დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Gürcüstanın emiqrasiyadan qayıtmış 127 vətəndaşına qrant veriləcəkdir – Agentlik
Qaçqınları, Ekomoqrantları və Yaşayış qaynatları ilə təmin etmə Agentliyindən birldirdikləri kimi, məqsəd gəlir mənbəyi yaratmaq, işlə təmin və özünəməşğulluğu dəstəkləməkdir. Gəlir layihələrini maliyyələşdirmək istəyənlərin ərizələrinin qəbulu ildə iki dəfə elan ediləcəkdir. İştirakçılar fəaliyyətlərinin başlanması və ya genişlənməsi üçün lazımlı texnika və avadanlığı özləri seçəcəklər. İnteqrasiya yardımı üzrə Dövlət proqramı peşə təhsilinə dəstəyi, tibbi yardımı və müvəqqəti yaşayış evi ilə təmini də nəzərə alır.
Torpaq ölçənlərin sertifikatlaşdırılması icbari olacaqdır – Qanunlayihəsi
Bu haqda Ədliyyə Nazirliyi trəfindən hazırlanmış müvafiq qanunlayihəsi artıq Parlamentə verilmişdir və onu tezləşdirilmiş qaydada müzakirə edəcəklər. Dəyişikliyə görə, xüsusi təhsili olmayan fiziki şəxs kadastr ölçüləri aparmaq haqqı olan deyildir. Hüquqşünas Otar Kaçkaçişvilinin izah etdiyi kimi, bu dəyişikliyin müsbət effektli olacaqdır.
Parlament dəyişiklikləri təsdiq etsə, reqlament 2024-cü ilin 1 sentyabrından etibarən qüvvəyə minəcəkdir. Ona qədər isə ölçücülərə ağlabatan müddətdə oxumaları və sertifikat almaları lazım gəlir. Ədliyyə Nazirliyi konkret şirkətin təmin etməli olduğu tələbləri dərc etməyi də planlaşdırır. Akreditə olunmuş subyektlər tərəfindən təyin edilən sertifikasiya xərcləri fərqli ola bilər. Misal üçün Ədliyə Tədris Mərkəzinə gəldikdə, sertifikatlaşmanın qiyməti 400 laridir.
1 iyuldan 2011-ci ilin iyuluna qədər verilən laminasiyalı şəxsiyyət vəsiqələrinin ləğv edilməsi planlaşdırılır
Bununla bağlı hazırlanmış qanunun layihəsi 4 dekabrda Parlamentə təqdim edilmişdir. Layihənin təşəbbüskarları “Gürcü arzusu” deputatlarıdırlar.
„ Layihənin məqsədi Gürcüstan vətəndaşlarında şəxsiyyət vəsiqəsinin qeyd olunan qeyri-elektron variantlarını Gürcüstan vətəndaşının elektron sənədləri– ID-kartlarla – dəyişməsi üçün əlavə motivasiya yaratmaqdır. Bu isə öz növbəsində ən yaxındakı və sonrakı seçkilərin lazımınca keçirilməsinə dəstək olacaqdır“, – Qanunlayihəsinin izahatında oxuyuruq.
2024-cü ildə məktəbin texniki personalının maaşları əhəmiyyətli dərəcədə artacaqdır
Xadimənin, texniki personalın, qarovulun nə qədər maaşları olduğunu detallı çəkildə bilirəm – bu insanlara vəd edərək bildirmək istəyirəm ki, 2024-cü ildə maaşlarında ciddi artış olacaqdır, – bunun haqqında Gürcüstan Təhsil və Elm Naziri, Qiorqi Amilaxvari „Nazir saatı” formatında deputatların suallarını cavablandırarkən bildirdi.
Nazirin bildirdiyi kimi, qeyd olunan istiqamətdə tam hazırlıq var və büdcə də hazırdır.
