დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Telavidə yolların reabilitasiyası niyə ləngiyir və nə vaxt başa çatacaqdır
Son dövrdə, Telavidə eşilmiş yollar nəzərə çarpır. Yolların bu vəziyyəti qışda maşınların hərəkəti üçün problem yaradır, yayda isə əhalini tozla narahat edir. Vətəndaşlar KNEWS.GE ilə danışarkən bildirirlər ki, yolların qazılmasını nəzərdə tutan layihə çərçivəsində həyata keçirilməli olan işlər yarımçıq qalır və vaxtlı başa çatdırılırmır. Yerlilər özünüidarəetmədən məsələnin vaxtlı həllini tələb edirlər. Telavidə yaşayanların sözlərinə görə, illərdir ki, keçdikləri yollar korlanıb, layihələr isə çox uzanır. Qeyd olunan layihələrin nə vaxt bitəcəyi barədə məlumatları yoxdur.
,,İllərdir ki, Telavidə yollar qazılıb. Bəzən bir küçəni iki dəfə qazırlar, sonrasa aylarca təmir edirlər. Bu proses nə vaxt bitməlidir? Telavi şəhəri turistik şəhərdir. Bura çoxlu gürcü və xarici turist gəlir. Küçələrin bu vəziyyətdə olması ayıbdır. Mərhələvi şəkildə və tez düzəldilsə problem olmazdı. Eşirlər, qazırlar sonra başını buraxırlar. Proses aylarla, illərlə uzanır. Şəhərdə daima toz-dumana qarışır, nəinki hərəkət etmək, nəfəs almaq da çətinləşir. Nəyinsə düzəldilməsinə vaxtın lazım olduğunu, illərin probleminin bir gündə həll edilə bilməyəcəyini bilirik, ancaq yolların salınmasına bu qədər vaxtın gərək olduğunu da düşünmürük. Bu çoxlu sual yaradır– və ya lazımınca planlaşdırılmamışdır, yaxud da qəsdən vaxtında bitirmirlər’,- yerlilər Knews.ge ilə danışarkən bildirirlər.
Meşədə giləmeyvənin və başqa resursların ticarət məqsədilə toplanması hüququ 200 laridir
2022-ci ilin mayından etibarən, giləmeyvə, müalicəvi bitkilərin və başqa meşə qaynaqlarından icazəsiz, ticarət məqsədlərilə istifadə etmək qadağan edildi. Arzuedənlər qeyri-oduncaq resursun əldə edilməsi üzrə birillik icazə almaq üçün 200 lari ödəməli, hər bir kilo bar üçünsə 1 tetri vergi ödəməlidir.
Milli Meşə Agentliyində bu vaxtadək, meşənin qeyri-oduncaq resursunu əldə etmək barədə 46 əmr çıxarılıb. Agentliyin məlumatına əsasən, yaxın gələcəkdə fəaliyyət göstərən tariflərə yenidən baxılan deyildir. Meşənin qeyri-oduncaq resurslarından (giləmeyvə, müalicə bitkiləri və s) kommersial faydalanmaq 2022-ci il mayından etibarən, “Meşədən istifadə etmək qaydası haqqında” Gürcüstan hökumətinin N221-ci qərarına daxil olan dəyişikliklər nəticəsində tənzimlənmişdir. Biznes subyekti meşəni idarə edən orqana müraciət edərək qeyri-oduncaq resurslardan bir il müddətində istifadə etmək hüququ tələb edə bilər. Bunun üçünsə o 200 lari ödəyir. Meşə idarəsi orqanı isə hər hansı bir subyektin meşədəki resursdan faydalanmaq hüququnun olduğuna dair arayış verməlidir.Arayışın qiyməti 50 laridir.
“Ev” pişikləri və itlərinin kastrasiyası/sterilləşdirilməsi icbari olacaq
Gürcüstan Parlamentində ev heyvanları haqqında qanunlayihəsinin müzakirəsinə başlandı. O, evində pişik və iti olan hamıya şamil ediləcəkdir. Sənədin müəlliflərindən biri Maya Bitadze həmkarlarına bildirdi ki, hər bir sahib öz iti və pişiyini kastrasiya/sterilləşdirmə etməli olacaqdır.
“Biz nə veterinarıq, nədə ki kinoloq. Sadəcə nəsə eşitmişik. Heyvanı ksatrasiya/sterilizasuya etmək istəmirikmi?! İstəməliyik, başqa yolumuş yoxdur. Yeganə döllük heyvanları kastrasiya edən deyilik və oda xüsusi yerlərdə olacaqdır. Güc strukturlarının heyvanları da sterilləşmə/kastrasiyaya tabe olan deyillər, onların tamam başqa rejimləri var. Söhbət küçədə rast gəldiyimiz heyvandan gedir”.
2023-cü ildə yol hadisələrində 442 insan həlak oldu
Yol qəza hadisələrində xəsarət alanların və həlak olanların statistikası böyüməkdədir. Ötən il avtomobil qəzalarının qurbanına 442 nəfər çevrildi, 7 310 isə xəsarət aldı. 2022-ci ildə isə, avtomobil qəzalarında 430 nəfər ölmüş, 7 517 nəfər xəsarət almışdır. Avtomobil qəzası halları son illər ərzində yalnız 2019-2020-ci illərdə azalmışdı – bu vaxt pandemiyaya görə təyin edilən məhdudiyyətlər fəaliyyət göstərirdi, o cümlədən avtomobillə hərəkətə də. Avtomobil qəzalarının səbəbi içkili şəkildə sürmək, sürəti aşmaq, qarşı zolağa keçmək və ya ötmə qaydalarını pozmaq, məsafə saxlamamaqdır.
