დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Laqodexi bələdiyyəsində Merin keçmiş nümayəndəsini həbs etdilər
DTX-nın Antikorrupsiya Agentliyi Laqodexi bələdiyyəsi Merinin Niniqori kəndindəki nümayəndəsini həbs etdi. Onun dövlət torpaqlarına dələduzluqla yiyələnməsi ehtimal edilir. İstintaq torpaqların özgələşdirilməsi barədə iki il rəzində aparılırdı. Əlavə detallar hələr ki məlum deyildir.
Meşədən qanunsuz şəkildə odun əldə etmək üzrə cəza sərtləşir
Bu haqqda Baş-nazir 11 martda keçirdiyi Hökumət iclasında bildirmişdir. İrakli Kobaxidzenin sözlərinə görə, bu heç də ağır cinayətlərdən əskik deyildir. “Bu məsələ ilə bağlı şəxsən mənə bir neçə adam müraciət etdi. Konkret bölgə və vadilərdə meşələrin qırılması ilə bağlı məlumatlar gəlir. Mənim əlimdə konkret dəlillər olmadığı üçün həmin məlumatların nə qədər doğru olub-olmadığını deyə bilmərəm, ancaq bu cinayətin qarşısını almaq üçün maksimum diqqət göstərməliyik. İstəyirəm ki, [Ətraf mühit və kənd təsərrüfasatı] Nazirlik, habelə güc strukturları bu məsələyə diqqət versinlər. Meşəni qanunsuz şəkildə qırmaq olduqca ağır cinayətdir. Hətta başqa ağır cinayətlərdən geridə qalmır. Çünki bizim gələcəyimiz üçün strateji resurslar məhv edilir. Bundan irəli gələrək, Cinayət məcəlləsində dəyişikliklər hazırlanmalıdır ki, bunun əsasında cəzalar sərtləşdiriləcəkdir. Bu qanunlayihəsi üzərində dərhal işləməyə başlayacağıq”, – Baş-nazir bildirmişdir. Xatırladaq ki, qanunsuz meşə qırmaları üzrə cəzalar 2018-ci ildə sərtləşmişdir. O vaxt Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavə edilmişdi.
Gürcüstanda Bank Ombudsmanı İdarəsi yaradıla bilər
Bu barədə vətəndaş İvane Xoxlov və Zurab Vanişvilinin təklifləri Parlamentdə daxil edildi. „Banklar, mikro-maliyyə təşkilatları, sığorta və lizinq təşkilatları faktiki olaraq müdafiəsiz qalan geniş kütlələrə qarşı nəzarətsiz şəkildə hərəkət edirlər. Müştərilərə qarşı qeyri-bərabərlik şərtlərə əsaslanmış müqavilələri özləri tərtib və diktə edirlər, həyat sığortasının ödənildiyini təsdiqləyən dəlilləri gizlədirlər, kredit müqaviləsinə xitam verilməsi səlahiyyətindən sui-istifadə edirlər, müştərilərə qarşı Mülki Məcəlləsinin 388-ci maddəsilə müəyyənləşdirilən imperativ tələbləri pozur və nəticədə min və yüzminlərlə şəxslər ödəmə qabiliyyətsizliklərini və ya onlar üçün süni maliyyə problemləri yaratmış olurlar. Bu sahədə ombudsman təsisatını yaratmaq olduqca vacibdir. O, mübahisələri müzakirə edən kvazi-məhkəmə orqanı olacaq, ümumi məhkəmələrin yükünü azaldacq, yüzminlərlə istehlakçını hədəf sektorlarında, hazırda orda mövcud olan banklar və başqa şəxslər tərəfindən gücün sui-istifadəsinin geniş miqyaslarından müdafiə edəcəkdir,“- Təklifdə bildirilir. Parlament bürosunun qərarı ilə, qanunvericilik təklifinin müzakirəsi Maliyyə-Büdcə Komitəsinə tapşırıldı.
