaş kateqoriyasında idi – onlardan 606 nəfəri kişi və 9 qadın da müsbət çıxdı. Qeyd olunan müddətdə narkologiya yoxlayışından  60 yaşdan yuxarı 37 vətəndaş keçdi – onlardan 24-də narkotik sərxoşluğu aşkarlandı.

Fövqəladə halların idarəsi xidməti kaxeti bölgəsində, çöl yanğınlarının qabaqlanması məqsədilə səhra əməliyyatları qərargahını açdı

DİN Fövqəladə Halların İdarə Xidməti Yanğınların qabaqlanması və sürətli reaksiya  vermək məqsədilə, Kaxeti bölgəsində, Siğnaği bələdiyyəsində səhra əməliyyatları qərargahını açdı. İnformasiyanı Fövqəladə Hallar İdarəsi Xidməti yayır. Onların məlumatına əsasən,  Kaxeti bölgəsində yanğın-xilasedici ekipajların əlavə səfərbərliyi dənlilərin toplama prosesilə bağlıdır. Bu isə bir çox hallarda çöl yanğınları riskini artırır.

„Qeyd etmək lazımdır ki,  Fövqəladə Hallar İdarəsi Xidməti, gücləndirilmiş monitorinq məqsədilə, həm əlavə gücləri, həm də  xüsisi texnikanı, Axmeta bələdiyyəsinin Omalo kəndində də səfərbər etdi. Yay mövsümündə meşə və çöl yanğınları riski artır, bu isə bir çox hallarda vətəndaşlar tərəfindən kənd-təsərrüfatı torpaq sahələrində ocaq qalamaq və səhlənkarlıqdan irəli gəlir.  Fövqəladə Hallar İdarəsi Xidməti əhalini yüksək vətəndaş məsuliyyəti göstərməyə,  kənd-təsərrüfatı torpaq sahəsində, meşə və çəmənlərdə ocaq qalamamağa və onu diqqətsiz qoymamağa, yanğın və tüstü gördükdə isə dərhal DİN İctimai Təhlükəsizlik İdarəsi Mərkəzi 112-yə zəng vurmağa çağırır,- informasiyada qeyd edilir.

 Milli Müəllim Mükafatı onluğuna Kaxetidən 2 pedaqoq  daxil olub

2024-cü il Milli Müəllimlər Mükafatının ən yaxşı onluğu məlumdur.  Mükafatın onluğuna, Kaxetidən  2 pedaqoq daxil oldu: kənd Qurcaani İctimai məktəvinin riyaziyyat və kompüter müəllimi Dimitri Popov və Gürcüstan Patriarxlığının Müqəddəs İlya Martali adına Ğvareli Gimnaziyasının coğrafiya, vətəndaşlığ və Gürcüstanımız fənlərinin müəllimi  Nino Şuxoşvili.  Milli müsabiqəni Təhsil koalisiyası, Müəllimlərin Peşə İnkişafı üzrə Milli Mərkəzi və Gürcüstan Təhsil Nazirliyinin dəstəyilə 2027-ci ildə həyata keçirir. Qeyd olunan təşəbbüs müəllimlərin populyarlaşmasına yönəlmiş qlobal təşviqatən bir hissəsidir. Təşviqat uğurlu müəllimləri üzərə çıxarmağı, ictimaiyyətə tanış etməyi və bu yolla peşə prestijini artırmağı nəzərdə tutur. Qeys etmək lazımdır ki,  2024-cü il Milli Müəllim Mükafatı müsabiqəsinə  128  bəyənat daxil edildi və 1593 müəllim təqdim edildi. knews.ge Kaxetidən olan müəllimlər barədə əlavə məlumatı yaxın günlərdə təklif edəcədir.

Assosiaşalaşdırma razılaşmasının imzalanmasından 10 il keçdi

Gürcüstan-Avropa İttifaqı Assosialaşdırma barəsində razılaşmanın bağlanmasından 10 il ötdü. Avropa İttifaqının Gürcüstan nümayəndəliyində bildirirlər ki,  Gürcüstanın yeri Avropa İttifaqındadır və Gürcüstan hökuməti Avropa İttifaqı istiqamətinə yenidən qayıtmalıdır.

“ Avropa İttifaqı və Gürcüstan arasında Assosialaşdırma haqqında razılaşmanın imzalanmasından 10 il ötdü;  Saziş tərəfdaşlığa dair əhəmiyyətli mərhələ və Avropa İttifaqının Gürcüstan əhalisinin ora canatmasını dəstləməkdir. Gürcüstan hökuməti Avropa İttifaqının yoluna qayıtmalıdır. Gürcüstanın yeri Avropa İttifaqındadır, ancaq Gürcüstan fəaliyyət kursunu dəyişməsə Avropa İttifaqı yolunda qabağa gedə bilməyəcəkdir”, – Gürcüstanda Avropa İttifaqı nümayəndəsi tərəfindən yayılan bəyənatda deyilir.

 Duisi kəndinin məktəblisi Brüsselə, Strasburqa və Haaqaya yollanacaq

Axmeta bələdiyyəsinin Duisi kəndinin icrimai məktəb şagirdi Muslim Borçaşvili Avropa Akademiyasının dəstəyi və tam maliyyələşdirməsilə Brüsselə, Strasburqa və Haaqaya yollanacaqdır. Telavidə “Avropa parlamentinin modelləşirilməsi 2024” keçirildi və Muslim həmin tədbirdə iştirak edirdi.

Tədbir çərçivəsində, Muslim Borçaşvili Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsində İspaniyanın deleqatı idi.  Komitə İsrail-Fələstin mövzusunu müzakirə edirdi. Müslim Komitənin rəhbəri və başqa üzv deleqatlarla birlikdə  iki gün ərzində, qeyd olunan münaqişənin sülhlə necə başa çatmasına dair qətnamə qəbul etdi. Sonuncu günü qətnamə Baş asssambleasına təqdim edildi. Muslim həmin təqdimatda çıxış etdi.

Baş assambleanın Prezidenti, münsiflər heyəti üzvləri və tərəfdaşlar fəxri və ən yaxşı deleqatları adlandırdılar. Onlardan biri isə şagirdimiz Muslim Borçaşvili oldu. O, tezliklə Akademiya Mərkəzinin dəstəyi və tam maliyyələşdirməsilə Avropanın siyasi şəhərlərinə (Brüsselə, Strasburqa, Haaqaya) səfər edəcəkdir.

Avropa Parlamentinin modelləşdirilməsi simulyativ xarakterli layihədir. O, motivasiyalı gəncləri özündə birləşdirir və onlara Avropa təsisatlarının fəaliyyəti, siyasəti və səlahiyyəti barədə bilik almaq imkanı verir. Layihənin gedişatında deleqatlar müvafiq komitələrə bölüşürlər. Aktual mövzuları müzakirə edir və qlobal çağırışların həlli yollarını tədqiq edirlər.