“Mən kimə səs versəm arvadımda ona səs verməlidir”

ბლოგები

Son tədqiqatlarla təsdiq olunur ki seçkilərdə azərbaycanlı icmasına mənsub olan qadınların say göstəricisi olduqca aşağıdır. Ekspertlət qadınların passivliyini seçki prosesi və hüquqları haqda məlumatın olmaması ilə izah edirlər. Gürcü dilinin bilinməməsi əksər hallarda onların seçkilərlə maraqlanmamasına səbəb olur.

Gürcüstanın azrəbaycanlı icmasına görə ünsiyyət səviyyəsində belə gürcü dilini etnik azlığın 41,8%-i bilmir. Təxminən 22%-i anlayır, ancaq dövlət silində yazıb-oxuya bilmir. Qadınların 54% gürcü dilinə ümumiyyətlə bələd deyil.

 Etnk azərbaycanlılarla məskun Saqareco bələdiyyəsinin İor-muğanlı kəndində yaşayan qadınlar, hansılar ki seçkilərdə iştirak etməyi planlaşdırırlar, deyirlər ki səsi namizədin seçki nömrəsinə görə verəcəklər. Çünki ad və soyadı gürcü dilində oxuya bilməyəcəklər. Seçki hüquqlar barədə kənd məktəbinin müəllimləri daha məlumatlıdırlar. Onların təbirincə səsi lazım bildikləri namizədə verəcəkləri.

 “Bu seçkilərə mütləq gedəcəyəm. Bilirəm ki pasportum yanımda olmalıdır. Kimə istəsəm onuda seçəcəyəm. Ərim məni başqa namizədə səs verməyə məcbur edə bilməz. Nömrəyə baxıb elə seçəcəm. Neyləyim gercücə oxuya bilmirəm.”  – İor-muğanlı İctimai məktəbinin müəlliməsi Gülnarə Ansayeva belə deyir.

  25 yaşlı Ayda Bayramovanın Saqarecoda qarşıdaki seçkilər haqda məlumatı yoxudur və bu səbəbdən oktyabrın 31-də seçki məntəqəsinə getməyə niyyəti yoxdur. Ancaq deyir ki əgər bu qərara gəlsə istəfiyi namizədi özü seçəcəkdir.

“Bilmirəm bu yaxınlaşan hansı seçkilərdir. Namizədlər bura gəlməyiblər. Gürcücə də bilmirəm. Əgər seçkilərə getmək istəsəm nə atam, nədə qardaşım kimə səs verəcəyimi diktə edə bilməz”.

 Xanımlardan fərqli olaraq kişilərin müəyyən bir hissəsi qadınların seçki haqlarını bir az başqa cür anlayırlar. Onlara görə qadınlar kişilərin istədiyi namizədi seçməlidirlər və bunu artıq oturuşmuş adər-qaydalarla izah edirlər.

 “Hökumətə səs verməlidir. Başqa cür necə ola bilər? Mən kimə səs versəm arvadım da ona səs verməlidir. Hökumətdən qeyrisinə səs verməməlidir.”  –  Rəşid Əlləzov belə düşünür.

 “Bizdə belə bir qayda var qadın kişinin səs verdiyi namizədi seçməlidir. Başqa cür ola bilməz. Seçkilərdə həmişə belə olur” –Dursun Abdalov qeyd edir.

İor-muğanlıda elə ailələr də  var ki onlar hansı namizədə və siyasi partiyaya səs vermə qərarlarını birgə alırlar. Buna müvafiq olaraq qadınlar da ümumi ailə qərarına tabe olurlar.    

 Ailədə ki filan yaxşı deputat ya prezidentdir deyə söhbətlər olur. Biz bunu hamılıqla qərara alırıq. Əgər qadın başqasını seçsə onda biz məhkəmə ilə ayrıla bilərik. Mən başqa ailədə, arvadım başqa ailədə yaşamır ki – Tanrıverdi Məmmədov deyir.

  Kişilərin yalnız az qismi bu fikirdədir, onlar qadının istədiyinə səs vermə haqqı olduğunun tərəfdarıdırlar. Kişilərin bu qismi də demokratiyanı bu cür anlayır.

“Azadlıqdır. Qadın kimi istəyir onu seçir. Mən arvadıma necə deyə bilərəm ki filanı seç deyə?” – Ziyəddin Mirzəliyev belə deyir.

Seçki prosesinin sağlam şəkildə icrası üçün, ekspertlət qadınların aktiv qoşulmasının zəruriliyindən bəhs edirlər. Onlar qadınlarda məlumatı yaymağı namizədlərin baş vəzifələri olduğunu düşünürlər. Ekspertlərə görə seçki mesajları qadınlara ana dillərində göndərilməlidir.

“Əgər istənilən vətəndaş,  bu istər  gürcü qadını olsun, istərsə də etnik azlığa mənsub olan bir qadın, seçkilərdə iştirak etmədisə, bu seçkilər üçün arzuolunmaz amildir. Qadınların öz seçimlərini təsbit etmələri həyati məna daşıyır. Bunu üçün isə seçki proqramını təhlil etməlidirlər və sonra pz seçimlərini etməlidirlər. Bu belə olmur. Onlarda təfəkkürün yüksəlməsi vacibdir. Ancaq son 5-6 ildir ki qadınlar nisbətən fəallaşdılar. Yaxşı olardı ki milli azlıqlardan lan namizədlər öz seçki proqramlarını ana dillərində tanıdaydılar” – “Vecini” Assosiyasının sədri Laura Xaritonaşvili belə deyir.

 Xanımlar hüquqlarının müdafiəsi və vətəndaş təfəkkürünün yüksəldilməsi məqsədi ilə, Saqareco majoritar deputatının namizədlərindən biri Tamar Xidaşeli qadınlar üçün məlumat mərkəzini təsis etmək istəyir.

  Qadınların seçki prosesinə qoşulma təmayulu dəyişəcəkmi? Bunu ekspertlər proqnozlaşdıra bilmirlər.