Laqodexidə hazırlanan bioloji cəhətdən parçalana bilən meyvə şirəsini içmək üçün çubuqlar ixracata çıxarılacaq
„Biobambi“ şirkəti gürcü qamışından hazırlanmış bioloji cəhətdən parçalanan meyvə şirəsini içmək üçün nəzərdə tutulan çubuqları ixracata apreldə göndərəcəkdir. Laqodexi bələdiyyəsində yerləşən şirkətin tərəfdaşı, Mamuka Çikovani bildirdi ki, sazişlər artıq bağlanıb və növbəti aydan gürcü məhsulu Kiprə, Almaniyaya, Baltiyayanı ölkələrə və Böyük Britaniyaya göndəriləcəkdir. „Yerli bazarda bizim əsas istehlakçımız horeka sektordur. Artıq sazişlər bağlanılır və apreldən etibarən Kiprə, Almaniyaya, Litvaya, Latviyaya, Estoniyaya və Böyük Britaniyaya ixrac etməyə başlayacağıq. Tələblər kifayət qədər çoxdur, zənnimcə hamısını hələ təmin edə bilməyəcəyik. İlin sonuna kimi 120 milyon ədəd hazırlamağı düşünürük, Burdan 60%-i ixracata göndəriləcəkdir. Ümimiyyətlə məhsulumuz qiymət etibarı ilə həm idxal edilən analoquna qarşı, həm də plastmas və kağız məhsulları ilə rəqabətqabiliyyətlidir. İxracat qiyməti də yerli bazar qiymətində olacaqdır“,- Şirkətin idarə tərəfdaşı deyir. Laqodexi bələdiyyəsində „Biobamb“-ın bioloji cəhətdən parçalana bilən şirə çubuqları müəssisəsi 2022-ci ilin sonunda işə düşmüşdür. İlkin investisiyanın həcmi 150 000 laridən çox oldu, o cümlədən, kəndin İnkişaf Proqramının şərikli maliyyələşdirilməsi 125 000 lari idi. . Genişlənmə və BRC standartları tətbiq edildikdən sonra, investisiya ümdə 500 000 lari təşkil etdi. Bununla belə, ötən il, “Terabankın” startap krediti vasitəsilə, istehsalat tamamilə avtomatlaşdırıldı.
Dedoplistsğaroda, yeni rekreativ məkanın tikilməsi davam edir
Layihə çərçivəsində 16 hektar sahədə yeni rekreasiv zona salınır, piyada və velosiped cığırları, idman və uşaq, əyləncə infrastrukturu düzəldilir. Habelə parkda göl də olacaqdır. Dedoplistsğaro bələdiyyəsi merinin məlumatına əsasən, yenilənmiş rekreativ zona müxtəlif yaşlı insanlar üçün cəzbetmə mərkəzi olacaqdır. Yenilənmiş bölgələr” layihəsi çərçivəsində, Gürcüstan bələdiyyə inkişafı fondu tərəfindən həyata keçirilir və onun ümdə dəyəri 14 000 000 laridən çoxdur.
Kaxetidə atasını öldürməktə təqsirləndirilən şəxs haqqında 17 illik azadlıqdan məhrum edilmə hökmü oxundu
20 yaşlı şəxsin hökmü Telavi Rayon Məhkəməsində oxundu. Şübhəli bilinən şəxs cinayəti etiraf edir, lakin bunun özünümüdafiə üçün baş verdiyini vurğulayırdı. “Atam içmişdi, stolun qarşısında oturmuşdu. Qarşısında bıçaq vardı. Təhlükənin real olduğunu düşündüm, çatdırıb öldürməsəm məni öldürəcəkdi”. Vəkil Lali Çavelaşvilinin izahına əsasən, müdafiə tərəfi qətlin özünümüdafiə etmə çərçivəsində baş verdiyinə işarə edərək işin kvalifikasiyası ilə razılaşmırdı. “Məhkəməni inandırmağa çalışırdıq ki, qətl özünümüdafiə çərçivəsində baş vermiş və qəsdən adam öldürmə maddəsilə razılaşmırdıq. İndi qərarı şikayət edərək kvalifikasiyasını dəyişməyi düşünürük”– Çavelaşvili bildirdi. Məhkəmə müdafiə tərəfinin arqumentlərini qəbul etmədi və gənci atasını qəsdən öldürmək işində təqsirkar elan etdi. Anaqa kəndində qətl 4 iyul 2023-cü ildə baş verdi. Keçmişdə məhkumluğu olan və şərti cəza altında olan 20 yaşlı şəxs, 51 yaşlı atasını bıçaqla öldürdü. İstintaq ailə üzvünə qarşı qəsdən öldürmə faktı üzrə, Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsi ilə aparılırdı.
Telavi kəndlərində bələdiyyə nəqliyyatı işləməyə başlayacaq
Telavi bələdiyyəsinin iki yeni avtobusu var. Onlar kəndlərdə, əhaliyə xidmət göstərir. Hazırda 10 avtobus şəhər ərazisində xüsusilə tərtib edilmiş cədvəl üzrə hərəkət edir. Telavi bələdiyyəsi meri, Levan Andriaşvili bildirir ki, avtobuslar Akuri, İğalto və Napareuli istiqamətində bütün gün ərzində hərəkət edəcəklər.
