ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

 

Milli Ərzaq Agentliyisüd məhsullarının istehsalçısı biznes operatorlardan  6729-na nəzarət edildi, 508 hüquq pozuntusu aşkarlandı

2024-cü ilin beş ayında Milli Ərzaq Agentliyi süd və süd məhsullarının isethsalçısı/əmalatçısı olan biznes operatorlarından 6729 üzərində Dövlət nəzarətini həyata keçirdi, bunun nəticəsində 508 hüquq pozuntusu aşkarlandı. Məlumatı Milli Ərzaq Agentliyi yayır.

Milli Ərzaq Agentliyi müfəttişləri Gürcüstan  miqyasında pendir və süd məhsullarından nümunələr götürürlər. 2024-cü ilin ilk beş ayının verilmişlərinə əsasən, Milli Ərzaq Agentliyi süd və süd məhsullarını istehsal /emaledən biznes operatorları ilə artıq 6729 dövlət nəzarətini həyata keçirdi. Nəticədə 508 hüquq pozuntusu üzərə çıxdı və onlara qarşı qanunla nəzərdə tutulmuş tədbirlər götürüldü. Süd sektorunda mövcud çağırışlar və onların həlli yolları üzərində agentlik isethsalçılar və assosiasiyalarla fəal şəkildə əməkdaşlıq edir. Milli Ərzaq Agentliyində keçirilən növbəti görüşdə  pendir istehsalçıları bazarda rəqabətqabiliyyətli və ədalətli mühit yaratmaq üçün dövlət və özəl sektorlarının əməkdaşlığının əhəmiyyətinə diqqət verdilər, Agentlik tərəfindən sahənin sağlamlaşdırılması üçün atılan addımları və keçirilən tədbirləri müsbət qiymətləndirdilər. Ətrafmühitin mühafizəsi və Kənd təsərrüfatı Naziri Otar Şamuqianın tapşırığı ilə, Milli Ərzaq Agentliyi cari ildə,  süd və süd məmulatlarının nəzarətini gücləndirdilər. Qeyd etmək lazımdır ki,  2020-ci ildə, süd yağının təmizliyini müyyənləşdirmək məqsədilə götürülən 60 nümunədə pozuntu göstəricisi 13%-dən çox təşkil etdi, 2023-cü ildə götürülən 250 nümunədə 4,4% pozuntu aşkarlandı“,- İnformasiyada göstərilir.

Telavidə işlə təminetmə forumu keçirildi

İşlə təmin dəstək üzrə Dövlət agentliyinin təşkilatçılığı ilə Telavi Tarix Muzeyinin Konfrans zalında işlə təmin forumu keçirildi. Tədbirdə  20-dən çox şirkət vakansiyalar təqdim etdi. Onların məlumatına əsasən, foruma istənilən şəxs gələ və iştirak edə bilərdi.

„14 iyun Sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının müdafiəsi günüdür.  Bu tarixlə bağlı Telavi İşlə təmin Forumunda Sağlamlıq imkanları məhdud şəxslər və Xüsusi Təhsil Ehtiyacları olan şəxslərin işlə təmini və inteqrəsinə diqqət ayrıldı.  Yerli sosial müəssisələr və  peşə kollecləri məmulatının sərgisi-satışı da baş tutdu.  Telavi işlə təmin forumu Kaxeti Dövlət səlahiyyətlisi administrasiyası və Telavi bələdiyyəsi meriyası ilə əməkdaşlıqla keçirildi. İşlə təmin etmə üzrə Dövlət Agentliyi   vətəndaşları işlə təmin etmək və iqtisadi aktivliklərə dəstək vermək məqsədilə Gürcüstanın müxtəlif bölgələrində  hər ay forumlar keçirir. Növbəti ayda forum Acarıstanda keçiriləcəkdir“,– Məlumatda deyilir.

 Otlaqların idarəsi haqqında qanunlayihəsi üzərində işləmək yaxın müddətdə başa çatacaqdır – Nazirlik

Otlaqların eyniləşdirilməsi, zonalaşdırılması, mülkiyyət hüququ, kateqoriyalardakı dəyişikliklər, otlaqlardan ümumi faydalanmaq və otlaqların idarəsi mövzusunda Dövlət və QHT nümayəndələri müzakirə apardılar. Görüşdə Ətraf mühitin mühafizəsi və Kənd təsərrüfatı Nazir müavini Tenqiz Nasaridze otlaqların idarəsi haqqında qanunlayihəsinin hazırlanmasının yaxın gələcəkdə başa çatacağını bildirdi.  Otlaqların idarəsi haqqında qanunlayihəsinin məqsədi otlaqların dayanıqlı idarəsinin hüquqi əsaslarını yaratmaqla otlaqların deqradasiyasının qarşısının alınması, biomüxtəlifliyin qorunması, məhsuldarlığın yaxşılaşdırılması, əlçatımlılığı təmin etmək və heyvandarlıq sahəsini inkişaf etdirməkdir.