Kaxetidə 54 eybəcər tikili söküləcəkdir
5 milyon lari eybəcər tikililərin demontajı üçün – Milli Əmlak agentliyi işləri yerinə yetirmək üçün asandlşdırılmış satınalmaları tələb edir. Keçiriləcək tədbir Dövlət mülkiyyətində olan, ətrafı eybəcərləşdirən və ya insan həyatı üçün təhlükəli tikililərin demontajını nəzərdə tutur. İşlər müqavilə bağlandıqdan 2024-cü ilin 20 dekabrına qədər aparılacaqdır. Ölkə miqyasında 471 obyektin demontajı lanlaşdırılır. Ən çox tikili İmeretidə və Raça-Leçxumidə söküləcəkdir. Quriyada 76 belə tikili var, Kaxetidə 54, Sameqrelo, Zemo svanetidə – 65. Həmin binaların sökülməsi ilə bağlı qərarı Hökumət 2023-cü ilin fevralında vermişdir. 27 fevralda Hökumət bələdiyyələrə öz inzibati sərhədlərindəki təmirə, rekonstruksiyaya və ya sökülməyə ehtiyac duyan tikililər üzrə işlərin aparılmasını tapşırdı.
Təqaüd kreditlərinin reklamı qadağan edilir
Gürcüstan Milli Bankın qərarı ilə təqaüdlə təmin edilən kreditlərin, təqaüdçülərin fərdi razılığı olmadan, reklam edilməsi qadağan edilir. Bununla belə, qərar qeyd olunan dəyişiklik gəlirlərinin yalnız pensiya və ya dövlət ödənişi ilə müəyyənləşdirilən təqaüdçülərə də şamil ediləcəkdir. Beləki, kommersial banklar təqaüdlə təmin edilən kreditləri reklam edə bilməyəcəklər. Milli bankda izah etdikləri kimi, dəyişikliyin məqsədi həssas qrupları düşüncəsiz qərar almaqdan və hədsiz borclanmalardan qorumaqdır.
Gənclər və kənddə yaşayan qadınların dəstəklənməsi üçün qrant müsabiqəsi elan edildi
GIZ- Gürcüstan, Avropa İttifaqı və Almaniya hökuməti tərəfindən maliyyələşdirilmiş „EU4ITD – iqtisadi və sosial həyatın katalizatoru“ (CESL) təşəbbüsü çərçivəsində, vətəndaş cəmiyyəti təşkilatları üçün müsabiqə elan edir. Müsabiqə nəticəsində gənclərin və kənddə yaşayan yerli qadınların iqtisadi cəhətdən fəallaşmaları stimullaşdırılacaqdır. Seçilən vətəndaş təşkilatları benefisiyarın məqsədyönlü maliyyələşmələri üzrə məsul olacaqlar. Bəyənatın təqdim edilməsinin son müddəti: 22 dekabr 2023-cü ildir.
Telavidə “60+ Nənə–babalar Klubu” yaradıldı
Təşəbbüskarlar klubu rəsmi şəkildə qeydiyyatdan keçirdilər və gələcək planları və aktivlikləri müəyyənləşdirdilər. Klubun rəhbəri, Qvantsa Keşikaşvilinin bildirdiyi kimi ideyası Telavi bələdiyyəsi tərəfindən elan edilmiş müsabiqədə qalib gəldi.
,,Çoxdandır ki bu klubu yaratmaq ideyam vardı. Telavi meriyası tərəfindən bu il təşəbbüslərin maliyyələşməsi ilə bağlı müsabiqə elan etdi. Məhz bu mövzu haqqında layihə yazdıq. Müsabiqədə 10 layihədən 3-ü maliyyələşdirildi, o üçündən biri isə mənimki idi. Bələdiyyə merinin ideyadan çox xoşu gəldi. Ofis üçün otağı da meriya ayırdı bizim üçün. Mən komanda yaratdım və o, dostlarımdan və yaxınlarımdan ibartədir. Gələcək planlar və aktivliklərimizi yazmışıq. Bu klub evdə oturub özünü realizə edə bilməyən, yaşlı insanlar üçündür. Onlar klubumuz sahəsində fəallaşacaq və şənlənəcəklər”,– Qvantsa Keşikaşvili knews.ge-yə bildirmişdir.
Klub rəsmi şəkildə qeydiyyatdan keçməzdən əvvəl, klubun üzvləri Demoktratik Cəlbolunma Şəbəkəsinin Telavi ofisinin dəstəyi ilə Tsnori “Tsodnis kape” -nin işi və təcrübəsi ilə tanış oldular.