,,Hazırda telavinin 10 ədəd avtobusu var. Onlar əsasən şəhər ərazisində hərəkət edirlər. Bundan əlavə, iki yeni avtobus da aldıq. Bu ikisi həm şəhərdə, həm də kəndlərdə hərəkət edəcəklər. Biz ən yaxın müddətdə bələdiyyədaxili hərəkətləri tamamilə mənimsəyəcəyik. Marşrutlar Telavi-Akuri, Telavi-İğalto və Telavi-Napareuli istiqamətində olacaq. Avtobuslar hər gün işləyəcək, bunun üçün cədvəl qurulacaq və bələdiyyə əhalisinə xidmət edəcəkdir”,- Knews.ge-yə Telavi bələdiyyəsi Meri bildirmişdir.
Telavi hava limanı beynəlxalq havalimanına çevrilə bilər – Nazirlik
İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, başlanğıc mərhələdə, o daxili hava limanı funksiyasını yerinə yetirəcəkdir. Lakin, gələcəkdə, sərnişinlərin say və tələbini nəzərə alaraq, beynəlxalq hava limanına da çevrilə bilər.
,,Son illər statistikası ilə, Gürcüstanda turizm və aviasiya sənayesi böyüməkdədir. Beynəlxalq hava limanlarında proporsional artış müşahidə edilir. Hədəf turist bazarlarında Gürcüstan və onun ayrıca bölgələrinə tələb artmaqdadır. Bu cəhətdən Kaxeti lider bölgələrindən biridir. Bəhz bu kimi halları nəzərə alaraq, Kaxeti istiqamətində beynəlxalq uçuşların yetirilməsinə tələbat əhəmiyyətli dərəcədə artarsa, Dövlət tərəfindən Telavi hava limanına yeni sərmayə yatırılması vacib ola bilər. Məhz bunun üçün hava limanının ilk fazasınını inkişafını elə planlaşdırırıq ki, lazım gəldikdə, beynəlxalq hava limanına asand və cəld çevrilə bilsin. Telavi hava limamı ilə bağlı qərarımız Gürcüstanda hava limanlarının inkişafı üzrə vahid baxışdan irəli gəlir. Onun üçündür ki, ölkəmizdə fəaliyyətdə olan Hava limanları bir-birilə rəqabət aparmır, əksinə, onların biznes modelləri bir-birini tamamlayır, əlavə turistlərin, aviareyslərin daxil olmasını stimullaşdırır. Bundan irəli gələrək, Telavi hava limanı ilə bağlı, plana uyğun və kvalifikasiyalı araşdırmalara əsaslanmış qərarlar alınacaqdır. ” – İqtisadiyyat Nazirliyindən bildirirlər.
Gürcüstan-İsveçrə arasında birbaşa uçuşlar ola bilər
„İsveçrə Parlametinin sədri ilə kifayət qədər dostyana və məhsuldar bir görüşümüz baş tutdu, – bunun haqqında Parlamentin Hüquqi Məsələlər Komitəsinin Sədri, Anri Oxanaşvili İsveçrənin Milli Şurasının Prezidenti, Erik Nusbaumerlə görüşdən sonra bildirdi. Onun qeyd etdiyi kimi, görüşdə iqtisadi münasibətlərin dərinləşməsi və habelə, birbaşa uçuşlarla bağlı danışdılar.
,,O, hazırda Gürcüstan və İsveçrə arasındakı bu münasibətlərin daha dərinləşməsinə hazır olduğunu bildirdi. İqtisadi münasibətlərin dərinləşdirilməsi məsələsi də ayrıca göstərildi. Habelə, birbaşa uçuşlar istiqamətindəki məsələ də aktualdır. İsveçrə tərəfi bu istiqamətlə maraqlıdır və ümid edirik ki, turizm, təhsil və iqtisadi sahəsi istiqamətində münasibətlərimiz daha da dərinləşdiriləcəkdir. İsveçrə ilə yaxın gələcəkdə birbaşa uçuşları gözlənilir”, – Oxanaşvili bildirmişdir.
2011-ci ilədək verilən şəxsiyyət vəsiqələri ödənişsiz əvəz ediləcəkdir – Ədliyyə Naziri
Ədliyyə Naziri Rati Breqadze Qanunvericilik orqanında, Komitələrin birləşmiş iclasında çıxış edərkən 2011-ci ilədək verilmiş şəxsiyyət vəsiqələrinin pulsuz əvəz olunacağını dedi. Məqsəd vətəndaşların xidmətlərə əllərinin çatmasıdır. ,,2011-ci ilədək verilən şəxsiyyət vəsiqələri yeni elektron şəxsiyyət vəsiqələrilə pulsuz əvəz ediləcəkdir. Nəticədə, vətəndaşlar Dövlət xidmətlərindən sürətlə və məhdudiyyətsiz istifadə edə biləcəklər”, – Breqadze bildirmişdir. Onun sözlərinə görə, Notariusların rolu daha artacaqdır.