 „Qanunlayihəsi dövlət, bələdiyyə və şəxsi mülkiyyətdə olan otlaqların; qorunan ərazilərdə, o cümlədən mühafizə olunan ərazilər Agentliyi tərəfindən idarə edilən, habelə mühafizə altında olan landşaftlar və çoxtərəfli istifadə edilən ərazilərdə və meşədə, habelə onların hüdudlarından kənarda yerləşən otlaqların idarəsini tənzimləyəcəkdir“, –  bəyənatda qeyd edilmişdir.

 Telavidə tarixi avtomobillər, motosikllər və uçan aparatların sərgisi keçirilmişdir

Telavi şəhərində, mərkəzi meydanda, tarixi avtomobillərin, motosikllərin və uçan aparatların sərgisi keçirildi. Festivala şəhər Gürcüstan Tarixi Avtmobillər Assosiasiyası, “Porşe Klub Gürcüstan”, Telavi bələdiyyəsi Meriyasının təşkilatçılığı, Telavi Ekstremal İdman Klubu dəstəyi  ilə artıq  üçüncü dəfədir ki ev sahibliyi edir. Festival Otar Otaraşvilinin adını daşıyır, o Tarixi Avtomobillər Assosiasiyasının üzvü idi. Festivalın sonunda münsiflər heyəti müxtəlif kateqoriyada qalib gələn avtomobilləri,  uçan aparatı və motosikli elan etdi. Onların sahiblərini tərəfdaş təşkilatlar rəmzi mükafatlarla təltif etdilər.  Tədbiri “Cover City”  bendi  DJ müşaiyət edirdi.

İnək və toyuq əti bahalaşdı, donuz isə ucuzlaşdı

Mayda, ötən ilin analoji dövrünə nisbətən, inək və toyuq əti bahalaşdı. Sakstatın verilmişlərinə əsasən,  inək əti hər il  3.22%-lə artır, inək əti qiyməsi isə  2.28%-lə. O ki qaldı toyuq ətinə, hesabat dövrü üçün qiymət 3.48%-lə artdı. Bununla belə,  toyuq budunun qiyməti illik  1.79%-lə artmışdır. Onu da qeyd etmək gərəkdir ki,  mayda donmuş toyuq əti qiyməti azalaraq 7.42%- lik eniş təsbit etdi.  Bundan əlavə, donuz ətinin qiyməti 1.64%-lə, tüstüyə verilmiş ətinki isə 4.62%-lə düşdü.

 Gürcüstanda Günəşə əleyhinə, kartof və soğanı müdafiə edən torların istehsalı planlaşdırılır

„Aqrobade“ şirkəti doluya qarşı torların istehsalına ötən ilin mayından etibarən başlamışdır. Direktoru Avtandil Maisuradzenin bildirdiyi kimi, bu vaxta qədər tələb artmışdır, lakin fermerlər yüksək qiymətlərə görə onu ala bilmirlər. .

„Torlara tələblər Kaxetidən, Şida kartlidən və qərbdən gəlir.  Güyəm bağlarını onunla qapayırlar ki quşlar məhsulu yeməsinlər, ancaq fermerlər nədənsə maliyyələşmənin artmasını dövlətdən gözləyirlər, bu isə hazırda yalnız 10% təşkil edir“, – Maisuradze bildirir.

Onun sözlərinə görə,  qiymət yenə artmamış və 1 kvadratın qiyməti yenə də 1 laridir. Avtandil Maisuradze günəşə qarşı torlardan da danışaraq bildirdi ki, hazırkı mərhələdə bu istiqamətdə heç bir yenilik yoxdur, ancaq gələcəkdə onu istehsal etməyi də planlaşdırır.

„Dövlət feremerlərə maliyyə dəstəyi göstərsə, bu məhsulumuzun satınışına da təsir edəcək, Günəş əleyhinə torların istehsalını bacaracaq və habelə, kartof və soğan torlarının istehsalını da planlaşdırırıq“, –  Avtandil Maisuradze bildirdi.

 Müəllimlərin 70%-nin əmək haqqı  500 lari, 25%-nin – 300 lari, qalanlarının isə – 200 lari artacaqdır

İctimai məktəblərin bütün statuslu və xüsusi müəllimlərin əmək haqqı artır.  İctimai məktəbin bütün statuslu və xüsusi müəlliminin, ki onların sayı  21 000  nəfərdir, maaşları orta hesabla 500 lari artır. 600 lari – 8000-dək müəllimin,  700 lari – 5000-dək müəllimin, 800 lari – 3000-dək müəllimin və təxminən 25%-dək müəllimin maaşı 300-dən  400 laradək artır. “Həm ümumi, həm də ali təhsilin bütün sahələri islahatlarımızın əhəmiyyətli  istiqaməti və prioriteti olacaqdır. Buna paralel olaraq, karyera böyüməsi sisteminin təkmilləşdirilməsi üzərində işlər davam edəcəkdir ki, buda olduqca əhəmiyyətlidir. Bu istiqamətdə müəyyən çatışmazlıqlar vardı. Biz nazirlə birlikdə bu mövzular üzərində işləməyə davam edəcəyik“, – Baş-Nazir İrakli Kobaxidze Hökumət iclasında bildirmişdir.