Qurcaanidə məkan və şəhərsalma inkişafı üçün 1 262 600 lari sərf ediləcəkdir
„Qurcaanidə məkan və şəhərsalma inkişafı Agentliyi” Qurcaani bələdiyyəsinin məkan və Qurcaani şəhərinin mərkəzinin abadlaşdırılması planı konsepsiyasının ictimai müzakirəsini keçirdi. Konsepsiyanı iştirak edən auditoriyaya tanış etdilər. Bunu agentliyin nümayəndəsi Zurab Tsiklauri, layihə rəhbəri Qiya Abuladze və Qiorqi Qotsiridze etdilər. Bələdiyyənin baş fəaliyyət planının yaradılmasının məqsədi dayanıqlı inkişaf, yerli əhali və qonaqların yaşaması, istirahəti və fəaliyyəti üçün sağlam, cazibədar və təhlükəsiz mühitin formalaşması və idarənin hüquqi-normativ ilkin şərtlərini yaratmaqdır. Layihəni „Məkan və şəhərsalma inkişafı Agentliyi” maliyyələşdirir. Onun dəyəri 1 262 600 laridir. Layihəni MMC „Studiya 21“ yerinə yetirir.
Ölkə miqyasında sistemə 883 müşahidə kamerası qoşulmuşdur
DİN-in bəyənatı ilə, ötən il yollarda sürətə nəzarəti və təhlükəsiz hərəkəti təmin etmək üçün idarə tərəfindən müşahidə sistemləri fəal şəkildə inkişaf etdirilirdi. Parlamentdə, „Nazir saatı“ çərçivəsində məruzə ilə çıxış edərkən Vaxtanq Qomelauri 2023-cü ildə ölkə miqyasında 883 kameranın, o cümlədən 672 ümumi nəzarət, 211 isə nömrə tanıyanın, yerləşdirildiyini bildirdi. Ümdə sistemə 7 419 kamera qoşulmuşdur. O ki qaldı sürətə nəzarət seksiyalarına, 2023-cü ildə ölkə miqyasında 168 seksiya işə düşmüşdür, seksiya 447 kilometrlik yol hissəsini əhatə edir. Nəticədə, Gürcüstan miqyasında ümdə 574 orta sürətli nəzarət seksiyası quraşdırılmışdır. Bu isə ümdə 2 024 kilomteri əhatə edir.
Qəsdən arvadını öldürməyə cəhd etməkdə ittiham edilən şəxsi Kaxeti polisi saxladı
DİN Kaxeti Polis Departamenti əməkdaşları, isti izlə aparılan operativ-axtarış tədbirləri və istintaq əməliyyatları nəticəsində, 1978-ci il təvəllüdlü T.T-nı ailə üzvünə qarşı xüsusi qəddarlıqla törədilən qəsdən öldürmə cəhdi ittihamı ilə saxladılar. Bunun haqqında məlumatı DİN yayır. İdarənin məlumatı ilə, cinayət 16-dan 20 ilədək və ya müddətsiz azadlıqdan məhrum etməyi nəzərdə tutur. „İstintaq nəticəsində məlum oldu ki, ittiham olunan şəxs, Axmeta bələdiyyəsinin Zemo Alvani kəndində, dilləşmə zəminində yaranmış münaqişə vaxtı, həyat yoldaşı – 1981-ci ildə anadan olan T.O-nu və həyat yoldaşının qohumu – 2009-cu ildə anadan olmuş Q.M-nı soyuq silahla yaralayaraq hadisə yerindən qaçdı. Hüquqmühafizəçilərinin apardıqları istintaq və axtarış əməliyyatları nəticəsində həmin şəxsi saxladılar. Polis cinayət aləti olan bıçağı dəlil kimi götürdü. Ailə üzvünə qarşı xüsusi qəddarlıqla törədilən qəsdən öldürməyə cəhd faktı üzrə araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 19-109-cu maddəsilə aparılır”,- məlumatda deyilir.
DİN Kaxetidə narkocinayət üçün 11 şəxs saxladı
Məlumatı DİN yayır. İdarənin məlumatına əsasən, həbs edilənlər arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları da var.
„Kaxeti Polis Departamentinin Saqareco Rayon İdarəsi əməkdaşları, hazırda şərti cəza çəkən Q.C-nın yaşayış evi və köməkçi tikililərində aparılan yoxlama nəticəsində, dəlil kimi „Marixuana“ çıxardılar. Böyük və xüsusi miqdarda narkotik maddələrinin qanunsuz alqı-satqısı, narkorik vasitəsi tərkibli bitkinin qanunsuz səpini və kultivasiyası faktı üzrə araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 18-260-cı, 265-ci, 273-cü prima və 19-273-cü prima maddələrilə aparılır“,- Məlumatda deyilir.